SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə36/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   32   33   34   35   36   37   38   39   ...   56

–  H
ə, nə deyirsiniz, – dedi, – hər şeyi olduğu kimi bizə 
açıb danışırsınızmı? 
M
ən  başımla  “yox”  işarəsi  verdim,  çünki  danışılası  bir 
sözüm yox idi. 
–  Dem
ək, canınıza yazığınız gəlmir? Axı siz mədəni bir 
insan, yazıçısınız. Sizə yaşamaq, yaratmaq, vətən naminə çalış-
maq lazımdır. Bir düşünün, siz bu sarsaq inadkarlığınızla özü-
nüzü nec
ə də pis günə salırsınız. Bizə onsuz da hamısı bəllidir. 
Siz dövl
ət  əleyhinə  təbliğat  aparmış  və  əksinqilabi  təşkilatda 
işləmişsiniz. Bu olduqca böyük cinayətdir. Lakin bunu özünüz 
biz
ə boyun alsanız, bəzi aydın olmayan məsələləri şərh etsəniz, 
t
əşkilatda daha kimlərin olduğunu desəniz sizi inandırıram ki, 
tam azad edilm
əsəniz də, bir neçə aylıq cəza alarsınız. 
M
ən ağır-ağır dedim: 
–  M
ən nə dövlət əleyhinə təbliğat aparmış, nə də əksin-
qilabçı təşkilatda çalışmışam. Odur ki, sizə heç nə deyə bilmə-
y
əcəm. 
Müst
əntiq hirsindən qıpqırmızı qızardı: 
–  Dem
ək belə! Demək,  siz hələ  də  öz  düşmən fikirləri-
nizd
ən əl çəkməmişsiniz. 
– M
ən düşmən deyiləm, - deyə mən az qala bağırdım. 
–  Sus, alçaq! –  dey
ən müstəntiq  əlində  oynatdığı  kiçik 
tapanç
anın dəstəsini başıma vurdu. Qan fışıltı ilə yuxarı atıldı 
v
ə  sonra üstümə  tökülməyə  başladı.  Müstəntiq  stolunun  yeşi-
yini açıb oradan götürdüyü bir parça binti mənə atdı.  
M
ən bintlə  başımı  sarıdım,  lakin  isti  qan  yavaş-yavaş 
boynuma süzülür v
ə oradan bədənimə keçərək məndə xoşagəl-
m
əz bir gizilti əmələ gətirirdi. 
Müst
əntiq yenə  kommutator vasitəsilə  48-dən bir icra 
qrupu g
ətirdi. Gələn 3 nəfər məni  aralarına  alıb  apardılar. 
Yeraltı binada kiçik bir kameraya salıb, qapını bağladılar. 
M
əni təəccüb  bürüdü.  “Əgər məni cəza üçün buraya 
g
ətirmişlərsə, burada nə  var ki?” –  deyə  düşündüm.  Təqribən 

145 

 


3-4 d
əqiqədən sonra divarlarda nə  isə  qəribə  bir  fışıltı  səsi 
eşidildi. Doğrusu, mən bir qədər qorxdum da. 
Bird
ən divarların arasından yüzlərcə yerdən buğ çıxmağa 
başladı.  Buğ  bir  an  içərisində  qatılaşdı.  Nəfəsim təngləşirdi. 
Qapının bağlı olduğunu bilsəm də, onu itələyir, açmaq istəyir-
dim. 
M
ən boğulurdum, gözlərim yaşarır, ürəyim hədsiz sürətlə 
çırpınırdı. isti buğu udmamaq üçün əlimlə ağzımı və burnumu 
tuturdumsa da, bu çox az köm
ək edirdi. 
Tezlikl
ə huşumu itirdim. 
Ayılarkən  başqa  bir  yerdə  idim. Üstümə  su tökdükləri 
üçün  paltarım  tamam  yaş  idi.  Başımın  üstündə  duran həmin 
“h
əkim” nəbzimi tutdu və yanındakılara: 
– Götürün, – dedi, – 
bir şey olmaz. 
Qollarımdan və qıçlarımdan yapışıb məni əvvəlki yerimə 
g
ətirdilər və  isti  buğun  içinə  atdılar.  Mən  “atdılar”  deyirəm, 
çünki üsulluca yer
ə qoymayıb, məhz tulladılar. Hətta mən bir 
q
ədər əzildim də. 
Dey
əsən, bu dəfə  əvvəlkindən  bir  az  artıq  dözdüm.  İsti 
buğu udduqca qəfəsə salınmış vəhşi heyvan kimi otağın içində 
çırpınır, bircə udum təmiz hava axtarır, təəssüf ki, tapmırdım. 
Bir q
ədərdən sonra yenə  huşumu  itirdim  və  ayılarkən 
yen
ə də o “həkim”i və iş icraçılarını başımın üstündə durmuş 
gördüm. 
M
ənim üstümə bir vedrə soyuq su töküb, təzədən buğun 

ərisinə tulladılar. 
Görünür,  bu d
əfə  huşumu  lap  tez  itirmişəmmiş.  Çünki 
heç bir şey  yadıma  gəlmir. Fəqət ayrılarkən özümü öz kame-
ramda gördüm. Yaxşı ki, daha başımın üstündə duran yox idi. 
M
ən yorulmuşdum. Döyülmək, üç dəfə o müdhiş buğun 

ərisinə  atılmaq  məni  yormuşdu.  Mən dincəlmək, doyunca 
yatmaq ist
əyirdim. 

146 

 


Lakin istintaq orqanları da deyəsən bunu bildikləri üçün 
m
əni dincəlməyə qoymur, müxtəlif cəza tədbirlərini təcrübədən  
keçirir, m
əni etmədiyim cinayətləri  boynuma  almağa  məcbur 
etm
ək istəyirdilər. 
T
əxminən, 2 saat keçdi. Məni ayağa qaldırıb kameradan 
çıxartdılar. Qarovullar məni dövrəyə alıb həbsxananın həyətinə 
çıxardılar və burada biz bir yeraltı binaya – karsera daxil olduq. 
Bura t
əxminən 10 metr yerin  altında  idi.  Mən bunu en-
diyimiz pill
ələrin sayından müəyyən etdim, çünki biz 62 pillə 
enmişdik. 
H
ər tərəf zülmət  qaranlıq  idi.  Yalnız  qarovullar  arabir 
əllərindəki cib fənərləri ilə  yolu  işıqlandırırdlar.  Nəhayət,  biz 
lazım  olan  yerə  çatdıq.  İrəlidə  gedən qarovulçu durdu, əyilib 
yerd
ə  olan dəmir  qapının  qıfılını  açdı,  o  biri  iki  nəfər məni 
götürüb aşağı salladı və qapını qıfıllayıb uzaqlaşdı.  
M
ənim  düşdüyüm  yer,  təxminən,  2 metr dərinliyində 
olub, qurşağıma qədər su ilə dolu idi. Mən əllərimi sürtə-sürtə 

əyyən etdim ki, buranın eni və uzunu təxminən bir metrdir. 
Yorulduğum  üçün  divara  söykəndim, lakin sən demə  suyun 
qıraqlarında  xüsusi  oyuqlar  qayrılıbmış  və  bu oyuqlara iri 
siçovullar salınıbmış. Mən divara söykənən kimi onlardan bir 
neç
əsi mənim paltarımı çeynəməyə başladı. Doğrusunu deyim 
ki, h
ələ  azadlıqda  olanda  belə  mən siçan və  siçovullardan 
çiyrin
ərdim.  Onları  görəndə, nə  isə  ətim ürpəşdi.  İndi  burda 
onlarla bir yerd
ə, özü də qaranlıqda qalmaq mənə pis təsir etdi. 
C
əld  bu  divardan  ayrılıb  o  birisinə  söykəndim.  Buradakı 
siçovullar lap h
əyasız  imiş.  Onlardan  birisi  mənim kürəyimə 
dırmaşdı və boynumu çeynəmək istədi. Mən dəli kimi yerim-
d
ən tullandım  və  siçovul üstümdən  suya  düşdü.  O  civildəyə-
civild
əyə suyun içindən çıxıb yuvasına girdi. 
M
ən daha divarlara söykənməkdən qorxduğum üçün kar-
sın dik ortasında dayandım. 

147 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə