SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə4/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   2   3   4   5   6   7   8   9   ...   52

14 
 
cənazəsini  avqustun  8-də  cümə  günü  Mixayılovski  xəstəxanasından  qaldırılıb, 
müsəlman  qəbirstanlığına  götürürlər.  Cənazə  alayı  Vorontsov  küçəsindən  keçib 
soldat  və  erməni  bazarları  ilə  gətirilirdi.  Cənazə  keçən  yerlərdə  bir  çox  gürcü  və 
ermənilər  dükanlarını  bağlayıb,  cənazə  alayına  qoşulurdular.  Dəfn  edilən  vaxtda 
türkcə, gürcücə, ermənicə, rusca qayət təsirli nitqlər olunurdu”. 
Bu  illərdə  Şamaxı  və  onun  kəndlərində  buna  bənzər  terror  hadisələri  çox 
baş  vermişdir.  “Düşmənçiliyi  gizlində  icra  edin”  siyasəti  ilə  təlim  görmüş 
ermənilər  sadəlövh,  heç  bir  xainlik,  biclik,  riyakarlıq  bacarmayan  şamaxılılara 
özlərini  dost  kimi  göstərir,  onları  bu  cür  münasibətləri  ilə  çaşdırırdılar.  “Əşi, 
ermənilər hamısı bizim düşmənimiz deyil, görmürsən məclislərimizdə necə iştirak 
edirlər”,  -  deyən  şamaxılılar  onları  dost  kimi  qəbul  edirdilər.  Belə  münasibətə  və 
ünsiyyətə  təkcə  kasıb  təbəqə  deyil,  hətta  ziyalılar  da  mat  qalmışdılar.  M.Ə.Sabir 
1906-cı ildə, fevral ayında “İrşad” qəzetinə “Alimi-amil və zahidi - fazilimiz cənab 
Şeyxəli  Ağayi-Şirvaninin  vəfatı  xəbəri  münasibəti  ilə  yazdığı  məktubunda 
oxuyuruq:  “Dəfn  günündə  tamam  müsəlman  və  erməni  (seçmələr bizimdir, S.Q.) 
və  cühudlar  da  etiram  üçün  dükanlarını  bağlamışdılar.  Ən  nəhayət,  Şamaxının 
məhələlərində  qan  töküldüyü  bir  vaxtda  qəbristanda  dəfn  zamanı  “erməni 
Qriqoryan  tayfasının  keşişi  bu  məzmun  ilə  camaata  xitabən  buyurdu:  “-  Camaat, 
siz ağlayırsınız ki, cənab Şeyx ağa vəfat edib, bizləri yetim qoyubdur. Halbuki bu 
mərhum  zahirdə  cismən  vəfat  etmişsə  də,  ruhən  behşitdə  olub,  Allah-təalanın 
hüzurunda diridir”. 
Həmin  mərasimdə  iştirak  edən  Lüteriyan  tayfasının  keşişi  özünü 
müsəlmanların  (bu  tayfa  1905-1907-ci  illərdə  Şamaxıda  daha  çox  terror 
törətmişdir) dostu kimi  göstərir və  hətta, onları belə  arxayın edir ki,  “bizdən  sizə 
ziyan olmaz bir ildən bəri Qafqazda bu qədər nahaq tökülən qanlara və bunun kimi 
hadisələr  hamısı  öz  nəfsimizin  bəlasıdır  ki,  çəkirik.  Lazımdır  ki,  hamılıq  ilə  öz 
günahlarımızdan tövbə edib, Allah-təala tərəfinə qayıdaq”.
13
 
Göründüyü  kimi,  “ağsaqqalı”  -  keşişi  belə  ikiüzlü,  riyakar  terrorçu  bir 
millətin “qarasaqqalı”nın hansı bəd əməlin sahibi olduğunu təyin etmək o qədər də 
asan  məsələ  deyildir.  1905-1907-ci  illərdə  Şamaxıda  geniş  şəkildə  iğtişaşlar  baş 
verməsə də, erməni millətçiləri bunu törətmək üçün hər cür hazır idilər. Filologiya 
elmləri  doktoru  A.Bayramoğlu  “Şamaxıda  maarif  və  maarifçilik”  adlı  dəyərli 
əsərində  bu  məsələ  ilə  bağlı  yazır:  “daşnaksütyun  partiyası  1906-cı  ildə  milli 
ədavəti bu qədim mədəniyyət mərkəzində qızışdırmaq üçün əlindən gələni edirdi. 
Lakin  cəhdlər  uğursuzluqlarla  nəticələndi.  Nəticədə,  həmin  şovinist  partiya  ilə  o 
zaman  Şamaxıda  yaşayan  ermənilər  arasında  müəyyən  ixtilaf  yarandı.  Vəziyyəti 
“aydınlaşdırmaq”  üçün  Şamaxıya  daşnaksütyunun  səlahiyyətli  nümayəndəsi 
göndərilsə  də,  onun  burada  aparacağı  pozuculuq  işləri  baş  tutmadı.  Bu  haqda 
“Həyat”da  çıxan imzasız  bir yazıda  oxuyuruq:  “Ermənilər ilə  daşnaksion  nəfəratı 
                                                           
13
 M.Ə.Sabir, Göstərilən əsəri, səh. 153-154. 


15 
 
arasında  bir  neçə  səbəblərə  görə  hadis  olan  ixtilafı  təftiş  etməyə  gələn  müfəttişi 
pristav  -  Rüstəmbəy  Cəbrayılbəyov  tutub  naçalnik  həzarətlərinə  aparmışdı. 
Daşnaksionun  müfəttişinin  öz  səlahiyyətini  təsdiq  edən  sənəd  təqdim  edə 
bilməməsindən  onun  Şamaxıya  gizli  və  məkrli  bir  niyyətlə  göndərildiyini  təsdiq 
etməkdədirlər.  Belə  ki,  naçalnik  tərəfindən  həmin  daşnaksion  agentini  gözləyən 
yerli erməni  millətçiləri onlar üçün gözlənilməz  və arzuedilməz olan bu nəticənin 
baş  verməsində  naçalnik  divanxanada  işləyən  bir  ermənidən  şübhələnərək  onu 
özlərinə xas üsulla cəzalandırırlar”.
14
 
Belə  ikiüzlü,  fırıldaqçı  keşişlərin  canfəşanlığına  baxmayaraq,  qeyd 
etdiyimiz  kimi,  ermənilər  Şamaxıda  kütləvi  qırğın  törədə  bilmədilər.  Qırğının 
qarşısının  alınmasında  Şamaxı  ziyalılarının  -  M.Ə.Sabir,  Hacı  Məcid  Əfəndi, 
Şeyxəli Ağa, Mustafa Əfəndi, Tərrah, Abbas Səhhət, C.Cəbrayılbəyli, Hacı Usub, 
Mir  Mehdi  Ağa,  Əbdülməcid  Əfəndi,  Hacı  Səfər  Məhərrəmov,  Əmin  Əfəndiyev,   
Qasım   bəy,   Məhəmmədhəsən Atamalıbəyov, Ə.İ.Cəfərzadə, Hacı Əbdürrəhman 
Əfəndi, Əhməd bəy Əhmədbəyov, Salamovlar, Veyisovlar, Hacı Murad, Hacı Şəfi, 
Əşrəf Yüzbaşov,  Azad bəy Qocamanbəyov, Sultan bəy İbrahimbəyov,  Ağalarbəy 
Hüseynbəyov,  Əlməmməd  Mustafayev,  Məşmədi  Nəcəf  Sadıqov,  Əbdülxalıq 
Əfəndi  İbrahimxəlilov  və  başqalarının  böyük  xidməti,  zəhməti,  fəaliyyəti  əvəzsiz 
olmuşdur.  1905-1907-ci  illərdə  neçə-neçə  nahaq  qanlar  tökən,  terror  aktı  törədən 
erməniləri Şamaxı ərazisindən qovub çıxarmaq mümkün olmamışdır. Çünki, dövlət 
çinovniklərinin  çoxusu  onların  tərəfində  idilər.  Odur  ki,  T.Qriqoryanların, 
Lalayanların,  Stepanyanların  eyni  əqidədə  tərbiyə  almış  törəmələri  Şamaxının 
çörəyi və suyu ilə böyüdülər. 
Möhüb  Əfəndinin  arxivindən:  “1905-ci  ildə  Şamaxıda  ermənilər  
tərəfindən  qırğınlar  törədilməsinə  səy göstərilsə  də,  onların  mənfur  niyyətləri  
baş    tutmadı.    Daha  doğrusu,  Azərbaycanın  qərb  bölgələrində  qan  tökən  erməni 
millətçiləri  Şamaxıda  əl  belə  tərpədə  bilmədilər.  Şamaxıda  yaranmış    gərginliyin  
sorağı Gəncəyə  gedib çıxdı.  Odur ki,  erməni cəlladlarını  cəzalandırmaqdan ötrü, 
əsasən,  şahsevənlərdən  təşkil  edilmiş  könüllü  süvari  dəstə  Gəncədən  Şamaxıya 
yola  düşdü.  Bu  xəbəri  eşidən  ermənilər  Şamaxını  tərk  etdilər.  Erməni  keşişləri  o 
zaman  böyük  ad-san  sahibi  olan  Hacı  Məcid  Əfəndiyə  minnətə  gəlirlər.  Qan 
tökülməsini  məqbul  bilməyən  böyük  dini  bilik  sahibi  öz  yaxın  adamları  ilə 
Kürdəmirə  -  Gəncə  qoşununu  qarşılamağa  gedir.  Hacı  Məcid  Əfəndi  ordunu 
inandırır  ki,  Şamaxıda  ermənilər  faciə  törədə  bilməzlər.  Hacının  xahişini    eşidən 
ordu  Gəncəyə  qayıdır.  Bununla  da  ermənilər  xilas  ola  bilirlər.  Yenə  də  əvvəlki 
kimi  Şamaxıda  yaşayırlar.  Bu  hadisədən  sonra  erməni  millətçiləri  niyyətlərinin 
üstünə  pərdə  çəkmək  üçün  Hacı  Məcid  Əfəndini  özlərinə    ağsaqqal    bilir,  bütün   
tədbirlərində  onun  yanına  məsləhətə  gedirlər.  Onlar  Hacı  Məcid  Əfəndinin 
                                                           
14
 A.Bayramoğlu Şamaxıda maarif və maarifçilik., səh. 139-140. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə