94
Bir çox insanın qorxudan ürəyi partlayıb öldü, bir qismi isə, yorulub yolda
qaldı və ermənilər tərəfindən qətlə yetirildilər. O, da yadımdadır ki, Bədəl adlı bir
kişidə tüfəng var idi. Biz qaçanda, o, hərdən dayanıb ermənilər tərəfə bir güllə
atırdı. Ermənilər silahdan ehtiyat edib yavaşıyırdılar.
Biz bir qisim əhali gedib Sündi qışlağına çatdıq. Orada ancaq qarovulçular
var idi. Onlar kişi və qadınların köməyi ilə iki batman unun çörəyini bişirdilər. Əlli
nəfərə yaxın idik. Hərəyə bir az yeyib qışlaq zağalarında yatdıq. Səhər obaşdan
durub öz qışlağımıza getdik. Türklər gələndən sonra kəndə qayıtdıq. Kənd tam
yanmış və məhv edilmişdi. Uçurulmuş, yanmış evlərdə kənd sakinlərinin cəza ilə
qətlə yetirilmiş meyidləri var idi. Bir çox insan cəsədi isə yanıb kömürə dönmüşdü.
Ermənilərin törətdiyi müsibət yerə-göyə sığmırdı. Bəzi insanların dərdinin çarəsi
yox idi. Çoxları kənddə qoyub getdiyi qohum-əqrabasının heç meyidini tapa
bilmirdi. Ya yanıb külə qarışmış, ya da qurd-quşa yem olmuşdu. Türklər gələndən
sonra xeyli müddət bizim kənddə qaldılar. Sonrakı döyüşlərə hazırlıq gördülər. Bu
müddətdə onları ərzaqla bizim kənd, Nabur, Qurbancı və Cəmcəmli kəndi təmin
edirdilər. Türklər bir az da gec gəlsəydilər, bizim ərazidə bir nəfər də olsa
müsəlman sağ qalmayacaqdı (Güllü Qurbanova 1920-1999).
Hacı Arif Ağasəlim oğlunun dediklərindən: “Kəndimiz Mərəzə kəndi ilə
qonşudur. Yaxşı yadımdadır, 50-60-cı illərdə atam Mərəziyə gedib-qayıdandan
sonra həmişə əsəbiləşirdi. Səbəbi də, o idi ki, atam Mərəzədə olanda, 1918-ci ildə
ermənilərə yardım etmiş yaşlı malakanlarla qarşılaşardı. Həmin cinayətkarların
həm də cəzasız qaldıqlarına görə heyfslənirdi. Anam isə atamı sakitləşdirərək
deyərdi”, - gec-tez başımıza iş açacaqsan, kişi, dilini dinc qoy”.
Atanı 1918-ci ildə ermənilərin törətdikləri cinayətlərdən bizə çox danışardı,
Erməni millətçiləri o zaman Tatar Mərəzəsinə qonşu olan beş kənddə -
Nərimankənd (Gəmüstü), Dərəkənd (Gəmaltı), Damlamaca, Şorsulu, İlanlı
kəndlərindən 300 nəfər dinc əhali qətlə yetirilmişdir. Bir qrup insanları erməni-
malakan millətçiləri aldadıb Mərəzəyə aparmış, sonra onları Mərəzənin qərbində
yerləşən dərədə (indiki postdan aşağıda - S.Q.) qətlə yetirmişlər. Öldürülənlər
arasında bizim nəsildən 13 nəfər olmuşdur. Bizim nəsil on dördüncü şəhidini isə
Qarabağ savaşında vermişdir - Malik Səlimli!”
Bu kəndlərdən ermənilər tərəfindən qətlə yetirilən şəhidlərin ancaq iyirmi
doqquzunun adı məlumdur:
1.
Şahverdi Səlim oğlu.
2.
Abdulxalıq Şahverdi oğlu.
3.
Gülbəs Molla Murad qızı.
4.
Bikə Abdulxalıq qızı.
5.
Məcid Abdulxalıq oğlu.
6.
Kazım Abdulxalıq oğlu.
7.
Körpə oğlan uşağı.
95
8.
Abdulla Daşdəmir oğlu.
9.
Əsəd Daşdəmir oğlu.
10.
Şaməmməd Mamedov oğlu.
11.
Ədis Şahbaz oğlu.
12.
Zaman Kazım oğlu.
13.
Qələm Ağababa oğlu.
14.
Muxtar Həmid oğlu.
15.
Ağababa Şaməmməd oğlu.
16.
Möhlət..............
17.
Səfərxan Ədil oğlu.
18.
Sənayi İbrahim oğlu.
19.
Cəfər Əsəd oğlu.
20.
Səmidxan Əsəd oğlu.
21.
Xəlgüllah Əsəd oğlu.
22.
Seyid İbrahim oğlu
23.
Əmir Abdulla oğlu.
24.
Süleyman Baloğlan oğlu.
25.
Ədilxan Ədil oğlu.
26.
Qərib Zülfiqar oğlu.
27.
Gülüstan Qəribli.
28.
Hətəm Əziz oğlu (Dərəkənd).
29.
Şahsuvar Hacı Niftalı oğlu (Dərəkənd).
Haşiyə: Azərbaycanımızın müxtəlif şəhər və kəndlərində 1918-ci il
soyqırımını əbədiləşdirmək üçün xeyli işlər görülmüşdür. Bu baxımdan
Nərimankənd kəndində qətlə yetirilən insanların adına ucaldılmış abidə
təqdirəlayiqdir. 1918-ci il Gəmüstü kəndində qətlə yetirilmiş insanların adına
ucaldılmış abidənin təşəbbüsçüsü kənd ziyalıları olmuşdur. (Bu işdə Mirəli
müəllimin xüsusi zəhməti vardır). Abidə isə kənd bələdiyyəsinin hesabına
tikilmişdir. Biz əminik ki, Şamaxı-Qobustan ziyalıları, kənd bələdiyyələri belə
xeyirxah işdən nümunə götürəcək, 1918-ci il soyqırımında qətlə yetirilən
həmyerlilərinin adını əbədiləşdirəcəklər. Şəhidlər adına qoyulacaq xatirə lövhələri
və ya abidələr yaddaşımızı bərpa etdiyi kimi, gələcək nəsillərlə də çox söz
deyəcəkdir!
OSMANBƏYLI SOYQIRIMI
Bu kənddəki soyqırımı barədə 1918-ci ilin oktyabrda tərtib olunmuş
protokolda oxuyuruq:
“27 yaşlı Şamaxı qəzasının Osmanbəyli kənd sakini Şahlarbəy Şıxəlibəyov,
müsəlman, savadlı. Mənim yaşadığım Osmanbəyli kəndi Şamaxı şəhərinin altı
96
verstliyində yerləşir. Şamaxıda və onun ətraf kəndlərində ermənilər tərəfindən
törədilən qırğınların əsas səbəbi ermənilərin müsəlmanlara qarşı düşmənçilik
hisslərindən irəli gəlmişdir. Ancaq müsəlmanlar heç vaxt ermənilərə qarşı kin-
küdurət bəsləməmişlər. 1905-ci ildə baş vermiş qarşıdurmadan sonra müsəlmanlar
qəti surətdə inanmışdılar ki, heç vaxt ermənilər onlarla düşmən olmazlar. Çünki bir
neçə vaxt idi ki, müsəlmanlarla ermənilər sıx dostluq şəraitində yaşayırdılar.
Gizlincə silahlanan ermənilər, üzdə özlərini müsəlmanlara dost kimi göstərir, ailəvi
bir-birinə qonaq gedirdilər. Onlar, silahlanmanı belə izah edirdilər ki, guya,
bolşeviklərə qarşı çıxan bəylərə və mülkədarlara divan tutacaqlar. Bir vaxt Şamaxı
ziyalılarından - Asəfbəy Şıxəlibəyovdan, Azad bəy Qocamanbəyovdan və Şamaxı
müfəttişindən eşitdik ki, Xilmillidə (Qozluçayda) erməni və malakanlar
silahlanırlar. Digər tərəfdən, Mədrəsə kəndində də həmin yolla ermənilər
silahlanırlarmış. Lakin ermənilər yenə də müsəlmanlara deyirdilər ki, bizdən sizə
zərər dəyməz. Sadəlövh müsəlmanlar da onların sözlərinə inanırdılar. Lakin
Mədrəsədən gələn xəbərlər özünü doğruldurdu. Müsəlmanlardan iki nəfəri
Mədrəsəyə getmiş və keşişdən bu qarşıdurmanın qarşısını almasını xahiş etmişdi.
Keşiş onlara söz verib ki, müsəlmanlara bizdən ziyan dəyməz.
Osmanbəyli kəndinə yaxın olan erməni kəndi - Kələxanada da ixtişaş
törədilməsinə hazırlıq gedirmiş. Bunu bizə həmin kəndə qonaq gedən Osmanbəyli
bəylərindən biri çatdırdı. Biz ailəmizi götürüb, Ləngəbiz dağının üstünə qaçdıq. 17
mart 1918-ci ildə erməni cəlladları kəndimizə basqın etdilər. Sən demə, elə həmin
gecə erməni dəstələri Şamaxını da mühasirəyə alıbmış. Onlar şəhərə hücum çəkib,
müsəlman məhəllələrini yandırır, əlinə keçənləri öldürür, evləri, malikanələri talan
edirdilər. Osmanbəyli kəndini yandırdıqdan sonra silahlı dəstələr, bizim kənddən
çox da uzaqda olmayan Alpout kəndini tamamilə yandırdılar. Osmanbəyli kəndini
isə iki dəfə yandırdılar. İkinci dəfə müsəlman əsgərləri çıxıb gedəndən sonra
yandırdılar.
Osmanbəylidə yandırılmış evlər uzunmüddət bərpa oluna bilmədi. Erməni
silahlı əsgərləri evlərdə olan bütün zinət şeylərini, heyvan, mal-qara və digər ev
əşyalarını daşıyıb aparmışdılar. Əhali çox pis vəziyyətə düşmüşdü. Ölənlərin və
itkin düşənlərin sayı bilinmirdi”.
108
ADNALI
SOYQIRIMI
Fövqalədə İstintaq Komissiyasının tərtib etdiyi dindirmə protokolunda
Adnalı kənd starşinası 54 yaşlı Məhyəddin Hüseynəli oğlu 1918-ci il 23 oktyabrda
belə bir məlumat verir: “Mənim yaşadığım kənd Şamaxının 3 verstliyində yerləşir.
Bizim kənddə 30 ev və 300 nəfər sakin vardır. İndi isə, kənddə cəmi 2 ev
qalmışdır. Qalanlar isə, ermənilər tərəfindən dağıdılmış və yandırılmışdır.
108
ARDA. f. 1061. s. 1. iş. 105, vər. 74-76.
Dostları ilə paylaş: |