SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə37/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   33   34   35   36   37   38   39   40   ...   56

Lakin burada da m
ənə dinclik olmadı. Yuxarıdan iri dam-
lalarla  buz  kimi  soyuq  su  başıma  damırdı.  Damcılar  ara  ver-
m
ədən düz karsın ortasına, yəni mənim başıma düşürdü. Siço-
vullardan  uzaq olmaq üçün m
ən də  bu  damcılara  dözürdüm. 
F
əqət, tezliklə onlar məni əsəbləşdirməyə başladı. 
Yorğunluqdan  ayaq  üstə  dura bilmirdim. Bir azca otur-
maq üçün m
ən indi nəyim varsa verərdim. Mən hətta belə bir 
t
əcrübə etmək də istədim. Lakin su qurşağa qədər olduğundan 
oturmaq mümkün deyildi.  
Sakit durmaq olmazdı. Çünki azacıq hərəkətsiz duranda 
bih
əya siçovullar üzüb üstümə gəlirdi. Odur ki, bu çağrılmamış 
qonaqları qovmaq üçün daimə hərəkət etməyim lazım gəlirdi.  
N
ə  qədər vaxt keçdiyini dürüst deyə  bilmərəm. Mənə 
qalsa idi, y
əqin ki, keçən  vaxtın  bir  il  olduğunu  deyərdim... 
qaranlıq,  qurşağa  qədər suyun içərisində  dik durmaq, daimi 
olaraq  başına  suyun  damcılaması,  ümumi  yorğunluq,  yuxu-
suzluq v
ə nəhayət, bu siçovullar. 
Yuxarıda  ayaq  səsləri  eşidildi.  Karserin  qapısı  açıldı. 
Qarovulçu işığı dik üzümə saldı və bir parça qara çörəyi mənə 
uzatdı: 
– S
əhər yeməyini alın! 
Qapı bağlandı.  
Dem
ək, artıq səhərdir. Deməli, mən burada 15-16 saatdır 
ki, dayanmışam. 
Vaxt n
ə yaman ağır-ağir keçirmiş... 
Çör
əyi acgözlüklə çeynədim. Su pis və üfunətli də olsa
bol idi. 
Karser
ə salınanları ayaqyoluna aparmadıqları üçün bu su 
çox nat
əmiz idi, lakin hər halda var idi. 
Siçovullar çör
əyin iyini duyub mənə  yaxınlaşmaq  istə-
dil
ər.  Ancaq  daha  onları  qovlamağın  fəndini bilirdim. Bir-iki 
d
əfə suyu şappıldadan kimi sakitlik bərpa olurdu.  

148 

 


Xeyli vaxt bel
əcə keçdi. Artıq bədənimin bəndləri sızıl-
dayır, bir-birin dən ayrılmaq dərəcəsinə gəlir, dözülməz şəkildə 
ağrıyırdı.  
Su çox soyuq olmasa da, m
ən  yavaş-yavaş  titrəməyə 
başlayırdım.  Yenə  də  addım  səsləri  eşidildi.  Qapı  açıldı.  Cib 
fanarının işığı dik üzümə düşdü. 
4 qüvv
ətli əl məni çəkib yuxarı çıxartdı. Qarovullar məni 
dövr
əyə  alıb  kamerama  gətirdilər.  Qapını  örtən kimi yerə 
yıxıldım. 
*** 
Günl
ər gəlib keçirdi. Məni hər gecə gah müstəntiqin, gah 
şöbə  müdirinin,  gah  da  prokurorun  yanına  aparırdılar.  Onlar 
ağır siyasi cinayətləri boynuma almağı məsləhət görür, mən də 
r
ədd edirdim. Hər bir rədd cavabı növbəti cəza ilə nəticələnirdi. 
Bu “48”in n
ə  müxtəlif cəza tədbirləri  varmış.  Bütün 
əvvəllər başıma  gətirilənlərdən  başqa,  onlar  məni lüt soyun-
durub, noxud d
ənələri üstündə  dizi üstə  oturtmuş,  müxtəlif 
üsullarla 
əzişdirmiş, soyuq suda islatmış, ac saxlamış, dəli ilə 
bir yer
ə salmış, başıma cürbəcür oyunlar açmışdılar. 
N
əhayət, mənim ən çox qorxduğum hadisə də baş verdi. 
Müst
əntiq tez-tez məni hədələyərək deyirdi:  
–  Özünüz
ə  yazığınız  gəlsin. Məni məcbur etməyin ki, 
butulka il
ə hər şeyi boynunuza aldırım. 
H
ələ  azadlıqda  mən bu barədə  nə  isə  bir  şey  eşitməmi-
şəm. Lakin o zamanlar buna nə o qədər ciddi əhəmiyyət ver-
miş, o qədər də inanmamışdım. 
İlk  əvvəl bu sözü müstəntiqdən  eşitdikdə  elə  bildim ki, 
m
əni yenə  də  qorxutmaq istəyir. Fəqət,  cürbəcür cəzaları 
gör
əndən sonra mən bu cəzanın da ola biləcəyinə inandım və 
bundan qorxmağa başladım. 
H
ətta bu cəzanı  görməyim deyə  istintaq  orqanlarının 
t
əklif etdiyi bəzi cinayətləri  “boynuma  da  aldım”.  Ancaq 
getdikc
ə istintaq orqanlarının iştahası artırdı. Onlar istəyirdilər 

149 

 


ki, m
ən  əslində  mövcud olmayan əksinqilablı  təşkilatdan,  et-
m
ədiyim dövləti cinayətlərdən  danışım,  tanımadığım  adamlar 
haqqında onlara məlumat verim, nahaqdan başqalarının üzünə 
durum v
ə s.  
M
ən bu təklifləri qəti olaraq rədd etdikdə  şöbə  rəisi 
M
əmmədov açıq hiss olunan bir kinayə ilə: 
–  Dem
əli, siz bizə  kömək etmək istəmirsiniz,  –  dedi,  –
bunun n
əticəsi  sizin  üçün  pis  olacaqdır.  Biz  məcbur  olacağıq 
ki, sizi butulka vasit
əsi ilə  danışdıraq.  O  zaman  sizin  bütün 
cinay
ətləri açacağınıza əminəm. Fəqət, sizin üçün deyirəm. 
Qorxudan daxil
ən tir-tir  əsirdim.  Axı  insanlıqdan  tam 
m
ənasilə bixəbər olan bu adamlar hər bir cinayət etməyə həm 
qadir, h
əm də ixtiyarlı idilər. 
Az sonra “48” d
ən gələn icraçılar məni yerə yıxdılar və 
butulka 
əməliyyatına başladılar. 
Bu h
əqiqətən də  dəhşət idi, mən hətta  sağ  qalacağıma 
bel
ə inanmırdım.  Lakin  pis günün üzü pis olarmış. Ölmədim, 
əməliyyat  qurtarana  yaxın  ürəyim xarab oldu və  özümdən 
getdim. 
Bu 
əməliyyatdan sonra mən  ancaq  ağzı  üstə  uzana 
bilirdim. N
ə oturmağa, nə də arxası və ya böyrü üstə uzanmağa 
halım yox idi. Dözülməz ağrılar qarnımı, böyürlərimi və belimi 
qırmaq dərəcəsinə gəlirdi. 
8 gün bel
əcə  keçdi.  Artıq  yavaş-yavaş  ayağa  dura  bilir-
dim. Bir gec
ə xəlvətcə alt köynəyimi soyunub, onu parçaladım 
v
ə ip düzəltdim.  
N
əzarətçi təxminən hər on dəqiqədən bir mənim kame-
rama bax
ırdı. Bunu gözlüyün (qapıda baxmaq üçün göz boyda 
bir yer olur) 
cıqqıldamağından  müəyyən  etmişdim.  Növbəti 
d
əfə  o,  kameranı  nəzərdən keçirib ötən kimi ipi halqa edib 
qapının  üst  çərçivəsinə  atdım  və  ani  bir  sıçrayışla  özümü 
asdım. 

150 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə