SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə3/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   2   3   4   5   6   7   8   9   ...   52

12 
 
Cəbrayılda  soyqırımı  törədənlərə  hər  cür  maddi,  köməklik  göstərə  bilmişlər. 
Nəticədə  “Böyük  Ermənistan”  xülyasının  icraçıları  1905-1907-ci  illərdə  yüzlərlə 
Azərbaycan kəndini viran qoymuş, əhalisini ev-eşiklərindən didərgin salmışlar”.
8
 
Bu  illərdə  erməni  millətçiləri  Şamaxıda  qırğın  törətməyə,  bu  ərazini 
“müsəlmanlardan  təmizləməyə”  böyük  səy  göstərmişlər.  Qatı  millətçi  Lalayev 
qardaşları  -  Aleksandr  və  Saşa  Lalayev  Şamaxıda  “sünni-şiyə”  qarşıdurmasını 
canlandıra bilmişlər. İlk əvvəlcə, onlar fürsət tapıb, hər iki tərəfdən adamlar qətlə 
yetirmiş  və  camaatı  bir-birinə qarşı qoymuşlar.  Bunun nəticəsi olaraq, sünni və 
şiə məscidləri arasında narazılıqlar baş versə də, ziyalıların səyi nəticəsində böyük 
qalmaqallar olmamışdır. Fitvaya  uymayan  müsəlmanlar ermənilərin fırıldaqlarını, 
gec  də  olsa,  başa  düşmüş  və  onlara  yaxşıca  dərs  vermiş,  Lalayev  qardaşlarını 
xəyanətlərinə  görə  qətlə  yetirmişlər.  Çox  əfsuslar  ki,  babalarımız  о  zaman  bu 
terrorçu  nəslin  törəmələrinə  aman  vermişlər.  Sən  demə,  çörəyimizlə,  suyumuzla 
böyüyən  həmin  erməni  yetimləri  gələcəkdə  atalarından  da  dəhşətli  qırğınlar 
törədəcəklərmiş.  Azərbaycanın  müxtəlif  yerlərində  ermənilərin  bu  şəhərdə  1905-
1907-ci  ildə  törətdikləri  qırğın  və  faciələrə  Şamaxı  ziyalıları  müxtəlif  mətbuat 
orqanlarında  dərc  etdikləri  məqalələrlə  də  olsa,  erməni  cinayətlərinə  qarşı  etiraz 
səslərini  ucaltmışlar.  Bununla  yanaşı  о  dövrdə  Şamaxı  ziyalıları  Qarabağda, 
Naxçıvanda,  Gəncədə  ermənilər  tərəfindən  aclığa,  səfalətə  düçar  olmuş,  yer-
yurdlarından  didərgin  düşmüş  qardaş-bacılarına öz kömək əllərini də uzatmışlar. 
О zaman erməni cəlladlarının Qarabağda törətdikləri cinayətə qarşı etirazını 
ifadə  edən  görkəmli  şair  M.Ə.Sabir  şamaxılıların  Qarabağda  soyqırımına  məruz 
qalmış insanlara etdikləri köməklik haqqında məlumat verir: O, 6 avqust 1906-cı il 
tarixində “Həyat” qəzetində çap etdirdiyi məqaləsində yazır: “Bəli, Şamaxı əhli öz 
-  milləti  -  nəcibeyi  -  islamiyyələrinə  qarşı  ürəklərində  bəslədikləri  məhəbbəti  - 
qeyrəti  məndanələri,  təhəyyücündən  Qarabağ  facineyi-müəssifəsindən  əsarətlərə 
düçar  olan  sevgili  qardaşlarını  düşmənlərin  zalimanə  və  biarəhmanə  sui-
qəsdlərindən  müdafiə  müqtədir  olmadıqlarından  yaralanmış  ürəklərinə  məlhəm 
olaraq bir yanda ianə dəftəri açılmışdır”.
9
 
 M.Ə.Sabir  başqa  bir  məqaləsində  həvəskar  artistlərin  Şamaxıda 
Salamovların  evində  N.Vəzirovun  “Yağışdan  çıxdıq,  yağmura  düşdük” 
komediyasını  tamaşaya  qoyduqları  haqqında  məlumat  verir.  Müəllif  həmin 
məqalədə  onu  da  göstərir  ki,  tamaşadan  yığılan  pul  Şuşaya  -  Qarabağa  - 
zərərçəkənlərə  göndərilmişdir.  “Vüsul  olan  məbləğin  vəzi  -  məxaricindən  sonra 
təmiz  məbləği  318  manat  68  qəpik  pulu  Orucəliyev  və  Şirəlibəy  cənabı  Şişə 
şəhərinə  poçta  vasitəsi  ilə  doktor  Kərimbəy  Mehmandarovun  üstünə 
göndəriblər”.
10
 
                                                           
8
 V. Həbiboğlu. “Böyük Ermənistan” yaratmaq xülyası, “Respublika” qəzeti. 3 aprel, 1999. 
9
 M.Ə.Sabir, Hophopnamə, III c. Bakı,  1965, səh. 113. 
10
 M.Ə.Sabir. Göstərilən əsəri, səh. 163. 


13 
 
M.Ə.Sabirin  həmin  məqaləsində  bir  cəhət  də  diqqəti  çox  cəlb  edir. 
Görkəmli şair Qarabağda bu dəhşətli qırğını törədən, ermənilərə havadarlıq edən - 
Qalosicanovun  da  adını  bəyan  edir  və  göstərir  ki,  Qalosicanovların  məxsusən 
müsəlmanlara  etdiyi  yaddan  çıxmaz  olan  birəhmanə  və  xanımansuzanə 
hərəkətindən  ancaq  dərgahi-əhədiyyətə  şaki  olub,  dövlətin  ədalət  qanununa  ona 
cəza  verilməsinə  ümidvara  olmaqla  təsəlliyab  ola  bilirlər”.  Şair,  о  zaman  Şuşada 
general-qubernator  işləyən  Qalosicanovun  qatı  ermənipərəst  olduğunu  düz  təyin 
etsə  də,  “dövlətin  ədalət  qanunlarına”  bel  bağlaması  onun  yanıldığını  göstərir. 
Çünki  mənbələrdən  məlum  olur  ki,  general-qubernator  terrorçularla  həmişə  əlbir 
işləyirmiş.  Bu  barədə  M.S.Ordubadi  “Qanlı  illər”  kitabında  yazır:  “General 
Qalasicanovun müsəlmanlara iblis münasibəti bəslədiyini anlayan ermənilər hər an 
bir bəhanə axtarırdılar ki, generalı müsəlmanların üstünə ayaqlandırsınlar”. “İslam 
əsgərləri  isə,  mərdliklə  onları  (erməniləri  -  S.Q.)  qarşılayıb  bir  qədəm  də  olsa, 
müharibədən  geri  durmur,  erməni  dəstələrini  pərişan  edirdilər.  Ermənilərin  bu 
vəziyyətini  görən  general  Qalasicanov  ümumi  ştabda  olan  rus  qoşunlarının 
müharibəyə qoşulmasını əmr edir”.
11
 
Bir  sözlə,  “...Özlərini  Qafqazda  aparıcı  güc  sayan  erməni  siyasətçiləri... 
1905-ci  ildə  azərbaycanlılara  özlərinin  nəyə  qadir  olduqlarını  göstərməyə 
çalışırdılar.  Həmin  dövrdə  Bakıda,  Tiflisdə,  İrəvanda,  Gəncədə,  Naxçıvanda, 
Şuşada və b. yerlərdə ermənilərin azərbaycanlı əhaliyə qarşı kütləvi silahlı çıxışları 
başladı və 1907-ci ilə kimi davam etdi”.
12
 
Bundan  əlavə,  Şamaxı  ziyalıları  ermənilərin  Qarabağda  törətdikləri 
cinayətlərə  qarşı  etirazlarını  Qafqaz  canişini  qraf  Vorontsovun  adına  vurduqları 
teleqramlarda da ifadə etmişlər. Teleqramlar “Həyat” qəzetinin 3 avqust 1906-cı il 
sayında çap olunmuşdur. 
Böyük çətinliklə olsa da, xalqımız həmin dövrdə bu cəlladların öhdəsindən 
gələ  bilmişlər.  Həmin  illərdə  Şamaxıda  ermənilərə  pis  dərs  verilmədi.  İşin  belə 
nəticələndiyini  görən  ermənilər  cildlərini  tam  dəyişdilər.  Hətta,  özlərini 
müsəlmanların  dostu  kimi  göstərməyi  bacardılar,  “Allah  baisin  evini  yıxsın”,  - 
deyib,  guya,  “peşmançılıq”  hissi  keçirməyə  başladılar.  Hətta  terror  ilə  qətlə 
yetirdikləri  müsəlmanların  dəfnində  də  iştirak  etdilər.  1905-1907-ci  illərdə  belə 
hadisələr  Şuşa,  Naxçıvan,  Tiflis,  Bakı  və  Şamaxıda  çox  olmuşdur. 
Ö.F.Nemanzadənin  “İrşad”
 
qəzetində  12  sentyabr  1906-cı  il  tarixli  sayında  çap 
etdirdiyi  bir  məqalədə  Tiflisdə  baş  vermiş  belə  bir  hadisə  haqqında  xəbər  verir: 
“Müsəlman  sosial-demokratlarından  ən  qeyrətli,  fail  və  iş  görənlərdən  Əziz 
Məhəmmədoğlunu  avqustun  4-cü  gecəsi  erməni  məhəlləsi  Avlabarda  vəhşicəsinə 
öldürüb yolun kənarına tullayıblar. Mərhumun xəncərlə başını, döşünü, böyürlərini 
deşik-deşik  ediblər.  Qulaqlarını  kəsib  öldürəndən  məlunə  aparıblar.  Mərhumun 
                                                           
11
 M.S.Ordubadi “Qanlı illər”, Bakı, 1991, səh. 61. 
12
 V.Quliyev. Azərbaycanda erməni zülüm. Bakı, 1999, səh. 13. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə