SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə41/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   ...   37   38   39   40   41   42   43   44   ...   52

101 
 
QARAVƏLLĠ SOYQIRIMI 
 
Şamaxı  ərazisində  ermənilərlə  qonşu  olan  kəndlərdən  biri  də  Qaravəllidir. 
Erməni  daşnakları  qonşu  olmalarına  baxmayaraq,  bu  kənddə  daha  dəhşətli 
vəhşiliklər  törətmişlər.  1919-cu  ilin  aprel  ayın  9-da  Xasay  Salman  oğlunun  tərtib 
etdiyi aktdan bəlli olur ki, erməni cəlladları bu kəndi yandırmaqla yanaşı 120 nəfər 
insanı  qətlə  yetirmişlər.  Faciənin  bənzərsizliyi  ondadır  ki,  düşmən  bu  kənddə  ən 
çox  uşaq  və  qadınları  öldürmüşdür.  X.Salman  oğlunun  imzası  ilə  təsdiq  edilmiş 
həmin aktda  oxuyuruq:  “Mən, Qaravəlli kəndinin  starşinası və  66 evdən seçilmiş 
hörmətli sakinləri 1919-cu ilin aprel ayının 9-da tərtib edirik həmin aktı ondan ötrü 
ki,  1918-ci  ildə  ermənilərin  bizim  kəndə  zorla  girməsi  ilə  əlaqədar  aşağıda 
göstərilən qədər ziyan dəymişdir: 
 
1.
 
Öldürülmüşdür: 40 kişi, 50 qadın, 40 uşaq 
2.
 
Yaralananlar yoxdur. 
3.
 
Cəmi ziyan - 6060 000 manat dəyərində
113

 
Balaxan  Şahbazovun  dediklərindən  (80  yaş):  Atamla  anam  həmin  ilin 
faciələrini gözləri ilə görmüşlər. Dediklərinə görə, ermənilərin qırğın törədəcəkləri 
şayəsi  kəndə  çoxdan  yayılmışdır.  Kənd  əhalisinin  çoxu  Mədrəsə,  Kərkənc 
erməniləri  ilə  tanış  idilər.  Odur  ki,  həmin  adamlar  dəfələrlə  erməni  kəndlərinə 
gedib,  həmişə  də  eyni  sözü  eşidiblər:  “Biz  neçə  ilin  qonşusuyuq.  Siz  qorxmayın. 
Bizdən  sizə  zaval  olmaz”.  Sadəlövh  kənd  əhalisinin  çoxu  onların  sözünə  inanır, 
kəndi vaxtında tərk etmirlər. Bunun nəticəsidir ki, kəndimizdə  50 nəfər qadın, 40 
nəfər  körpə  uşaq  müxtəlif  işgəncələrlə  qətlə  yetirilmişdir.  Belə  ki,  erməni 
daşnakları  körpəsini  ananın  gözü  qarşısında  öldürür  və  yaxud  qadına  ilk  əvvəl 
müxtəlif işgəncələr verir, sonra onu güllələyirdilər. Belə bir hadisə uzun illər kənd 
sakinlərinin  yadından  çıxmamışdır.  Ermənilər  ananı  evdə  öldürmüş,  evə  od 
vurmuş,  iki  yaşlı  körpə  evdə  qalmışdır.  İş  elə  gətirir  ki,  evin  bir  hissəsi  salamat 
qalır.  Bir  nəfər  gecə  gizlincə  kəndə  qayıdır  ki,  ərzaqdan-zaddan  aparsın,  həmin 
evin  yanından  keçəndə  uşaq  səsi  eşidir.  O,  içəri  girir.  Görür  ki,  bir  uşaq  ölmüş 
anasının yanında hıçqırır. O, elə bilir ki, ana yaralıdır. Amma məlum olur ki, ana 
ölüb”. (Balaxan Şabaz oğlu). 
 
 
 
 
 
                                                           
113
 ARDA. f. 1061, s. l. iş. 85, vər. 56. 
 


102 
 
QALEYBUĞURT SOYQIRIMI 
 
Azərbaycan  Respublikası  hökumətinə,  Şamaxı  uyezdinin  Qale-buğurt 
(Qaleybuğurd)  kəndinin  sakinləri  adından  Məmmədzər  Qəhrəman  oğlu,  Mustafa 
və Əbdüləli (Əbdüləzimin oğlanları) tərəfindən  
 
ƏRĠZƏ 
 
1918-ci  ilin  25  aprelinə  kimi  biz  Nuzkeş  adlanan  yerdə  yaşayırdıq.  16  ev 
idik.  Özümüz  də  firavan  yaşayırdıq,  Şamaxı  hadisələrindən  bir  neçə  gün  sonra 
Steopan  Lalayevin  başçılığı  ilə  həmin  yerə  100  əsgərdən  ibarət  bir  dəstə  adam 
gəldi. Onlarla birlikdə Çuxuryurd sakinləri Boris Avanes oğlu, Palanq və Semyon 
Qara İvan oğlu, Polovonxin və Yakov İvanoviç, Semyon Popov, Matvey Qaraev və 
Ovopoxinin  oğlu  da  bizim  yaşadığımız  yerə  gəldilərş.  Stepan  Lalayev  bizə  elan 
etdi ki, bundan sonra bizim çarımız odur və bizim bütün mülkümüz onun olmalıdır. 
Əmr  verdi  ki,  bütünmollalar  və  mülkədarlar  yığılsın.  Bizim  hamımızı  isə 
Çuxuryurd  kəndinə  göndərdi.  Amma  meşəni  keçərkən  əmr  verdi  ki,  bizi 
güllələsinlər.  Onlar  bizə  atəş  açmağa  başladılar.  Bizlərdən  dörd  nəfərimiz 
qaçmaqla, başımızı qurtara bildik. Qarət olunmuş heyvan-qaramızı və mülkümüzü 
ermənilər apardılar. 
Yuxarıdakıları  –  faktları  göstərməklə  Azərbaycan  hökumətindən  xahiş 
edirik  ki,  tələf  olanların  ailələrinə  və  yetim  qalmış  uşaqlarına  himayədarlıq  və 
köməklik göstərilsin. Müdafiəsiz və günahsız adamların ölümünə biz heyfsilənirik. 
Bütün ümidlərimiz 1919-cu ilin yaz və yay fəsillərinədir. 
Savadsızların əvəzinə imza etdi: Molla Əli İbrahim oğlu
114
 
 
QONAQKƏND SOYQIRIMI 
 
Erməni  millətçilərinin  bu  kənddə  törətdiyi  faciə  haqqında  kənd  mollası 
Məşədi  Tapdıq  Səməd  oğlu  və  başqaları  belə  məlumat  verirlər  ki,  kənddə 
öldürülənlər 25 kişi,  6 qadın  və  4 uşaq olmuşdur. Yaralananlar 2 nəfər kişi  imiş. 
Kəndə dəyən ziyan 8300 000 manat olmuşdur.
115
 
Kənd sakini, el sənətkarı Qələmşah Gülverdi oğlunun yaddaşından: “Əmim 
həmin  hadisələrin  şahidi  olmuşdur.  Deyərdi  ki,  biz  malakanların  sözünə 
inanmasaydıq, kənddən heç bir nəfər də ölməz, qətlə yetirilməzdi, hamımız qaçıb 
qurtula bilərdik. Cabanı malakanları bizim kənd yüzbaşısını çağırıb bildirib ki, siz 
qorxmayın.  Qoymarıq  ki,  sizə  toxunsunlar.  Ermənilər  bizim  sözümüzdən 
çıxmazlar.  Kənddən  bir  çox  ailə  ilə  biz  gecə  ikən  çıxdıq.  Səhəri  gün  ermənilər 
                                                           
114
 ARDA. f. 1061, s. 1. iş. 85, vər. 65.  
115
 ARDA. f. 1061, s. 1. iş. 85, vər. 75.  


103 
 
kəndə  daxil oldular. Özü də  Cabanı  malakanları ilə. Əllərinə  keçəni  -  30-a  yaxın 
insanı qətlə yetirib, evləri talan etmiş, sonra yandırmışlar”. 
 
QALADƏRƏSĠ  SOYQIRIMI 
 
Əli  bəy  İsrəfil  oğlunun  xatirələrindən:  “Ermənilər  gəlib  Çuxuryurdda 
məskunlaşmış,  tam  silahlanmışdır.  Bizim  kəndlərə  hücum  etməyə  hazırlaşırdılar. 
Yollar  qar-palçıq  olduğu  üçün  kəndə  gələ  bilmirdilər.  Odur  ki,  biz  də  ayağa 
qalxdıq.  Lahıclı  Ağakişi  yüzbaşının  Dədəgünəş,  Ülgüc,  Qaladərəsindən  topladığı 
dəstə  ermənilər  ilə  xeyli  vuruşdular.  Düşmənlər  Çuxuryurddan  olan,  hamımızın 
tanıdığı  Petro  adlı  bir  nəfəri  bizim  yanımıza  göndərdilər.  Petro  mənə  yaxınlaşıb 
dedi: 
-  Əli  bəy,  ağ  bayraq  qaldırıb  təslim  olsanız,  sizə  dəyməyəcəklər.  Ağakişi 
yüzbaşı  onu  öldürmək  istədikdə,  mən  qoymadım.  Tez  evdən  bir  qırmızı  parçanı 
götürüb tut ağacına bağladım. Petroya dedim ki, erməni kafirlərə bildir ki, biz bu 
qırmızı bayrağın altında son nəfəsimizə qədər vuruşacağıq. Petro geri qayıtdı. Bir 
azdan  uzaqdan  iki  düşmən  təpənin  üstünə  çıxdı  ki,  qırmızı  bayrağa  baxsın.  Türk 
beşaçılanının tətiyini çəkməklə birini cəhənnəmə vasil etdim. Bu an ikinci yağı da 
Ağakişi  yüzbaşının gülləsinə  tuş  gəldi.  Döyüş başladı.  Biz itki  vermədən  meşəyə 
çəkildik. Nuru Paşanın əsgərləri gələnə kimi davam gətirdik. Nuru Paşa öz igidləri 
ilə 2 gün bizim kənddə qaldı. On nəfərimiz onun dəstəsinə qoşulduq. Türk qoşunu 
ilə Cəngiyə kimi getdik. Nuru Paşa mənə bir türk beşaçılanı bağışladı. Həmin silahı 
1937-ci  ildə  meşədə  basdırmışdım.  53-cü  ildən  –  Stalinin  ölümündən  sonra  gedib 
həmin yeri qazdım. Yadigar silah tamam çürümüşdü”. 
 
ƏRƏBġAHVERDĠ SOYQIRIMI 
 
Erməni daşnaklarının soyqırımı törətdiyi, viranə qoyduğu kəndlərdən biri də 
Ərəbşahverdidir.  Vaxtilə  Fövqaladə  İstintaq  Komissiyası  1918-ci  il  noyabr  ayını 
13-də Ərəbşahverdi kəndində olmuş və kənd sakini Mirzəli Mədət oğlundan qırğın 
barədə izahat almışdır.  
“Mən  Ərəbşahverdi  kəndinin  sakini  Mirzəli  Mədət  oğlu,  müsəlman,  45 
yaşlı, savadsız verirəm həmin ifadəni ona görə ki, erməni yaraqlıları bizim kəndə 
basqın  edərkən  mən  qışlaqda  olmuşam.  Əlbəttə,  bunu  eşidəndə  biz  kəndə  gedə 
bilməzdim.  Ona  görə  də  dağlarda  gizlənməyə  məcbur  olduq  (Şıxzərli  ətrafında). 
Türklər  gələnə  kimi  biz  mağaralarda  qaldıq.  Biz  kəndə  qayıtdıqdan  gördüm  ki, 
kəndimizin çox hissəsi dağıdılmış və yandırılmışdır. Miqdarın mən deyə bilmərəm, 
amma kənd sakinlərinin bir hissəsi ermənilər tərəfindən öldürülmüşdür”.
116
 
                                                           
116
ARDA. f. 1061, s. 1. iş. 6, vər. 148-149. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə