SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə42/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   38   39   40   41   42   43   44   45   ...   56

g
ənc  imiş.  Onları  elliklə  (qruppovoy)  əksinqilabi təbliğat 
aparmaqda müq
əssir edib həbsxanaya salmış, heç bir yoxlama 
aparmadan h
ərəsini 5 ildən 7 ilə  qədər  azadlıqdan  məhrum 
etmişlər. Gənclər  məhkəmənin qərarı ilə razılaşmamış və şika-
y
ət vermişlər. Həbsxana rəisi təcrübəsiz gəncləri aldadıb “sizi 
Moskvada danışdıracaqlar”- deyə buraya yola salıbmış. Yalnız 
burada  onlar  aldandıqlarını  başa  düşmüş,  səs-küy salaraq 
n
əzarətçilərlə dalaşmış və prokuror çağırılmasını tələb etmişlər. 
N
əticəsi isə “Varfolomey gecəsi” kimi olmuşdur. 
Burada  qaldığımız  bir-iki gün ərzində  bizə  çörək və 
kofed
ən başqa heç bir şey verilmədi. Üçüncü gün bizi yenidən 
vaqonlara doldurub şərqə tərəf yola saldılar.  
Bu d
əfə vaqonda yerimiz rahat idi. Biz, növbə ilə olsa da, 
h
ər  halda  uzanıb  yatmağa  yer  tapırdıq.  Yavaş-yavaş  bir-
birimiz
ə  isinişir,  bir-birimizin  əhvalından,  ailə  vəziyyətindən, 
başına gələn qəziyələrdən, etdiyi “cinayətlərdən” soruşurduq. 
İki  aya  qədər yol getdiyimiz üçün bu müddətdə  bir-
birimizin  dem
ək olar ki, bütün həyatını diqqətlə öyrənmişdik. 
Yol  yoldaşlarımdan  Kobılyatski  Ukraynanın  Çerniqov  vila-
y
ətindəki Maryino kəndindən olan bir kolxozçu idi. Onu çar 
höküm
əti zamanı rus ordusunda zabit olduğu üçün həbs etmiş-
dil
ər. 
Moldo
viyalı  Georgi  Dimitriyeviç Kovalji onu dinləyib 
dedi:  
– 
Qardaş, sən heç olmasa müəyyən bir işin üstündə tutul-
musan. M
ən yazıq isə heç bilmirəm ki, nə günahın sahibiyəm. 
Y
əhudi sözə qarışdı: 
– Bura bax, qoca! Neç
ə yaşın var? 
Kovalji sualın nə üçün verdiyini bilməsə də dedi:  
– 74. 
Y
əhudi qəhqəhə çəkib güldü: 

165 

 


– 
A kişi, hələ bir günahını da soruşursan? Sən də düz əlli 
üç il çar höküm
əti zamanında yaşamısan, özün də, fikirlərin də 
köhn
ədir. İndi siyasi məhbus olmaq üçün bu özü kifayətdir. 
Kovalji narazı halda başını buladı: 
– Siz d
ə lap qəribə adamsınız. Elə hər qoca xalq düşmə-
nidir? 
– MQB-nin fikinc
ə təxminən hamısı. 
Professor Savelyev söz
ə qarışdı: 
– 
Yakım Avramoviç, xahiş edirəm, qoyun kişi söhbətini 
el
əsin, görək onu nə üçün tutublar. 
Y
əhudi daha dinmədi,  öz yerində  uzanıb  söhbəti dinlə-
m
əyə başladı. 
Kovalji dedi: 
–  H
ə, mən üzümçülük sovxozunda sahə  briqadiri idim. 
Bir gün raykomdan bizim k
əndə  bir təlimatçı  gəlmişdi.  Bu 
adam t
əsərrüfatdan tamamilə  xəbərsiz  olduğu  halda,  başladı 
bizi danlamağa ki, ay nə bilim pis işləyirsiniz, təsərrüfatı düz-
gün apara bilmirsiniz, yaxşı adam deyilsiz və s. 
M
ən onda dedim ki, ay yoldaş, biz yaxşı işləyirik, amma 
dövl
ət idarələri  kolxozların  vergi  tədarük  planlarını  düzgün 

əyyənləşdirmədiyi üçün  kolxozun gəlirinin çoxu da 
t
ədarüklərə  və  vergilərə  gedir.  Axırda  da  kolxoz  irəli gedə 
bilmir.  
Bayaqdan b
əri onu dinləyən yəhudi dözə bilməyib: 
– El
ə orda evinizi yıxırsınız da, – dedi. 
Kovalji bu atmacadan m
əmnun halda sözünə davam etdi: 
–  Düz deyirs
ən,  qardaş.  Elə  evim  orada  yıxılıbmış.  Bu 
nan
əcib  oğlu  gedir  MQB-yə  bir məlumat verir. 3-4 gündən 
sonra m
əni həbs etdilər.  Bu  zalım  oğlu  qızıl-qırmızı  üzümə 
dir
əndi ki, güya mən Sovet höküməti əleyhinə təbliğat aparır, 
dövl
ət orğanlarını söyür, kolxoz quruluşunu pisləyirəmmiş. Elə 
buna 
əsasən də mənə düz onca il veriblər. 

166 

 


Krasnodardan olan tibb eliml
əri doktoru, professor Vesili 
Petroviç Savelyev d
ərin bir ah çəkib dedi: 
– 
Qardaş, yenə səninki yaxşı olub, üzünə yalandan şahid 
duran adam yad olub, özü d
ə sən deyəni bəzəyib, artırıb, siyasi 
don geydirib. Amma m
ənimki lap qəribədir. 
Bir iclasda, yeni d
ərman növləri haqda məruzə edirdim. 
Öz d
ərmanlarımızdan  danışandan  sonra  qeyd  edirəm ki, son 
vaxtlarda xarici ölk
ələrdə  bir  sıra  qiymətli dərman növləri 
yaradılmışdır.  
El
ə həmin gecə məni MQB-yə apardılar. Burada mənim 
öz  aspirantlarımdan  ikisi  üzümə  durub dedilər ki, güya mən 
onlara çoxlu xarici 
ədəbiyyat  oxumağı  tövsiyə  edir, xarici 
aliml
əri tərif edirəmmiş. 
Bilirsinizmi,  bu  sonuncu  ittihamın  üstündə  mənə  nə 
q
ədər  işgəncə  verdilər?  Hamısı  keçib  gedər, amma birisini 
bilm
əyiniz  yaxşıdır. Müstəntiq butulkaları xırda-xırda sındırıb 
tabut formalı xüsusi bir qaba yığdırıbmış. Məni lüt soyundurub 
h
əmin  tabuta  uzandırdı  və  orada döyməyə  başladı.  Qayışın 
ağrısından  tabutda  tərpəndikcə  butulka  qırıqları  bədənimi 
parça-parça edirdi. M
ən bundan sonra  2 ay müalicə olundum. 
Vaqonun dib t
ərəfində  uzanan və  bu vaxta kimi heç 
kiml
ə bir kəlmə də danışmayan uca boylu, enli kürəkli, sarışın 
bir g
ənc ayağa durub bizə yanaşdı və dedi: 
–  Professor, 
siz  yaxşı  qurtarmışsınız.  Mən isə  ömürlük 
b
ədbəxt olmuşam.  
Burada m
ən dayana bilmədim: 
– S
ənə nə olub ki, oğlum? – dedim. 
G
ənc asta-asta dedi: 
– 
Vallah, doğrusu danışmağa da utanıram. Müstəntiq mə-
nim  başıma  elə  bir  oyun  açıb  ki,  onu  heç  ağıla  yerləşdirmək 
olmaz. O, m
əni lüt soyundurub, ağzı nazik parça ilə örtülmüş 
bir kiçik vedr
ənin üstündə oturtdu. Üç sağlam kişi mənim çi-
yinl
ərimdən yapışdı, ilk əvvəl bunun nə demək olduğunu başa 

167 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə