“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,02 Mb.

səhifə18/43
tarix30.12.2017
ölçüsü1,02 Mb.
1   ...   14   15   16   17   18   19   20   21   ...   43

ildə İsveç alimlərindən biri tapdı ki, ultrabə -

növşəyi şüalar bioloji toxumalara infraqırmızı

şüalardan daha güclü təsir göstərir. 

Filsen apardığı müşahidələr nəticəsində işığın

həşəratlara, salamandralara, çömçəquy ruq lulara,

amfibiyaların rüşeymlərinə təsiri haqqında

nəticələr əldə etdi.

Təcrübələrin gedişatında o, aşkar etdi ki,

çömçəquyruğuna düşən günəş şüası toxuma larda

iltihab yarada bilər, ultrabənövşəyi şüa isə qur -

bağa embrionlarına daha güclü təsir göstə rir, nəinki

infraqırmızı şüalar. Buradan belə nəticə çıxır ki, işıq

və onun yoxluğu tera pevtik effektə malikdir.

1893-cü ildə Filsen qırmızı şüanın çiçək

xəstəliyini müalicə etməsinin təbliğatını apar ma -

ğa başladı. O, təsdiq etdi ki, yalnız günəş şüası

qırmızı şüa süzgəcindən keçdikdən sonra dəri

zədələrinin sağalmasına və dəridə eybəcər

çapıqların birləşməsinə səbəb ola bilər. Onun

nümayiş etdirdiyi “qırmızı otaq” uğurlu alın dıq -

dan sonra Filsen universitet kafedrasından istefa

verərək özünü şüa müalicəsinin tibbi aspekt -

lərinin öyrənilməsinə həsr etmişdir. Bu sahədə

onun 1893–1894-cü illərdə çap etdir diyi  məqa -

lələr ona ciddi tədqiqatçı nüfuzu qazan dırmışdır.  

Tədqiqatlarının sərhədlərini genişləndirən

Filsen seçdiyi süni işıq mənbəyi olan qövsşə killi

kömür lampası vasitəsilə eksperi 

ment 

lərini


davam etdirməyə başlayır. O, aydınlaşdırmaq

istəyirdi ki, bu üsul dəri xəstəlikləri içərisində

müalicəyə tabe olmayan adi qurdeşənəyinin (dəri

vərəminin)  müalicəsi üçün effektli ola bilərmi? 

1895-ci ildə “Kopenhagen – elektrik layt

uorks” firmasının cihazlarından istifadə etmək

üçün müqavilə bağlayan tədqiqatçı həkim dəri

vərəminin müalicəsinə başlayır. O, xəstələri 25

A sabit elektrik cərəyanı şiddətində qövsşəkilli

kömür lampasının buraxdığı ultrabənövşəyi

şüalarla hər gün iki saat prosedura dəvət edirdi.

Bir müddətdən sonra dərinin çapılmış nahiyə -

lərində sağalma müşahidə olunmağa başladı.

1896-cı ildə Kopenhagendə Şüa Müalicəsi

İnstitutu yaradıldı və Finsenin özü həmin insti -

tuta direktor təyin olundu. Bu institutda minimal

dəri zədələnmələrinin müalicəsi üçün ultrabə -

növşəyi şüaların dozasının artırılmasına imkan

verən Finsen qövsşəkilli vannaları ilə müalicə

metodları işləndi. Son 5 ildə dəri vərəmi

xəstəliyindən əziyyət çəkən 800 xəstə Finsen

İnstitutunda müalicə kursu keçdilər. Xəstələrin

50 faizində tam sağalma, 45 faizində isə qismən

sağalma müşahidə olundu. Finsenin “gələcəkdə

Danimarkada bu növ xəstəlik olmayacaq” fikri

öz təsdiqini tapmağa başladı. 

1903-cü ildə Nils Finsen “tibb elminin

qarşısında geniş üfüq açan işıq şüasının köməyi

ilə xəstəliklərin, xüsusilə dəri vərəminin müali -

cəsi sahəsindəki mühüm işlərinə görə” fiziolo -

giya və tibb sahəsində Nobel mükafatına layiq

görüldü. 

Karolin İnstitutunun əməkdaşı K.Merner

təntənəli mərasimdə bunları söylədi:  “Bu metod

irəliyə doğru atılmış nəhəng addımdır. Finsen

tibb sahəsində elə bir uğura imza atdı ki, bu iş

tibb elminin tarixində heç vaxt unudulmayacaq”. 

Böyük tədqiqatçı həkim Finsenin xəstəliyi

ona təntənəli mərasimdə iştirak etməyə və nitq

söyləməyə imkan vermədi. Xəstəliyinin daha da

kəskinləşməsinə baxmayaraq, o, sonadək günəş

şüasının müalicəvi xassəsinə inanaraq

Kopenhagendəki evinin damında günəş şüaları

qəbul etmək üçün xüsusi vanna quraşdırmışdı.  

Finsen 43 yaşında Kopenhagendə dünyasını

dəyişdi. 

O, qısa, lakin məhsuldar ömründə Dani 

-

marka, İslandiya, Almaniya, Rusiya və s. ölkə -



lərin nüfuzlu elm cəmiyyətlərinə üzv seçil mişdir.

Edinburq Universitetində oxuduğu mühazi rə lə rə

görə isə Kameron mükafatına layiq görül müşdür. 

Finsenin günəş işığının müxtəlif şüalarının

müalicəvi təsiri haqqında böyük kəşfi bir çox

yeni kəşflərin yaranmasına, təbabətin imkan -

larının genişlənməsinə yol açmışdır. Maraqlısı

odur ki, dünyada analoqu olmayan müalicəvi

Naftalan neftindən alınan Ağ Naftalan yağının

dəri xəstəliklərində, dayaq-hərəkət aparatı xəstəliklə -

rinin müalicəsində ultrabənövşəyi şüa larla birgə

istifadəsinin çox yüksək müali cəvi effekt verdiyi

Azərbaycan alimləri tərəfin dən aşkar olun muş -

dur və hazırda tibdə bu birgə müalicə üsulu geniş

istifadə edilir.  

E.Əliyev

38

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




39

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013

Con Bernal (10 may 1901 – 15 sentyabr 1977)

ingilis fiziki və elm tarixçisidir. Kembric və

London universitetlərinin professoru,  London

Kral Akademiyasının üzvü seçil mişdir. Əsas elmi

işləri fizika, kristalloqrafiya və biokimya

sahələrində olmuşdur. 

Bernalın elmə maraq dairəsi çox geniş

olmuşdur. O, elmşünaslığın əsasını qoyan nəhəng

alim lərdən biridir. Elmşünaslıq – elmin funk sional

qanunauyğunluqlarını və inkişafını, elmi fəaliy -

yətin strukturu və dinamikasını, elmin cəmiyyətin

material və mənəvi sferalarına təsirini, onun ictimai

proseslərdəki rolunu öyrə nən tədqiqat sahəsidir.

Bernal “Elm və cəmiy yət”, “Elmin sosial funk -

siyası”, “Cəmiyyət tarixində elm” əsərlərində elmin

fəl 


səfi mahiy 

yəti, elmlərarası əlaqələr, elmin

ictimai inkişafa təsiri məsələlərini tədqiq etmişdir.

Bernal  elmi-texniki inqilab konsepsiyasının yara -

dı cılarından  biridir. 

Bernalın böyük Azərbaycan alimi Xudu

Məmmədov haqqında  fikri:

Elmin cəmiyyətin inkişafındakı rolu danıl 

-

mazdır. XX əsrin əvvəllərindən başlayaraq elm



artıq nəzərə çarpmayan şəkildə və tədricən inki şaf

etmir, tez və sıçrayışla inkişaf edir. Bizim sivi li -

zasiyanın strukturu məhz elmin hesabına güclü

şəkildə dəyişmiş və dəyişməkdə davam edir. Təkcə

XX əsrin kəşfləri cəmiyyətin simasını əsaslı şəkildə

dəyişmişdir. Buna görə də elmin inkişaf tarixinin

cəmiyyətə təsirini öyrənmək olduqca maraqlıdır.

Böyük elm tarixçisi ingilis alimi Jon Bernalın bu

sahədəki tədqiqatları aktuallığını itirməyib.  Bernal,

haqlı olaraq, elmə institut, metod, biliklərin

toplanması ənənəsi, istehsalın inkişaf faktoru, sülhə

bəşəriyyətin inkişafına təkan verən faktorlar kimi

baxırdı.  

Elm institut kimi

Bernal yazırdı: “Elmin inkişafının nəticəsində

milyonlarla insan elmi özlərinə sənət kimi seçdilər.

Özü-özündə “elm”in (“science”) bir o qədər qədim

tarixi yoxdur”. İlk dəfə 1840-cı ildə özünün

“İnduktiv elmlərin fəlsəfəsi” əsərində (“scientist”)

elm sözünü işlədən ingilis filosofu Uilyam Uevell

yazırdı: “Bizə mütləq elmlə məşğul olan adamlara

bir ad seçmək lazımdır. Mən onlara “alim”

deyirəm”. Bizim təsəvvürümüzdə bu insanlar bir-

birilərindən ayrı düşüblər.  Onların bir qismi qapalı

laboratoriya 

larda çalışır, digərləri mürəkkəb

hesablamalar və isbatlarla məşğul olurlar. Bizə elə

gəlir ki, onların istifadə etdikləri dili yalnız onların

Ъон Берналын 

елм тарихи

..Dünyanın elm nəhəngi ingilis alimi Con Bernal 1953-cü ildə

Moskvada keçirilən elmi konfransda öz “dahi tələbəsi” haqda guya söz

tapa bilməyən rus akademikinə belə demişdir: 

“Bizdəki (Britaniya) və sizdəki (SSRİ) “təqaüdçü” kristalloqrafların

həll edə bilmə diklərini Sizin 25 yaşlı “pioner” tələbəniz – cənab Xudu

Məmmədov həll etmişdir!”  Beləliklə, Xudu Məmmədova 25 yaşında böyük

alim titulu verdilər.





Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə