SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə63/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   59   60   61   62   63   64   65   66   ...   116

131 
 
3. Təbriz – Salmas - Cəzirə - Hələb - Suriya. 
Tavernye  Təbrizi  Avropa  ilə  birləĢdirən  ticarət  karvan  yollarını,  bu 
yollar  arasındakı  məsafəni,  ticarət  mallarından  alınan  vergilərin  miqdarını 
göstərmiĢdir [334]. Təbriz -Mərənd – Culfa - Naxçıvan karvan yolu Avropa ilə 
bir çox Yaxın ġərq ölkələrini birləĢdirirdi [335]. Bu yol aĢağıdakı istiqamətdə 
idi:  Təbriz  -  Sofiyan  -  Mərənd  -  Əsədabad.  -  Culfa  –  Ziyaül-mülk  körpüsü  -
Naxçıvan  -  Qarabağlar  karvansarası  –  Arpaçay  -  Ġrəvan  -  üçkilsə  -  KaqıĢqan 
qalası -QumaĢur kəndi  -  Çoban körpüsü - Həsən qalası -  Ərzrum. Bu yoldakı 
Ģəhərlər, o cümlədən Təbriz - Naxçıvan arasında 5, Naxçıvan - Ġrəvan arasında 
5,  Ġrəvan  -  Qars  arasında  9,  Trabzon  -  Ərzrum  arasında  5,  Ġstambul  -  Bursa 
arasında 5 günlük məsafə var idi. 
Təbriz  -  Ġsfahan  ticarət  karvan  yolu  24  günlük  məsafədə  yerləĢirdi 
[336].  Təbrizdən  bir  günlük  məsafədə  yerləĢən  Urmiya  gölü  yaxınlığında  iki 
yol  ayrılırdı:  1)  Təbriz  -  Qum  -KaĢan  (bu  yol  Urmiya  gölünün  solundan 
keçirdi). 
2)  Təbriz  -  Ərdəbil  -  Qəzvin  -  Ġsfahan  (bu  yol  Urmiya  gölünün  sağ 
sahilindən keçirdi). Bu karvan  yolu əsasən aĢağıdakı istiqamətdə  idi: Təbriz  - 
Ərdəbil (2 günlük) - Tarom (7 günlük) - Qəzvin (2 günlük). Deməli, Ərdəbil ilə 
Qəzvin  arasında  9  günlük  məsafə  var  idi  [337].  Duqə  adlı  kənddən  Ġsfahana 
Təbriz  -  Qum  -  KaĢan  və  ya  Təbriz  –  Ərdəbil  -  Qəzvin  yolları  ayrılırdı. 
Təbrizdən  Ġsfahana  gedən  digər  karvan  yolu;  Təbriz  -  Zəncan  -  Sultaniyyə 
karvan  yolu  idi.  Bu  yolla  gedən  ticarət  karvanı  Təbrizdən  Urmiyaya  qayıdıb, 
oradan  Zəncan  və  Sultaniyyə  yolu  ilə  Ġsfahana  getməli  idi.  Bu  yol  aĢağıdakı 
istiqamətdə idi: 
1.  Təbriz  -  Urmiya  gölü  (bir  günlük)  -  Qaraçəmən  kəndi  (12-13 
saatlıq) - Türkman kəndi (bir günlük) - Miyana Ģəhəri (bir günlük) - Camalabad 
karvansarası  (Qaflanguhda  2  saatlıq)  –  Sərsəm  karvansarası  (13  saatlıq)  - 
Nikpey  karvansarası  -  Zəncan  (bir  günlük)  –  Sultaniyyə  kəndi  -karvansara 
(yarım  günlük)  -  Əbhər  -  Parten  kəndi  (7  saatlıq)  [338]  -  Səgzadə  kəndi  (bir 
günlük)  -  Tacub  karvansarası  (yeddi  saatlıq)  -  KuĢəkreya  karvansarası  (üç 
saatlıq) - Danqe karvansarası (dörd saatlıq), Duqə kəndindən Quma üç günlük 
yol  var  idi  (karvansara  -  4  liv  -  karvansara  üç  liv)  -  Savə  (dörd  saatlıq)  - 
Karvansara (2,5 saatlıq)  - Qum (7-8 saatlıq) -  karvansara (dörd saatlıq)  - Abe 
ġirin  -  KaĢan  (6  saatlıq)  [339]  -    karvansara  (yarım  günlük)  -  Qəhrud  kənd  - 
Ġsfahan (iki günlük). Bu iki günlük məsafədə dörd karvansara var idi [340]. 
XVI əsrin birinci yarısında Səfəvi dövləti ilə Osmanlı dövləti arasında 
beĢ dəfə dağıdıcı müharibə olmuĢdur. Bu müharibələr hər iki ölkənin ticarətinə 
ağır zərbə endirmiĢdir. H. 917 (1511-12)-ci ildə Təbrizdən Ərzincan vasitəsilə 
Kiçik  Asiyaya  mal  aparan  500  tacir  Osmanlı  əmirlərilə  vuruĢmada  məğlub 
olub, Azərbaycana qayıdan 15 min nəfərlik Təkəlu qoĢun dəstəsinə rast gəlir. 
Ərzincanda  Təkəlu  qoĢun  baĢçıları  tacirləri  öldürür  və  mallarını  qarət  edirlər. 


132 
 
Lakin  Təbrizə  gəlib  çatsaq  ġah  Ġsmayılın  əmrilə  Təkəlu  baĢçıları  öldürülür 
[841].  1512-ci  ildə  Sultan  Səlim  Təbriz,  eləcə  də  Azərbaycanın  digər 
Ģəhərlərindən olan  tacirlərin  mallarını  müsadirə  etmək  haqqında  fərman  verir. 
Bu  fərmanın  icrasından  sonra  Təbriz  tacirlərinin  Qərb  ölkələrilə  tranzit 
ticarətindəki  rolu  azalır.  Nəticədə  xarici  ticarət  müəyyən  dərəcədə  tənəzzülə 
baĢlayır  [342].  Osmanlı  -  Səfəvi  müharibələri  Təbrizin  ticarətinə  ağır  zərbə 
endirirdi  [343].  Hürmüz  ticarət  yolunun  sıradan  çıxması  da  Təbrizin  Ġranın 
cənubu vasitəsilə aparılan ticarətinə maneçilik törədirdi. 
1555-ci  ildə  Səfəvi  və  Osmanlı  dövlətləri  arasında  bağlanmıĢ  sülh 
müqaviləsi  ilə  əlaqədar  yaranmıĢ  əmin-amanlıq  nəticəsində  xarici  ticarət 
yenidən canlandı, I ġah Təhmasib ölkəni iqtisadi böhrandan qurtarmaq üçün bir 
sıra tədbirlər həyata keçirdi. H. 963 (1555-1556)-cü ildə I ġah Təhmasib vergi, 
mükəlləfiyyətlər  və  cərimələrin  miqdarını  müəyyənləĢdirmək  haqqında, 
həmçinin  mülki  və  hərbi  iĢlərə  aid  96  maddədən  ibarət  qanunnamə  verdi. 
Həmin qanunnamənin mətni daĢ üzərində həkk olunaraq bir sıra Ģəhərlərdə, o 
cümlədən  Təbriz  Ģəhərində  qoyulmuĢdu.  1617-ci  ilə  qədər  qüvvədə  olan  bu 
qanunnamə  [344]  vergilərin  miqdarını  müəyyənləĢdirməklə  iqtisadi  inkiĢaf 
üçün zəmin yaratdı. 
Məlum olduğu kimi, ticarətin inkiĢafına mane olan amillərdən biri də 
tamğa  vergisinin  mövcudiyyəti  idi.  Hələ  I  ġah  Ġsmayılın  hakimiyyətinin  ilk 
illərində Təbriz Ģəhərində bazarda dükanı olan bir tacirdən öz kəsbkarına görə 
bir  dukat  və  ya  altı  aspiri,  sənətkarlardan  isə  iqtisadi  vəziyyətlərinə  görə 
müəyyən  məbləğ  vergi  alınırdı.  Bundan  əlavə,  Təbrizdə  satmaq  üçün  mal 
gətirmiĢ  hər bir qeyri-müsəlmandan  yüzdə  on,  müsəlmanlardan isə  yüzdə  beĢ 
gömrük  haqqı  alınırdı.  Təbrizdə  malını  satmayıb  oradan  keçən  tacirlərdən  isə 
mallarının qiymətinə və çəkisinə görə gömrük haqqı alınırdı. Qiymətli və baha 
mallara  daha  artıq  gömrük  haqqı  tələb  edirdilər.  Anonim  tacirin  yazdığından 
məlum  olur  ki,  o,  Təbrizdə  olduğu  vaxt  Qənbərəli  adlı  bir  Ģəxs  Ģəhərdə 
toplanan  vergiləri  müqatiəyə  götürmüĢdü  və  hər  il  vergilər  hesabına  60  min 
dukat qazanc əldə edirdi [345]. 
Ticarəti inkiĢaf etdirmək və xəzinənin mədaxilini artırmaq məqsədilə I 
ġah  Təhmasib  h.  972-ci  il  Ģəvval  ayının  13-də  (15.V.1565)  ticarət  karvan 
yolları  keçidindən  və  Ģəhərlərdə  ticarət  malları  hesabına  alınan  tamğa 
vergisinin ləğv olunması haqqında fərman vermiĢdi [346]. Ləğv olunan tamğa 
vergisinin miqdarı Həsən Rumlu, Qazi Əhməd Qumi, ġərəfxan Bidlisiyə görə 
ildə  30  min  tümən,  Ġsgəndər  MünĢiyə  görə  10  min  tümən  idi  [347].  Həmin 
fərmana  əsasən  zərrabxanalarda  tacirlər  tərəfindən  qızıl  və  gümüĢün  sikkəyə 
çevrilməsilə əlaqədar alınan vergi də ləğv olunur. 
Tamğa  vergisinin  [348]  sənətkarlardan  və  tacirlərdən  toplandığını 
nəzərə alan bəzi tədqiqatçılar, o cümlədən Ġ. P. PetruĢevski, O, Ə. Əfəndiyev, 
ġ. F. Fərzəliyev həmin fərmana əsasən ləğv olunmuĢ tamğanın sənətkarlara da 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə