SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə6/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   2   3   4   5   6   7   8   9   ...   52

18 
 
ərzağı “bənzəri olmayan bir bölgü ilə” paylayır. Yəni, bir payını müsəlmanlara, beş 
payını  ermənilərə  verir  və  ya  çox  zaman,  “ərzağın  yolunu  kəsir”,  “Zira  ki, 
bədbəxtanə Şamaxı ərzaq komitəsinə quberniya komitəsi tərəfindən komissar təyin 
olunmuş  Aqambekyan  Şamaxıya  gələr-gəlməz  sabiqdə  az-çox  Bakıdan  gələn 
ərzağın da yolunu kəsdi”.
18
   
1917-ci  ilin  sonu  1918-ci  ilin  əvvəllərindən  başlayaraq  S.Şaumyanın 
tapşırıqları ilə Şamaxıda böyük mülk, var-dövlət sahibi olan Stepan Lalayev (1905-
ci  ildə  atası  və  əmisi  törətdikləri  əməllərin  qurbanı  olmuşlar)  gizlincə  Şamaxıda, 
eləcə  də  Mədrəsə,  Kərkənc,  Saqiyan,  Zarxı,  Meysəri  kəndlərində  yaşayan 
ermənilərə,  həmçinin  də  rus  kəndinə  -  Xilmilli,  Qızmeydan,  Çuxuryurda  gizlincə 
silah,  sursat  paylatmış,  onları  başdan  -  ayağa  silahlandıra  bilmişdir.  “S.Şaumyan 
Azərbaycanın müstəqilliyinə yol verməmək məqsədilə hər şey etməyə, hətta xalqı 
kütləvi  şəkildə  qırmağa  belə  hazır  idi.  O,  1918-ci  ilin  əvvəllərindən  başlayaraq, 
belə  bir  qırğının  həyata  keçirilməsi  üçün  aralarında  təbliğat  işi  aparılmasına 
başladı. Ermənilər gizlincə silahlı qüvvələri müxtəlif bəhanələr adı altında Bakıda 
saxlanılırdı”.
19
 
Ermənilərin  gec-tez  qırğın  törədəcəklərini  Şamaxı  ziyalıları,  idarələrdə 
çalışan, mal-mülk və dövlət sahibləri - Mahmudbəy Mahmudbəyov, Abbas Səhhət, 
Camo  Cəbrayılbəyli,  Hacı  İsmayıl  Veyisov,  Əliheydər  Qarayev,  Abutalıb    bəy 
Fəttahbəyov,  Hacı  Tağı  Mirzəquliyev,  Vahab  bəy  Rəhimbəyov,  Osman  bəy  Hacı 
Tağı  oğlu,  Məmmədtağı  Əlizadə,  Azad  bəy  Qocamanbəyov,  Xankişi  bəy 
Qafarbəgov,  Müfti  Mustafa  Əfəndi,  Hacı  Baba  Abbasov,  Hacı  Əbdülxalıq 
Əhmədov,  Eyyub  Ağa  Veysov,  Zibaxanım  Veyisova,  Mürsəl  Hacı  Soltan  oğlu, 
Şeyx  Hacı  Axund,  Həqqi  Veyisov,  Mirzə  Ağa,  Mirzə  Müşfiq  və  başqaları 
qabaqcadan hiss etmişdilər.  
1918-ci  ildə  Bakı  şəhərini  bolşevik-daşnak  birləşmələrinin  törətdikləri 
qırğınlar  hesabına  ələ  alan  S.Şaumyan,  necə  deyərlər,  fürsəti  fövtə  verməmiş, 
azərbaycanlılara qarşı soyqırımını bütün ölkədə həyata keçirməyə başlamışdır. Bu 
zaman  “Müsavat”  partiyası  Şaumyanın  daşnak  ordusuna  qarşı  imkanı  daxilində 
müqavimət göstərsə də, heç bir nəticə hasil olmamışdır. 
1918-ci  ilin  yazında  bolşeviklər  Bakını  hərbi  qalaya  çevirmək  üçün 
qətiyyətlə  irəliləyirdilər.  O  vaxt  Qafqaz  üzrə  hərbi  inqilab  komitəsi  Bakıda 
yerləşdirildi. Sədri milliyətcə erməni olan Q.N.Korqonov idi. Qırmızı Qvardiya və 
Xəzər  Donanması  Bakı  Sovetinə  tabe  etdirildi.  Cəbhədən  qayıdan  8  min  erməni 
əsgərini  Bakıda  saxlayan  və  daşnakların  hərbi  qüvvələrini  özünə  tabe  edən 
Şaumyan  mart  ayında  20  minlik  silahlı  orduya  malik  idi.  Bakı  bolşevikləri  ilə 
                                                           
18
 A.Səhhət. Əsərləri, II cild, Bakı, 1975, səh. 69.  
19
 V.Həbiboğlu, Azərbaycan soyqırımı təşkilatçısı, Bakı, 2001, səh. 42. 
 


19 
 
erməni  millətçilərinin  müştərək  mübarizəsində  hədəf  eyni  idi:  “Azərbaycan  milli 
fikrini boğmaq, millətçi hərəkatı dəf etmək”.
20
 
Həmin  illərin  hadisələri  ilə  əlaqədar  M.Ə.Rəsulzadə  sonralar  belə  yazırdı: 
“Əvət,  bolşeviklər sözlərini tutmuş daşnaklarla  birləşmiş. Fəqət,  burjuylara  elani-
hərb  edən  qatillər  füqarayinası  və  münhəsirən  müsəlman  füqarasını  üç  günün 
müddətində  mərhəmətsizcəsinə  qılıncdan  keçirdikdən  sonra  sülh  bağlamış, 
“İsmaliyyə”  binasındakı  idarənizdən  apardıqları  Müsavat  bayrağını  salaraq, 
“Türkiyənin  Bakı cəbhəsi yarıldı”, - demişdilər”.
21
 
Terroçu  S.Şaumyanın  cinayətkar  ordusu  həmin  üç  gündə  ağır  faciələr 
törətmişdir:  “İsmaliyyə”  deyilən  böyük  və  gözəl  milli  saray  yandırılmışdır. 
“Təzəpir”  və  s.  camələr  də  bombardman  edildi.  Şəhidlərin  sayı  15  minə  qədər 
təxmin edilməkdədir.  
Qatillərdən qurtulan azərbaycanlılar ətraf köylərə və dağlara çəkildilər”.
22
 
Bundan sonra Şaumyan və Avakyan Azərbaycanın digər bölgələrini də qan 
içində boğmaq üçün Amazaspın komandanlığı altında böyük bir dəstənin Qubaya, 
Lalayevin komandanlığı altında isə digər bir qoşun birləşməsinin Şamaxıya hücum 
etməsi barədə əmr verdilər”. 
Mənbələrdən:  “Martın  birinci  yarısında  Şamaxıdan  məlumat  alındı  ki, 
Bakıdan Şamaxıya top, pulemyot və böyük miqdarda hərbi sursatla iki mindən üç 
minədək  erməni  qoşun  dəstəsi  gəlir.  Şamaxıdan  dəstənin  qabağına  müsəlman  və 
erməni  ictimai  xadimlərindən  ibarət  nümayəndə  heyəti  göndərilir.  Onlar  bütün 
silahı,  topları,  pulemyotları  Şamaxı  qarnizonuna  təhvil  verməyi  dəstəyə  təklif 
etməli  və  ümumiyyətlə,  dəstənin  nə  məqsədlə  gəldiyini  öyrənməli  imiş. 
Nümayəndə  heyətinin  dəstə  ilə  görüşü  malakan  kəndi  Qozluçayda  (Xilmilli) 
olmuşdur.  Dəstə  silahı,  topları,  pulemyotları  Şamaxı  qarnozonuna  verməkdən 
imtina  etmiş  və  bildirmişdir  ki,  onların  məqsədi  Şamaxı  qəzasını  quldur 
dəstələrindən  təmizləyib,  qəzada  anarxiyaya  son  qoyub,  normal  həyatı  bərpa 
etməkdir.  Dəstə  Şamaxının  yanından  keçib  Mədrəsə  kəndinə  gedəcəyinə  söz 
vermişdir”.
23
 
Bəxtiyar  Məmmədtağı  oğlunun  dediklərindən:  “Silahlı  dəstəni  qarşılamağa 
gedənlər arasında Vahab bəy, Azad bəy Qocamanbəyov, Udulu Üşüdlü İbad, atam 
Məmmədtağı Hacı Ağacəfər oğlu, gənc zabit Tərlan bəy Əlyarbəyov, Məmmədtağı 
Əlizadə  də  olmuşdur.  Onlar  Xilmilliyə  daxil  olan  ordunu  və  silahları  görəndə, 
məətəl  qalırlar.  Rus-Yapon  müharibəsinin  iştirakçısı  olan  Azad  bəy  nümayəndə 
                                                           
20
 F.Əhmədova. Unudulmamalı faciə, “Azərbaycan” qəz. 3.III.2000 
21
 “ELM” qəzeti, 17.01.1992, №3. 
22
 Z.Vəfa. Keçmişini unudan, gələcəyini itirə bilər, “Azərbaycan” qəzeti, 30.III.2000. 
23
 ARDA. For. 1061. sit. 1. və. 56. 
 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə