SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə46/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   ...   42   43   44   45   46   47   48   49   ...   52

112 
 
Şəhərdə  həyat  yox  kimidir.  İki  min  nəfər  şəhərə  övdət  etmişdir 
(qayıtmışdır). Gecələr xaraba evlərin mənzərəsi insana bir dəhşət verir. 
Şamaxı  zəlzələsindən  sonra  evlər  yekdigərindən  (bir-birindən)  qayət 
məsafəli bir halda bina edildiyindən bir evdən digər evə heç bir halda od keçməzdi. 
Budur  ki,  iddia  etmək  olar  ki,  evlər  birər-birər  yandırılmışdır.  On  altı  məsciddən 
biri  də  salamat  qalmamışdır.  Məscidi-Cameyin  binasında  atəş  ala  biləcək  heç  bir 
məvad olmadığından, anlaşılır ki, onun yalnız daşdan olan divar və taclarına  neft 
və mazut sürtməklə və bir çox müşkilat daxilində onu yandıra bilmişdilər. Çünki o 
məscidi başqa dürlü yandırmaq imkan xaricində idi. 
Məbədləri belə təhqir və xarab edilmiş türk və müsəlmanlar sonradan şəhəri 
istirdad edərkən erməni və rus kilsələrilə müqabilə bilməsəl etməmişlər. O kilsələr 
heç toxunulmadan eləcə salamat qalmışdır. 
Şamaxıda  elə  bir  salamat  bina  yoxdur  ki,  qəza  qaim-məqamı,  poçt  və 
teleqraf  və  bələdiyyə  idarəsi  və  sair  bu  kimi  dövləti  müəssisələr  orada  iqamət 
eləsinlər. (Seçimlər bizimdir - S.Q.) 
Bu  müəssisələrin  cümləsi  şəhər  məktəbinin  yanğından  qalmış  xarabalıqları 
içərisində iqamət edirlər. Şamaxıya gedəcək bir məmur, komission və heyət özü ilə 
lazım  olan  yataq  və  sair  bu  kimi  mayəhtacı  (lazım  olan  şeyi)  aparmalıdır.  Əks 
halda orada müvəqqəti də olsa qala bilməyəcəkdir. 
Şəhərə  övdət  etmiş  (qayıtmış)  iki  min  nəfərədək  əhali  şəhərin  kənarında 
bağlardan  ağac  və  küləş  toplamaqla  komalar  yapıb,  orada  yaşayırlar.  Əgər, 
hökumət  qışadək  onlar  üçün  ev  və  mənzil  tədarük  etməzsə,  qışda  soyuqdan  tələf 
olacaqlar. 
Şəhərdə  əxzi-əsgər  (hərbi  komissarlıq)  idarəsi  olmadığından,  Şamaxı 
şəhərindən əsgərliyə düşəcək gənclər dəfələrlə Göyçay, Kürdəmir və sair bu kimi 
ərazilərdən  nəqliyyat  əsbabı  (transport)  olmadığından  min  dürlü  zəhmət  və 
məşəqqətlə  və böyük xərclə  Şamaxıya  gəlib, təkrar geri qayıtmışdılar. Bu uğurda 
olan  var-yoxlarını  da  xərc  etmişdilər.  Şamaxıda  ya  bir  əxzi-əsgər  idarəsi  təsis 
etməlidir  və  yaxud  əsgərliyə  düşəcək  gənclər  nərədə  iqamət  edirlərsə,  həmin 
məhəllin əxzi-əsgər idarəsində kəndilərini (özlərini) qeyd etsinlər. Bir daha onlara 
izafə xərclər verdirib Şamaxıya göndərməyə ehtiyac qalmasın. 
Şamaxıda  sükunət  edə  biləcək  yer  olmadığından,  Şamaxı  qazisi  indi  də 
Kürdəmirdədir. Camaatın qəzavətə ehtiyacı olduqda bu, uzun yolu piyada və yaxud 
3-4 yüz manat verməklə Kürdəmirə gəlməyə məcburdur. 
Şamaxılılar bu qədər fəlakətə məruz olduqları halda, təkrar yeni bir fəlakətə 
uğramışdılar.  
Bu  yaxınlarda  orada  yanğın  olub,  külli  surətdə  taxıl  məhsulatı  yanıb,  tələf 
olmuşdur.  Zərərin  miqdarı  hələ  müəyyən  edilməmişdir.  Lakin  yalnız  Hacıqədirli 
köyündən  (kəndindən)  202  min  800  dərz  yanmış  ki,  70-75  min  puda  qədər  taxıl 
edir. 


113 
 
Mərəzə adlı malakan kəndi yanında vaqe Mərəzəli müsəlman kəndi vaxtı ilə 
ermənilər  və  malakanlar  tərəfindən  yandırılıb,  dağıdılmışdır.  Sonradan  türklərin 
müvasiləti  zaman  malakanlar  Mərəzədən  qaçdıqlarından  mərəzlilər  öz  kəndlərinə 
övdət  etdikdə  (qayıtdıqda)  onun  xaraba  hala  salındığını  görərək,  malakanların 
kəndində  yerləşmişdilər.  İndi  malakanlar  öz  kəndlərinə  qayıdıb,  müsəlmanlar 
tərəfindən  işğal  edilən  evlərini  geri  istəyirlər.  Bu  xüsusda  hökumətə  müraciət 
etmişdilər. Hər halda hökumət bu barədə qərar verərkən, müsəlmanlarm da halını 
nəzərdə tutmalıdır”. 
 
“Azərbaycan” qəzeti, 1918 № 6; 4 təşrini-əvvəl. 
 
* * * 
 
Verin zavallılara” 
“Va itəsəmu bi habullahi cəmian valə təfərraqu”. 
 
Şamaxı  və  Göyçayda  ermənilər  tərəfindən  yakılıb  yıkılan  xanimanları, 
qadın,  erkək  qurşunla  öldürülən,  bıçaqlarla  kəsilib-doğranan  bigünah 
millətdaşlarımızı, dün  zəngin və  dövlətli ikən bu gün viranxanalarda  iqamətlə  bir 
loxma yavan əkməyə möhtac buraxılan zavallı qardaşlarımızı düşünürmüsünüz? 
Əgər,  düşünmüyorsunuz,  iyi  biliniz  ki,  kainatın  beş  sənədir  biri-birini 
boğazlayan bu ən mühüm dövrəsində əsəbiyyəm qövliyyəsi əlil və ya nöqsan olan 
millətlər üçün həyat bu qədər. 
Bu günə qədər olduğundan ziyadə yarın üçün də «Quran» əzim əşşanımızın 
bəlada nağıl etdiyim əmr məbiyyəni vəchlə mətn bir surətdə yekdigərinə sarılaraq 
siyasi  birliklərini  təmin  etməyən  əqvam  bəlxassə  bundan  sonra  qətiyyən 
yaşamayacaqdır.  “Ə1  muminu  lil  mumuni  kəl  bunyənil  mərsus  yəmuddu  badəhu 
badən”. 
Həqiqət siyasiyəsini bin üç yüz sənədir qulaqlarımızda çınlatan islamiyyən, 
bir  müsəlmanın  digər  müsəlmana  nisbətini,  bir  binanın  yekdigərinə  isnad  edən 
daşlarına bənzəməklə siyasət milliyyəyi pək bəliğ bir surətdə təvir buyurmuşdur. 
Bir  divarın  bir  kaç  daşını  yıxıb  çıxarmaqla  nasıl  ki,  divar  dağılarsa, 
millətimizi  təşkil  edən  cəmiyyətdən  bir  qisminin  fəlakətindən  də  əqsam  sairənin 
həqilə mətasir olması qədər təbii heç bir şey yoxdur. 
Şamaxı  və  Göyçayda  yıkılan  evlər,  yandırılan  xanimanlarımız,  kəsilib 
doğranaraq  qəfil  şəhidiyyə  iltihaq  edən  on  minlərlə  müsəlmanlar  din  və  millət 
qardaşlarımız;  dün  dövlətli  ikən  bu  gün  bir  loxma  əkmək  üçün  göz  yaşlarıyla 
dilənən bədbəxtlərdir, qövmdaşlarımızdı. (Seçimlər bizim - S.Q.). 
Allahın  inayəti  ilə  Bakı  alındı.  Və  ən  alçaq  düşmənlərimiz  məqhur  və 
rəzilanə  bir  surətdə  qaçdı.  Millət  min  üç  yüz  sənə-eyni  məqsəd  uğurunda 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə