SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə2/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   2   3   4   5   6   7   8   9   ...   52

10 
 
onların yeddisi tam, biri yarımuçuq vəziyyətindədir. Məqbərələrdən birinin üstündə 
kimin  üçün  tikildiyi  və  müəllifinin  adı  yazılmışdır:  “Bu  günbəz  Şeyx  İbrahimin 
şərəfinə  1663-cü  ildə  Abdül  Əzim  Əmir  Əli  oğlunun  rəhbərliyi  altında 
tikilmişdir”.
3
   
Mədrəsə  sözü  ərəb  sözüdür  –  mənası  dərs  keçirilən  yer  və  ya  məktəb 
deməkdir.  Bir  sıra  dilçi  alimlər  Meysəri  sözünü  “mey”  və  “sər”  sözü  ilə 
əlaqələndirirlər.  Əslində,  Meysəri  sözü  Şamaxı  dialektində  işlədilən  “Meyzər” 
sözündədir. Vaxtilə tut yığmaq (çırpmaq) üçün ağ bezdən düzəldilən böyük çadırın 
adıdır. Doğrudan da, həmin ərazidə böyük tut bağları olmuşdur və indi də elədir. 
Meyzəri  sözü  dildə  fonetik  dəyişimliyə  uğrayaraq  Meysər  və  ya  Meysəri 
formasında düşmüşdür. Təkcə kəndlərin deyil, ermənilərin sonradan gəlib yaşadığı 
ərazilərdə  olan  bütün  toponimlər  türk  mənşəli  sözlərdir.  Yaxşı  ki,  bunlar  da 
sonradan dəyişdirilməmiş, öz tarixi şəklini saxlamışdır.  
XIX  əsrin  birinci  yarısından  Şamaxıda  və  onun  kəndlərində  məskunlaşmış 
ermənilər  başqa  ərazilərdə  olduğu  kimi,  rus  havadarlarının  köməyi  ilə  müxtəlif 
idarələrdə bir çox vəzifələrə yiyələnə bilmişlər. Faktlar bir daha göstərir ki, erməni 
millətçiləri  hələ  XIX  əsrin  70-90-cı  illərində  müsəlmanlara  xor  baxmış,  yeri 
gələndə  onların  əleyhinə  təbliğatlar  aparmışlar.  Bu  işdə  bəzən  də  “dost”  cildinə 
girmiş  ermənilər  çox  vaxt  da  özlərini  müsəlmanların  dərdinə  şərik  adam  kimi 
göstərə  bilmişlər.  Məsələn,  XIX  əsrdə  Şamaxıda  xüsusi  var  –  dövlət  sahibi  olan, 
hər  yerdə  xüsusi  hörmətlə  qarşılanan  Aleksandr  Lalayev  (1918-ci  il  qırğınının 
başçılıq edən Stepan Lalayevin atası) S.Ə.Şirvani ilə dost olmuşlar. S.Şirvani ona 
bir  neçə  şer  də  həsr  etmişdir.  Hər  cildə  asanlıqla  girməyi  bacaran  Lalayevin 
hərəkətlərindən şair, sonralar başa düşür ki, onun tük üzü içəridədir. Odur ki, onun 
əməllərinə - erməni millətini müsəlmanlardan uca tutmasına etiraz edir:  
 
Aleksandr Lələyofidan olur ümmid tutmaq kim, 
Dəxi kəm tutmaya ol ermənilərdən müsəlmani.
4
 
 
Ən nəhayət, XX əsrin əvvəllərindən ermənilər müsəlmanlara qarşı açıqdan-
açığa ədavətə başlayırlar. İğtişaşlar daha da çoxalır, erməni terrorçuları açıq-aşkar 
meydana  çıxırlar.  1905-1907-ci  il  hadisələri  terrorçu  “Daşnaksütyun”  təşkilatının 
fəaliyyəti kulminasiya nöqtəsinə çatdı. Erməni millətçilərinin əsil niyyətlərini başa 
düşən  Azərbaycan  ziyalılarının  “Müdafiə”,  “Qeyrət”  kimi  hərbi-siyasi  təşkilatları 
yarandı,  dövrün  mətbuatından  və  müasirlərin  xatirələrindən  göründüyü  kimi, 
azərbaycanlılar bu hadisələr zamanı erməni terrorçularına qarşı layiqli  müqavimət 
göstərmişlər. Öz yer-yurdlarını atıb qaçmadılar.
5
 
                                                           
3
 Z.Əliyev. “Şamaxının qədim abidələri”, “Qobustan” jurnalı. 1982, səh. 40. 
4
 S.Ə.Şirvani. Əsərləri, II cild, Bakı, 1968, səh. 192. 
5
 V.Quliyev. Azərbaycanda erməni zülmü, Bakı, 1999, səh. 13. 


11 
 
1905-1907-ci 
illərdə 
erməni 
daşnakları  xalqımızı  məhv  etmək, 
torpaqlarımızı  ələ  keçirmək  üçün  Azərbaycanın  bir  çox  bölgələrinə  -  İrəvanda, 
Göyçay  mahalında,  Zəngəzurda,  Qarabağda,  Qazaxda,  Naxçıvanda,  Şamaxıda  və 
Bakıda ağlasığmaq qırğınlar törətmişlər. 
Xalqımızın arasında süni şəkildə ikitirəlik salan, sünnü-şiə qarşıdurması da 
məkrli ermənilərin əlində böyük bir vasitə, güclü bir silah olmuşdur. Tarixi sənədlə 
bir  daha  sübut  edir  ki,  1905-1907-ci  illərdə  Azərbaycanın  müxtəlif  bölgələrində 
olan  ermənilər  şayiə  yayırlar  ki,  “ermənilərin  sünnilərlə  heç  bir  işi”  yoxdur.  Belə 
bir  riya  və  yalanın  nə  ilə  nəticələndiyini  gözləri  ilə  görmüş  publisist 
mollanəsrəddinçi  Ö.F.Nemanzadə  1906-cı  ildə  “İrşad”  qəzetində  yazırdı:  “Ağla, 
əzizim,  ağla  ki,  ancaq  düşmənlərimiz  bizi  nə  qədər  binamus  və  şərəfsiz  hesab 
edirlər  ki,  araya,  guya,  şiə-sünnü  nifaqı  salıb,  yenə  bizi  qəflət,  cəhalət  əksimizlə 
kəsmək  istəyirlər.  Mən  məəttələm  ki,  ermənilərin  “bizim  sünnülərlə  işimiz  yox” 
yalan  və  fitnələrinə  inananlar  nə  cür  cammaat  arasında  qalırlar.  Nə  üçün 
“məcnunxanalara” getmirlər? Kimdir deyən ki, ermənilərin sünnülərlə işi yoxdur. 
Ayə,  Zəngəzur,  Qazax  mahalında  ermənilərin  viran  etdikləri  kəndlərin,  şəhid 
etdikləri  canların  çoxu  sünnü  deyilmiydi?  Ayə,  Tiflisdə  şəhid  edilən  qalayçı 
ləzgilər sünnü deyilmiydilər? Ayə, Tiflisdə talan edilən və yanan evlərin bir xeylisi 
dağıstanlı,  şəkili  sünnüləri  deyilmi?  Mən  qanmıram  ki,  erməni  bir  müsəlman 
öldürərkən  demir  ki,  sən  şiyəsən,  ya  sünnü?  Noyabr  vüqudatında  bir  erməni  bir 
silahsız sünnünü öldürmək istəyəndə, sünnü guya, canını qurtarmaq üçün erməniyə 
başladı ki, a, qonşu! Siz deyirsiniz sünnü ilə işimiz yoxdur, bil ki, mən sünnüyəm, 
mənə dəymə! Erməni cavabında: a, bəli, Osmanlıda bizim erməni balalarını nizəyə 
taxanlar siz sünnülər deyildiniz? Biz sünnü şiə bilmirik, müsəlmanların Qafqazda 
kökünü qazıyacağıq”.
6
 
Məqaləni ürək ağrısı ilə qələmə alan müəllif, axırda üzünü bütün müsəlman 
əhlinə  tutur  və  onlara  bir daha  erməni fırıldağını,  erməni  məkrini açıb  göstərirdi: 
“Amma Şəki, Şamaxı, Dağıstan və qeyri-yerlərdəki hiyləgər ermənilər deyirmişlər 
ki,  bizim  sünnülər  ilə  işimiz  yoxdur.  Əlbət,  özlərinin  gücləri  çatmadıqları,  az 
olduqları yerlərdə çalışırlarmış ki, aranı qatsınlar. Ayə, bu mərhəmətli “kirvələrin”. 
Həm məzhəbləri nə üçün Zəngəzur, Qazax, Tiflisdə belə demədilər və demirlər”.
7
 
Bəllidir  ki,  1902-ci  il  zəlzələsi  Şamaxını  yerlə-yeksan  etmişdi.  Şəhərdə  və 
onun ətraf kəndlərində minlərlə insan qırılmış, bir çoxları şikəst olmuşdu. 
1902-1905-ci illərdə zəlzələnin ağrı-acıları təzəcə unudulurdu ki, Şamaxıda 
erməni soyqırımı baş verdi.  Əldə etdiyimiz məlumatlardan bəlli olur ki, ilk əvvəl, 
açıqdan-açığa  fəaliyyət  göstərə  bilməyən  ermənilər  gizlincə  “Şamaxıda  bir  çox 
mülkləri  yandırmış”,  “sünnü  və  şiyələr”i  bir-birinə  qarşı  qoymaqla  müsibətlər 
törətmişlər.  Eləcə  də,  Şamaxıda  olan  ermənilər  Tiflis,  Qazax,  Gəncə,  Şuşa  və 
                                                           
6
 Ö.F.Nemanzadə. Seçilmiş əsərləri, Bakı, 1992, 96-97. 
7
 Yenə orada, səh. 97.  


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə