SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə32/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   ...   28   29   30   31   32   33   34   35   ...   52

78 
 
və  mal-qaranı  öz  kəndlərinə  aparırlar.  Kəndin  qazmalardan  başqa  bütün  evlərini 
yandırır  və  uşaqları  müsəlman  kəndi  Məlhəmə  aparıb  orada  saxlayırlar.  88  nəfər 
kişini isə, malakan  kəndi Çuxuryurda gətirirlər. Kəndə çatmış malakanlar əsirləri 
bağlarda  saxlayıb,  bir  neçə  nəfəri  öldürülür.  Özü  də  bədbəxtləri  arxa-arxaya 
söykəyərək, öz tüfənglərinin atəş gücünü yoxlayırmışlar. Qalan 76 nəfər əsir kişini 
Mədrəsə  erməni  kəndinə  göndərirlər.  Yolda  iki  nəfər  öldürülür.  Mədrəsə  kəndinə 
ancaq  74  nəfər  gətirirlər.  Onlardan  ikisi  –  erməni  tərəfindən  Şamaxı  şəhərinə 
müsəlmanlara hansısa tapşırıqları çatdırmaq üçün göndərilənlər qaçıb xilas olurlar. 
Qalanları  əsir  qalırlar.  Şamaxıya  müsəlman  qoşunları  gəldikdən  və  ermənilər 
Mədrəsə  kəndindən  getdikdən  sonra,  əngəxaranlı  əsrilərin  qohumları  və 
həmkəndliləri  onların  taleyini  öyrənmək  üçün  Mədrəsə  kəndinə  gedirlər.  Kəndin 
arxasında onların hamısının meyitlərini tapırlar. Görürlər ki, meyitlər eybəcər hala 
salınmışdır,  qulaqları  və  burunları,  habelə  əlləri  və  ayaqları  kəsilmişdir.  Bir  sıra 
meyitlərin  döşlərində  yanıq  izləri  varmış.  Görünür,  sağ  ikən  onların  döşləri 
üzərində  ocaq  qalanmışdır  (seçmələr  bizimdir  –  S.Q.).  bundan  başqa  çoxlu 
əngəxaranlı  aclıqdan,  soyuqdan  və  xəstəlikdən  ölmüşdür.  Hal-hazırda  Əngəxaran 
əhalisinin yarıdan çoxu azalmışdır”.
89
 
Azərbaycan  Dövlət  Arxivində  Əngərxan  faciəsi,  soyqırımı  haqqında  daha 
geniş  məlumat  vardır.  Dindirmə  protokollarından  aydın  olur  ki,  bu  kənddəki 
faciəni  təkcə  ermənilər  törətməmişdir.  Xaç  qardaşlarının  cinayətlərinə,  terroruna 
tərəfdar  çıxan  Çuxuryurd,  Kirovka  malakanları  bu  işdə  daha  fəal  olmuşlar.  Bu 
baxımdan FİK-nın üzvü A.F.Novitskinin məruzəsi əhəmiyyətlidir. 
 
ġamaxı qəzasının Əngəxaran kəndində törədilmiĢ faciə  
haqqında F.Ġ.K.-nın üzvü A.F.Novitskinin məruzəsi 
 
“1918-ci  ilin  18  martında  sübh  tezdən,  malakanlar  yaşayan  kəndlərdən  – 
Çuxuryurddan, Cabanıdan (rus), Marevkadan və Astraxanovkadan toplaşmış silahlı 
malakan  dəstələri  zəbt  olunmuş  kəndlərə  od  vurmuşlar.  Müsəlmanlar  işə 
müdafiyəyə  hazır  deyildilər.  Çünki,  bir  gün  əvvəl  erməni  və  malakan 
nümayəndələri  and  içmiş  və  söz  vermişlər  ki,  sülh  şəraitində  yaşayacağıq  və 
qonşuluq  münasibətimizi  pozmayacağıq.  Əngəxaranlılar  da  inanmışdılar.  Kənd 
əhalisi özünü itirmişdi. Bilmirdilər ki, hansı istiqamətə qaçsınlar. Dörd tərəfdən də 
atəş  açılırdı.  Küçələr  meyidlərlə  dolmuşdu.  Uşaq,  qadın,  kişi  meyidi  bir-birinə 
qarışmışdı.  Malakanlar  kəndə  doluşdular.  Heç  kəsə  aman  vermədən,  güllədən 
keçirirdilər.  Kəndin  mollası  Ağababa  Hacı Molla Qəhrəman oğlu  əlində  “Quran” 
onların  qarşısına  çıxdı  və  yalvardı  ki,  atəşi  kəssinlər.  Lakin  malakanlar,  ona  atəş 
açdılar. Bir neçə saatdan sonra Molla Ağababa vəfat etdi. 
                                                           
89
 ARDA. f. 1061, s. 1, iş. 110, vər. 114-115. 


79 
 
Yüz  nəfərə  yaxın  uşaq,  qadın,  kişi  öldürüldükdən  sonra  kənddə  qalan 
əhalini  Məlhəm  istiqamətində  apardılar.  102  nəfər  kişini  isə,  Çuxuryurd  kəndinə 
doğru  apardılar.  Əhalini  kənddən  çıxardıqdan  sonra,  malakanlar  evləri  qarət  və 
talan  etməyə  başladılar.  Ən  yaxşı  evləri  və  məscidi  tamamilə  yandırıldılar. 
Çuxuryurda  aparılan  kişilərin  arasından  ən  hörmətlilərini  elə  yoldaca  öldürdülər. 
Malakanlar  onları  bir-birinə  bağlayıb,  ikisini  bir  güllə  ilə  öldürürdülər,  istehza  ilə 
öz  tüfənglərini  sınayırdılar.  Bu  vəhşiliklərin  başçısı  Çuxuryurd  sakini  Vasili 
Borisoviç Polovinkin idi. Nəticədə 102 kişidən 78 kişi qaldı ki, onları da Mədrəsə 
kəndinə  apardılar.  Yolda  onlardan  üçünü  də  güllələdilər.  Mədrəsəyə  75  adam 
çatdırıldı.  75  nəfərdən  yalnız  iki  nəfəri  –  Ağacan  Mehdi  oğlu  və  Cabbar 
Əliməmməd oğlu qaçıb canını xilas edə bilmişdi. Qalanlarını isə, vəhşicəsinə qətlə 
yetirmişlər.  Onların  meyitləri  eybəcər  hala  salınmışdı.  Qulaqları  və  burunları 
kəsilmiş,  gözləri  çıxarılmış,  başları  bədənlərindən  ayrılmış,  meyitləri  tikə-tikə 
doğranmış, sinələrində yanıq yerləri qalmışdı. Belə vəziyyətlərdə tapılan insanlar  
bunlardır: Əliməmməd Xalid oğlu, Babacan Əliməmməd oğlu, Zahid 
Yengibar oğlu və onun qardaşı Vahab, Şahbaz Mehdi oğlu, Molla Həmzə Əhməd 
Əfəndi oğlu, Nəsrəddin İbrahim oğlu, Nağdiyə Bəhtəkar oğlu, Heydər Adıgözəl 
oğlu və qeyriləri. 
Əngəxarana hücum zamanı 169 nəfər kişi, qadın və uşaq öldürülmüş, evlər 
qarət olunmuş, 186 evdən 180-i yandırılmışdır. Bundan əlavə, kəndin məscidi də 
külə döndərilmişdir. Dəymiş ziyanın ümumi miqdarı 4.969.200 manat təşkil 
etmişdir. 
Starşina  Məşədi  Qədim  Məşədi  Qədir  oğlu,  Cabbar  Əli  Məmməd  oğlu, 
Ağacan  Mehdi  oğlu,  Ağaşərif  Molla  Soltan  oğlu,  Saday  Adıgözəl  oğlu,  Ağasən 
Məmməd  oğlu,  İbrahim  (atasının  adı  pozulmuşdur  və  Fərzəli  Gəray  oğlunun 
ifadələrindən,  həmçinin  tərtib  edilmiş  protokollara  əsasən,  foto-şəkillərdən,  və 
Əngərxan  kəndinin  digər  salamat  qalmış  sakinləri  tərəfindən  tərtib  olunmuş 
protokollardan törədilmiş faciə ilə bağlı müəyyən təsəvvürə gəlmək olar”. 
Sonralar Çuxuryurd kənd sakinləri Malakanlar arasından faciəni törədənləri 
müəyyən etmişlər. Həmin siyahını da olduğu kimi veririk: 
1.  Polovinkin  Boris  İvanoviç:  1)  Məşhədi  Qədim  Məşhədi  Qədir  oğlu  (1-4);  2) 
Əvəz  Məmməd  oğlu  (1-23);  3)  Ağa  Şərif  Molla  Soltan  oğlu  (1-25);  4)  Fərzah 
Gəray oğlu (1-26); 
2.
 
Polovinkin  Vasili  Borisoviç:  1)  Məşhədi  Qədim  Məşədi  Qədir  oğlu  (1-4);  2) 
Cabbar Əliməmməd oğlu (1-13); 3) Fərzalı Gəray oğlu (1-28); 
3.
 
Polovinkin Nikolay Borşoviç: - Məşhədi Qədim Məşədi Qədir oğlu (1-4); 
4.
 
Polovinkin  Yakov:  1)  Məşədi  Qədim  Məşhədi  Qədir  oğlu  (1-4);  2)  Əvəz 
Məmməd oğlu (1-23); 3) Ağaşərif Molla Soltan (1-25); 4) Fərzalı Gəray oğlu (1-
28); 
5.
 
Polovinkin  Aleksey  Alekseyeviçin: Məşhədi Qədim Məşhədi Qədir oğlu (1-4. 
42); 2) Nəsrəddin İbrahim oğlu (1-22); 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə