SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə47/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   ...   44   45   46   47   48   49   50   51   52

114 
 
yekidigərini təqibə yerdə yatan şühədamız əzvalımı da şad edər surətdə üst-üstə iki 
bayram yandı. 
Bu  məsrətlər  içində  ey  Bakı  və  bütün  Qafqaz  Türkü,  ey  zəngin 
müsəlmanlar!  Şamaxı  və  Göyçay  zülmzadə  qardaşlarımızın  göz  yaşlarını  təcfifə 
könüllərini  təmir  etməliyiz.  Millətimizin  bir  qismi  ağlarkən,  əqsam  sairəsinin 
bilatəsir  gülməsi  xeyli  bir  istiqbalə  dəlalət  edəməz.  Bina  aliyə,  əgər,  həyat  və 
istiqlala  talib  və  müstəhəq  isəniz  Şamaxı  və  Göyçay  zülmzadələrinə  və 
Ermənistandan  qismən  öldürələrək,  qismə  də  fərar  surətlə  həyatlarını  qurtara 
bilərək  sayən-əxvatınıza  iltica edən sair din,  millət qardaşlarımıza  kisə  müavinəti 
açınız, onlara lazımı dərəcədə inayələr veriniz, çünki siz onlara versəniz Allah da 
sizə verir. İştə, haydı, qardaşlar verin zavallılara Əlmücahid fi səbiillah”. 
 
“Azərbaycan” qəzeti, 1918, №13, təşv. 13 
 “Şamaxılıların halı” 
 
“Bakı   quberniyasında   bolşeviklərin   Şamaxı   uyezdinə vurduqları zərbə 
heç  bir  yerdə  verilmədiyi  hər  kəsə  məlumdur.  Şamaxı  əhalisi  əsrlərdən  bəri 
yaşamaqda    olduqları  ata-baba  yurdlarını  buraxıb  neçə  aylar  ərzində  çöllərdə, 
biyabanlarda  aclıqdan,  xəstəlikdən  məhv  və  tələf  olmuşlardır.  Şamaxı  şəhəri  və 
ətraf  kəndləri  rəhmsiz  daşnaksütun  və  bolşevik  dəstələrinin  atəşinə  düçar 
olmuşdur. Hal-hazırda gündəlik ruziyə möhtac qalan Şamaxı əhalisi öz dağılmış və 
bərbad  yurdlarına  qayıdıb  əmur  xeyriyyə  və  nəfə  vəzarətinin  qaçqınlara  
yardımedici  şöbəsi    tərəfindən  buraxılan  çörək  payları  ilə  gün  keçirməkdədirlər. 
Hər  bir  ev  əşyasını  evində  buraxıb  qaçmağa  məcbur  olan  Şamaxı  əhalisi  hal-
hazırda  cırıq  əlbisədə  qalmışlardır.  Şamaxının  şiddətli  soyuqları  yaxınlaşdığındar 
məzkur    qaçqınlara    vaxtlı-vaxtında  isti  paltar  ilə  müavinəl  olunmazsa,  biçarə 
əhalinin halı xeyli təhlükəli olacağına şübhə yoxdur. Şamaxı  qaçqınları  şimdilikdə  
uçulmuş və dağılmış şikəst evlərdə yaşamaqdadırlar. Əhalinin hər bir şeyə böyük 
ehtiyacı  vardır.  Xülasə,  bütün  Şamaxı  nahiyəsi  fəlakət  ərəfəsindədir.  Şamaxı 
qaçqınlarının  təmin  halı  üçün  hökumət  tərəfindən  mümkün  qədəri  tədbirlər  ətxaz  
edilib  əhvalın  yüngülləşməsinə  çalışılacaqdır.  Hər  yerdə  hərc-mərclik  qurbanları 
olan  əhaliyə  müavinət  etmək  işini  ictimai  təşkilatları  öz  öhdələrinə  aldıqları 
vəzifəni  unutmamalıdır. Azərbaycan hökumətinin ictimai təşkilatlarının müavinət 
üçün  çalışmaları  zamanı  çatmışdır.  Bütün  əhalini  Şamaxı  qaçqınlarına  müavinət 
əllərini uzatmağa dəvət edirik və idarəmiz tərəfindən Şamaxı qaçqınlarının nəfinə 
ianə  dəftərçəsi  açılır.  Bu  barədə  camaatımızm  hər  dəfəki  gibi  yenə  də  hümmətli 
olacaqları ümid olunur”. 
 
 
 
 


115 
 
“Azərbaycan” qəzeti, 1918, № 24  
“Sağalmaz yaralarımız” 
 
“1918-ci il martın 14-də Amirovun komandanlığı altında Şamaxıya bolşevik 
əsgərləri göndərildi”. 
 
“Azərbaycan” qəzeti, 1919, 31 mart. 
 
“Şamaxı  mahalına  dörd  min  nəfərdən  ibarət  bir  qitə  göndərilib  əhali  təqib 
edilir və dörd min əsgərin yüzdən səksəni erməni olur. Bunların cümləsindən Bakı 
faciəsi  nə  məram  üzrə  oynandığı  və  bu  faciə  əsnasında  ermənilər  nə  vəzifəyə    
bulunduqları, məncə, aşkar olsa gərəkdir”. “Məhəmməd”.
123
 
 
* * * 
 
“Hümmət” qəzeti, 1918, 10 iyun, №
 
86 
 
“Hümmət”  qəzeti  “Şamaxı  uyezdində”  adlı  yazını  “Znamya  trud” 
qəzetindən götürüb çap etmişdir: “Şamaxı uyezdindəki şura hökumətinin qoşunları 
bircə  gün  əqdəm  İsmayıllı  kəndində  qaçaq-quldur  dəstəsinin  olduğu  haqqında 
məlumat olaraq məzkur İsmayıllı kəndinə  yürüş etmişlər. Əksinqilabçıları taparaq 
qovmuşdular.  Həmin  gündən  də  (Tikiş  evi)  orada  küllü  surətdə  Türkiyə  əsgərləri 
libasları  və  s.  çinləri  hazırlanmış  imiş.  Məlum  olur  ki,  “Müsavat”  böylə  işlərlə 
istəyir ki, yalandan öylə göstərsinlər ki, Şura qoşunları ilə müharibə edən dəstənin 
arasında Türkiyə qoşunları da var idi”. 
Haşiyə:  Şübhəsiz  ki,  bolşeviklərin  orqanından  olan  “Hümmət”  qəzeti  bu 
dövrlərdə  həqiqəti  ört-basdır  etməli  idi.  Əslində  İsmayıllıda  Şaumyan  ordusuna 
(“Şura” ordusu deyildi) qarşı vuruşam “qaçaq quldur” deyil, Müsavat ordusu və ya 
könüllülər idi.  “Dörd  min əsgərin  yüzdən  səksəni erməni”  olan ordunun törətdiyi 
faciəli ancaq belə yalanlarla ört-basdır edilə bilərdi. 
O  dövrün  bolşevik  əqidəli  qəzetlərində  gedən  məqalə,  məlumatlar  təsdiq 
edir ki, S.Şaumyanın törətdiyi faciə Moskva tərəfindən açıqca dəstəklənir. 
 
“Hümmət” 1918, 8 iyul, № 105.  
Teleqraf xəbərləri Hacıqabuldan 
 
“Bakıda  Şuraya  -  Şaumyana,  Şebeldayevə,  Hərbi  İnqilab  Komitəsinə, 
bolşevik kommunistlər firqəsinə, «İzvestiə və Bakinskiy raboçiy» qəzetinə: 
                                                           
123
 Şamaxı  soyqırımı  ilə  bağlı  “Azərbaycan”  qəzetində  (eləcə  də  “Азербайджан”  da)  əllidən  artıq 
məlumat və məqalə vardır. Biz onlara ancaq bir qismini kitaba daxil edirik. 


116 
 
Zəhmət  çəkib,  arxada  olan  bütün  xainlərə,  qorxaqlara,  küçələrdə  durub, 
ingilis cəlladlarının gəlməsi üçün şura hökumətinin səs verməsini gözləyənlərə və 
öz  ayaqlarını  qırmızı  ordu  və  fəhlələrin  boyunlarına  qoymaq  istəyənlərə  bizim 
nifrətimizi  yetiriniz!  Biz  böylə  bir  xainanə  fikrin  ziddinə  olaraq,  Rusiya  şura 
hökumətinə  bütün  qövmümüzlə  imperialistlər  və  onların  dəstpərvərdələri 
müqabilində mübarizə edəcəyik. 
Bütün  kəndliləri,  matrosları,  qırmızı  ordu  əsgərlərini  dəvət  ediriz  ki, 
burjuylara tabe olmasınlar”. 
 
Culfadan, Andranikə 
 
“Sizin 574 nömrəli teleqramınızı aldım. Eynilə haman teleqram Moskvaya - 
mərkəzi hökumətə xəbər verdi”. 
Öz tərəfimdən sizin qəhrəmanlığınızı təbrik edirəm. Əgər, cənab Qağaznoti 
və başqaları sizin kibi olsaydılar, erməni kəndlilərinin başlarına indi yeni fəlakətlər 
gəlməzdi.  Türk  və  millətçilər  süngüsü  müqabilində  mübarizə  edən  bütün 
qəhrəmanları  təbrik  ediniz!  Hər  bir  zəhməti  qəbul  etməklə  bərabər  hüriyyət 
bayrağını  yıxmamağa  sizi  dəvət  edirəm.  Baku  füqerayi  kasıbanəsi  Rusiya 
hökumətinin  köməyi  ilə  Kürdəmir  və  Ağsu  cəbhəsində  türk  və  bəglər  dəstəsinə 
mərdanə müharibə etməkdədirlər. 
Vəqtilə biz türk, bəg, gürcü knyazları və erməni millətçilərini məğlub etdik, 
o  vaxt  bütün  Qafqaz  kəndli  və  fəhlələri  ümumi  “hınqaqda”  Şura  Hökuməti  təsis 
edib böyük Rusiya ilə əlaqəyə girmişirlər. 
Biz  sizə  kömək  edə  bilsəydik,  çox  şad  olardıq.  Ola  bilər  ki,  siz  bizimlə 
əlaqəyə birləşdirmək üçün bir tədbir arayasınız. 
Qafqazın  Fövqalədə  Komissarı  və  Baku  Şura  hökumətinin  sədri: 
S.Şaumyan. 
 
Mərəzədən Bakuyyə 
 
“Voronsovkaya  yetişəndən  sonra,  bizləri  əksinqilabçı  müsəlmanların  üç 
günlük  hücumları  nəhayət  buldu.  Voronsovka  kəndinin  əhalisi  -  kişiləri  və 
həmçinin  arvadları  çox  qoçaqlıqla  mübarizə  edirdilər.  Arvadlar  iki  sıra  səngər 
bağlamışdılar.  Düşmənin  qüvvəsi  üç  min  beş  yüzə  qədər  olaraq  üç  türk  zabiti 
onlara komanda ediyordu”.
124
 
Mənbələrdən: 
Fövqaladə  İstintaq  Komissiyası  faciənin  səbəbini 
araşdırarkən  1918-ci  il  noyabr  ayının  9-10-da  Şamaxı  şəhər  sakini  Əfəndiyev 
Siracəddin  adlı  bir  zərərçəkəndən  də  izahat  alınmışdı.  İzahatda  faciə  törədənlər 
                                                           
124
 Bu məzmunlu teleqramlar bolşevik əqidəli qəzetlərdə çoxdur. 
 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə