ildə İsveç alimlərindən biri tapdı ki, ultrabə -
növşəyi şüalar bioloji toxumalara infraqırmızı
şüalardan daha güclü təsir göstərir.
Filsen apardığı müşahidələr nəticəsində işığın
həşəratlara, salamandralara, çömçəquy ruq lulara,
amfibiyaların rüşeymlərinə təsiri haqqında
nəticələr əldə etdi.
Təcrübələrin gedişatında o, aşkar etdi ki,
çömçəquyruğuna düşən günəş şüası toxuma larda
iltihab yarada bilər, ultrabənövşəyi şüa isə qur -
bağa embrionlarına daha güclü təsir göstə rir, nəinki
infraqırmızı şüalar. Buradan belə nəticə çıxır ki, işıq
və onun yoxluğu tera pevtik effektə malikdir.
1893-cü ildə Filsen qırmızı şüanın çiçək
xəstəliyini müalicə etməsinin təbliğatını apar ma -
ğa başladı. O, təsdiq etdi ki, yalnız günəş şüası
qırmızı şüa süzgəcindən keçdikdən sonra dəri
zədələrinin sağalmasına və dəridə eybəcər
çapıqların birləşməsinə səbəb ola bilər. Onun
nümayiş etdirdiyi “qırmızı otaq” uğurlu alın dıq -
dan sonra Filsen universitet kafedrasından istefa
verərək özünü şüa müalicəsinin tibbi aspekt -
lərinin öyrənilməsinə həsr etmişdir. Bu sahədə
onun 1893–1894-cü illərdə çap etdir diyi məqa -
lələr ona ciddi tədqiqatçı nüfuzu qazan dırmışdır.
Tədqiqatlarının sərhədlərini genişləndirən
Filsen seçdiyi süni işıq mənbəyi olan qövsşə killi
kömür lampası vasitəsilə eksperi
ment
lərini
davam etdirməyə başlayır. O, aydınlaşdırmaq
istəyirdi ki, bu üsul dəri xəstəlikləri içərisində
müalicəyə tabe olmayan adi qurdeşənəyinin (dəri
vərəminin) müalicəsi üçün effektli ola bilərmi?
1895-ci ildə “Kopenhagen – elektrik layt
uorks” firmasının cihazlarından istifadə etmək
üçün müqavilə bağlayan tədqiqatçı həkim dəri
vərəminin müalicəsinə başlayır. O, xəstələri 25
A sabit elektrik cərəyanı şiddətində qövsşəkilli
kömür lampasının buraxdığı ultrabənövşəyi
şüalarla hər gün iki saat prosedura dəvət edirdi.
Bir müddətdən sonra dərinin çapılmış nahiyə -
lərində sağalma müşahidə olunmağa başladı.
1896-cı ildə Kopenhagendə Şüa Müalicəsi
İnstitutu yaradıldı və Finsenin özü həmin insti -
tuta direktor təyin olundu. Bu institutda minimal
dəri zədələnmələrinin müalicəsi üçün ultrabə -
növşəyi şüaların dozasının artırılmasına imkan
verən Finsen qövsşəkilli vannaları ilə müalicə
metodları işləndi. Son 5 ildə dəri vərəmi
xəstəliyindən əziyyət çəkən 800 xəstə Finsen
İnstitutunda müalicə kursu keçdilər. Xəstələrin
50 faizində tam sağalma, 45 faizində isə qismən
sağalma müşahidə olundu. Finsenin “gələcəkdə
Danimarkada bu növ xəstəlik olmayacaq” fikri
öz təsdiqini tapmağa başladı.
1903-cü ildə Nils Finsen “tibb elminin
qarşısında geniş üfüq açan işıq şüasının köməyi
ilə xəstəliklərin, xüsusilə dəri vərəminin müali -
cəsi sahəsindəki mühüm işlərinə görə” fiziolo -
giya və tibb sahəsində Nobel mükafatına layiq
görüldü.
Karolin İnstitutunun əməkdaşı K.Merner
təntənəli mərasimdə bunları söylədi: “Bu metod
irəliyə doğru atılmış nəhəng addımdır. Finsen
tibb sahəsində elə bir uğura imza atdı ki, bu iş
tibb elminin tarixində heç vaxt unudulmayacaq”.
Böyük tədqiqatçı həkim Finsenin xəstəliyi
ona təntənəli mərasimdə iştirak etməyə və nitq
söyləməyə imkan vermədi. Xəstəliyinin daha da
kəskinləşməsinə baxmayaraq, o, sonadək günəş
şüasının müalicəvi xassəsinə inanaraq
Kopenhagendəki evinin damında günəş şüaları
qəbul etmək üçün xüsusi vanna quraşdırmışdı.
Finsen 43 yaşında Kopenhagendə dünyasını
dəyişdi.
O, qısa, lakin məhsuldar ömründə Dani
-
marka, İslandiya, Almaniya, Rusiya və s. ölkə -
lərin nüfuzlu elm cəmiyyətlərinə üzv seçil mişdir.
Edinburq Universitetində oxuduğu mühazi rə lə rə
görə isə Kameron mükafatına layiq görül müşdür.
Finsenin günəş işığının müxtəlif şüalarının
müalicəvi təsiri haqqında böyük kəşfi bir çox
yeni kəşflərin yaranmasına, təbabətin imkan -
larının genişlənməsinə yol açmışdır. Maraqlısı
odur ki, dünyada analoqu olmayan müalicəvi
Naftalan neftindən alınan Ağ Naftalan yağının
dəri xəstəliklərində, dayaq-hərəkət aparatı xəstəliklə -
rinin müalicəsində ultrabənövşəyi şüa larla birgə
istifadəsinin çox yüksək müali cəvi effekt verdiyi
Azərbaycan alimləri tərəfin dən aşkar olun muş -
dur və hazırda tibdə bu birgə müalicə üsulu geniş
istifadə edilir.
E.Əliyev
38
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
39
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
Con Bernal (10 may 1901 – 15 sentyabr 1977)
ingilis fiziki və elm tarixçisidir. Kembric və
London universitetlərinin professoru, London
Kral Akademiyasının üzvü seçil mişdir. Əsas elmi
işləri fizika, kristalloqrafiya və biokimya
sahələrində olmuşdur.
Bernalın elmə maraq dairəsi çox geniş
olmuşdur. O, elmşünaslığın əsasını qoyan nəhəng
alim lərdən biridir. Elmşünaslıq – elmin funk sional
qanunauyğunluqlarını və inkişafını, elmi fəaliy -
yətin strukturu və dinamikasını, elmin cəmiyyətin
material və mənəvi sferalarına təsirini, onun ictimai
proseslərdəki rolunu öyrə nən tədqiqat sahəsidir.
Bernal “Elm və cəmiy yət”, “Elmin sosial funk -
siyası”, “Cəmiyyət tarixində elm” əsərlərində elmin
fəl
səfi mahiy
yəti, elmlərarası əlaqələr, elmin
ictimai inkişafa təsiri məsələlərini tədqiq etmişdir.
Bernal elmi-texniki inqilab konsepsiyasının yara -
dı cılarından biridir.
Bernalın böyük Azərbaycan alimi Xudu
Məmmədov haqqında fikri:
Elmin cəmiyyətin inkişafındakı rolu danıl
-
mazdır. XX əsrin əvvəllərindən başlayaraq elm
artıq nəzərə çarpmayan
şəkildə və tədricən inki şaf
etmir, tez və sıçrayışla inkişaf edir. Bizim sivi li -
zasiyanın strukturu məhz elmin hesabına güclü
şəkildə dəyişmiş və dəyişməkdə davam edir. Təkcə
XX əsrin kəşfləri cəmiyyətin simasını əsaslı şəkildə
dəyişmişdir. Buna görə də elmin inkişaf tarixinin
cəmiyyətə təsirini öyrənmək olduqca maraqlıdır.
Böyük elm tarixçisi ingilis alimi Jon Bernalın bu
sahədəki tədqiqatları aktuallığını itirməyib. Bernal,
haqlı olaraq, elmə institut, metod, biliklərin
toplanması ənənəsi, istehsalın inkişaf faktoru, sülhə
bəşəriyyətin inkişafına təkan verən faktorlar kimi
baxırdı.
Elm institut kimi
Bernal yazırdı: “Elmin inkişafının nəticəsində
milyonlarla insan elmi özlərinə sənət kimi seçdilər.
Özü-özündə “elm”in (“science”) bir o qədər qədim
tarixi yoxdur”. İlk dəfə 1840-cı ildə özünün
“İnduktiv elmlərin fəlsəfəsi” əsərində (“scientist”)
elm sözünü işlədən ingilis filosofu Uilyam Uevell
yazırdı: “Bizə mütləq elmlə məşğul olan adamlara
bir ad seçmək lazımdır. Mən onlara “alim”
deyirəm”. Bizim təsəvvürümüzdə bu insanlar bir-
birilərindən ayrı düşüblər. Onların bir qismi qapalı
laboratoriya
larda çalışır, digərləri mürəkkəb
hesablamalar və isbatlarla məşğul olurlar. Bizə elə
gəlir ki, onların istifadə etdikləri dili yalnız onların
Ъон Берналын
елм тарихи
..Dünyanın elm nəhəngi ingilis alimi Con Bernal 1953-cü ildə
Moskvada keçirilən elmi konfransda öz “dahi tələbəsi” haqda guya söz
tapa bilməyən rus akademikinə belə demişdir:
“Bizdəki (Britaniya) və sizdəki (SSRİ) “təqaüdçü” kristalloqrafların
həll edə bilmə diklərini Sizin 25 yaşlı “pioner” tələbəniz – cənab Xudu
Məmmədov həll etmişdir!” Beləliklə, Xudu Məmmədova 25 yaşında böyük
alim titulu verdilər.