GÖZLƏNİLMƏYƏN MƏKTUBLAR
Yazıçı Ayaz masanın arxasında oturub işləyirdi. Qəfil
qapı zəngi onu ayırdı. Qalxıb qapını açdı. Gələn tanımadığı bir
cavandı. Əlindəki qovluğu Ayaza uzadıb dedi:
– Bunun içind
əki məktublar sizə çatacaq.
– Kimd
əndir? Keçin içəri.
Cavan iç
əri keçmək təklifini qəbul etməyib dedi:
– Atam verdi. T
əzəcə rəhmətə gedib. Son nəfəsində xahiş
etdi ki, bunu siz
ə çatdırım.
– Allah r
əhmət eləsin. Kimdədir məktublar?
–
Dedi ki, sızın ustadınız Hüseyn müəllimdədir.
Söz A
yazı elə tutdu ki, gəncin tələm-tələsik sağollaşıb
getm
əsinə belə mane ola bilmədi. Hüseyn müəllim... Ayaz
masasının arxasına qayıtdı, Qovluğu açdı. Altı məktub – zərf
idi. Z
ərfləri açıb vərəqlədikcə gördü ki, buradakı hadisələrin
heç biri uydurulmamışdır. Müəllif Stalinin şəxsiyyətinə pərəs-
tiş dövründə edilmiş bu haqsızlıqların böyük bir qismini siyasi
m
əhbuslardan eşitmişdir.
Burada Hüsey
n Mükayılzadə adı altında təsvir olunmuş
m
əhbus yazısı Hüseyn Caviddir. Müəllif onu şəxsən özü gör-
m
əsə də, Cavidlə bir düşərgədə yaşayan onlarla adamı danış-
dırmış, böyük yazıçının həbsdə keçən günlərini qismən də olsa,
öyr
ənilmişdir.
Bununla bel
ə müəllif burada təkcə Cavidin deyil, ümu-
miyy
ətlə şəxsiyyətə pərəstiş dövründə haqsız olaraq siyasi
m
əhbus kimi həbs edilən adamların çəkdiyi əzab-əziyyəti təsvir
etm
əyə çalışmışdır.
Ayaz başa düşdü ki, məktublar təkcə ona deyil, bəlkə də
Hüseyin kimi s
ənətkarı yetirən xalqa müraciətlə yazılmışdır.
Dem
əli, məktubları təkcə onun oxuması kifayət deyil, onları
bütün xalq oxumalıdır.
~
132
~
Bir-iki günd
ən sonra Ayaz məktubları oxuyub qurtardı.
Onları sahmanasalıb, olduğu kimi nəşr etdirməyi qərara aldı.
H
əmin məktublar bunlardır:
BİRİNCİ MƏKTUB
M
ənim sevimli dostum!
M
əktublarımın sənə çatmasına ümidim olmasa da, yazı-
ram. B
əlkə də ondan heç olmasa biri sənə yetişər və sən mənim
n
ə kimi bir fəlakətə düçar olduğumdan xəbərdar olarsan.
M
əlumun olsun ki, məni gecə vaxtı öz otağımda yazı
yazdığım zaman həbs edib MVD-ya gətirdilər. Mən nə qədər
xahiş edib niyə müqəssir hesab edilməyimi öyrənmək istə-
dims
ə də, mümkün olmadı.
M
əni qaranlıq zirzəmiyə saldılar. Burada 50-60 adam var
id
i. Qaranlıqda üzdən tanımaq mümkün olmasa da, söhbət
əsnasında səslərindən bir çoxunu tanıya bildim. Bunlardan
çoxu Az
ərbaycanın görkəmli partiya, dövlət, elmi və mədəniy-
y
ət xadimləri idi. Hamı böyük bir təəccüb içərisində idi, çünki
n
ə kimi bir günahımız oduğunu bilmirdik. Bizə elə gəlirdi ki,
bizi kims
ə səhvən həbs edib və ən yaxın saatlarda gəlib bura-
dan buraxacaq, dön
ə-dönə üzr istəyəcək.
Lakin t
əəssüf ki, belə olmadı. 3 gündən sonra bizi bir-bir
çağırıb komendant otağına apardılar.
...Bakıda dəniz kənarındakı 5 mərtəbəli bu binanı
t
əxminən hamı tanıyır, lakin onun içərisində nələr baş verdiyini
çox az adam bilir. Bütöv bir m
əhəlləni tutan bu bina Daxili
İşlər Nazirliyinin binasıdır.
Bu binanın geniş həyətində uzununa tikilmiş, alçaq
qatları olan beşmərtəbəli başqa bir bina da vardır. Əhali bu bi-
na
nın varlığından xəbərsizdir.
Bura Daxili İşlər Nazirliyinin daxili istintaq həbsxana-
sıdır (“Vnutrennaya türmə”). 1930-cu illərdə M.Bağırov bu
~
133
~
binanı xüsusi məqsədlər üçün tikdirmiş və sonralar məlum
olduğu kimi öz məqsədinə nail ola bilmişdir.
Son ill
ər ərzində bu iç binadan Azərbaycanın minlərlə ən
m
ətin, ən sədaqətli oğlu və qızı gəlib keçmişdir. Onların əksə-
riyy
əti öz ömürlərini buradaca – binanın alt qatındakı zirzə-
mid
ə başa vurmuş, qalanları Uzaq Şimalda məhv olmuş, çox az
qismi is
ə çox əziyyətlər içərisində həbs düşərgələrində yaşayır.
İç binanın quruluşu ən ciddi və dəhşətli istintaq üçün
əlverişli şəkildədir. Bina qəsdən belə tikilmişdir. Buradakı
divarların arasından keçən yollar, müxtəlif əzabvermə otaqları,
xaric
ə səs çıxmağa qoymayan xüsusi quruluşlu kameralar
burada edil
ən cinayətlərin üstünü ört-basdır etmək çox əlverişli
idi.
Bu binanın 2-ci mərtəbəsində qadınlar, qalan hissəsində
is
ə kişilər saxlanılırdı. Binanın 1-ci mərtəbəsində mühakimə
olunduqdan sonra saxlanılmaq üçün 2-4 adamlıq ümumi
kameralar, qalan qatlarında isə yalnız tək adamlıq kameralar
yerl
əşirdi. Kameraların qapısı bir-birinə çəp istiqamətdə idi.
Dar bir koridor onları bir-birindən ayırırdı. Hər bir mərtəbədə
40 kamera hesabil
ə, binada cəmi iki yüz kamera var idi.
(Zirz
əmidəki çoxlu kameralar buna daxil deyil.)
M
əni komendant otağına gətirən əsgərlər, nəzarətçilərə
t
əhvil verib getdilər. Nəzarətçilər ac quzğunlar kimi üstümə
cumdular; onlar cibl
ərimdə olanları stolun üstünə tökür,
paltarlarımı əynimdən çıxardılar. Nəhayət, mən alt paltarında
qaldım.
N
əzarətçi kobud səslə:
– Soyun,-dey
ə əmr etdi.
M
ən bir şey başa düşə bilmədiyim üçün soruşdum:
– N
əyi?
– Nec
ə yəni, “nəyi”? Əlbəttə ki, paltarını.
–
Axı mən lüt qalaram.
– Eybi yoxdur, soyun, v
əssalam.
~
134
~
Dostları ilə paylaş: |