Əlacsız qalıb oğlum yerində olan bu adamların qarşısında
tamam soyundum. Onlardan birisi
əlindəki iti bıçaqla paltarım-
dakı bütün düymələri kəsib stolun yeşiyinə atdı, şarf və
qayışımı götürüb cibimdən çıxan şeylərin yanına qoydu və:
– Geyin, – dedi.
– M
ən bunları düyməsiz necə geyim?
– Özün bil
ərsən, burada qayda belədir.
Paltarlarımı geyib, güc-bəla ilə onları bənd etdim. Şal-
varımı əlimlə tutmasaydım, sürüşüb düşürdü.
Azacıq sonra başqa üç nəzarətçi də gəldi. Otaqdakılar
m
əni bu nəzarətçilərə təhvil verib, qol çəkdirdilər. Nəzarətçilər
m
əni qabağına qatıb pilləkənə tərəf apardılar və biz 4-cü
m
ərtəbəyə qalxdıq.
M
əni 145 №-li kameraya saldılar və qapını üç yerdən
bağladılar.
Kameranın uzunluğu iki metr, eni isə 1 m 25 sm idi. Hər
t
ərəfi sementlə suvaqlanmış bu kameranın yalnız bir qapısı və
tavana yaxın yerdə kiçik bir nəfəsliyi (buna pəncərə demək
olmaz) var idi.
Qapı nə isə çox ağır bir şeydən qayrılmış, üzünə dəmir
t
əbəqə çəkilmişdi, qıfılın bir adəti yerində, ikisi isə çalın-çarpaz
düz
əldilmiş qalın dəmirlərlə vurulurdu. Kameranın əşyası bir
d
əmir çarpayı, kiçik bir “tumboçka” və qapının dalına qoyul-
muş “paraşadan” ibarət idi.
Çarpayı kökündən olmasa daha yaxşı idi, çünki onu məhz
dustaqları incitmək üçün düzəltmişdilər. Çox iri parça bərk
metaldan qayrılmış bu çarpayı yerə bənd edilmişdi. Onun üstü
setka
əvəzinə qaynaq yolu ilə bir-birinə bənd edilmiş yoğun
d
əmirlərdən qayrılmışdı. İçərisi çox köhnə dəniz yosunu ilə
doldurulmuş “döşək” adlandırılan şey, uzanan kimi bu də-
mirl
ərin arasından süzülüb yerə tökülür və dəmirlər yatmağa
imkan vermirdi. Yerd
ə yatmağa isə icazə yox idi. “Tumboçka”
deyil
ən şey, əslində saysız-hesabsız taxtabitiləri kamerada
~
135
~
saxlamaqdan öt
əri idi. Çünki əgər bu deyilsə, kamerada onun
heç bir v
əzifəsi yox idi. Dustaq ondan əsla istifadə etmirdi,
etm
əyə də imkan yox idi. Taxtabitilər adamı quduz it kimi
dalayırdılar.
“Paraşa” qapının dalında, çarpayının ayaq tərəfində
qoyulmuş köhnə, dəmir vedrədən ibarətdir. Onun ağzına bir
parça faner qoyulmalıdır. Əksər hallarda isə bu olmur. Dus-
taqları ancaq səhərlər ayaqyoluna apardıqları üçün onlar bütün
günü v
ə gecəni bu “paraşa” dan ayaqyolu kimi istifadə etməli
olurlar. S
əhərlər ayaqyoluna getdikdə paraşanı da aparır, orada
boşaldır və yenə də özləri geri qaytarırlar. Paraşalar uzun illər
bu v
əzifəni ifa etdiklərindən çox pis, dəhşətli bir üfunət iyi
verirl
ər. Deyə bilərəm ki, kamerada insanı ən çox narahat edən
el
ə bu “paraşa” olur.
T
ək kamerada saxlanan dustağın özünəməxsus gündəlik
rejimi var. Burada qapı yalnız səhər saat altıda açılır. Bu zaman
dustaq ayaqyoluna çıxarılır. Bundan sonra dustaq və nəza-
r
ətçinin əlaqələri qapıdakı kiçik pəncərəcik vasitəsilə olur.
N
əzarətçilər düstağa müraciətlə bir söz demirlər. Burada
bütün gün
ərzində cəmisi 12 söz işlənilir: “padyom (qalx)”,
“ubornaya (ayaqyoluna)”, “şəkər, çay, selyotka, çörək, nahar
yem
əyi, praqulka (gəzinti), axşam yeməyi, çay, nömrənin
soruşulması, yat”.
Bütün gün
ərzində bu sözlərdən başqa heç bir söz
eşitmək mümkün deyildi. Dustağın bütün xahiş və suallarına
qarşı nəzarətçilər lal və kar imişlər kimi susurlar. Tək
kameranın uzunluğu cəmisi 1m 25sm olduğu üçün burada
g
əzmək çox çətin idi. Çarpayı ilə qarşı divarın arasında cəmisi
40-45 sm enind
ə dar bir yer qalırdı ki, dustaq bütün günü
burada, o baş-bu başa getməli olurdu. Mən bu kameralarda
keçirdiyim bir neç
ə aylıq müddət ərzində min kilometrlə yol
getmiş, bu səzsiz-səmirsiz guşədə xəyal aləminə qapılmışam.
B
əzən bu xəyallar içində özümü memar hesab edir, abad
~
136
~
şəhərlər, gözəl-gözəl binalar, misilsiz saraylar yaradırdım.
B
əzən böyük bir qoşunun sərkərdəsi olur, Dünya üzündəki
bütün zülml
əri məhv edir, dünya xalqlarını azadlığa çıxarırdım.
B
əzən cəsur bir təyyarəçi olub göylərə qalxır, kainatın hələ
öyr
ənilməmiş planetlərinə uçur, insanların hələ öyrənmədiyi,
f
əqət öyrənmək istədiyi şeyləri öyrənirdim. Bu xəyallar
iç
ərisində mən gah gəmi kapitanı olub, dalğalarla mübarizə
aparır, gah həvəskar bir axtarışçı kimi insanların tarixi
keçmişini kəşf edirdim.
Burada saxlandığımın 26-cı günü yatmaq əmri veriləndən
bir q
ədər sonra məni kameradan çıxarıb aşağı endirdilər və
406-
cı otaqda müstəntiq Melkumovun yanına gətirdilər.
Melkumov m
əni özü ilə üzbəüz küncdə qoyulmuş boş bir
stulda oturtdu. İlk əvvəl demək olar ki, əhəmiyyətsiz şeylərə,
m
ənim şəxsi həyatım, kamerada vəziyyətimin necə keçməsinə
dair suallar verdikd
ən sonra birdən soruşurdu:
–
Danışın!
M
ən gözləyirdim ki, siz bu vaxtda qədər öz cinayətləri-
nizi
ətraflı fikirləşər və mənimlə görüşmək arzu edərsiniz. Çox
t
əəssüf ki, siz bunu etmədiniz və mən məcbur oldum ki, sizi
ya
nıma çağırtdırım. İndi mənə deyin etmiş olduğunuz cina-
y
ətləri mənə danışırsınızmı?
M
ən duruxdum:
– V
ətəndaş müstəntiq, mən sizə hansı cinayətlərimdən
danışmalıyam? Axı mən heç bir cinayət etməmişəm.
– B
əs sizi nə üçün həbs edib buraya gətirdiklərini
bilmirsinizmi?
–
Xeyr, bilmir
əm, mənə elə gəlir ki, bu təsadüfi bir
s
əhvdir.
Melkumov
əlindəki qələminin ucunu stola bir neçə dəfə
vurduqdan sonra:
– MVD heç zaman s
əhv etmir, vətəndaş Mikayılzadə, –
dedi. Siz bura s
əhvən deyil, əsaslı surətdə, cinayətləriniz isbat
~
137
~
Dostları ilə paylaş: |