SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə47/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   43   44   45   46   47   48   49   50   ...   56

q
ədər  haqsızlıq  olsa  da,  yenə  öz  partiyalarından  inciməmiş, 
ondan üz dönd
ərməmişlər. 
M
ən bir dəfə bu barədə söz salanda prof. Savelyev dedi:  
– 
Mikayılzadə, bu haqsızlığı Kommunist Partiyası deyil, 
ayrı-ayrı,  əslində  komunist  olmayan  şəxslər edirlər. Biz ina-
nırıq ki, bu müvəqqəti haldır. Partiyamız və xalqımız bu vəziy-
y
ətdən xəbərsizdir. Gec-tez həqiqət bərqərar olacaq və  biz 
azad
lığa çıxacağıq. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

181 

 


DÖRDÜNCÜ MƏKTUB 
 
Sevimli dostum! 
Komsomolski  şəhərində  bizi  qatardan  düşürüb  dəniz 
qırağındakı  həbs  düşərgəsində  yerləşdirdilər. Burada bir neçə 
gün bizi dindirib-
danışdıran  olmadı.  Hər  şeylə  maraqlanan 
y
əhudi haradansa öyrənmişdi  ki,  bizi  Kolumaya yola 
salacaqlar.  D
oğrudur,  biz  bunu  təxminən bilirdik, ancaq yenə 
d
ə dünyanın ən soyuq olan bir guşəsinə uzun müddətə aparıla-
cağımız  bizi  xeyli  kədərləndirirdi.  Qafqazlı  məhbuslar demək 
olar ki, tamamil
ə ruhdan düşmüşdülər. 
İki gün beləcə sıxıntı içərisində keçdi. Üçüncü gün gün-
düz bizi kiçik d
əstələrə bölüb güclü nəzarət altında gəmi vağ-
zalına gətirdilər. 
Burada “Feliks” adlı nəhəng bir okean gəmisi durmuşdu. 
Bizi ciddi yoxlamadan keçirib g
əminin alt hissəsində yerləşən 
tryuma doldurdular. 
M
ən “doldurdular” deyirəm.  Çünki  tryumun  qapısı 
olduqca balaca idi. 
Tryum yarıya qədər duz ilə doldurulmuşdu. 
Burada  dustaqları  bir-bir tryuma itələyir, bununla da öz 
v
əzifələrini bitmiş hesab edirdilər. 
Bizi g
əmiyə  mindirdikləri zaman göyərtədə  yaşlı  bir 
d
ənizçi  durmuşdu. O, əsgərlərin qoca və  xəstə  məhbusları 
t
əpikləyərək tryuma itələdiyini gördükdə  üzünü yana çevirdi, 
ah ç
əkib, cib dəsmalını  çıxardı,  tələsik  uzaqlaşdı.  Mənə  elə 
g
əldi ki, o, gözlərini silir. Son il yarımda mən birinci dəfə idi 
ki, bizim halımıza acıyan, rəhmi gələn insana rast gəlirdim.  
“Feliks” g
əmisinin tryumu olduqca böyük idi. Burada 
duzun üstünd
ə  iki mindən  artıq  dustaq  yerləşdirilmişdi. 
Tryumda  işıq  yandırılmırdı.  Yalnız  gəminin  illuminatorla-
rından düşən işıq içərini azca işıqlandırırdı. Bura o qədər basa-
bas idi ki, adamlar dem
ək olar ki, bir-birinin  qucağında  otur-
muşdu. Belə vəziyyətdə gəmi Maqadana sarı yola düşdü. 

182 

 


M
ən ömrümdə  heç bir zaman gəmiyə  minməmişdim. 
Buradakıların çoxu da birinci dəfə idi ki, dənizə çıxırdı. Gəmi 
bizi yırğalayır, üzüb taqətdən salırdı.  
Üçüncü gün d
ənizdə  fırtına  başlandı.  Adətən sakit olan 
Oxot d
ənizi bu gün deyəsən  əsəbiləşmiş,  özündən  çıxmışdı. 
N
əhəng  dalğalar  gəminin üstünə  tökülür, az qala onu yuyub 
d
ənizin dibinə  aparmaq istəyirdi. Biz gəminin alt tərəfində 
olduğumuz üçün bir çox halda havanı görə bilmirdik. Dalğalar 
g
əmini öz qoynuna aldığına görə çox vaxt bizə elə gəlirdi ki, 
artıq batırıq. 
V
əziyyəti belə görən gəmi heyəti lövbər salıb dayanmağı 
q
ərara aldı. Buna baxmayaraq dalğalar nəhəng gəmini bir qayıq 
kimi atıb-tutur, gah bu, gah o tərəfə əyirdi. 
Tryumdakıların vəziyyəti olduqca acınacaqlı idi. Onların 
dem
ək olar ki, əksəriyyəti ürək bulanması və qusmaqdan halsız 
olub, yoldaşlarının üstünə yıxılmışdı. İçərini pis qoxu bürümüş, 
h
ər tərəfdən ögümə, zarıltı və ah-uf səsləri gəlirdi.  
Ad
ətən bütün insanlar çətinliyə düşən vaxtı Allahı xatır-
ladıqları kimi, burada da tez-tez yada salırdılar, doğrudur, hamı 
yox.  Burada müxt
əlif dinlərdən, bu dinlərin müxtəlif təriqət-
l
ərindən, müxtəlif millətlərdən olan adamlar ibadət edir, Allaha 
yalvarır, özlərinin bu bəladan xilas olmaqlarını xahiş edirdilər. 
M
ən bir küncdə qısılıb oturmuşdum. Bu zaman kiminsə 
əli kürəyimə toxundu. Çevrilib baxdıqda yəhudini gördüm. O, 
h
ətta belə vəziyyətdə də zarafatla dedi: 
–  Bilirsin
izmi,  mən  bu  mənzərəyə  baxdıqca  yadıma  nə 
düşür?  Qiyamət  günü!  Axı  ruhanilər  deyirlər  ki,  o  dünyada 
hərə  öz  dilində  və  dinində  yalvaracaqdır.  Bax  indi  bu  saat 
burada qiyamətdir və bunlar da Allaha yalvarırlar. Ancaq Allah 
“rəhimlidir”, bizə heç bir şey olmayacaq. 
Belorusiyalı  keşiş  Milovanoviç  yəhudinin  bu  amansız 
kinay
əsini eşitcək ilan vurmuş kimi yerindən sıçradı: 

183 

 


–  L
ənətə gəlmiş cuhud! Heç olmasa belə bir gündə sus, 
A
llahla işin olmasın. 
Y
əhudi  keşişin  bərk hirsləndiyini gördüsə  də, yenə 
zarafatından əl çəkmədi: 
– Bizi bu b
əlaya salan elə Allah özü deyilmi? Daha ona 
n
ə yalvaraq?  
Keşiş hirslə üzünü yəhudidən çevirib:  
– M
əlum İuda! – deyə acıqla tüpürdü. 
Bel
əliklə,  axşam  oldu. Gecə  saat  ona  yaxın  dəniz 
nisb
ətən sakitləşdi və gəmi yola düşdü. 
Doqquzuncu gün s
əhər  vaxtı  artıq  Maqadana  yetişdik. 
Bura d
əniz sahilindəki  alçaq  dağın  sinəsində  yerləşmiş  yeni 
şəhərdir. Bizi gəmidən düşürüb böyük biz mühafizə dəstəsinin 
müşayiətilə  sahilə  gətirdilər. Burda da mühafizəçilərin  sayı 
ikiqat  artırıldı.  Mən yəhudidən bunun səbəbini  soruşduqda  o 
dedi:  
– 
Bilirsinizmi,  bura  yeni  şəhərdir.  Əhalinin  çoxu  dəfə-
l
ərlə həbsxanaya düşənlər, sürgün edilənlər və başqalarıdır. Bu 
saat bizi bu qaraul d
əstəsinin əlindən almaq şəhər əhalisi üçün 
su içm
ək  kimi  bir  şeydir.  MVD  orqanları  bunu bildiklərinə 
gör
ə nəzarəti bu qədər gücləndirirlər.  
Professor 
İvanov sözə qarışdı: 
–  Nahaq yer
ə  ehtiyat edirlər,  çünki  maqadanlılar  yalnız 
oğru-əyriyə rəğbət bəsləyirlər. Bizim kimiləri isə görəsi gözləri 
yoxdur.  
Y
əhudi gülümsündü: 
– Stalin onlara da t
əsir edə bilmişdir. Bizdən kimin xoşu 
g
əlir ki, onların xoşu gəlsin? 
Bizi şəhərin şimal-şərqindəki köçürmə həbsxanasına gə-
tirib olduqca böyük kameralara yerl
əşdirdilər. 
Burada m
əlum oldu ki, bizdən 5 gün əvvəl gətirilmiş 
m
əhbuslar da müvəqqəti olaraq Maqadan  yaxınlığındkı  həbs 

184 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə