SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə42/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   ...   38   39   40   41   42   43   44   45   ...   52

104 
 
Bundan  əlavə,  arxivdə  kənd  sakinlərinin  1918-ci  il  13  noyabr  verdikləri 
izahatda onlara dəyən ümumi ziyanın qədəri də göstərilmişdir: 
“1. Ərəbşahverdi kəndində 206 ev və 1350 sakin olmuşdur. 
2.  Erməni  zorakılığı  zamanı  112  ev  yandırılmış  və  22  nəfər 
öldürülmüşdür”.
117
 
Xatirələrdən: “biz tərəkəmə camaatı olmuşuq. Odur ki, payız aylarında mal-
qarası olan insanların əksəriyyəti köçdü – külfəti qışlağa yığışırdıq. Qırğın zamanı 
kədimizdə  çox  evlər  yandırılsa  da,  ölüm  nisbətən  az  lmuşdur.  Çünki  mart-aprel 
ayında  camaat  Qobustanda  yerləçşən  qışlaqlarda  olmuşlar.  Bu  xəbər  qışlaq 
əhalisinə  çatdırılsa  da,  heç  kəs  qorxusundan  kəndə  getmədi.  Əksinə,  kənddə 
ermənilərdən  yaxasını  qurtara  bilənlər,  qışlağa  gəlmişdilər.  xəbəri  eşidən  kimi 
ailəmizi aparıb dağlarda  yerləşdirdik. Biz  kişilər isə, qışlağa  qayıtdıq. Səhər  mal-
qaramızı da götürüb qışlağı tərk etdik”. 
Bəli,  terrorçu  “Daşnaqsütyun”  partiyası  tərəfdarlarının  Şamaxıda  törətdiyi 
faciənin bəlkə  də  heç bir ölkədə, bəlkədə, anoloqu olmamışdır. Bu isə  partiyanın 
məram və məqsədindən irəli gəlir və hələ də davam edir. 
Vaxtilə,  1918-ci  il  soyqırımının  təşkilatçılarından  biri  olmuş  A.Əmiryan 
1917-ci  il  dekabrın  6(19)-da  “Cinayətkar  siyasət”  adıl  məqaləsin  yazırdı: 
“Daşnaqsütyun”  nə  deməkdir?  Bu  ifrat  erməni  millətçilərinin  partiyasıdır.  Bu 
partiya  öz  25  ili  ərzində  sosializmə  qarşı,  inqilabi  ideyaların  xalq  ketlələri 
içərisində yayılmasına qarşı mübarizə aparmışdır, bu partiya bütün qonşu xalqlara 
qarşı təcavüzkar, həyasız siyasət yeritmişdir”.
118
 
Haşiyə: Aylar, illər dolandı, dünya çalxalandı – SSRİ adlanan nəhəng dövlət 
dağıldı,  parçalandı.  Başqa  xalqlar  kimi  Azərbaycan  da  müstəqillik  əldə  etdi. 
Tariximiz,  soy  kökümüz  yenidən  araşdırılmağa  başladı.  Eləcə  də  xalqımızın 
həyatında  ən  ağır  müsibət  olmuş  1918-ci  il  faciəsi.  Faciəni  törətmişerməni 
terrorçuları  yenidən  adbaad  dəqiqləşdirildi  və  arxiv  sənədləri  ilə  bir  daha 
təsdiqləndi.  
Xalqımızın  başına  gətirilmiş  soyqırımı  möhtərəm  prezidentimiz  Heydər 
Əliyev  cənablarının  vermiş  olduğu  fərmanlarla  dünya  ictimaiyyətinə  çatıdırıldı. 
Prezidentin  fərmanından  sonra  həmin  tarix  –  31  Mart  soyqırımı  günü  kimi  hər  il 
qeyd  olunurdu.  Bu  fərmandan  sonra  1918-ci  il  şəhidlərinin  adı,  xatirəsi 
respublikamızın  hər  bir  bölgəsində  əbədiləşdirilməyə  başlamışdır.  Eləcə  də 
Şamaxıda...  
 
 
 
                                                           
117
 ARDA. f. 1061, s. 1. iş. 6, vər. 159. 
118
 1918-1920-ci  illərdə  Azərbaycanlıların  soyqırımı  (sənədlər  və  materiallar),  (tərtib  edəni  və  çap. 
Hazır. V.Şirinoğlu), Bakı , 2001, səh. 9-10. 


105 
 
V FƏSĠL 
 
1918-CĠ ĠL ġAMAXI SOYQIRIMI SƏNƏDLƏRĠN,   
MƏTBUATIN, ġAHĠDLƏRĠN VƏ XATĠRƏLƏRĠN DĠLĠ ĠLƏ 
 
Bütövlükdə  Azərbaycanda  törədilən  erməni-daşnaq  faciəsini  öyrənmək 
üçün Fövqaladə İstintaq Komissiyasının sənədləri ilə yanaşı, 1918-1920-ci illərdə 
çap olunmuş qəzet və jurnallarda bir çox dəyərli materiallar vardır.  Bu baxımdan 
“Azərbaycan”, “Açıq söz”, «Азербайджан», “Həyat”, “İstiqlal”, “Bəsirət”, «Наш 
годос», «Бакинский рабочии» və s. qəzetlərdə 1918-ci il soyqırımına aid müxtəlif 
səpkili  xeyli  materiallar  verilmişdir.  Şamaxı  soyqırımının  bəzi  məqamları  həmin 
qəzetlərdə ətraflı işıqlandırılmışdır. 
 
DĠNDĠRĠLMƏ PROTOKOLU 
 
1918-ci  il  7  oktyabr  Şamaxı  şəhəri  Məmmədov 
Kərbalayi Yusif, 60 yaşlı, müsəlman, savadlı. “Mən Şamaxı 
şəhər sakiniyəm. Müsəlman İcraiyyə Komitəsinin üzvüyəm, 
Şamaxı  və  Şamaxı  qəzasında  yaşayan  ermənilərlərlə 
Şamaxıda  törətdikləri  fitnəkarlığa  qədər  davam  etmişdi. 
Şamaxıda  və  Şamaxı  qəzasında  baş  vermiş  hadisələr 
haqqında aşağıdakıları deyə bilmərəm: 1918-ci ildə Şamaxı 
şəhərinə  çoxsaylı  erməni  silahlı  dəstələri  toplaşmağa 
başladı.  Onlar  furqonlarla  çoxlu  silah,  top-tüfəng 
gətirirdilər.  Əsasən,  bu  silahlar  Müsüslü  istiqamətindən  gətirilirdi.  Bizə  belə  bir 
məlumat  gəldi  ki,  silahlanmış  dəstələrin  böyük  bir  qrupu  Mədrəsədə  toplaşıbdır. 
Oradan  da  bir  qrupu  Qozluçaya  gedibdir.  Müsəlman  nümayəndələrimizdən  bir 
neçəsi  Qozluçaya  gedib,  ermənilərdən  silahları  nə  üçün  gətirdiklərini  soruşanda 
onlar: “Bizdən qorxmayın, sizə bizdən ziyan dəyməz”, deyiblər. Lakin bir neçə gün 
sonra  Mədrəsə  və  Qozluçay  istiqamətindən  Şamaxıya  güclü  atəş  başladı.  Lakin 
gedənləri  erməni  cəlladları  yerindəcə  güllələdilər.  Heç  bir  danışığa  getməyən 
erməni  və  malakan  birləşmiş  dəstələri  Şamaxını  bombardıman  edir,  ən  yaxşı 
məhəllələri  yandırır  və  talan  edirdilər.  Körpə  uşaqları,  qocaları,  qadınları 
amansızcasına  öldürürdülər.  Qaçmaq  imkanı  tapmış  şamaxılılar,  yalnız  türklər 
gələndən  sonra  şəhərə  qayıtdılar.  Şəhər  tamamilə  yandırılmışdı.  Mənim  şəxsən 
daşınan və daşınmaz əmlakımdan – üç evim, qızıllarım, bütün xalçalarım, digər ev 
əşyalarım  ümumilikdə  bir  milyon  manat  təşkil  edən  mallarım  yandırılmış  və  ya 
talan edilmişdir. Ambarımda 100 tonlarla olan taxıllarımı, üç ədəd su dəyirmanını, 
1000 baş mal-qaramı, 30 atımı, 24 baş öküzlü, 4 furqonumu, taxılkənimi (kotan), 
çoxlu  sayda  silahlarımı  ermənilər  talan  etmişlər.  Ümumilikdə  bunların  miqdarı  2 
milyon  manatı  keçmişdir.  Sonralar  mənə  məlum  oldu  ki,  mənim  əmlakımı 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə