SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə44/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   40   41   42   43   44   45   46   47   ...   56

– Onsuz da fikir-x
əyaldan yatmaq olmur. 
Professor İvanov öz taxtından enib aşağı taxtda oturdu və 
söz
ə başladı: 
– H
ə, tribunalın sədri mənə dedi ki, sizin başqa bir cina-
y
ətinizin də  üstü  açılıb.  Demə  siz 1905-ci ildə  Peterburuqda 
inqilabçı  fəhlələri  qırmaqla  məşğul  olan  bir  cəza dəstəsinin 
r
əisi imişsiniz. 
M
ən quruyub qaldım. Bu barədə istintaqda mənə bir söz 
deyilm
əmişdi, odur ki, – belə şey ola bilməz, – deyə çığırdım. 
Hakim keşikçi əsgərə: 
– Popo
vu çağırın, – dedi. 
T
əxminən  50-52  yaşlarında  kök,  qırmızıyanaq,  tanıma-
dığım bir kişi içəri girdi. Hakim ona müraciətlə: 
– 
Siz İvanovu tanıyırsınızmı? – dedi. 
Şahid utanmadan “bəli” – deyə cavab verdi. 
– 
Haradan tanıyırsınız? 
– 
Bu  lap  çoxdankı  hadisədir.  1905-ci  ilin  yayında  mən 
atamla b
ərabər  Peterburuqdakı  Putilov  zavodunda  işləyirdim. 
Biz f
əhlələr səhər vaxtı zavodun qabağında toplanıb nümayişə 
getm
əyə  hazırlaşırdıq.  Birdən tindən 2 nəfər  atlı  görünürdü. 
F
əhlələr tez zavodun həyətinə  doluşdular.  Dedilər  ki, bunlar 
c
əza dəstəsinin rəisi  İvanov  və  onun  adyutantıdır.  Əgər bizi 
görs
ələr, mütləq öldürərlər. Həmin  2  atlı  yel  kimi  gəlib 
yanımızdan sovuşurdu. Xoşbəxtlikdən bizi görmədilər. 
İclasçının birisi ona sual verdi: 
–  Popov! Deyin gör
ək, siz əvvəllər  İvanovu  tanıyırdı-
nızmı? 
– Xeyir! 
İkinci iclasçı sual verdi: 
– 
Siz o vaxtı İvanovun özünü gördünüzmü? Bu qarşınız-
dakı İvanovun həmin İvanov olduğunu təsdiq edirsinizmi? 
– 
Əlbəttə, – deyə Popov cavab verdi. 
Hakim m
ənə müraciət etdi: 

171 

 


– Sizin v
ətəndaş Popova sualınız varmı? 
–  B
əli,  –  dedim.  Əvvəla,  vətəndaş  Popov  desin  görək 
onun f
əhlə yoldaşları kim idi və məni haradan tanıyırdılar?  
Papov udqundu: 
–  Aradan 30 ild
ən çox keçib, həm də  mən tezliklə  o 
zav
oddan çıxdım. Nə bilim adları nə idi. 
–  B
əs nə  yaxşı  onları  unutmuş,  mənim  adımı  isə  əzbər 
deyirsiniz? İkincisi, siz deyirsiniz ki, mən o vaxt atın üstündə 
gördüyünüz  İvanovam.  Özünüz  də  indicə  dediniz  ki,  atlılar 
yanımızdan yel kimi ötüb keçdilər. Əgər belədirsə, siz mənim 
üzümü nec
ə görə bilərdiniz? Nəhayət, siz haradan bildiniz ki, 
m
ən həbs olunmuşam və sizi buraya kim çağırdı? 
Popov tutuldu, n
ə  cavab verəcəyini bilmədi. Prokuror 
onun köm
əyinə yetdi: 
–  M
ən məhkəmə həyətindən xahiş edirəm ki, müqəssirə 
şahidi çaşdırmağa imkan verməsin. 
Hakim z
əngi çalıb mənə: 
–  Oturun, m
əsələ  aydındır,  –  dedi,  –  şahid  sizi  tanıyır, 
cinay
ətinizi də üzünüzə deyir, hələ bundan başqa bir şahid də 
vardır. O da sizin cəza dəstəsində işləməyinizi təsdiq edir. 
Sonra is
ə: 
– Kuznetsovu g
ətirin, – deyə keşikçiyə müraciət etdi. 
Bu d
əfə içəri uca boylu, arıcaq, uzunsov sifətli, çopur, 60 
yaşlarında tanımadığım bir kişi daxil oldu. 
Hakim ona r
əsmi sualları verdikdən sonra dedi: 
– V
ətəndaş Kuznetsov, müttəhim İvanov haqqında bilmə-
dikl
ərinizi danışın. 
Kuznetsov alçaqdan bir-
iki ağız öskürüb sözə başladı:  
–  Hörm
ətli hakimlər,  –  dedi,  mən Peterburuqda  yaşayır 
v
ə kimya zavodunda fəhləlik edirdim. 1906-cı ilin əvvəllərində 
m
əni  nümayişdə  iştirak  etdiyim  üçün tutub polis idarəsinə 
apardılar.  Gecəni zirzəmidə  saxladıqdan  sonra  səhər rəisin 

172 

 


yanına  apardılar. Otaqda məni 3 nəfər istintaq etdi. Onlardan 
biri d
ə həmin bu İvanov idi.  
Kuznetsovun bu vicdansız yalanı məni lap sarsıtdı. Hətta 
ona etiraz da ed
ə bilmədim. Tribunal da bu “şahidlərin” dedik-
l
ərinə  əsasən məni 1905-ci  il  inqlabının  iştirakçılarına  cəza 
verm
əkdə müqəssir hesab etdi. 
Kims
ə yavaşca: 
–  B
əs vəkiliniz yox idi? – deyə soruşduqda, bütün günü 
dinm
əyib yalnız başqalarını dinləyən, Ukraynanın Sumı vilayə-
tind
ən olan Porfiriy Yeqoroviç Qruşevitski dözə bilməyib əsəbi 
halda çığırdı: 
–  V
əkil nədir, canım? Tribunalda vəkil heç olmasa yax-
şıdır.  
M
ən onun əsəbləşdiyini görüb mülayimliklə soruşdum:  
–  M
əgər sizin vəkiliniz  var  idimi?  Axı  deyəsən  yoldaş-
ların çoxunun vəkili olmamışdır. 
– 
Yoldaş  yazıqların  məhkəməsi  olmuşdu  ki,  vəkili də 
ola... – dey
ə yəhudi sözə başladı – Moskvada “xüsusi yığıncaq” 
qeydimiz
ə qalaraq bir müddət (əlbəttə, namüəyyən bir müddət) 
Uzaq 
Şimalda  yaşamağımızı məsləhət görmüşdür. Həkimlərin 
dediyin
ə  görə  bu xüsusilə  zehni  əməklə  məşğul olanlar üçün 
çox faydalı olur. 
Professor Sav
elyov onun bu zarafatına dözə bilmədi: 
– M
ənim əzizim, – dedi, – siz nə üçün həkimlərə böhtan 
atırsınız? Axı bu yaxşı deyil. 

 
Bizim hamımıza olmazın böhtanlar atılanda yaxşı idi? 
İkincisi  də  mən bu sözü MVD  həkimləri barəsində 
deyir
əm. 
Kobılyatski onların hər ikisini sakit edib: 
–  Siz dey
əsən MVD  həkimlərinin üstündə  bir-birimizlə 
pozuluşmaq istəyirsiniz, - dedi. 
Y
əhudi sözü yenə zarafata çevirdi: 

173 

 


– 
Pozuluşsaq da, acıq edib getməyə qoymayacaqlar. Va-
qo
nun qapıları bağlı, özünün də çoxlu gözətçisi. 
Hamı gülüşdü. Doğurdan da burada bir-birindən küsmək, 
acıq etmək mümkün deyildi.  
M
ən  hamının  gülüşdüyü,  arada  heç  bir  inciklik-filan 
olmadığını görüb Qruşevitskiyə dedim: 
–  Mümküns
ə, deyin görək vəkilinizin sizə  bir köməyi 
d
əydimi? 
– Heç üzünü gördüm ki... 
– B
əs dediniz ki, vəkilim var idi? 
– B
əli, həm var idi, həm də yox. 
– 
Axı bu necə ola bilər? 
–  El
ə beləcə. Qulaq asın, mən özüm məhkəməmin necə 
getdiyini siz
ə  danışım,  onda  özünüz  başa  düşərsiniz,  –  deyə 
Qruşevitski sözə başlamaq istəyirdi ki, vaqonun qapısı döyüldü 
v
ə bizə yatmaq əmri verildi. 
S
əhəri gün erkən yuxudan duran kimi Qruşevitskini döv-
r
əyə aldıq. Hamını onun vəkili maraqlandırıdı. 
Qruşevitski dedi:  
–  M
əni üçcə  dəfə  istintaq edib çox əhəmiyyətsiz  şeylər 
soruşandan sonra işi məhkəməyə köçürdülər. Mən konkret ola-
raq n
ədə ittiham olduğumu da bilmirdim. 
M
əhkəməm o qədər tələsik və  gizli  aparıldı  ki,  bunu 
n
əinki mənim ailəm, hətta  nazirliyin  şöbələri belə  bilmədi. 
M
əni yeriyə  bilmədiyim üçün xərəyə  qoyub  kiçik  bir  otağa 
g
ətirdilər. Otaqda 4 nəfər hərbi geyimli, 1 nəfər də hüquq işçisi 
paltarında olan şəxs var idi. 
“Q
əribədir...axı  mən müdafiəni rədd etməyim, vəkil 
tutmadığım  üçün  prokuror məhkəmədə  olmalı  idi.  Bəlkə  o 
t
əsadüfi olaraq bura gəlmişdir? Elə tutaq ki, bu belədir. Bəs nə 
üçün h
əkimlər hərbiçilərdir? Axı mən hərbi qulluqçu deyiləm, 
ola bilm
əz ki, mənim işimə hərbiçilər baxsın.”  

174 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə