SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə59/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   55   56   57   58   59   60   61   62   ...   116

123 
 
2.  sənətkarlıqla  yalnız,  yerli  sənətkarlar  məĢğul  olduqları  halda, 
ölkənin  ticarətinin  inkiĢafında  yerli  ticarətdən  (sövdəgərlərdən)  əlavə  əcnəbi 
tacirlər də mühüm rol oynayırdılar. 
3.  Xarici  bazarda  sənətkarların  hazırladıqları  mallara  nisbətən, 
xammala (xüsusilə xam ipəyə - S. O.) daha çox ehtiyac olduğu üçün, ticarətdən 
daha çox qazanc əldə edilirdi [263]. F. Əliyevin yuxarıda qeyd etdiyi amillərə   
birini də artırmaq lazımdır. O da bundan ibarətdir ki, iri sənətkarlar istehsalçı  
olmaqla  yanaĢı,  həm  də  istehsal  olunan  malları özləri satır və bəzən hətta 
xarici  ölkələrə  aparırdılar.  Deməli,  tacirlər  sənətkarlarla  alıcılar  arasında 
vasitəçi  rolu  oynadıqları  halda,  iri  sənətkarlar    (belə  sənətkarların 
karxanalarında  bir  neçə usta və Ģagird iĢləyirdi) həm istehsalçı, həm də tacir 
kimi fəaliyyət göstərirdilər. 
Bizcə,  bu  müddəaları  bütün  Ģəhərlərə  Ģamil  etmək  düzgün  olmazdı. 
Bunlar əsasən karvan ticarət yolu üzərində yerləĢən və onun iqtisadi həyatında 
ticarətin  mühüm  rol  oynadığı  Təbriz,  Ərdəbil,  Gəncə,  ġamaxı,  Bakı  kimi 
Ģəhərlərə  aiddir.  Ġqtisadi  həyatında  ticarətin  mühüm  rol  oynaya  bilmədiyi 
Ģəhərlərdə isə sənətkarlıq üstün mövqe tuturdu. 
Təbriz ticarət mərkəzi olduğu üçün onun əhalisinin bir kateqoriyasını 
tacirlər  təĢkil  edirdi.  Təsadüfi  deyildir  ki,  Orucbəy  Bayat  Ģəhər  əhalisinin 
əksəriyyətinin alverçilərdən ibarət olduğunu bildirmiĢdir [264]. 
Təbrizin iqtisadi həyatında ticarətin mühüm rol oynamasına aĢağıdakı 
amillər təsir göstərmiĢdir. 
1. Təbriz  mühüm  sənətkarlıq  mərkəzi  idi.  Orada  istehsal  olunan  bir 
sıra mallar, xüsusilə toxuculuq malları Yaxın və Orta ġərqin, eləcə də Avropa 
tacirlərinin diqqətini özü nə cəlb etmiĢdi. 
2. Təbriz  əlveriĢli  bir  mövqedə  -  ġərq  ilə  Qərbi  birləĢdirən  mühüm 
ticarət  karvan  yolu  üzərində  yerləĢmiĢdi.  Bununla  əlaqədar  olaraq  ġərq 
ölkələrindən  satılmaq  üçüi  Qərbi  Avropaya  aparılacaq  mallar  və  ya  əksinə, 
Qərbi  Avropa  ölkələrindən  satılmaq  məqsədilə  ġərq  ölkələrinə  ixrac  olunan 
mallar ilk növbədə Təbrizdə cəmləĢirdi. Deməli, Təbriz ġərq ilə Qərb ölkələri 
arasındakı ticarət mallarının bir növ satıĢ mərkəzinə çevrilmiĢdi [265]. 
3. ġirvan,  Gilan  ipəyi  əsasən  Təbriz  vasitəsilə  digər  ölkələrə,  o 
cümlədən  Avropaya  aparılırdı.  Xam  ipək  alveri  Təbrizin  ticarətində  əsas  və 
mühüm yerlərdən birini tuturdu. 
4. Rusiya  vasitəsilə  Avropa  ölkələri  ilə  ticarət  ġamaxı  və  Bakı  kimi 
Təbrizin  də  iqtisadi  həyatında,  o  cümlədən  ticarətin  inkiĢafında  mühüm  rol 
oynayırdı. 
5. Avropa  sənaye  manufakturasının  xammala,  xüsusilə  ipəyə, 
pambığa,  dəriyə  olan  ehtiyacını  ödəmək  üçün  əsas  satıĢ  bazarı  Təbrizdə 
cəmləĢirdi. 


124 
 
6. Ticarəti  inkiĢaf  etdirmək  bilavasitə  saray  və  iri  feodal  əyanlarının 
mənafeyinə  uyğun  idi.  Səfəvi  dövlət  xəzinəsinin  əsas  mədaxilinin  mühüm 
hissəsini  ticarətdən  əldə  edilən  gəlir  təĢkil  edirdi.  Adam  Oleari  yazır  ki, 
iranlılar  (o  cümlədən  Azərbaycanlılar  -  S.  O.)  ticarətdən  yüksək  gəlir  əldə 
edirdilər [266]. 
7. Ticarətin ən gəlirli qazanc  mənbəyi olduğunu nəzərə  alan vuruĢan 
tərəflər  ziyan  çəkməsin  deyə,  hətta  müharibələr  dövründə  belə  ticarət 
karvanlarının  sərbəst  gediĢ-gəliĢinə  imkan  yaradırdılar.  Təsadüfi  deyildir  ki, 
1590-cı il sülh Ģərtlərindən biri də bu idi ki, Osmanlı dövləti ilə Səfəvi dövləti 
arasında  sərhəd  hesab  olunan  Araz  çayından  yalnız  tacirlər  və  xarici  ölkə 
tacirlərinin  gediĢ-gəliĢinə  icazə  var  idi  [267].  Adam  Oleari  yazır  ki,  Səfəvi 
dövləti  ilə  Osmanlı  dövləti  arasında  belə  bir  Ģərt  qəbul  edilmiĢdi  ki,  istər 
müharibə, istərsə  də  sülh dövründə  ticarət  karvanları və  tacirlər sərbəst gəlib-
getsinlər [268]. 
Osmanlı 
hökmdarı 
Sultan 
Murad 
sərhəd 
məsələsini 
müəyyənləĢdirmək  üçün  1639-cu  il  mayın  18-də  Ģah  Səfiyə  yazdığı 
məktubunda  hər  iki  tərəfdə  tacirlərin  gəlib-getməsi  barədə  razılıq  əldə 
edilməsini xüsusilə qeyd etmiĢdi. Bu müddəa 1639-cu il sülh müqaviləsində öz 
əksini tapmıĢdı [269]. 
 
Daxili ticarət. 
 
Əmtəə-pul  münasibətlərinin  inkiĢafı  tədricən  daxili  ticarətin 
geniĢlənməsinə  səbəb  olurdu.  Təbrizdə  ticarəti  inkiĢaf  etdirmək  üçün  xeyli 
karvansara  tikilmiĢdi.  Bu  karvansaralarda  tacirlər  gecələməklə  yanaĢı,  alverlə 
də  məĢğul  olurdular.  ġəhərdə  müxtəlif  mallar  satılan  xeyli  ixtisaslaĢdırılmıĢ 
bazarlar var idi. 
Təbrizdə  Uzun  Həsən  tərəfindən  tikdirilmiĢ  Qeysəriyyə  bazarı  daxili 
və  xarici  ticarətin  mərkəzinə  çevrilmiĢdi.  ġərqdə  ən  gözəl  bazarlardan  biri 
hesab  olunan  Qeysəriyyədə  nadir  mallar  tapmaq  olardı  [270].  1585-ci  ilin 
sentyabrında  Osmanlı  ordusu  Qeysəriyyəni  yandırır,  lakin  bazar  sonralar 
əhalinin  köməyilə  yenidən  bərpa  olunur.  ġarden  yazır  ki,  Təbrizin  qiymətli 
mallar  və  cəvahirat  alveri  mərkəzi  olan  ən  gözəl  bazarı  Qeysəriyyə  adlanırdı. 
Qeysəriyyə  səkkizguĢəli  çox  böyük  və  geniĢ  sahəyə  malik  idi  [271],  ġarden 
Təbriz  bazarlarının  əzəmətini  belə  təsvir  etmiĢdir:  «Təbrizdə  ali  saraylar  və 
böyük binalar görmədim. Lakin bunun müqabilində  Asiyanın ən ali bazarı bu 
Ģəhərdə yerləĢir. Bu bazarların vüsəti və əzəməti, onları örtən gözəl günbəz və 
tağları,  gün ərzində  oraya  toplaĢan adamlar, çoxlu ticarət  malları insanı valeh 
edir, Təbriz bazarlarının ehtiĢamını göstərir» [272]. 
Təbrizdə  ayrı-ayrı  feodallar tərəfindən tikdirilmiĢ bazarlar da  var idi. 
Azərbaycanın  əyalət  hakimi  Mirzə  Sadıq  XVII  əsrdə  Təbrizdə  üstüörtülü 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə