SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə24/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   ...   20   21   22   23   24   25   26   27   ...   52

57 
 
Bu zaman A.Səhhətin xəstəliyi daha da şiddətlənir. Şübhəsiz ki, evdə təkcə 
Səhhətin  özünün  deyil,  dostu  Sabirin  ona  əmanət  etdiyi  “qovluq”,  həmkarlarının 
ona yazdıqları məktublar, göndərdiyi şəkillər, topladığı kitablar da məhv olmuşdur. 
“Böyük çətinliklə  Gəncəyə  gəlib çatan, “40 günə  yaxın ac, müalicəsiz  qalan şair, 
təxminən iyul ayının əvvəllərində yatalaq xəstəliyindən vəfat etdi
 “.
70
 
Türklər Azərbaycanı erməni soyqırımından xilas edəndən sonra A.Səhhətin 
ailəsi  Gəncədən  Şamaxıya  qayıdır.  Xəstəliyə  düçar  olan  ailə  üzvlərindən  əvvəl  - 
 
anası  Ruqiyyə  Soltan  və  arvadı  Soltan  Nisə  xəstəlikdən  vəfat  edirlər.  Beləliklə, 
böyük  şair,  tərcüməçi,  publisist  Abbas  Səhhət  və  ailəsi  erməni  daşnaklarının 
törətdiyi faciənin qurbanları olurlar. 
Bəli,  Şamaxıdan    didərgin    düşən    on    minlərlə    ailənin  çoxusunun  aqibəti 
beləcə olmuşdur. 
Şamaxı  ağsaqqallarından  Məhərrəm  Kəlbəhüseyn  oğlunun  dediklərindən, 
habelə 
apardığımız  araşdırmalar  zamanı  onu  da 
dəqiqləşdirə  bilmişik  ki,  1918-ci  il  soyqırımı  zamanı 
Şamaxıdan  didərgin  düşən  insanların  bir  qrupu 
Azərbaycanın  hüdudlarından  kənarlara  -  Rusiya,  Orta 
Asiya,  İrana,  Türkiyəyə  pənah  aparmış,  köçmüşlər.  Belə 
insanların  çoxu  da  ziyalılar,  tacirlər  və  kübar  ailələr 
olmuşdur. Ən dəhşətlisi o olmuşdur ki, həmin şamaxılılar 
bir  daha  geri  qayıtmamışlar.  Vətəndən  kənarda  ömür 
sürmüş, əbədiyyətə  qovuşmuşlar. Həmin şamaxılıların bir 
qrupunun ancaq adını, soyadını dəqiqləşdirə bilmişik; Hacı Bahab Ələkbərov, Mir 
İbrahim Qasımov, Hacı Musa Molla Nağı oğlu, Mirzə Nadir Məşədi Mahir oğlu, 
Əlibaba  Əfəndi  Molla  Ağaxan  oğlu,  Hacı  Molla  Həsən  Paşa  oğlu,  Mirzə  Fətulla 
bəy Abdullah bəy oğlu, Rüstəmbəy Məşədi Mecid oğlu, Yadulla bəy Cabbar bəy 
oğlu, Hacı Soltan bəy Məşədi Həsən oğlu, Məşədi Mecid bəy Kərbəlayi Abdullah 
bəy oğlu, Münşin  Ağa Məhəmməd Bəhayi oğlu (şair-tacir), Məşədi Mirzə Həbib 
(şair-həkim),  Məşədi  Əli  Kərbəlayi  Hüseynqulu  oğlu  Dərviş  (dərviş-şair),  Mirzə 
Qulu  Ağasəməd  oğlu  Məctanə  (müəllim-şair),  Aşıq  Xeyrulla,  Mirzə  Mahmud 
Yusif  oğlu,  Mirzə  Tapdıq  Ağamusa  oğlu,  Məşədi  Dadaş  Molla  Ağakişi  oğlu  və 
başqaları:  bir  daha  qayıtmadılar  Şamaxıya.  Oğul  -  uşaqları  da  qərib  diyarlarda 
ömür sürdülər. 
Aşıq Barat Şirvanlının xatirələrindən. Ya 1974-cü, ya da 1975-ci ilin avqust 
ayı  olardı.  Bakıda  avtovağzalda  idim.  Şamaxıya  gəlirdim.  Avtobusun  yanında 
dayanmışdım.  İki  nəfər-bir  kişi,  bir  qadın  da  avtobusun  yanına  gəldi.  Avtobusun 
Şamaxıya getdiyini soruşub, maşına mindilər. Avtobusun getməyinə hələ qalmışdı. 
Bir  azdan  kişi  avtobusdan  düşüb  mənim  yanımda  dayandı.  Sonra  mənim 
                                                           
70
 K.Talıbzadə. Göstərilən əsəri. səh.6 
 


58 
 
Şamaxının  özündən  olub-olmadığımı  soruşdu.  Şamaxıdan  olduğumu  bilib,  özü 
haqqında  məlumat  verdi;  Bizim  ailəmiz  1918-ci  il  qırğınından  sonra  Şamaxıdan 
çıxmışdır.  Atam,  əmim  tacir  idilər.  Qırğın  zamanı  ermənilər  atamı,  anamı  və  iki 
qardaşımı  İmamzadə  məscidində  qətlə  yetiriblər.  Mən  və  bacım  əmimgillə  qaça 
bilmişik. Şamaxı azad olunandan sonra gəlib gördük ki, İmmalı məhəlləsində olan 
mülklərimiz yandırılıb. Camaat məsciddə yandırılanların külünü gətirib “Qəriblər” 
qəbiristanında  dəfn  edirlər.  Əmim  ailəsi  ilə  bizi  də  götürüb  Cərco  şəhərinə  gəlir. 
Onda mənim 7-8, bacımın isə 5-6 yaşı olmuşdur. Cərcoda Şamaxılılar çoxdur. Biz 
orada yaşadıq, ailə qurduq. İndi yaşımız ötüb. Bacımla belə qərara gəldik ki, ata-
baba  yurdumuzu  ziyarət  edək.  O  dünyaya  nakam  getməyək.  Kişi  kövrəldi. 
Şamaxıya  gəldik,  onları  evimə  apardım.  Kişinin  adı  Məşədi  Abbas  Məşədi 
Beydulla  oğlu  (1915-ci  ildə  atasıgillə  Məşhədə  gedib),  qadının  adı  Gülsüm  idi. 
Səhəri  gün  onları  ilk  əvvəl  “İmmazadə”yə  apardım.  Hər  ikisi  məscidin  həyətinə 
daxil olan kimi torpağı qucaqladılar. Ağlaya-ağlaya məscidin salamat qalmış yanıq 
daşlarını  öpməyə,  üzlərini  sürtməyə  başladılar.  Yoldaşımla  mən  də  özümüzü 
saxlaya bilmədik. Səsə qonşular da yığışdı. Məscidin torpağından bir parçaya yığıb 
götürdülər. Sonra Cümə məscidinə gəldik. Orada da eləcə İmamlı məhəlləsini xeyli 
gəzdik.  Evlərinin  yerini  dəqiq  müəyyənləşdirə  bilməmişdilər.  Bir  neçə  yaşlı 
insanlara müraciət etdik. Həmin adamlar Abbasın atası Məşədi Beydullanı və əmisi 
Məşədi Əmirullanın tacir olduqlarını xatırladılar. Amma övladlarını tanımadılar. O 
biri  gün  Qəriblər  qəbiristanlığına  getdik.  Baba  və  nənələrinin  qəbrini  tanıya 
bilmədilər.  Əmiləri  Məşədi  Əmirulla  deyibmiş  ki,  (o,  1932-ci  ildə  vəfat  edib) 
qəbiristanda  olan  pirin  günbatan  tərəfində  dəfn  ediliblər.  Guya  pirin  ayağında  da 
əmiləri  bir  neçə  dini  kitab  da  basdırıbmış  (bəlkə  də  ayrı  şey).  İki  gündən  sonra 
qonaqlarımı yola saldım. 
Haşiyə:  Aşıq  Barat  Xiləli  Aşıq  Xeyrullanın  1918-ci  il  qırğınında  erməni-
malakanların camaatın başına gətirdiyi müsibəti özündə  yaşadan bir şerin də bizə 
təqdim etmişdir. 
 
DÜġÜB 
 
Başı bəlalı millətim  
Ömrü boyu qana düşüb.  
Hər gələn ağalıq edib,  
Gündə bir ziyana düşüb.  
          *** 
Neçə yol dara çəkilib,  
Monqol gedib, əcəm gəlib,  
Yurdumu tari-mar edib,  
Gah bəyə, gah xana düşüb. 
         *** 


59 
 
Yandırıb evlərimizi,  
Xaxollar
71
 kor qoyub bizi,  
Neçə bədbəxt oğul-qızı, 
Günahsız zindana düşüb. 
         *** 
Xeyrullayam Xilə elim,  
Erməni eylədi zülüm,  
Xalqım oldu para-bölüm,  
Hərəmiz bir yana düşüb. 
 
Məşədi  Əli  Kərbəlayi  Hüseynqulu  oğlu  Dərviş  (1871-1930).  1918-ci  il 
faciəsi zamanı Şamaxıdan didərgin düşənlərdən biri də Məşədi Əli olmuşdur. Ərəb, 
fars  dillərini  mükəmməl  bilmiş,  mollaxanada  dərs  demişdir.  Dərviş  olmuşdur. 
Erməni  soyqırımı  zamanı  Şamaxıdan  qaçmış,  əvvəl  Qubaya,  oradan  Həştərxana, 
sonra  Türkmənistana  getmiş  və  Cərco  şəhərində  məskunlaşmışdır.  Dərvişin  bir 
neçə şeri məhrum alim Əhməd Cəfərradənin arxivində saxlanılır. 
 
Gözucu baxdım ona, bil məstixumar elədi,  
Darayıb tellərini bəh necə tumar elədi! 
 
Elə nazı qəmzə satdı, qiyamət qopdu başımda,  
Yıxdı binadan evim, büsbütün tar-mar elədi! 
 
Çəkdi ox kirpiyini, o hədəf etdi, sinəmi,  
Dedim ki, rəhm et ya rəb, qanımı bazar elədi. 
 
Gəlişi çox xoş idi, gedişi od qoydu cana,  
Etsə də məni Məcnun, qəlbim qırdı, xar elədi. 
 
Getdi, yandı ciyərim, odlara qalandı canım,  
Bu rüsva Dərvişi, eşqində giriftar elədi. 
 
1918-ci  il  faciəsi  zamanı  didərgin  düşmüş  Şamaxılıların  sorağı  Dəmirqapı 
Dərbənd,  Orta  Asiya,  İran  və  Türkiyədən  gəlir.  Qərib  diyarda  ömür  sürənlər 
arasında  olan  ziyalılar  Şamaxılı-Şirvanlı  olduqları  itib-batmasın  deyə  Şirvan 
sözünə  sığındılar;  Şirvani,  Şirvanlı  təxəllüsü  ilə  əsər  yazdılar,  şerlər  düzdülər. 
Vətənə  dönə  bilməsələr  də  “Şirvanlı”  sözünü  övladlarına  yadigar  qoyub 
dünyalarını dəyişdilər. 
                                                           
71
 Malakanlar nəzərdə tutulur.  


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə