SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə36/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   ...   32   33   34   35   36   37   38   39   ...   52

88 
 
Sündü kəndini odlara qalayıb, əhalini kütləvi sürətdə məhv etmişlər. Aşıq İsmi də 
həmin faciənin qurbanlarından olmuşdur. Aşığın beş şerini əldə edə bilmişik. 
 
Hər insandan lələ olmaz, 
Sən Kərəm lələsinə bax. 
Dillə ürək düz olmasa, 
Duy ürəyin səsinə bax. 
*** 
Nadən gəlib keçə başa,  
Bir vicdan ki, dönə daşa,  
Döz belə gərdişə, yaşa,  
Onda işin tərsinə bax. 
*** 
Dost tutanda, yar seçəndə,  
İsmi, gəl yanılma sən də,  
Bir adamla yol gedəndə, 
Kök-soyuna, irsinə bax. 
 
Haşiyə:  Qarabağ  döyüşündə  Sündü  kəndinin  də  say-seçmə  oğulları  şəhid 
olmuşdur. Telman, Cavid, İlyas, Habil və başqaları. 
Azərbaycanın  Milli  Qəhrəmanı  Şikar  Şikarov:  O,  1953-cü  ildə  Bakı 
şəhərində  anadan  olub.  Bakıdakı  46  saylı  orta  məktəbi  bitirib,  Bakı  Ali 
Ümumqoşun  Komandirlər  məktəbinə  daxil  olmuş,  sonra 
Uzaq  Şərqdə  Ussuriysk  şəhərinin  Poqraniçnı  qəsəbəsində 
rota-batalyon  komandiri  işləmişdir.  Frunze  adına  hərbi 
akademiyanı  bitirəndən,  sonra  Ukraynada  qərargah  rəisi 
vəzifəsində 
çalışmışdır. 
Erməni 
faşistlərinin 
fitnəkarlığından  xəbər  tutan  polkovnik  vətənə  qayıdır. 
Azərbaycan  Müdafiə  Nazirliyində  Baş  Qərərgah  rəisinin 
müavini  təyin  olunur.  1992-ci  ildən  cəbhəyə  yollanır,  bir 
çox  döyüş  əməliyyatlarının  hazırlanmasında  iştirak  edir. 
Həmin  ilin  iyun  ayının  13-də  Tərtərdə  gedən  döyüşlərdən 
birində  şəhid  olur.  O,  Bakıda  “Şəhidlər  Xiyabanında”  dəfn  edilir.  Respublika 
Prezidentinin Fərmanı ilə ona Milli Qəhrəman fəxri adı verilmişdir. Hazırda Sündü 
kənd  orta  məktəbi  onun  adını  daşıyır.  Oğlu  Faiq  atasının  yolunu  davam  etdirir  - 
hərbiçidir. 
 
CƏYĠRLĠ    SOYQIRIMI 
 
Şamaxı   qəzasında  ermənilərin  yandırıb  talan etdiyi  kəndlərdən  biri  də  
Cəyirli  olmuşdur. Arxiv sənədlərində bu kənddə ermənilərin 75 nəfəri (40 kişi, 20 


89 
 
qadın  və  15  uşaq)  qətlə  yetirildiyi  bildirilir.  Bu  barədə  kənd  starşinası  Molla 
Mirzəligilin tərtib etdikləri aktda oxuyuruq: “Mən Cəyirli kəndinin starşinası (kənd 
165  evdən  ibarətdir)  kəndin  hörmətli  adamlarından  ibarət  komissiya  1919-cu  ilin 
aprel ayının 3-də tərtib edirik, həmin aktı ondan ötəri ki, 1918-ci ilin  mart ayında 
ermənilərin bizim kəndə basqını zamanı aşağıdakı qaydada ziyan dəymişdir: 
 
1.
 
Öldürülənlər: 40 kişi, 20 qadın, 15 uşaq. 
2.
 
Yaralananlar 2 kişi, 2 uşaq. 
3.
 
Evlər və binalar dağıdılmış və 500 000 manat dəyərində 
4.
 
Aparılmış və öldürülmüş mal-qara, 500 baş, 27000 00 manat, dəyərində 
maddi ziyan dəymişdir. 
5.
 
Xırda baş heyvan - 700 baş, - 700 00 manat dəyərində. 
6.
 
Taxıl məhsulları aparılmış - 2 milyon manat dəyərində. 
7.
 
Ümumi ziyanı - 9720 000
99
 manat dəyərində. 
 
Aşıq  Barat  Əhməd  bəy  oğlunun  (1916-1994)  xatirələrindən:  Bizim 
kəndimiz malakan kəndlərindən Mərəzə və Xilmilliyə yaxındır. 1918-ci ildə bizim 
kəndə ilk Xilmilli malakanları hücum edib, sonra da Mərəzə malakanları gəliblər. 
Camaat xəyanətdən 2-3 gün qabaq xəbər tutan kimi kənddən çıxmağa başlayıblar. 
Özü  də  Küdrü  düzündən  Cəyirli  qışlağına.  Kənd  sakinlərindən  qocalar,  xəstələr, 
eləcə  də,  imkanı  olmayanlar  çıxa  bilməmişlər.  Camaatın  mal-qarasının  çoxusu  da 
Cəyirlidə  qalmışdır.  Erməni-malakan  dəstəsi  kəndi  talan  edib,  əhalini  müxtəlif 
üsullarla  qətlə  yetiriblər.  Anam  deyərdi  ki,  Baba  kişi  xəstə  olduğu  üçün  kənddən 
çıxa  bilmir.  Oğlanlarından  ikisi  və  anaları  ataları  ilə  kənddə  qalırlar.  Qardaşlar 
ermənilərin  gəldiyini  görüb,  quyuda  gizlənirlər.  Görürlər  ki,  cəlladlar  xəstə  kişini 
və qoca qarını sürüyə-sürüyə evdən çıxartdılar. Qardaşlar bu mənzərəyə tab gətirə 
bilməyib,  quyudan  çıxır  və  ermənilərlə  əlbəyaxa  olurlar.  Əllərindəki  xəncərlə 
hərəsi  bir  ermənini  cəhənnəmə  vasil  edir.  Bundan  qızışan  ermənilər  qardaşları 
güllə  ilə  vurur,  sonra  ata-ananın  gözü  qarşısında  başlarını  kəsirlər.  Bu  mənzərəni  
görən  ata-ana  yerlərindəcə  donub  qalırlar,  dilləri  tutulur.  Ermənilər  ata-ananı  
gətirib övladlarının yanında öldürürlər. 
Ümumiyyətlə, yağı düşmən Cəyirlidə yüzdən çox insanı faciəli şəkildə qətlə 
yetirmişdir, Səlyan, Hacıqabul ərazisinə pənah aparanlar bir daha geri  -  Cəyirliyə 
qarışmayıblar”. 
Mirzə    Aslan    oğlu    -  həmin  ildə  Cəyirlidən  Salyanın  Qarabağlı    kəndinə  
köçənlərdən    olmuşdur.    El    şairi    gördüyü  müsibətləri  şerlərində  bəyan  etmiş, 
ermənilərə öz nifrətini bildirmişdir. Əfsus ki, el  şairinin bu səpgili  şerləri 1920-ci 
ildən sonra  məhv edilmişdir. O,  1924-cü ildə  Salyanın Qarabağlı kəndində  vəfat 
etmişdir. El şairinin on beş şerini əldə etmişik.  
                                                           
99
 ARDA. f. 1061, s. 1. iş. 85, vər. 4.  


90 
 
 
Ay ağalar, sizə tərif eyləyim,  
Bahar olcaq açır gülü, Şirvanın  
Bu yaz qara gəlib millət “ah” çəkir,  
Düşübdür tapırğa
100
 eli, Şirvanın. 
*** 
Dörd tərəfdən düşmən axıb gəlibdi,  
Axıb göz yaşımız selə dönübdü,  
Eşitmişəm Azad bəy
101
 də ölübdü,  
İndi bildim sınıb beli Şirvanın. 
Yalan olsun, qurban kəsim adına,  
Beş kimsənə özü yetsin dadına,  
Hərdən-hərdən düşür, mənim yadıma,  
Soyuq bulaqları, seli Şirvanın. 
*** 
Top-topxana gəlir Gəncə elindən,  
Ermənini dara çəkək dilindən,  
Namus, qeyrət, dövlət getdi əlindən,  
Gör kimə qalıbdı malı Şirvanın?
102
 
 
PADAR SOYQIRIMI 
 
Fövqaladə  İstintaq  Komissiya  sədri  A.Xasməmdov  F.İ.K.-nın  üzvü 
A.F.Novatskinin  1918-ci  ilin  yayına  erməni  silahlı  birləşmələrinin  Şamaxı 
qəzasının Padar elatında törətdikləri faciə haqqında məruzəsi: 
5 fevral 1919-cu il. 
“1918-ci ilin yayında, erməni əsgər dəstələri və Şamaxı qəzasının Mədrəsə, 
Kələxana,  Kərkənc,  Gürcüvan,  Saqiyan  və  digər  kəndlərinin  erməniləri,  tüfənglə, 
qılıncla silahlanaraq, qəflətən Padar elatına hücum etdilər. Padar elatının əhalisi öz 
ev əşyalarını,  dəvələrini,  atlarını, camışlarını,  qoyun-quzularını qoyaraq, canlarını 
xilas  etmək  üçün  qaçmağa  başladılar.  Ermənilər  padarları  təqib  edərək,  heç  kəsə 
aman  vermədən,  vəhşicəsinə  uşaqları,  qadınları qılıncla  doğrayır,  süngüyə  keçirir, 
güllə  ilə  öldürürdülər.  Bu  minvalla  25  qadın,  80  kişi  və  15  uşaq  qətlə  yetirdilər. 
Ermənilər cavan qadın və qızları da zorlamışlar. Faciəni törətdikdən sonra onlar 3 
min baş iribuynuzlu  mal-qaranı,  60 min baş xırdabuynuzlu heyvanları aparmışlar. 
Dəymiş ziyanın miqdarı 72 milyon manat təşkil edir. (Seçmələr bizimdir - S.Q.) 
                                                           
100
 Tapırğa - qaçqın, didərgin. 
101
 Azad bəy Qocamanbəyov. (Əslində Azad bəy 1920-ci ildə ölmüşdür). 
102
 El şairinin çap olunmayan əsərləri arximizdədir – S.Q. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə