SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə29/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   ...   25   26   27   28   29   30   31   32   ...   52

71 
 
fitnəkarları  tərəfindən  həbs  edilir.  Düz  on  il  günahsız  həbsdə  yatan  qardaşını 
erməni  müstəntiqləri  tərəfindən  hansı  üsullarla  dindirdiklərini  söyləyəndə  adamın 
tükləri  biz-biz  olurdu.  O,  gənc  yaşında  vəfat  etdi  və  vəsiyyətinə  görə,  Göyçayda 
dəfn etdik. Mən qardaşım haqqında balalarıma o qədər də məlumat verməmişdim. 
Qorxurdum. Qardaşımın faciəli taleyi məni yandırıb-yaxırdı. Təskinlik üçün ikinci 
oğlumun adını Çingiz qoydum. 
1990-cı  il  may  ayının  24-də 
mərhum  akademik  Z.Bünyadovun 
“Azərbaycan  gəncləri”  qəzetində 
“İttiham”  adlı yazısında  səkkiz  nəfər 
günahsız  həbs  olunanların  başına 
gətirilən 
faciələr 
ətraflı 
şərh 
edilmişdir.  Qəzeti  oxuyan  Çingiz 
bizə  gəldi.  Özü  də  ağlaya-ağlaya. 
Əmisinin  faciəsi  üçün  qovrulurdu. 
“Məqalədən 
aydın 
olurdu 
ki, 
Ç.Mustafayevi 
vəhşi 
erməni 
müstəntiqləri  düz  15  dəfə  dindirmişlər.  O,  səkkizinci  dindirməyə  qədər  bütün 
işgəncələrə  dözür”. Əmisinin faciəsi ilə ilk dəfə  ətraflı tanış olan Çingiz  bir neçə 
gün  özünə  gələ  bilmədi.  O  zaman  balam  Çingiz  söz  verdi  ki,  əmisi  Çingizin 
intiqamını erməni cəlladlarından hər yolla alacaqdır. 
Çingiz  Mustafayev  1960-cı  il  avqust  ayının  29-da  Həştərxan  Vilayətinin 
Kapustinyar-I qəsəbəsində anadan olmuşdur. Ailələri 1964-cü ildə Bakıya qayıdıb. 
Çingiz  1974-cü  ildə  Yasamal  rayonundakı  164  saylı  orta  məktəbi  bitirib, 
Azərbaycan  Tibb  İnstitutuna  daxil  olmuşdur.  İnstitutu  bitirəndən  sonra  Dəvəçi 
şəhərində  iki  il  işləmişdir.  Bakıya  qayıtdıqdan  sonra  o,  Azərbaycan  İnşaat 
Mühəndisləri İnstitutu nəzdindəki tələbə profilaktik  - sanatoriyalarında baş həkim 
işləyir. 
90-cı  il  hadisələrindən  sonra  meydana  atılır,  cəbhəyə  yollanır.  1991-ci  ildə 
“215  kl”  studiyasında  telerepartyor  kimi  fəaliyyətə  başlayır.  Cəbhədən,  döyüş 
bölgələrindən  ermənilərin  törətdikləri  cinayətləri  çəkir,  həmin  faktları  respublika 
televiziyası  ictimaiyyətə  çatdırmaq  istəmir.  Odur  ki,  o,  çəkdiyi  faktları  “Vesti” 
vasitəsi  ilə  camaata  çatdırır.  Odur  ki,  o,  təqiblərə  məruz  qalır,  işdən  azad  edilir. 
Buna baxmayaraq o, qardaşları  - Vahid və Seyfulla ilə birlikdə cəbhə bölgələrinə 
gedir, faciələri lentin yaddaşına köçürürlər. 
Axırıncı  dəfə  o,  1992-ci  il  iyun  ayının  13-də  Əsgəranla  Naxçivannik 
arasında  gedən  döyüşü  lentə  çəkərkən  yaralanır.  Onu  Ağdama  xəstəxanaya 
vaxtında  çatdırmırlar.  Çingiz  32  yaşında  dünyasını  dəyişir.  “Azərbaycan 
Respublikasının  Prezidenti”nin  1992-ci  il  noyabr  ayının  6-da  verdiyi  fərmanı  ilə 
Çingiz Mustafayev Azərbaycanın Milli Qəhrəmanı adı ilə təltif olunur. 


72 
 
Xalqımızın qəhrəman oğlu Çingiz Mustafayevin ömür yolu istedadlı qələm 
sahibi Roza Əli qızının yazdığı “Taleyimə yağan yağışlar” (Bakı, 1993) kitabında 
ətraflı işıqlandırmışdır. 
Bəli,  erməni  terrorçularının  ötən  əsrin  90-cı  illərində  başladığı  elan 
olunmamış  müharibədə  Şamaxının  ər  oğulları  şəhid  oldular.  Çoxları  da  həyatda 
arzu-kamına yetmədən şəhidlik zirvəsinə ucaldı. Ölümləri ilə ölməzlik qazandı bu 
gənclər.  Əminik  ki,  tezliklə  xalqımız  düşmən  üzərində  qələbə  çalacaq  və  şəhid 
balalarının qisasını alacaqdır. O qələbə günü isə uzaqda deyildir. 
 
IV FƏSĠL 
 
ġAMAXI KƏNDLƏRĠNDƏ TÖRƏDĠLƏN  SOYQIRIMI 
 
1918-ci ildə Şamaxı qəzasına indiki Ağsu, İsmayıllı, Hacıqabul, Kürdəmir, 
Qobustan  rayonunun  bir  çox  əraziləri  də  daxil  idi.  Erməni  daşnak-bolşevik 
birləşmələri tərəfindən ərazilərdə  ağlasığmaz faciələr törədilmiş, şəhər və  kəndlər 
xarabalığa  çevrilmiş,  uzaq  əsrlərdən  həmin  dövrə  qədər  salamat  qalmış  minlərlə 
memarlıq abidələri yox edilmiş, xalqın var-dövləti talanmış, mənimsənilmişdir. 
Qeyd  etdiyimiz  kimi,  Azərbaycan  Demokratik  Cümhuriyyəti  hakimiyyəti 
ələ  alandan  az  sonra  bu  soyqırımını  araşdırmaqdan  ötrü  Fövqalədə  İstintaq 
Komissiyası  yaradılması  haqqında  Xarici  İşlər  Naziri  M.Hacinski  hökumətə 
müraciət etdi: “Artıq dörd aydır ki, Azəbaycan ərazisinin bəzi yerlərində bolşevik 
adı altında, özbaşına erməni hərbi dəstələri dinc müsəlman əhalisinin başına misli 
görünməmiş  vəhşiliklər  açır.  Belə  ki,  bu  dəstələrin  təşkilatçıları  verilən 
məlumatları  -  Avropaya  yalan  çatdırırlar  və  ya  onları  yalana  inandırırlar. 
Ümumdövlət  və  zərərçəkən  əhalinin  bir  qrupunun  marağını  nəzərə  alaraq  təcili 
olaraq, aşağıdakı işləri həyata keçirmək üçün təşkilat yaranmalıdır: 1) Zor gücümə 
edilmiş  bütün  hadisələrin  dəqiq  qeydiyyata  alınması;  2)  Zor  işlədilmiş  yerin 
şəraitini  təyin  etmək;  3)  Günahkarların  üzə  çıxarılması  və  dəymiş  ziyanın  təyin 
edilməsi. 
Yaradılmış  təşkilat  Fövqalədə  İstintaq  Komissiyası  xarakteri  daşımalıdır. 
Komissiyanın məlumatları əsas Avropa dillərində (rus, fransız, alman və əlbəttə ki, 
türk  dillərində)  yazılmalı  və  geniş  yayılmalıdır.  Əgər,  hökumət  razılaşarsa,  mən 
xahiş edərdim ki, bu Komissiya yaradılandan sonra Nazirliyin hesabına müvəqətti 
istifadə üçün 50.000 manat vəsait köçürüm”.
82
 
Nəhayət,  1918-ci  ilin  iyul  ayının  15-də  Fövqalədə  İstintaq  Komissiyası 
yaradıldı.  Həmin  komissiyanın  sədri  Ələkbər  bəy  Xasməmmədov  təyin  edildi. 
Komissiyanın  üzvləri  isə  İsmayıl  bəy  Şahmalıyev,  Andrey  Fomiç  Novatsk, 
Nəsrəddin bəy Səfikürdski, Nikolay Mixayloviç Qubvil, Mirzə Cavad  Axundzadə 
                                                           
82
 ARDA. f. 1061, s. iş. 95, və. 1. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə