SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə27/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   ...   23   24   25   26   27   28   29   30   ...   52

65 
 
İttifaq  hərbiçilərinin  Bakı  şəhərində  yerləşən  cənab  Komandanına, 
Əlahəzrət  komandan!  Zati-aliləri!  Məlumat  verirəm  ki,  Fövqaladə  İstintaq   
Komissiyasında   Stepan   Lalayevin  işi  haqqında apardığım sorğulara şahidlərin 
tutarlı cavabları olmuşdur. 
“Şamaxı şəhərinə gələn Stepan Lalayev, Samson Aspirov və Sayatsazbəyov 
özləri  ilə  birlikdə  güclü  erməni  dəstələri  gətirmişdilər.  O,  adları  çəkilən 
ermənilərlə,  habelə  yerli  ermənilərlə  -  Arzumanov  və  Gülbəndovla  birləşərək, 
müsəlman qaydasına  görə  məscidlərdə  gizlənən qadın və  qızlara, habelə  qocalara 
və  uşaqlara  işgəncələr verməyə  başlamışdır. Şəhərdə  olan  bütün  məscidlərə  onun 
təhriki  ilə  od  vurulmuşdur.  Oradan  çıxıb,  canını  qurtarmaq  istəyənlərin  hamısını 
vəhşicəsinə  qətlə  yetirilmişdir.  Məsciddə  qalanlar  isə  zəbanə  çəkən  odda  yanıb 
məhv  oldular.  Beləliklə,  Şamaxı  şəhərində  müsəlmanlar  yaşayan  məhəllələri 
tamamilə xarabazara çevirdilər. 
Lalayevin  əmrinə  əsasən,  gənc  müsəlman  qızlarını  erməni  əsgərləri 
Şamaxıda  yerləşən  xüsusi  evlərinə  aparıb,  məcburən  içki  içirərək,  sərxoş 
vəziyyətdə  zurna  sədaları  altında  rəqs  etdirirdilər.  Sonra  isə,  onları  zorlayırdılar. 
Bu  əməliyyatlardan  sonra,  bəzilərini  yerindəcə  doğrayıb,  bəzilərini  isə,  hündür 
balkonlardan küçəyə atıb öldürürdülər. Yalnız türk ordusunun Şamaxıya gəlişindən 
sonra, cəmi-cümlətanı 7 nəfər qız uşağını xilas etmək mümkün olmuşdur”.
78
 
Çaparidzenin  adına.  İcraiyyə  Komitəsinin  üzvü  İ.Boqomolov  tərəfindən 
göndərilmiş gizlin xəbərin 
 
Surəti 
“Bir  daha  sizdən  xahiş  edirəm  ki,  cəllad  Lalayevi  həbs  edəsiniz.  O,  çoxlu 
sayda  qadın  və  uşaq  öldürmüş,  evlər  qarət  etmişdir.  Əmirov  onu,  həbs  etmək 
istədikdə, qaçıb gizlənmişdir. Hamı təsdiq edir ki,  o, məscidi  yandırmış  və  orada 
çoxlu qadın qətlə yetirmişdir. Növbəti xəbərləri əldə edən kimi sizə göndərəcəyəm.  
 
İcraiyyə Komitəsinin üzvü – İ.Boqomolov. 
Şamaxıdakı rus dini rəhbərinin, Lalayev haqqında verdiyi ifadənin  
 
Surəti 
Düzgün  və  halal  adamların  məlumatlarına  görə  S.Lalayev  məsciddə  qadın 
və uşaqları öldürmüş və yandırmışdır. 
Belə açıq vəhşilikləri Allah özü bağışlasın! 
Şamaxı, yerli rus dini rəhbəri - İoani Fyodroviç Boqomolov
79
 
                                                           
78
 ARDA. f. 1061,s.l.iş,92, v.99. 
 
79
 ARDA. f. I061,s.l.iş,99, və. 11. 
 


66 
 
Çox əfsus ki, erməni daşnaklarının Şamaxı qəzasında törətdikləri soyqırımı, 
faciə  -  terror  aktına  “yuxarılar”  xüsusi  don  geydirdilər.  Belə  ki,  bu,  “siyasi-sinfi 
mübarizə  və  ya  vətəndaş  müharibəsi”  adı  altında  istintaqa  təqdim  edildi.  Və 
bolşeviklər hakimiyyətə gəldikdən sonra minlərlə insan qatili olmuş S.Lalayev və 
onun silahdaşları törətdikləri qanlı cinayətdən yaxalarını asanlıqla qurtara bildilər. 
İşə xitam verildi. 
Bu barədə Azərb. SSR MDAİ-də saxlanılan (f.1061, q.l və  ya 99) sənəddə 
oxuyuruq: 
Şamaxı İstintaq Komissiyasının Stepan Lalayevin mühakiməsi barədə işi 
 
(Baş: 14.III. 1919-cu il, qur: 29.XI. 1920) 
 Mühüm işlər üzrə müstəntiq  
 
Komarovskinin 22 №-li işi Stepan Lalayevin mühakiməsi üzrə (maddə; 
1525-106: № 131453). 
 
QƏRAR 
 
1920-ci il 23 noyabr tarixdə Şamaxı İstintaq Komissiyası Stepan Lalayev və 
digərlərinin  mühakiməsi  ilə  əlaqədar  işə  baxaraq  bildirir  ki,  onların  Şamaxıda 
törətdikləri  zorakılıqlar  və  ağır  cinayətlər  1918-ci  ildə  -  vətəndaş  müharibəsi 
günlərinə  təsadüf  etmişdir.  Bu  cinayətlər  milli  düşmənçilik  zəminində  baş 
vermişdir. Xalq Ədliyyə Komissarlığının sərəncamın 2 fevral 1920-ci ildə verilmiş 
amnistiya haqqında qanuna əsasən bu işə xitam verilmişdir. 
Qərara alınmışdır: Stepan Lalayev haqqında qaldırılmış istintaq işinə xitam 
verilsin  və  həmin  iş  Şamaxı  uyezdinin  mühüm  illər  üzrə  xalq  məhkəməsinə 
göndərilsin. 
İstintaq Komissiyasının sədri: 
*** 
Beləliklə,  Şamaxıda  soyqırımı  dəhşətli  qırğın  və  törətmiş  erməni-daşnaq 
cəlladları  cəzasız  qaldılar.  Bundan  əlavə,  qəsdən  qırğın  və  hadisələr  haqqında 
İstintaq Komissiyasının min bir əziyyətlə topladığı sənədlərin çoxusu məhv edildi. 
Qalanlar  isə  “arxivlərdə  həbs  olundu”.  Erməni  soyqırımından  danışmaq  isə  tam 
yasaq  edildi.  “Dili  uzun”  olanlar  “xalq  düşməni”  adı  ilə  uzaq  Sibirə  göndərildi. 
Özü də ömürlük. Bunun nəticəsidir ki, hətta, bizim nəsil erməni terroru haqqında 
ötən əsrin 90-cı illərinə kimi ətraflı biliyə malik olmamışdır. Həm orta, həm də ali 
məktəblərdə tariximizin qanlı səhifələrini təşkil edən bu faciədən bir kəlmə də bəhs 
edilməmişdir.  Sovet  tarixşünaslığı  beynəlmiləlçilik,  qardaşlıq  ideyalarını  təbliğ 
edə-edə  əsl  həqiqətləri  gizlətmiş,  tarixi  həqiqətləri  başdan-başa  təhrif  etmişdir. 
Bunun  nəticəsi  olaraq,  respublikamızın  hər  bölgəsində  olduğu  kimi,  erməni  və 
malakanlar  Şamaxının  ən  səfalı  guşələrində  yaşadılar.  Sosialist  beynəlmiləlçiliyi 


67 
 
adı  altında  əl-ələ  verib  birgə  təsərrüfat  qurduq.  Başqa  xalqın  nümayəndələri 
olduqları  üçün  onlara  hörmət,  izzət  göstərdik.  İlk  əvvəl  erməni  –  malakanlar  
yaşayan  kəndlərə  -  Çuxuryurd,  Kirovka,  Mədrəsə,  Saqiyan,  Xilmilliyə  şose  yolu 
çəkdirdik, Bakıdan həmin kəndlərə birbaşa avtobus ayrıldı. 
Belə  bir  gözəl  şəraildə  yaşayan  ermənilər  M.S.Qorbaçov  hakimiyyətə 
gələndən  sonra  qonaq  kimi  məskunlaşdıqları  torpaqları  ələ  keçirib 
özününküləşdirmək  iddiasına  düşdülər.  Bunun  üçün  Azərbaycanın  müxtəlif 
guşələrində  yeni  torpaqlar,  ərazilər  əldə  etməkdən  ötrü  müxtəlif  fitnələr,  terror 
aktları  törətməyə  başladılar.  SSRİ-nin  süqutu  onlara  dünyadakı  havadarları  ilə 
birləşməyə  böyük  imkanlar  verdi.  Odur  ki,  1988-ci  ildən  respublikamızın 
ərazilərini  zəbt  etməyə  başladılar.  Doxsanıncı  ildən  sonra  torpaqlarımızın  20 
faizindən  şoxunu  işğal  etdilər;  minlərlə  dinc  əhali  qətlə  yetirildi,  ata-baba 
torpaqlarından didərgin düşdü, yüzlərlə  insanlar əsir  götürüldü. Vətən qədri bilən 
oğullarımız  silaha  sarıldı,  torpağımızın  müdafiəsinə  yollandı.  Bu  ədalətsiz 
müharibədə  yüzlərlə  eloğlumuz  şəhidlik  köynəyi  geydi.  Həmin  şəhid  oğullar 
arasında  Şamaxının  da  say-seçmə  övladları  vardır.  Bir  sözlə,  1918-ci  il 
soyqırımından  düz  72  il  sonra  erməni  terrorçuları  Şamaxının  sinəsinə  yenidən 
övlad dağı çəkdi. Özü də düz 67 nəfər cavan oğul dağı”. 
 
ġamaxının Qarabağ Ģəhidləri: 
 
1.
 
Alxanov Alxan Əşrəf oğlu: Sabir qəsəbəsi 
2.
 
Ağayev Gülağa Əli oğlu: Məlikçobanı kəndi 
3.
 
Abdurrəhmanov Cavid Təvəkkül oğlu: Şamaxı şəhəri 
4.
 
Atakişiyev Sahil Durəsən oğlu: Məlikçobanı kəndi 
5.
 
Atakişiyev Şahbala Əli oğlu: Şamaxı şəhəri 
6.
 
Ağayev Qabil Qeybalı oğlu: Həmyə kəndi 
7.
 
Baratov Müslüm Ağasən oğlu: Məlikçobanı kəndi 
8.
 
Babaşov Anar Əlibaba oğlu: Şəhriyar qəsəbəsi 
9.
 
Bayramov İmran Allahverdi oğlu: Meysəri kəndi 
10.
 
Bəkirov Eldəniz Xəlil oğlu: Quşçu kəndi 
11.
 
Balayev Cavanşir Musa oğlu: Şamaxı şəhəri 
12.
 
Baxşıyev Fərhad Beybud oğlu: Şamaxı şəhəri 
13.
 
Qarayev Mehman Zöhrab oğlu: Məlikçobanı kəndi 
14.
 
Qeybalıyev Emil Babaşirin oğlu: Çarhan kəndi 
15.
 
Qurbanov Rövşən Bəybala oğlu: Çaylı kəndi 
16.
 
Qəhrəmanov Ağadur Sabir oğlu Talışnuru kəndi 
17.
 
Dadaşov Qiyas Qərib oğlu: Məlcək kəndi 
18.
 
Əzməmmədov Faiq Əzməmməd oğlu: Quşçu kəndi 
19.
 
Əliyev Elman Əfqan oğlu: Şamaxı şəhəri 
20.
 
Əliyev Fərhad Şahid oğlu: Sabir qəsəbəsi 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə