SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə46/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   42   43   44   45   46   47   48   49   ...   56


 
M
əhkəmə  məşvərətə  çıxır,  -  dedi,  –  müttəhimi yan 
otağa keçirin. 
Əsgərlər mənim  uzandığım  xərəyi yerdən götürdülər və 
qonşu otağa keçirdilər. Onlardan biri mənə bir papiros yandırıb 
verdi: 
– Al, ç
ək, – dedi, – indi belə şeylər çox olur.  
M
ən çəkən olmasam da, papirosu  aldım  və  acgözlüklə 
sümürm
əyə  başladım.  Heç  aradan  10  dəqiqə  keçməmişdi  ki, 
katib qapının arasından başını içəri soxub: 
– G
ətirin, – dedi. 
M
əni içəri  apardılar,  hakim  əlində  tutduğu  yazı  maki-
nasında çap olunmuş vərəqləri oxumağa başladı: 
–  Ukrayna Sovet S
osialist  Respublikası  adından  Kiyev 
qarnizonu h
ərbi tribunalının xalq iclasçıları kapitan Strelkov və 
baş  leytenant  Qruzdevski,  katib  serjant  Soroka,  1-ci dərəcəli 
hüquq  müşaviri prokuror Oleynikovun və  müttəhimin vəkili 
mayor Maltsevanın iştirakı ilə 58.1a və 58.10 maddələrilə təs-
diql
əndirilən  Qruşevitski  Porfiriy  Yeqoroviçin  işinə  baxıb 

əyyən etdi. 
M
ən az qala dəli kimi bağırdım: 
– 
Hanı  o  vəkil, mənim heç bir vəkilim olmamışdır,  – 
dedim. 
M
ən çığıran kimi döşdəki qapı açıldı. İçəriyə 45-48 yaş-
larında bir qadın girib: 
–  V
ətəndaş  Qruşevitski,  –  dedi,  –  mən buradayam və 
bütün mühakim
ə  dövründə  də  burada  olmuşam.  İntəhası,  siz 
özünüz v
əkildən imtina etdiyiniz üçün mən  qapının  dalında 
durmağa məcbur oldum. 
– 
Axı  bu  düzgün  iş  deyil,  –  dedimsə  də  hakim sözümü 
k
əsdi:  
–  B
əs siz vətənə  xəyanət edərkən  düzgün  işmi  görmü-
sünüz? Sizi müdafi
ə etmək yox, güllələmək lazımdır. Yaxşısı 
budur ki, hökmü dinl
əyin. 

178 

 


El
ə  bu zaman növbətçi zabit qapını  açıb  içəri girdi və 
kül
ək hakimin əlindəki vərəqi yerə atdı. 
M
ən  donub  qaldım.  Hökm  artıq  imzalanmış  və  hətta 
möhürl
ənmiş idi. Özümü güclə ələ alıb:  
– Möht
ərəm hakimlər, – dedim, – doğurdanmı cəmisi 10 
d
əqiqə ərzində siz həm hökm çıxarmış, maşınkada  yazdırmış, 
h
əm də təsdiq etdirmişsiniz? Yoxsa siz bu işləri məhkəmədən 
qabaq  hazırlamışdınız?  Əgər belədirsə  burada niyə  vaxtınızı 
itirdiniz? 
Hakim qıpqırmızı qızarıb mənim sözümü kəsdi: 
– 
İndi  ki,  dinləmək istəmirsiniz,  heç  lazım  da  deyil. 
Lakin sizin üçün 
ən maraqlı yerini oxuyum. 
–  M
əhkəmə heyəti Qruşevitski Porfiriy Yeqoroviçi CM-
nin 58.1a  v
ə  58.10  maddələrilə  vətənə  xəyanət etməkdə  və 
antisovet t
əbliğatı  aparmaqda  müqəssir bilərək onu 25 il 
azadlıqdan  məhrum edib, ölkənin  şimal  rayonlarında  sax-
la
nılmağa,  həbs müddətini çəkib qurtarandan sonra isə  5 il 
seçki hüququndan m
əhrum edilməyə  və  5 il sürgün edilməyə 
m
əhkum edir. Hökm qətidir, şikayət qəbul olunmayacaq. 
El
ə bil dünya başıma dar oldu. Gözlərimin qabağına nə 
is
ə qaranlıq pərdə kimi bir şey çəkildi. Yaxşı ki, xərəkdə idim, 
yoxsa 
əsla yeriyə bilməzdim. 
M
əni yerdən götürdülər,  qapıdan  çıxarıb  keşikçi  nəfər-
l
ərinə verdilər. Onlardan birisi əsgərlərdən astaca soruşdu: 
– Neç
ə il verdilər?  
– 
Kak obıçno – 25.5 po roqam i 5 po noqam. 
(Ad
ətən  oluğu  kimi  –  25.5  buynuzlarına,  5  də 
ayaqlarına.) 
H
ərçənd bizim hamımızın “cinayət işi” qəribə idi. Amma 
Qruşevitskinin  danışdığı  lap  təəccüblü idi. Hətta yəhudi də 
onun söhb
ətindən mütəəssir oldu.  
Hamı  xəyalən  öz  başına  gətirilənləri gözləri önündə 
canlandırır, bunu Qruşevitskininki ilə müqayisə edirdi. 

179 

 


Sükutu Qruşevitski özü pozdu: 
–  Ancaq o 
əsgərin dediyi sözün mənasını  başa  düşə 
bilm
ədim. Necə yəni ki, 25.5 buynuzlarına, 5 də ayaqlarına. Bu 
n
ə deməkdir? 
Professor İvanov: 
– 
Bundan  aydın  nə  ola bilər ki? –  dedi,  yəni  siz cəza 
müdd
əti qurtarandan sonra 5 il seçib-seçilmək hüququndan 
m
əhrumsunuz.  
Y
əhudi bunu başqa cür yozdu: 
–  Y
əni,  siz  25  il  sağ  qalasız,  sonra  5  il  keçi  kimi 
buynuzlarınızı  hər tərəfə  soxmayasınız  –  bu “po roqam” 
(buynuzlarına),  5  il  də  gərək olmayan yerlərdə  avara-avara 
g
əzib özünüzü üzməyəsiniz. Bu da – “po noqam” (ayaqlarına). 
Görürsünüz nec
ə  qayğınıza  qalırlar?  Axı  30  ildən sonra 
biz lap düşkün qocalar olacağəq, bizə çox gəzmək ziyan olar. 
Hamımız kədərlə gülüşdük. 
Doğurdan  da  bu  yəhudi qəribə  insan idi. Mən onun 
ruhdan  düşdüyünü,  kədərləndiyini,  əsəbləşdiyini  görmədim. 
Daima  yoldaşlarda  ruh  yüksəkliyi  yaymağa  çalışır,  hamının 
qayğısına qalırdı. 
Günl
ər keçirdi, biz uzun  yolu başa vurana qədər təxmi-
n
ən 2 ay keçdi. Çünki bizim qatar əsas deyil, dolanbac yollarla 
gedir, h
əm də iri şəhərlərdə xeyli dayanıb dustaq götürürdü. 
Bu müdd
ətdə mən yol yoldaşlarımla daha yaxından tanış 
oldum. Onlardan xüsusil
ə  3 nəfərilə  lap  dostlaşdım.  Bunlar 
qocaman komunistl
ər  idi:  ukraynalı  Letçenko,  yəhudu Ginz-
burq v
ə  rus Savelyer. Mən  bunlardakı  idarə  möhkəmliyinə, 
aydın dünyagörüşünə pərəstiş etməyə başladım. Özün bilirsən 
ki, azadlıqda olanda mən ümumiyyətlə, heç bir partiyaya mən-
sub deyildim v
ə  açığını  deyim  ki,  buna  o  qədər  əhəmiyyət 
vermirdim. 
 
Bu  yoldaşlar  dünyanın  ən  yaxşı,  ən mətin,  ən həqiqət-
p
ərəst insanları imiş. Bir təsəvvür et ki, bunların barəsində nə 

180 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə