SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə49/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   ...   44   45   46   47   48   49   50   51   52

120 
 
Təşkilat  işlərinə  isə,  Mixail  Arzumanov,  uyezdin  rəisinin  keçmiş  köməkçisi  
Qaraoğlanov,  poçt-teleqraf  kontorunun  rəisi  Gülbəndov  və  familiyalarını 
bilmədiyim  qeyri  ermənilər başçılıq  ediblər. Birinci  basqın zamanı  mənə ziyan 
dəyməmişdir. Lakin ermənilərin ikinci basqını zamanı 400  min  manat məbləğində  
mənə  ziyan dəymişdir. Başqa əlavəm yoxdur”. 
 
Komissiya sədri (imzası) Komissiya üzvü (imzası)  
24 sentyabr, st. Kürdəmir.
128
 “Hümmət” qəzeti, 1918-ci il 20 iyun 
 
“Kürdəmirdən  iki  gün  şiddətli  müharibədən  sonra  ayın  29-da  Göyçay 
yolunda düşmən Ağsu tərəfə geri çəkilməyə məcbur etmişdir”. 
 
II 
 
“Göyçay  tərəfdə  ayın  27-dən  başlanan  müharibə  ayın  30-da  qurtarmışdır. 
Bizim  dəstəmiz  Göyçayı  bombardman  etmişdir.  Qoşunlarımız  düşmənin  olduğu 
yerlərə  soxulmuşdur.  Bizim  qoşunlarımız  Qaraməryəmə  çəkildilər.  Düşmən  
mühasirə halından qurtararaq, bizi mühasirə etmək halına gətirdilər. İş çox müşkül 
olduğundan qoşunlarımızı  gələcək  müharibəyə  saxlamaq  üçün sağ cinahımız geri 
çəkildi.  Müharibə  ən  şiddətli  müharibə  idi.  Havanın  istiliyi  və  suyun  yoxluğu 
soldatları  çox  pis  hala  salmışdır.  Bununla  bərabər,  mərdanə  surətdə  səngərlərdən 
çıxaraq  hücuma  keçdilər.  Ancaq  sağ  cinah  dəstələrindən  birisi  düşmənlərin  külli 
surətdə süvarilərinə rast gələrək geri çəkilmişdir. Hər iki tərəfdən tələfat çoxdur. 
Broniviklər cəbhənin axırına kimi getdilər. Onlardan bəzisi düşmən səddini 
yarmağa müvəffəq olaraq onları atəşə basmışlar. Həmən broniviklər öz vəzifələrini 
gözəl bir surətdə icra edib piyadaların işini yüngülləşdirdilər”. 
 
Teleqram 
 
Korqanov:  “Axşam  dəxi  böylə  bir  teleqram  gəldi:  Cəbhədə  yalnız  bizim 
halımız yaxşıdır. Xəbər alınmışdır ki, Əmirovun dəstəsi Göyçayı işğal etmişdir”. 
*** 
Şamaxı  qırğını  mənbələrdə:  “Erməni  cinayətkarları  Şamaxının  varlılar 
yaşayan məhəllələri birdən-birə yandırmırdılar. Onlar yaxşı bilirdilər ki, hamı kimi 
varlılar da ancaq ailəsini götürüb qaçmağı düşünmüşlər. Evlərində olan var-dövlətə 
heç məhəl də qoymamışlar. Odur ki, erməni cəlladlar ilk əvvəl mülkü qarət etmiş, 
sonra isə, evi başdan-başa yandırmışlar. Muzeyləri xatırladan tacir, bəy, mülkədar 
malikanələrindən  əsər-əlamət  qalmamışdır.  Fövqaladə  İstintaq  Komissiyasına 
verilmiş  bir  çox  ərizələrdə  talanlar  barədə  də  istənilən  qədər  faktlar  vardır.  Bu 
                                                           
128
 ARDA. f. 1061, s. 1, iş. 105, vər. 17-20. 


121 
 
baxımdan  Moskva  Ali  Texnologiya  Məktəbinin  tələbəsi  Sultanmurad  Əliyev 
tərəfindən  verilmiş  ərizə  maraqlıdır:  “1918-ci  il  mart  ayında  Şamaxıda  ermənilər    
tərəfindən  törədilmiş  vəhşiliklər  nəticəsində  mənə  və  qardaşım  Əlisultan  Əliyeva 
məxsus  olan,  İmamlı  məhəlləsində  yerləşən  evimiz  tamamilə  yandırılmış,  bütün 
mülk və əşyalarımız qarət olunmuşdur. Bir xalça alveri ilə məşğul olduğumuzdan, 
1000  ədəd  xalçamızı  aparmışlar.  Mən  Bakıya  gələndə  eşitdim  ki,  bolşevik  hərbi 
müstəntiqləri  tərəfindən  ermənilərin  oğurladıqları  şeylərin  bəzi  hissələrini  Yuxarı 
Təzəpir  küçəsindəki  17  №-li  evin  sakini  Əşrəf  Əhmədovun  evində  qoruyub 
saxlayırlar.  Mən  bununla  əlaqədar  Bakı  Polisliyinə  ərizə  ilə  müraciət  etdim  və  3 
№-pristavının  köməyi  ilə  tanınma  protokolu  tərtib  edildi  və  mənim  aşağıda  qeyd 
olunan mallarımı mənə qaytardılar: 55 xalça, 1 palaz, 2 ədyal, 1 yastıq”. 
Haşiyə: 1918-ci il hadisələri ilə bağlı “Hümmət” qəzetində N.Nərimanovun 
məqalə  və  məktubları dərc olunmuşdur. Həmin yazılardan bəlli olur ki, Şaumyan 
və onun tərəfdarlarının fırıldağı N.Nərimanova bəlli imiş. O yaxşı  dərk edirdi ki, 
ermənilər  “siyasi  müharibəni  milli  müharibəyə”  çevirməyə  çalışırlar.  Odur  ki, 
N.Nərimanov  millətçi  Şaumyanla  bu  barədə  hətta  öz  evində  də  danışıqlar 
aparmışdır.  Bu  barədə  “Hümmət”  qəzetinin  1918-ci  il  1  aprel  sayında  dərc 
olunmuş “Qanlı faciədən dörd saat qabaq” adlı məqalədən aydın olur ki, faciədən 
3-4 saat qabaq öz evində Şaumyanla görüşən N.Nərimanov ona deyir: “Siz də mən 
də  müsəlmanların  halın  bilirik.  Əgər  bir  ixtişaş  başlansa,  ayaq  altda  qalan  fəqir-
füqəra  olacaqdır.  Hamam  fəqir-füqəra  ki,  siz  də  mən  də  onun  yolunda  işləyirik. 
Ona binaən mən sizdən təfəqqə edirəm, sizə yalvarıram bu işi sülh ilə qurtarınız”. 
Müsəlmanlara qarşı xüsusi terror planı hazırlayan Şaumyan Nərimanovu aldadaraq 
onu arxayınlaşdırır. 
Fəlakət baş verəndən sonra N.Nərimanova hər şey tam aydın olur. Əllərində 
olan silahlı qüvvələrdən öz mədsədləri üçün istifadə edildiyini görən N.Nərimanov 
belə  bir  məktubla  Şaumyan  və  P.Çaparidzeyə  müraciət  edir:  “Şəhərdə  qalan 
müsəlmanlar  öz  səhvlərini  başa  düşüb  ürəkdən  şura  hökümətini  qəbul  edirlər. 
Fəqət  bunları  çaşdıran  budur  ki,  siyasi  müharibə  axırda  milli  müharibə  yolu 
olubdur. Bu əhvalat Şura hökümətinə ləkə salıb, onu qara örtüklə bürüyür. Hərgah, 
siz bu yavuq vaxtda bu qara örtüyü cırıb, bu qara ləkəni təmizləməsəniz, bolşevik 
fikiri və şura höküməti burada davam edə bilməyəcəkdir”.
129
 
Mənbələrdən: “iyirmi yeddi kəndin vəziyyətinin tədqiqatı göstərir ki, ancaq 
bir kənd - Əngəxaran kimi dəhşətli talana məruz qalmamışdır. Başqaları – Sündü, 
Çarhan, Təklə, Cabanı və s. kimi kəndlər beləcə talan edilmişdir. Keçdiməz, Bico 
və Qəşənd kəndlərində əhalinin çoxu əsir götürülmüş, qadınları əsirlikdə ermənilər 
zorlamışlar.  Bu  qadınların  çoxu  işgəncələrə  və  mənəvi  əzablara  dözməyərək 
ölmüşdür.  Qəzanın  bütün  müsəlman  əhalisi  müflisləşmiş,  dilənçi  kökünə 
düşmüşdür. Hamısı xəstədir, hər gün böyük kəndlərdə 10-15 nəfər, kiçik kəndlərdə 
                                                           
129
 “Hümmət” qəzeti, 1918, 3 aprel. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə