SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə39/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   ...   35   36   37   38   39   40   41   42   ...   52

97 
 
Aclıqdan  və  havaların  soyuq  keçməsindən  əhalinin  140  nəfəri  məhv  olmuşdur. 
Həmin  gün  -  erməni  və  malakanlar  bizim  kəndə  hücum  edəndə  biz  Şamaxıdan 
Göyçay  uyezdinə  qaçdıq.  On  nəfər  həmkəndlimizi  yolda  Qaraqışlaqda  ermənilər 
doğramışdılar.  Öldürülənlərdən  bir  qızı  yaxşı  tanıyırdım.  Gülbadam  Sədrəddin 
qızı. Türklər gələndən sonra biz doğma yerlərə qayıdanda, ancaq xarabalıqlara rast 
gəldim”.
109
 
Yaddaşlardan:  “Biz  bir  neçə  erməni  kəndinə  yaxın  olsaq  da,  Kələxana 
erməni  kəndi  ilə  çığbir  qonşu  idik.  Hamımız  bir-birimizi  yaxşı  tanıyırdıq.  Şaiyə 
yayılan  kimi  kəndimizin  bir  neçə  nəfəri  Kələxanaya  -  ermənilərin  yanına  gedib, 
onların keşişləri ilə görüşürlər. Erməni cəlladları bizim nümayəndəni arxayın edir 
ki,  qorxmayın,  bizdən  sizə  ziyan  olmaz.  Biz  bir  evli  kimiyik.  Hamımız  inandıq. 
Çarhan kənd camaatı da bizim kimi. Ta, o vaxta kimi kənddən çıxmadıq ki, erməni 
cəlladları  Boyat  kəndinə  yaxınlaşdılar.  Bu  zaman  artıq  Kələxanada  gecə  ilə 
yerləşdirilmiş  erməni  daşnakları  hərəkətə  gəldilər.  Camaat  Osmanbəyli  dərəsi  ilə 
üzü  aşağı  qaçmağa  başladı.  Kənd  tərəfdən  atılan  güllələr,  çox  adamı  dərəni 
çıxhaçıxda haqladı. Qoca, uşaq və xəstələr heç dərəni çıxa da bilmədilər. Cəsədlər 
dərədə  qalıb,  qurd-quşa  yem  oldu.  Salamat  qalanlar  Alpout  kəndinin  yanından 
Ağsuya  tərəfə  yol  aldılar.  Dağın  üstündən  baxanda  yandırılan  evlər  tonqalı 
xatırladırdı. Türklər bir az da gec gəlsəydilər, ermənilər Göyçaya kimi səpələnmiş 
bütün qaçqınları məhv edəcəkdilər”. 
 
BAĞIRLI SOYQIRIMI 
 
Bağırlı  kəndində  ermənilər  tərəfindən  daha  çox
 
insan  qətlə      yetirilmişdir. 
Vaxtilə  Fövqəladə  İstintaq  Komissiyasını  tərtib  etdiyi    protokolda  Bağırlıda  80 
nəfər  kişi,  150  nəfər  qadın  və  140  nəfər  uşağın  qətlə  yetirildiyi  göstərilmişdir. 
Faciənin  dəhşəti  göz  qabağındadır.  Belə  ki,  erməni  daşnak  cəlladları  kənddə  150 
nəfər  qadını  müxtəlif  işgəncə  və  təhqirlərlə  öldürdüyü  kimi,  heç  bir  günahı 
olmayan, uşağa, körpəyə əzab-əziyyət vermiş, süngüyə  keçirmiş, hətta, analarının 
gözü qarşısında başlarını kəsmişlər. 
Vaxtilə,  Bağırlı  haqqında  kitab
110
 yazanda  kəndin  sakinlərindən  -  Həsən 
Baxış  oğlu,  Dadaş  Baba  oğlu.  Məryəm  Ağa  qızı,  Səməd  Azayev,  Mürsəl  Namət 
oğlu,  Badam  Qara  qızı  və  başqalarından  erməni  qırğını  barədə  xeyli  məlumatlar 
əldə etdik. Xatirə söyləyənlər erməni quldurlarının xalqa qarşı tətbiq etdikləri baş 
kəsmək,  qol  kəsmək,  qadınlar  təhqir  etmək,  qocalara  müxtəlif  cür  əzab  verib 
güllələmək  kimi,  işgəncələrdən  danışanda  ağlayırdılar.  “Kənd  sakinlərinin  bir 
qismi ermənilərin sorağını eşidib dağlara çəkilmişdi. Kənddə qalanlar isə daha çox 
                                                           
109
 ARDA. f. 1061. s. 1. iş. 6, vər. 75-77. 
110
 S.Qəniyev. S.Ağayev “Mən bu elin oğluyam”. Bakı, 1996. 


98 
 
idi.  Elə  ona  görədir  ki,  kəndimizin  üç  yüz  nəfərdən  artıq  dinc  sakini  vəhşicəsinə 
öldürülmüşdür”. 
Muradxan Alxan oğlunun (78 yaşlı) dediklərindən “Həmin hadisənin şahidi 
olan  əmim  Lələş  Murad  oğlu  (1898  1992)  o,  illərin  faciəsindən  yana-yana 
danışardı.  Həmin  vaxt  əmim  18-19  yaşında  olub.  O  deyirdi  ki,  erməni  qatilləri 
kəndə  girəndə  mən  qoyun  nobatında  idim.  Sürü  kənddən  çox  aralıda  dağın 
sinəsində  otlayırdı.  Böyük  bir  atlı  dəstəsinin  kəndə  daxil  olduğunu  gördüm.  Elə 
həmin  anda  kənddə  güllə  səsi  eşidildi,  çığırtı-bağırtı  dağın  başına  qədər  gəlib 
çatırdı.  Bir  az  keçmiş,  kənd  tüstüyə  büründü.  Adamların  dağa,  Küdru  düzünə 
səpələndiyini gördüm. Bilmədim nə edim. Güllə səsi isə kəsilmirdi. Sürünü dərəyə 
endirdim.  Özüm  də  bir  kolun  dibində  oturub  ağlamağa  başladım.  Kənd  od-alov 
içində  idi.  Az  keçmiş  qonşu  kəndlər.  Bico,  Qəşəd  tərəfdən  də  tüstü  qalxmağa 
başladı.  Sürü  otlaya-otlaya  kəndə  tərəf  yol  almışdı.  Yerimdən  tərpənmədim.  Bir 
müddət sonra atamın o biri dərədən məni səslədiyini eşitdim. Tez ona tərəf qaçdım. 
Atam  da  ağlayırdı.  Məni  qucaqladı.  Boğula-boğula  “hamımızı  qırdılar”,  -  deyə 
bildi.  Sürü  qaldı.  Atamla  dağın  lap  zirvəsinə  çıxdıq.  Gördüm  ki,  burada  çökəkdə 
ailəmiz,  qohum-əqraba  toplaşıb,  çoxusu  ayağıyalın,  başıaçıq.  Məlum  oldu  ki, 
mənim  əmim  də  ilk  şəhidlərdən  olub.  Ermənilər  kəndi  tərk  edəndən  sonra  kəndə 
qayıtdıq.  Kənddə  daş-daş  üstə  qalmamışdı.  Kənd  arasında  qalmış  meyidlərin 
çoxusu  cəlladlar  tərəfindən  eybəcər  hala  salınmış,  tanınmaz  olmuşdu.  Bir  çox 
şəhidləri  elə  kəndin  yanında  dəfn  etdilər.  El-oba  bütün  il  boyu  matəm  içində 
yaşadı”. 
Səməd  Azayevin  dediklərindən:  “Türk-İslam  Ordusu  köməyə  gələndə, 
Şamaxının  başqa  kəndlərində  olduğu  kimi  Bağırlıda  da  cavanlar  düşməni  məhv 
etməkdən ötrü könüllü olaraq Müsavat və ya Türk-İslam Ordusuna daxil olurdular. 
Könüllülərin  sayı  30  nəfər  olmuşdur.  Əfsus  ki,  onların  hamısının  adı  yadımda 
deyil.  Adı-soyadı  yadımda  qalanlar  bunlardır:  Kərimov  Mülkalı  Əsəd  oğlu, 
Kərimov  Qasım  Nəsir  oğlu,  Novruzalı  Beydulla  oğlu,  Abbas  İsmayıl  oğlu, 
Ələkbərov Məmmədağa, Xancan Qara oğlu, Lələş Murad oğlu, Hüseyn Ağamirzə 
oğlu,  Bəxtiyar  Ağamirzə  oğlu,  Fərman  Azay  oğlu,  Kamal  Teymur  oğlu.  Bu 
insanlar erməni millətçilərinə qarşı mərdliklə vuruşmuşlar”. 
 
GÖYLƏR SOYQIRIMI 
 
Erməni  terrorçuları  Göylər  kəndində  də  vəhşiliklər    törətmiş,    kəndi   
yandırmış, viranə qoymuş və camaatın var-dövlətini talamışlar. Mənbələrdə kəndin 
120 nəfərə yaxın əhalisinin qətlə yetirildiyi qeyd olunur. Vaxtilə “Dağdan ağır elim 
var”
111
 kitabı  üçün  material  toplayanda  (1985-1990),  kəndin  70-90  yaşlı 
                                                           
111
S. Qəniyev. M.Mikayılov. “Dağdan ağır elim var”. Bakı, 1996. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə