SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə38/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   ...   34   35   36   37   38   39   40   41   ...   52

94 
 
Bir çox insanın qorxudan ürəyi partlayıb öldü, bir qismi isə, yorulub yolda 
qaldı və ermənilər tərəfindən qətlə yetirildilər. O, da yadımdadır ki, Bədəl adlı bir 
kişidə  tüfəng  var  idi.  Biz  qaçanda,  o,  hərdən  dayanıb  ermənilər  tərəfə  bir  güllə 
atırdı. Ermənilər silahdan ehtiyat edib yavaşıyırdılar. 
Biz bir qisim əhali gedib Sündi qışlağına çatdıq. Orada ancaq qarovulçular 
var idi. Onlar kişi və qadınların köməyi ilə iki batman unun çörəyini bişirdilər. Əlli 
nəfərə  yaxın  idik.  Hərəyə  bir  az  yeyib  qışlaq  zağalarında  yatdıq.  Səhər  obaşdan 
durub  öz  qışlağımıza  getdik.  Türklər  gələndən  sonra  kəndə  qayıtdıq.  Kənd  tam 
yanmış və  məhv edilmişdi. Uçurulmuş, yanmış evlərdə kənd sakinlərinin cəza ilə 
qətlə yetirilmiş meyidləri var idi. Bir çox insan cəsədi isə yanıb kömürə dönmüşdü. 
Ermənilərin  törətdiyi  müsibət  yerə-göyə  sığmırdı.  Bəzi  insanların  dərdinin  çarəsi 
yox  idi.  Çoxları  kənddə  qoyub  getdiyi  qohum-əqrabasının  heç  meyidini  tapa 
bilmirdi. Ya yanıb külə qarışmış, ya da qurd-quşa yem olmuşdu. Türklər gələndən 
sonra xeyli müddət bizim kənddə qaldılar. Sonrakı döyüşlərə hazırlıq  gördülər. Bu  
müddətdə onları ərzaqla bizim  kənd,  Nabur, Qurbancı və Cəmcəmli kəndi təmin 
edirdilər.  Türklər  bir  az  da  gec  gəlsəydilər,  bizim  ərazidə  bir  nəfər  də  olsa 
müsəlman sağ qalmayacaqdı (Güllü Qurbanova 1920-1999).  
Hacı  Arif  Ağasəlim  oğlunun  dediklərindən:  “Kəndimiz  Mərəzə  kəndi  ilə 
qonşudur.  Yaxşı  yadımdadır,  50-60-cı  illərdə  atam  Mərəziyə  gedib-qayıdandan 
sonra həmişə əsəbiləşirdi. Səbəbi də, o idi ki, atam Mərəzədə olanda, 1918-ci ildə 
ermənilərə  yardım  etmiş  yaşlı  malakanlarla  qarşılaşardı.  Həmin  cinayətkarların 
həm  də  cəzasız  qaldıqlarına  görə  heyfslənirdi.  Anam  isə  atamı  sakitləşdirərək 
deyərdi”, - gec-tez başımıza iş açacaqsan, kişi, dilini dinc qoy”. 
Atanı 1918-ci ildə ermənilərin törətdikləri cinayətlərdən bizə çox danışardı, 
Erməni  millətçiləri  o  zaman  Tatar  Mərəzəsinə  qonşu  olan  beş  kənddə  - 
Nərimankənd  (Gəmüstü),  Dərəkənd  (Gəmaltı),  Damlamaca,  Şorsulu,  İlanlı 
kəndlərindən  300  nəfər  dinc  əhali  qətlə  yetirilmişdir.  Bir  qrup  insanları  erməni-
malakan  millətçiləri  aldadıb  Mərəzəyə  aparmış,  sonra  onları  Mərəzənin  qərbində 
yerləşən  dərədə  (indiki  postdan  aşağıda  -  S.Q.)  qətlə  yetirmişlər.  Öldürülənlər 
arasında  bizim  nəsildən  13  nəfər  olmuşdur.  Bizim  nəsil  on  dördüncü  şəhidini  isə 
Qarabağ savaşında vermişdir - Malik Səlimli!” 
Bu  kəndlərdən  ermənilər  tərəfindən  qətlə  yetirilən  şəhidlərin  ancaq  iyirmi 
doqquzunun adı məlumdur: 
 
1.
 
Şahverdi Səlim oğlu. 
2.
 
Abdulxalıq Şahverdi oğlu. 
3.
 
Gülbəs Molla Murad qızı. 
4.
 
Bikə Abdulxalıq qızı. 
5.
 
Məcid Abdulxalıq oğlu. 
6.
 
Kazım Abdulxalıq oğlu. 
7.
 
Körpə oğlan uşağı. 


95 
 
8.
 
Abdulla Daşdəmir oğlu. 
9.
 
Əsəd Daşdəmir oğlu. 
10.
 
Şaməmməd Mamedov oğlu. 
11.
 
Ədis Şahbaz oğlu. 
12.
 
Zaman Kazım oğlu. 
13.
 
Qələm Ağababa oğlu. 
14.
 
Muxtar Həmid oğlu. 
15.
 
Ağababa Şaməmməd oğlu. 
16.
 
Möhlət.............. 
17.
 
Səfərxan Ədil oğlu. 
18.
 
Sənayi İbrahim oğlu. 
19.
 
Cəfər Əsəd oğlu. 
20.
 
Səmidxan Əsəd oğlu. 
21.
 
Xəlgüllah Əsəd oğlu. 
22.
 
Seyid İbrahim oğlu 
23.
 
Əmir Abdulla oğlu. 
24.
 
Süleyman Baloğlan oğlu. 
25.
 
Ədilxan Ədil oğlu. 
26.
 
Qərib Zülfiqar oğlu. 
27.
 
Gülüstan Qəribli. 
28.
 
Hətəm Əziz oğlu (Dərəkənd). 
29.
 
Şahsuvar Hacı Niftalı oğlu (Dərəkənd). 
 
Haşiyə:  Azərbaycanımızın  müxtəlif  şəhər  və  kəndlərində  1918-ci  il 
soyqırımını  əbədiləşdirmək  üçün  xeyli  işlər  görülmüşdür.  Bu  baxımdan 
Nərimankənd  kəndində  qətlə  yetirilən  insanların  adına  ucaldılmış  abidə 
təqdirəlayiqdir.  1918-ci  il  Gəmüstü  kəndində  qətlə  yetirilmiş  insanların  adına 
ucaldılmış  abidənin  təşəbbüsçüsü  kənd  ziyalıları  olmuşdur.  (Bu  işdə  Mirəli 
müəllimin  xüsusi  zəhməti  vardır).  Abidə  isə  kənd  bələdiyyəsinin  hesabına 
tikilmişdir.  Biz  əminik  ki,  Şamaxı-Qobustan  ziyalıları,  kənd  bələdiyyələri  belə 
xeyirxah  işdən  nümunə  götürəcək,  1918-ci  il  soyqırımında  qətlə  yetirilən 
həmyerlilərinin adını əbədiləşdirəcəklər. Şəhidlər adına qoyulacaq xatirə lövhələri 
və  ya  abidələr  yaddaşımızı  bərpa  etdiyi  kimi,  gələcək  nəsillərlə  də  çox  söz 
deyəcəkdir! 
 
OSMANBƏYLI SOYQIRIMI 
 
Bu  kənddəki  soyqırımı  barədə  1918-ci  ilin  oktyabrda  tərtib  olunmuş 
protokolda oxuyuruq: 
“27 yaşlı Şamaxı qəzasının Osmanbəyli kənd sakini Şahlarbəy Şıxəlibəyov, 
müsəlman,  savadlı.  Mənim  yaşadığım  Osmanbəyli  kəndi  Şamaxı  şəhərinin  altı 


96 
 
verstliyində  yerləşir.  Şamaxıda  və  onun  ətraf  kəndlərində  ermənilər  tərəfindən 
törədilən  qırğınların  əsas  səbəbi  ermənilərin  müsəlmanlara  qarşı  düşmənçilik 
hisslərindən  irəli  gəlmişdir.  Ancaq  müsəlmanlar  heç  vaxt  ermənilərə  qarşı  kin-
küdurət bəsləməmişlər. 1905-ci ildə baş vermiş qarşıdurmadan sonra müsəlmanlar 
qəti surətdə inanmışdılar ki, heç vaxt ermənilər onlarla düşmən olmazlar. Çünki bir 
neçə  vaxt  idi  ki,  müsəlmanlarla  ermənilər  sıx  dostluq  şəraitində  yaşayırdılar. 
Gizlincə silahlanan ermənilər, üzdə özlərini müsəlmanlara dost kimi göstərir, ailəvi 
bir-birinə  qonaq  gedirdilər.  Onlar,  silahlanmanı  belə  izah  edirdilər  ki,  guya, 
bolşeviklərə qarşı çıxan bəylərə və mülkədarlara divan tutacaqlar. Bir vaxt Şamaxı 
ziyalılarından - Asəfbəy Şıxəlibəyovdan, Azad bəy Qocamanbəyovdan və Şamaxı 
müfəttişindən  eşitdik  ki,  Xilmillidə  (Qozluçayda)  erməni  və  malakanlar 
silahlanırlar.  Digər  tərəfdən,  Mədrəsə  kəndində  də  həmin  yolla  ermənilər 
silahlanırlarmış.  Lakin ermənilər  yenə  də  müsəlmanlara  deyirdilər ki,  bizdən sizə 
zərər  dəyməz.  Sadəlövh  müsəlmanlar  da  onların  sözlərinə  inanırdılar.  Lakin 
Mədrəsədən  gələn  xəbərlər  özünü  doğruldurdu.  Müsəlmanlardan  iki  nəfəri 
Mədrəsəyə getmiş və  keşişdən bu qarşıdurmanın qarşısını almasını xahiş etmişdi. 
Keşiş onlara söz verib ki, müsəlmanlara bizdən ziyan dəyməz. 
Osmanbəyli  kəndinə  yaxın  olan  erməni  kəndi  -  Kələxanada  da  ixtişaş 
törədilməsinə hazırlıq gedirmiş. Bunu bizə həmin kəndə qonaq gedən Osmanbəyli 
bəylərindən biri çatdırdı. Biz ailəmizi götürüb, Ləngəbiz dağının üstünə qaçdıq. 17 
mart 1918-ci ildə erməni cəlladları kəndimizə basqın etdilər. Sən demə, elə həmin 
gecə erməni dəstələri Şamaxını da mühasirəyə alıbmış. Onlar şəhərə hücum çəkib, 
müsəlman məhəllələrini yandırır, əlinə keçənləri öldürür, evləri, malikanələri talan 
edirdilər.  Osmanbəyli  kəndini  yandırdıqdan  sonra  silahlı  dəstələr,  bizim  kənddən 
çox da uzaqda olmayan Alpout kəndini tamamilə yandırdılar. Osmanbəyli kəndini 
isə  iki  dəfə  yandırdılar.  İkinci  dəfə  müsəlman  əsgərləri  çıxıb  gedəndən  sonra 
yandırdılar. 
Osmanbəylidə  yandırılmış  evlər  uzunmüddət  bərpa  oluna  bilmədi.  Erməni 
silahlı  əsgərləri  evlərdə  olan  bütün  zinət  şeylərini,  heyvan,  mal-qara  və  digər  ev 
əşyalarını  daşıyıb  aparmışdılar.  Əhali  çox  pis  vəziyyətə  düşmüşdü.  Ölənlərin  və 
itkin düşənlərin sayı bilinmirdi”.
108
 
 
ADNALI
  
SOYQIRIMI 
 
   
Fövqalədə  İstintaq  Komissiyasının  tərtib  etdiyi  dindirmə protokolunda 
Adnalı kənd starşinası 54 yaşlı Məhyəddin Hüseynəli oğlu  1918-ci il 23 oktyabrda 
belə bir məlumat verir:  “Mənim yaşadığım kənd Şamaxının 3 verstliyində yerləşir. 
Bizim  kənddə  30  ev  və  300  nəfər  sakin  vardır.  İndi  isə,  kənddə  cəmi  2  ev 
qalmışdır.  Qalanlar  isə,  ermənilər  tərəfindən  dağıdılmış  və  yandırılmışdır. 
                                                           
108
 ARDA. f. 1061. s. 1. iş. 105, vər. 74-76. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə