bunlarda 25 min elmi əməkdaş çalışır.
Bu ölkə
beynəlxalq elmi kooperasiyada aktiv iştirak edir.
Avropa İttifaqının çərçivə proqramında onun
hesabına 1000-dən çox tədqiqat layihəsi daxildir.
Avstriya universitetlərinin dünya universitetlə -
rinin reytinq cədvəllərində tutduqları mövqenin
zəif görünməsini bu ölkədəki elmi tədqiqat
institut larının inkişafı əvəz edir.
XIX və XX əsrlərdə Avstriyada yerləşən böyük
elm mərkəzləri dünyaya çoxlu alimlər bəxş edib.
Fizika və kimya sahəsində;
Lyudviq Bolsman (20.02.1844
I–05.09.1906)
– statistik mexanikanın və molekulyar-kinetik
nəzəriyyənin banisi, onun həm də əsasən
dielektrik sabitlər, qazların kinetik nəzəriyyəsi,
termodinamika və optika sahələrində də işləri
olmuşdur.
Ernest Max (18.02.1838–19.02.1916) – fizik
və filosofdur. Eşitmə və görmə proseslərinin
öyrənilməsində məşhur işlərin müəllifi olmuş,
aerodinamik hadisələri dərindən öyrənmişdir. O,
xüsusi dalğa proseslərini öyrənməsi nəticəsində
zərbə dalğaları adlanan dalğaları kəşf etmişdir.
Onun ətalət nəzəriyyəsi Max qanunu kimi elmi
dövriyyəyə daxil olub.
Viktor Hess (24. 06.1883–17.12.1964) – Əsas
işləri radioaktivlik və kosmik şüaların tədqiqatı
olmuşdur. Bu tədqiqatlar nəticəsində Viktor Hess
və Karl Anderson pozitronu kəşf etmişlər. 1936-cı
ildə onların hər ikisi fizika üzrə Nobel mükafa -
tına layiq görülmüşlər.
Kristian Doppler (29.11.1803–17.03.1853) –
əsas işləri optika və akustika sahələrində
olmuşdur. Doppler effektinin müəllifidir. Bu
effekt radarlarda istifadə olunur.
Yohan Loşmidt (15.03.1821–08.07.1895) –
fizik və kimyaçı. Əsas işləri termodinamika və
elektrodinamika sahələrində olmuşdur. 1861-ci
ildə benzolun halqaşəkilli strukturunu vermişdir.
Kurt Hedel (28.04.1906–14.01.1978) –
məntiqçi, riyaziyyatçı və riyaziyyat fəlsəfəçisidir.
Natamamlıq haqqında nəzəriyyənin yaradıcısıdır.
Avstriya alimləri atom fizikası və kvant
mexanikasının inkişafına böyük töhfələr
vermişlər:
Ervin Şredinger (12.08.1887–04.01.1961) –
dalğa tənliyinin kəşfi ilə kvant fizikasına mühüm
töhfə vermişdir. Bu tənlik dalğa funksiyasının
davranışını və subatom sistemlərinin dalğaya
bənzər xassələrini təsvir edir. Pol Dirakla birgə
1933-cü ildə fizika üzrə Nobel mükafatına layiq
görülmüşlər.
Volfanq Pauli (25.04.1900–15.12.1958) – 20
yaşında Ensiklopediya üçün nisbilik nəzəriy
-
yəsinə aid 200 səhifəlik məqalə yazmışdır. Kvant
fizikasında qadağa prinsipini kəşf edib. Bu
işlərinə görə 1945-ci ildə fizika üzrə Nobel
mükafatına layiq görülüb.
Liza Meytner (7.11.1878–27.10.1968) –
radioaktivlik və nüvə fizikası sahəsində tədqiqat -
çıdır. Böyük fiziklər Qan və Ştrassman sübut
etmişdilər ki, uranı neytronlarla bombardman
etdikdə barium əmələ gəlir. Meytner bu cür
çevril mənin fiziki xassələrini tədqiq etdikdən
sonra fizika üçün yeni olan nüvənin bölünməsi
anlayışını təklif etmişdir. Onun şərəfinə 109-cu
element Meytner adlandırılmışdır.
Fəlsəfə sahəsində:
Lyudviq Vitgenşteyn – analitik fəlsəfənin
banisidir.
Karl Popper – filosof və sosioloq, elm
fəlsəfəsinin yaradıcılarıdan biridir.
Tibb və psixologiya sahəsində:
Bu sahə Avstriya alimlərinin şöhrət qazandığı
mühüm istiqamətlərdən biridir. Şərq tibb elminin
banisi İbn Sina hesab olunduğu kimi, Qərbdə
Paraselsin (11.11.1493–24.09.1541) adı çəkilir.
Parasels “Böyük cərrahiyyə” əsərinin müəllifidir.
O, dövrünü qabaqlayaraq sifilisi müalicə etmiş,
mədən fəhlələrinin peşə xəstəliyi silokozun
yaranma səbəblərini tapmış və ilk dəfə zob
xəstəliklərinin içməli suyun tərkibindəki mineral
maddələrlə əlaqəsini aşkarlamışdır.
Karl Landşteyner (14.06.1868–26.06.1943) –
həkim, kimyaçı, immunoloq, infeksionist. Qan
qruplarının kəşfinə görə 1930-cu ildə Nobel
mükafatına layiq görülüb.
Teodor Billrot (26.04.1829–06.02.1894) –
cərrah, müasir abdominal (qarın boşluğu) cərra -
hiyyəsinin təsisçisi. Qarın boşluğu divarla rını və
üzvlərini örtən seroz qişasının müasir əməliyya -
tının atası. T.Billrot, həmçinin həvəskar musiqiçi
və İohann Bramsın yaxın dostu kimi də məşhur dur.
57
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
Elm və təhsil rubrikası
Klemens fon Pirke (12.05.1874–28.02.1929) –
həkim, mikrobiologiya və immunologiya
sahələrində mühüm işlərin müəllifi. Pirke
reaksiyasına görə dəridəki çapığa tuberkulin
damcısı daxil edildikdə dəridə qırmızı ləkə
yaranırsa, bu, xəstənin vərəmə tutulmasını
təsdiqləyir.
Anton Eyzelberq (31.07.1860–25.11.1939) –
Teodor Billrotun (müasir abdominal cərrahiy -
yənin yaradıcısı) tələbəsi olmuşdur. Utrext və
Köniqzberq Universitetində tibb professoru kimi
çalışmışdır. Daha sonra Vyana Universitetinin ilk
cərrahiyyə şöbəsinin başçısı seçilmişdir. O,
neyrocərrahiyyənin ilk yaradıcılarından biri hesab
olunur. 1910-cu ildə Avstriyada xərçəng xəstəliyi
üzrə tədqiqat institutunun yaradıcıla rın dandır.
İqnas Filipp Zemelvays (01.07.1818–
13.08.1865) – macar həkim mama-ginekoloqu,
professor, aseptikanın (yaranı mikroblardan
qorumaq üçün yaraya toxunacaq şeyləri fiziki
vasitələrlə dezinfeksiya etmə) yaradıcıların dan dır.
1855-ci ildən Budapeşt Universitetinin professoru
olmuşdur. O, həkimlərə əllərini xlor məhlulu ilə
dezinfeksiya etməyi tövsiyə etməklə doğum
evlərində ölüm faizini xeyli aşağı salmışdır.
Onun heykəlində “Qadınların xilaskarı” sözləri
yazılıb.
Robert Barani (22.04.1876–08.04.1936) –
həkim otorinolarinqoloq, 1914-cü ildə fiziologiya
və tibb üzrə Nobel mükafatına layiq görülmüşdür.
Erik Kandel (07.12.1928) – neyrobioloq,
biokimyaçı, 2000-ci ildə “əsəb sistemində
siqnalların ötürülməsi” ilə bağlı etdiyi kəşfə görə
fiziologiya və tibb sahəsində Nobel mükafatına
layiq görülmüşdür.
Psixologiya sahəsində:
Ziqmund Freyd (06.05.1856–23.09.1939) –
dünya səviyyəli məşhur psixiatr, psixoanalitik
məktəbinin banisi, psixologiyada terapevtik istiqa -
mətin banisi
Alfred Adler (07.02.1870–28.05.1937) –
psixoloq, psixiatr, “individual psixologiyanın” banisi
Paul Vaslavik (25.07.1921–31.03.2007) –
psixoterapevt və psixoloq, radikal konstrukti -
vizmin banisi
Viktor Frankl (26.03.1905 – 02.09.1997) –
psixiatr, psixoloq, Vyana psixoterapiya məktə -
binin banisi
Vaqner fon Yulius (07.03.1857–27.09.1940) –
psixiatr, nevroloq. 1927-ci ildə fiziologiya və tibb
üzrə Nobel mükafatı laureatı
Biologiya sahəsində:
Qreqor Mendel (22.07.1822–06.01.1884) –
bioloq və botanik, genetikanın atası
Konrad Lorens (07.11.1903–27.02.1989) –
müasir etologiyanın (heyvanların davranışını
öyrənən elm) banisi, 1973-cü ildə fiziologiya və
tibb üzrə Nobel mükafatı laureatı
İqtisadiyyat sahəsində:
Avstriya İqtisadiyyat Məktəbi dünyanın
aparıcı məktəblərindən biridir. Bu məktəbin
yaradılmasında Karl Menqer, Yozef Şumpeter,
Lyudviq fon Mizes, Fridrix fon Hayekin (Nobel
mükafatı laureatı) müstəsna rolu olmuşdur.
Texnika sahəsində:
Ferdinand Porşe (11.12.1935–05.04.2012) –
Onun ən tanınmış ixtirası Birinci Porsche 911
olub. O, məhsulun xarici görkəminin yaxşılaş -
dırıl ması hərəkatının banisidir. Porşe özünü heç
vaxt dizayner və rəssam hesab etmirdi. O,
maşınların xarici görkəminin formalaşdı rılması
istiqamətində çalışan ən istedadlı texnika ustası
kimi tarixdə qalacaq.
Ziqfird Markus (18.09.1831–30.07.1898) –
benzin mühərriklə işləyən ilk avtomobilin
ixtiraçısıdır. Onun ixtira etdiyi maqnit-elektrik
alışması sonradan daxili yanma mühərriklərində
istifadə olunmuşdur.
Elm sahəsində böyük kəşflərə imza atmış
böyük alimlər və ixtiraçılar Avstriya Elmlər
Akademiyasında çalışmışlar. Məhz belə alim və
ixtiraçıların hesabına Avstriya Elmlər Akadem iyası
öz nüfuzunu qoruyub saxlamışdır. Avstriya və
digər ölkələrin təcrübəsi göstərir ki, Elmlər
Akademiyası kimi elm mərkəzləri dövlət və
alimlər icması tərəfindən qorunub saxlanmalı və
inkişaf etdirilməlidir.
A.Tağıyeva
58
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
Elm və təhsil ruprikası