SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə40/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   36   37   38   39   40   41   42   43   ...   56

M
ən bir neçə adamın altında qalmışdım. Az qala nəfəsim 
k
əsilirdi. Elə bu zaman kimsə daldan tumanımı əlinə yığışdırdı 
v
ə  var qüvvəsi ilə  məni çəkib  adamların  altından  çıxartdı. 
Kimins
ə  qayğıkeş  əlləri məni  qucağına  alıb,  geyinilən yerə 
g
ətirdi. 
Bizim  yoldaşlarımızdan  Qorbatovski  adlı  ucaboylu  bir 
ukraynalı  vəziyətin çox gərgin  olduğunu  görüb,  ara  qapısının 
bir  taxtasını  qopartdı.  Dəyənək kimi əlinə  alıb  irəli  atıldı. 
Qorbatovski c
əmisi 1-2 dəqiqə ərzində aranı sakitləşdirib geri 
qayıtdı.  Bizim  yoldaşlardan  yalnız  Kabılyatski  möhkəm 
əzilmişdi, qalan 4-5 nəfərin isə azacıq başı yarılmış, əli və ya 
ayağı çapılmışdı. 
Qorbatovski  qana  bulanmış  qapı  taxtasını  yerinə  salıb 
sakitc
ə geyinməyə başladı. 
Sonradan m
əlum oldu ki, məni  onların  altından  çəkib 
çıxaran  Qorbatovski  imiş.  Taxtanı  götürən kimi dələduzları 
çırpmış və yoldaşlarını döyülməkdən xilas etmişdi. 
Bizi kameraya qaytardılar. 
Qorbatovski dedi: 
– 
Görürsünüzmü,  öz  xalqımız  belə  bizi  başa  düşmür, 
faşist hesab edir.  
Y
əhudi ona tərs-tərs baxıb: 
–M
əgər  onlar  xalqdır,  –  dedi,  –  bu  ki,  şpanadır  (oğru-
əyri), ikincisi də  onlara belə  tərbiyə  verilir. Kim ki, siyasi 
m
əhbusdur – o faşistdir, xalq düşmənidir.  
– 
Onda  qoy  bizi  “xalq  düşməni” deyil, “Stalinin 
düşməni” adlandırsınlar – deyə kimsə təklif etdi. 
– 
Darıxmayın, o zamanın olacağına da çox qalmayıb. 
Y
əhudi bu cümləni elə  bir inamla dedi ki,  kameradakı-
ların hamısı dönüb ona baxmalı oldu. Hətta Qoroxov adlı birisi:  
– 
Xahiş edirəm, elə söz danışmayasınız, – dedi, – burada 
Stalinin n
ə günahı var?  

158 

 


Y
əhudi 50-55  yaşlarında,  hədsiz dərəcədə  arıq,  nazik, 
uzunsov sif
ətli, sivri burunlu, xırda gözlü, sarıbəniz bir kişi idi. 
Dövl
ət planı komitəsində yüksək bir vəzifədə işləmiş, orada da 
“xalq  düşməni” kimi həbs  edilmişdi.  Olduqca  savadlı  və 
m
ədəni bir şəxs idi.  
Ad
ətən yəhudilərə  xas  olan  qorxaqlıq  və  eqoizm bunda 
yox idi. O, h
ətta “r” səsini olduqca düzgün tələffüz edirdi. 
Başqalarının onu zarafatla “iuda” deyə çağırmasına baxmaya-
raq, 
əsla  əsəbləşmirdi.  Yakim  Avramoviç  Ginzburq  belə  bir 
şəxs idi. Onun “xalq düşməni” kimi həbs olunmasının səbəbini 
soruşduqda belə dedi: 
– Bilirsinizmi, m
ən çox kirayənişinləri olan ümumi kori-
dorlu bir binanın beşinci mərtəbəsində yaşayırdım. Otağımdan 
iki  qapı  o  yana  MVD  işçisi  olan  bir  kapitanın  evi  idi.  Bir-
birimiz
ə  heç  bir  gediş-gəlişimiz  olmasa  da,  lakin  hər gün 
axşamlar  işdən gələrkən mütləq bir-birimizlə  rastlaşmalı 
olurduq. M
ən adətən özümdən  yaşlı  olan  bu  kapitanı  birinci 
olaraq  salamlayır,  “axşamınız  xeyir”  deyirdim.  O  da  cavab 
əlaməti olaraq başını əyib keçirdi. 
Bel
əliklə, bir-iki  il  keçdi.  Qonşum  işə  məndən gec get-
diyi v
ə  istirahət günləri belə  evdə  olmadığı  üçün biz demək 
olar ki, heç bir zaman s
əhər salamlaşa bilmirdik. 
T
əsadüfən bir gün işlədiyim idarədə təmir aparıldığından 
m
ən  iki  gün  işə  getməyib evdə  qalmalı  oldum.  Birinci  gün 
yuxudan gec durduğum üçün qonşum artıq işə getmişdi. Lakin 
ikinci gün s
əhər biz koridorda bir-birimizlə  rastlaşdıq.  Mən 
ad
ətim üzrə onu salamlayıb “axşamınız xeyir” dedim. 
Qonşum  dayanıb  durdu.  Çeşməyini  çıxarıb  məni nəzər-
d
ən keçirdi. 
– Bu n
ə deməkdir? – deyə soruşdu. 
M
ən özümü itirmiş kimi oldum: 
– 
Bağışlayın, mən sizi salamlayıram, – dedim. 
Qonşum tərs-tərs mənə baxıb əlini yellətdi: 

159 

 


– Bu nec
ə salamlamaqdır? – dedi, – axı indi səhərdir. Siz 
is
ə “axşamınız xeyir” deyirsiniz. 
M
ən onun çox əsəbləşdiyini görüb sözü zarafata salmaq 
ist
ədim: 
–  Bilirsinizmi,  –  dedim,  –  sizi gör
əndə mənim gözlərim 
qaranlıq gətirir, ona görə də gecə ilə gündüzü seçə bilmirəm. 
Qonşum daha heç bir söz deməyib, sürətlə qapıdan çıxdı. 
Aradan  iki  gün  keçmiş,  gecə  vaxtı  məni yataqdan 
durğuzub MVD-yə apardılar. 
Orada m
əlum  oldu  ki,  qonşum  məni  MVD  orqanlarına 
böh
tan atmaqda ittiham etmişdir. 
Burada qonşum mənim üzümə şahid keçərək, göstərdi ki
güya m
ən Sovet dövlətini  sevmir,  onu  qaranlıq  zindan  adlan-
dırıram. Bundan başqa o dedi ki, güya mən MVD orqanlarını 
xalqın  başını  gicəlləndirən və  gözlərini  qaranlıqlaşdıran bir 
p
ərdə adlandırmışam. 
Bütün bunlara 
əsasən  “Osoboye  Soveşşanie”  (xüsusi 
m
əsləhət) mənim işimi nəzərdən keçirib məni “xalq düşməni” 
kimi 15 il azadlıqdan məhrum etdi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

160 

 


ÜÇÜNCÜ MƏKTUB 
 
(Moskva-Komsomolsk) 
 
Ayaz, 
əzizim! Bilmirəm bundan irəli göndərdiyim iki 
m
əktubu  almısanmı?  Hər halda mən ümid edirəm  ki,  almış 
olarsan. M
ənə cavab yazmasan da olar, ancaq təki məktublarım 
s
ənə çatsın. 
Son günl
ərdə elə qəribə olmuşam ki... Elə bil kimsə məni 
m
əktub  yazmağa  tələsdirir. Nə  isə  biz  “Butirki”  türməsində 
t
əxminən,  bir aya qədər  qaldıqdan  sonra  bir  gecə  həbsxana 
r
əisinin köməkçisi  kameraya daxil olub, yatab göndəriləcəyi-
mizi x
əbər verdi və yola hazırlaşmağımızı tapşırdı. 
Kamerada q
əribə  bir vəziyyət  əmələ  gəldi: kimisi yatab 
ged
əcəyimizə  sevinir,  kimisi  bikef  olur,  kimi  xırda-para 
avadanlığını  bir  yerə  cəmləşdirir,  kimi  gözlərini bir nöqtəyə 
zill
əyib fikirləşirdi. 
H
ələ 1934-cü ildən bəri müxtəlif həbsxanalarda saxlanı-
lan  qocaman  kommunist  İvan  İqnatyeviç  Beryovkin  dərindən 
bir ah ç
əkib dedi: 
–  Dostlar, ad
ətən bu vaxt gedən yatablar Kolimaya gön-
d
ərilir. Bu o deməkdir ki, yəqin ki, biz də oraya göndəriləcəyik. 
Siz
ə məsləhətim budur ki, özünüzlə bacardığınız qədər az şey 
götür
əsiniz. Çünki biz 100 km-lərlə yolu piyada gedəsi olaca-
ğıq. 
Y
əhudi, dustaqlar  arasında  pis  təsir  bağışlaya,  küskün 
əhval-ruhiyyə yaradan bu sözü kəsib zarafatla dedi:  
– 
Eh, qardaşım, sizi təkcə indi söylədiyiniz sözlərə görə 
“xalq düşməni” adlandırmaq olar. 
Beryovkin bir q
ədər uca səslə: 
–  M
əgər mən yoldaşların, xalqın qayğısına qalırkən, və-
ziyy
əti başa salırkən “xalq düşməni” edilməmişikmi? 

161 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə