SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə39/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   35   36   37   38   39   40   41   42   ...   56

Dustaqlar is
ə ona əhəmiyyət vermədən gülüşdülər. Nəza-
r
ətçi eyni səslə bağırdı:  
– 
Axı  niyə  gülürsünüz? Ay bədbəxtlər, gülmək sizəmi 
yaraşır? 
Y
əhudi irəli yeriyib: 
–  V
ətəndaş  nəzarətçi,  –  dedi,  –  gözünüz  aydın  olsun! 
Müq
əddəs ata Porfiri hansı dindən olduğu məlum olmayan bir 
n
əfəri xiristian dininə qəbul etmək istəyir. Çox təəssüf ki, dini 
ayinl
əri icra etmək üçün burada yer yoxdur. 
Profiri ata mülayim bir s
əslə yəhudiyə tərəf döndü: 
– 
Heç  utanırsınızmı,  –  dedi.  Axı  siz mənim  etiqadıma 
toxunursunuz. 
Bayaqdan b
əri sakitcə oturan kirovabadlı da sözə qarışdı: 
– B
əs siz müsəlman olan bir nəfəri danlayarkən onun eti-
qadına toxunmursunuzmu? 
Profiri ata özünü itirdi v
ə mənə dönüb dedi: 
– 
Qardaşım, siz müsəlmansınızmı? 
Hamı bu suala qarşı dönüb mənə baxdı. 
M
ən isə ona:  
– M
ən insanam, müqəddəs ata, – dedim. 
On bir  günd
ən sonra bizi yenidən vaqonlara doldurub 
yola sald
ılar.  Bu  dəfə  vaqondakıların  hamısı  siyasi  dustaq-
lardan ibar
ət idi. Vaqon adamla o qədər  dolmuşdu  ki,  hətta 
oturmaq da ç
ətin idi. Nəfəs almaq mümkün olmurdu. O qədər 
basabas idi ki, m
ənim  qabırğalarım  ağrının  şiddətindən  sızıl-
dayır,  ayaqlarım  başqalarının  ayaqları  altında  insafsızcasına 
tapd
alanırdı.  Burada  küsmək,  başqalarından  incimək  olmazdı. 
Çünki heç kim bil
ə-bilə başqasına əziyyət vermək istəmirdi. 
Kims
ə  zarafatca dedi: “Burada əsl  demokratiyadır. 
Hüquq b
ərabərliyi çox gözəl nümayiş etdirilir. Bu hüquq məhz 
bizim  indiki  şəraitimizdə  bizə  verilmişdir.  Bildiyimiz  kimi, 

ərimizdə alimlər və kəndlilər, dinlilər və dinsizlər, yaşlılar və 

155 

 


cavanlar olduğu halda hamımız güclə ayaq üstə durmuşuq. Bax 
hüquq b
ərabərliyi buna deyərlər. 
Vaqonun  qapısı  gündə  yalnız  üç  dəfə  açılırdı:  səhər, 
günorta v
ə axşam yeməkləri verilərkən. Hərçənd bu yeməkləri 
alıb yemək qeyri-mümkün idi, fəqət qapı açılarkən dünya işı-
ğını  gördüyümüz  və  təmiz  hava  uda  bildiyimiz  üçün  qapının 
açılmasını həsrətlə gözləyirdik. 
Axşam yeməyindən sonra sayğı başlayırdı. Bu zaman əli 
d
əyənəkli nəzarətçilər zorla vaqona girir, dustaqları dəyənəklə 
vura-vura bir t
ərəfə yığır, kiçik bir sahə açır və sonra hərəyə bir 
d
əyənək vuraraq sayıb boş olan tərəfə keçirirlər. Bəzən say düz 
g
əlmədikdə bu əzabverici sayma iki-üç dəfə təkrar olunurdu. 
Vaqonun qapı ilə üzbəüz olan əks tərəfində ayaq yolunu 
əvəz edən kiçik bir deşik olurdu. Fəqət bu basa-basda o tərəfə 
gedib çatmaq ağıla sığan işdirmi? 
Üç gün ç
əkən bu əziyyətdən sonra nəhayət bizi yerə dü-
şürtdülər. Fəqət bizim ayaqlarımız qıc olduğu üçün yeriyə bil-
mirdik.  İşi  belə  görən nəzarətçilər bizi təqribən bir saat yerə 
oturtdular. Dustaqlardan kims
ə yavaşca pıçıldadı: 
– 
Moskvadır. 
Bizi güclü bir n
əzarətçi dəstəsi  aralığa  alıb,  yaxınlıqda 
görün
ən həbsxanaya apardı. 
Ən ciddi axtarışlardan sonra bizi üçüncü mərtəbədəki 100 
adamlıq kameralara saldılar. 
Bura Moskvanın “Butirki” adlı həbsxanası idi. Kamera-
ları geniş, işıqlı və nisbətən təmizdir.  
Yollarda ç
əkdiyim əziyyətlərdən sonra bura mənə cənnət 
kimi görünürdü. H
əmin günü və gecəni rahat yatdıq. Xoşbəxt-
likd
ən burada bizi kimsə narahat etmirdi. 
S
əhəri gün nəzarətçi hamama aparılacağımızı bildirdi və 
ir
əlicədən xəbər verdi ki, özümüzlə  ancaq  ən zəruri  paltarları 
götür
ək. Çünki hamamda çox adam çimdiyinə görə xırda-para 
şeylər it-bata düşə bilər.  

156 

 


Azacıq  sonra  bizi  iki-iki  sıraya  düzüb  həyətə  endirdilər 
v
ə  təqribən  400  metr  aralıqda  yerləşən hamama gətirdilər. 
Əvvəlinci otaqda soyunub paltarlarımızı dezinfeksiya olunmaq 
üçün dezkameraya verdik, oradan dar bir koridorla çimil
ən yerə 
keçdik. 
Rusiyada olan 
əksər hamamlar kimi burada da hər  şey 
taxtadan idi: yerin döşəməsi, divarlar, şaykalar (dustaqlar taxta 
vannaya bel
ə ad qoymuşlar), vedrələr, oturacaq yerləri, hətta su 
g
ələn trubalar belə. 
Hamamxana xırda-xırda gözlərə bölünmüşdü, hər birində 
3-
4 duş axırdı. 
Bir-birimiz
ə  kömək edə-edə  çimib  qurtardıq  və  yavaş-
yavaş  paltar  geyilən  otağa  çıxdıq.  Yoldaşlarımızdan  bəziləri 
h
ələ  də  duşun  altında  yuyunmaqda  idi.  Mən dezinfeksiyadan 
almış  olduğum  ayağı  və  beli rezinli çaxçuru təzəcə  əynimə 
geymişdim ki, çimilən yerdə vur-haray düşdü.  
S
ən demə  başqa  korpusdan  bir  dəstə  “bitovik”i (qeyri-
siyasi  iş  üstə  həbs  olunanları  belə  adlandırırlar)  çimməyə 
g
ətiriblərmiş,  hamam  nəzarətçisi  siyasi  dustaqların  çimib  çıx-
dığını  zənn edərək,  onları  içəri  buraxır.  Onlar  da  içəri girən 
kimi duşun altında çimən qoca ukraynalı Kabılyatskinin üstünə 
cumub döym
əyə başlayırlar. Hər tərəfdən: 
– 
Bey faşista! (faşisti vur) – səsləri ucalırdı. 
Əksəriyyəti  cavan  uşaqlardan  ibarət olan bu dələduzlar 
d
əstəsi qocanı yerbəyerdən çırpırdı. 
M
ən ilk səsi eşitcək özümü içəri atdım. Artıq Kabılyatski 
onların ayaqlarının altında idi. Mən, cəld kişini müdafiə etmək 
m
əqsədilə  özümü irəli verib, onun üstünə  yıxıldım.  İşi  belə 
gör
ən dələduzlar bizim üstümüzə töküldülər. 
S
əsə yoldaşlarımız içəri axışdı. Onlar bir an içində dələ-
duzlara  qarışdılar.  Böyük  bir  vur-haray  başlandı.  Kimin  kimi 
vurduğu belə məlum deyildi. Çünki əksəriyyət lüt idi.  

157 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə