97
Aclıqdan və havaların soyuq keçməsindən əhalinin 140 nəfəri məhv olmuşdur.
Həmin gün - erməni və malakanlar bizim kəndə hücum edəndə biz Şamaxıdan
Göyçay uyezdinə qaçdıq. On nəfər həmkəndlimizi yolda Qaraqışlaqda ermənilər
doğramışdılar. Öldürülənlərdən bir qızı yaxşı tanıyırdım. Gülbadam Sədrəddin
qızı. Türklər gələndən sonra biz doğma yerlərə qayıdanda, ancaq xarabalıqlara rast
gəldim”.
109
Yaddaşlardan: “Biz bir neçə erməni kəndinə yaxın olsaq da, Kələxana
erməni kəndi ilə çığbir qonşu idik. Hamımız bir-birimizi yaxşı tanıyırdıq. Şaiyə
yayılan kimi kəndimizin bir neçə nəfəri Kələxanaya - ermənilərin yanına gedib,
onların keşişləri ilə görüşürlər. Erməni cəlladları bizim nümayəndəni arxayın edir
ki, qorxmayın, bizdən sizə ziyan olmaz. Biz bir evli kimiyik. Hamımız inandıq.
Çarhan kənd camaatı da bizim kimi. Ta, o vaxta kimi kənddən çıxmadıq ki, erməni
cəlladları Boyat kəndinə yaxınlaşdılar. Bu zaman artıq Kələxanada gecə ilə
yerləşdirilmiş erməni daşnakları hərəkətə gəldilər. Camaat Osmanbəyli dərəsi ilə
üzü aşağı qaçmağa başladı. Kənd tərəfdən atılan güllələr, çox adamı dərəni
çıxhaçıxda haqladı. Qoca, uşaq və xəstələr heç dərəni çıxa da bilmədilər. Cəsədlər
dərədə qalıb, qurd-quşa yem oldu. Salamat qalanlar Alpout kəndinin yanından
Ağsuya tərəfə yol aldılar. Dağın üstündən baxanda yandırılan evlər tonqalı
xatırladırdı. Türklər bir az da gec gəlsəydilər, ermənilər Göyçaya kimi səpələnmiş
bütün qaçqınları məhv edəcəkdilər”.
BAĞIRLI SOYQIRIMI
Bağırlı kəndində ermənilər tərəfindən daha çox
insan qətlə yetirilmişdir.
Vaxtilə Fövqəladə İstintaq Komissiyasını tərtib etdiyi protokolda Bağırlıda 80
nəfər kişi, 150 nəfər qadın və 140 nəfər uşağın qətlə yetirildiyi göstərilmişdir.
Faciənin dəhşəti göz qabağındadır. Belə ki, erməni daşnak cəlladları kənddə 150
nəfər qadını müxtəlif işgəncə və təhqirlərlə öldürdüyü kimi, heç bir günahı
olmayan, uşağa, körpəyə əzab-əziyyət vermiş, süngüyə keçirmiş, hətta, analarının
gözü qarşısında başlarını kəsmişlər.
Vaxtilə, Bağırlı haqqında kitab
110
yazanda kəndin sakinlərindən - Həsən
Baxış oğlu, Dadaş Baba oğlu. Məryəm Ağa qızı, Səməd Azayev, Mürsəl Namət
oğlu, Badam Qara qızı və başqalarından erməni qırğını barədə xeyli məlumatlar
əldə etdik. Xatirə söyləyənlər erməni quldurlarının xalqa qarşı tətbiq etdikləri baş
kəsmək, qol kəsmək, qadınlar təhqir etmək, qocalara müxtəlif cür əzab verib
güllələmək kimi, işgəncələrdən danışanda ağlayırdılar. “Kənd sakinlərinin bir
qismi ermənilərin sorağını eşidib dağlara çəkilmişdi. Kənddə qalanlar isə daha çox
109
ARDA. f. 1061. s. 1. iş. 6, vər. 75-77.
110
S.Qəniyev. S.Ağayev “Mən bu elin oğluyam”. Bakı, 1996.
98
idi. Elə ona görədir ki, kəndimizin üç yüz nəfərdən artıq dinc sakini vəhşicəsinə
öldürülmüşdür”.
Muradxan Alxan oğlunun (78 yaşlı) dediklərindən “Həmin hadisənin şahidi
olan əmim Lələş Murad oğlu (1898 1992) o, illərin faciəsindən yana-yana
danışardı. Həmin vaxt əmim 18-19 yaşında olub. O deyirdi ki, erməni qatilləri
kəndə girəndə mən qoyun nobatında idim. Sürü kənddən çox aralıda dağın
sinəsində otlayırdı. Böyük bir atlı dəstəsinin kəndə daxil olduğunu gördüm. Elə
həmin anda kənddə güllə səsi eşidildi, çığırtı-bağırtı dağın başına qədər gəlib
çatırdı. Bir az keçmiş, kənd tüstüyə büründü. Adamların dağa, Küdru düzünə
səpələndiyini gördüm. Bilmədim nə edim. Güllə səsi isə kəsilmirdi. Sürünü dərəyə
endirdim. Özüm də bir kolun dibində oturub ağlamağa başladım. Kənd od-alov
içində idi. Az keçmiş qonşu kəndlər. Bico, Qəşəd tərəfdən də tüstü qalxmağa
başladı. Sürü otlaya-otlaya kəndə tərəf yol almışdı. Yerimdən tərpənmədim. Bir
müddət sonra atamın o biri dərədən məni səslədiyini eşitdim. Tez ona tərəf qaçdım.
Atam da ağlayırdı. Məni qucaqladı. Boğula-boğula “hamımızı qırdılar”, - deyə
bildi. Sürü qaldı. Atamla dağın lap zirvəsinə çıxdıq. Gördüm ki, burada çökəkdə
ailəmiz, qohum-əqraba toplaşıb, çoxusu ayağıyalın, başıaçıq. Məlum oldu ki,
mənim əmim də ilk şəhidlərdən olub. Ermənilər kəndi tərk edəndən sonra kəndə
qayıtdıq. Kənddə daş-daş üstə qalmamışdı. Kənd arasında qalmış meyidlərin
çoxusu cəlladlar tərəfindən eybəcər hala salınmış, tanınmaz olmuşdu. Bir çox
şəhidləri elə kəndin yanında dəfn etdilər. El-oba bütün il boyu matəm içində
yaşadı”.
Səməd Azayevin dediklərindən: “Türk-İslam Ordusu köməyə gələndə,
Şamaxının başqa kəndlərində olduğu kimi Bağırlıda da cavanlar düşməni məhv
etməkdən ötrü könüllü olaraq Müsavat və ya Türk-İslam Ordusuna daxil olurdular.
Könüllülərin sayı 30 nəfər olmuşdur. Əfsus ki, onların hamısının adı yadımda
deyil. Adı-soyadı yadımda qalanlar bunlardır: Kərimov Mülkalı Əsəd oğlu,
Kərimov Qasım Nəsir oğlu, Novruzalı Beydulla oğlu, Abbas İsmayıl oğlu,
Ələkbərov Məmmədağa, Xancan Qara oğlu, Lələş Murad oğlu, Hüseyn Ağamirzə
oğlu, Bəxtiyar Ağamirzə oğlu, Fərman Azay oğlu, Kamal Teymur oğlu. Bu
insanlar erməni millətçilərinə qarşı mərdliklə vuruşmuşlar”.
GÖYLƏR SOYQIRIMI
Erməni terrorçuları Göylər kəndində də vəhşiliklər törətmiş, kəndi
yandırmış, viranə qoymuş və camaatın var-dövlətini talamışlar. Mənbələrdə kəndin
120 nəfərə yaxın əhalisinin qətlə yetirildiyi qeyd olunur. Vaxtilə “Dağdan ağır elim
var”
111
kitabı üçün material toplayanda (1985-1990), kəndin 70-90 yaşlı
111
S. Qəniyev. M.Mikayılov. “Dağdan ağır elim var”. Bakı, 1996.
Dostları ilə paylaş: |