103
kəndə daxil oldular. Özü də Cabanı malakanları ilə. Əllərinə keçəni - 30-a yaxın
insanı
qətlə yetirib, evləri
talan etmiş, sonra yandırmışlar”.
QALADƏRƏSĠ SOYQIRIMI
Əli bəy İsrəfil oğlunun xatirələrindən: “Ermənilər gəlib Çuxuryurdda
məskunlaşmış, tam silahlanmışdır. Bizim kəndlərə hücum etməyə hazırlaşırdılar.
Yollar qar-palçıq olduğu üçün kəndə gələ bilmirdilər. Odur ki, biz də ayağa
qalxdıq. Lahıclı Ağakişi yüzbaşının Dədəgünəş, Ülgüc, Qaladərəsindən topladığı
dəstə ermənilər ilə xeyli vuruşdular. Düşmənlər Çuxuryurddan olan, hamımızın
tanıdığı Petro adlı bir nəfəri bizim yanımıza göndərdilər. Petro mənə yaxınlaşıb
dedi:
- Əli bəy, ağ bayraq qaldırıb təslim olsanız, sizə dəyməyəcəklər. Ağakişi
yüzbaşı onu öldürmək istədikdə, mən qoymadım. Tez evdən bir qırmızı parçanı
götürüb tut ağacına bağladım. Petroya dedim ki, erməni kafirlərə bildir ki, biz bu
qırmızı bayrağın altında son nəfəsimizə qədər vuruşacağıq. Petro geri qayıtdı. Bir
azdan uzaqdan iki düşmən təpənin üstünə çıxdı ki, qırmızı bayrağa baxsın. Türk
beşaçılanının tətiyini çəkməklə birini cəhənnəmə vasil etdim. Bu an ikinci yağı da
Ağakişi yüzbaşının gülləsinə tuş gəldi. Döyüş başladı. Biz itki vermədən meşəyə
çəkildik. Nuru Paşanın əsgərləri gələnə kimi davam gətirdik. Nuru Paşa öz igidləri
ilə 2 gün bizim kənddə qaldı. On nəfərimiz onun dəstəsinə qoşulduq. Türk qoşunu
ilə Cəngiyə kimi getdik. Nuru Paşa mənə bir türk beşaçılanı bağışladı. Həmin silahı
1937-ci ildə meşədə basdırmışdım. 53-cü ildən – Stalinin ölümündən sonra gedib
həmin yeri qazdım. Yadigar silah tamam çürümüşdü”.
ƏRƏBġAHVERDĠ SOYQIRIMI
Erməni daşnaklarının soyqırımı
törətdiyi, viranə qoyduğu kəndlərdən biri də
Ərəbşahverdidir. Vaxtilə Fövqaladə İstintaq Komissiyası 1918-ci il noyabr ayını
13-də Ərəbşahverdi kəndində olmuş və kənd sakini Mirzəli Mədət oğlundan qırğın
barədə izahat almışdır.
“Mən Ərəbşahverdi kəndinin sakini Mirzəli Mədət oğlu, müsəlman, 45
yaşlı, savadsız verirəm həmin ifadəni ona görə ki, erməni yaraqlıları bizim kəndə
basqın edərkən mən qışlaqda olmuşam. Əlbəttə, bunu eşidəndə biz kəndə gedə
bilməzdim. Ona görə də dağlarda gizlənməyə məcbur olduq (Şıxzərli ətrafında).
Türklər gələnə kimi biz mağaralarda qaldıq. Biz kəndə qayıtdıqdan gördüm ki,
kəndimizin çox hissəsi dağıdılmış və yandırılmışdır. Miqdarın mən deyə bilmərəm,
amma kənd sakinlərinin bir hissəsi ermənilər tərəfindən öldürülmüşdür”.
116
116
ARDA. f. 1061, s. 1. iş. 6, vər. 148-149.