59
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
İnformasiya və biliklərin əldə edilməsi,
işlənməsi və məqsədyönlü istifadəsində insanın
zehni qabiliyyətinin məhsulu olan intellektin
ümumi qəbul olunmuş tərifi hələ ki yoxdur. İnsan
intellektinin öyrənilməsinin erkən tarixindən
başlayaraq günümüzə qədər bu xüsusi qabiliyyət
növü müxtəlif mənbələrdə və tədqiqatlarda fərqli
şəkildə təsvir və izah edilir. Ənənəvi olaraq Şərq
düşüncə tərzində hissin, Qərb düşüncə tərzində
isə intellektin aparıcı rol oynadığı ön plana
çəkilir. Əslində isə ağıl və hiss bir-birini
tamamlamasa, məqsədə çatmaq mümkün deyil.
Cübran Xəlil Cübranın Peyğəmbərin dili ilə
dediyi kimi, hiss və ağıl həyat gəmisinin yelkəni
və sükanı kimidir. Biri hərəkətə gətirir, digəri isə
– istiqamətləndirir.
Adi danışıq dilində intellekt “ağıl” anlayışına
uyğun gəlir. Bu anlayış elmi istilah kimi qəbul
edilmədiyindən onun dəqiq əhatə dairəsi
müəyyənləşdirilməmişdir və yerindən asılı olaraq
fərqli mənalarda işlədilir.
Fəlsəfi ədəbiyyatda “intellekt“ anlayışı
müxtəlif dövrlərdə müxtəlif mənalar daşımışdır.
Qədim yunan fəlsəfəsində (Platon və Aristotel)
intellekt insanı bütün digər varlıqlardan fərqlən -
dirən əsas xüsusiyyət, ilahi başlanğıcın əlaməti
kimi qiymətləndirilir. Əgər duyğu, qavrayış bir
sıra digər canlı orqanizmlər üçün də səciy yə vi -
dirsə, intellekt yalnız insana məxsusdur. Həm də
intellekt adi düşüncədən, elementar abstrak siya
qabiliyyətindən yüksəkdə durur. Platona görə,
insan nəsnələrin əsasında dayanan anlayışları
dərk etməklə ideyalar aləminə yaxın laşa bilər ki,
bu da intellektual qabiliyyət adlanır. Yəni intellekt
nəsnələrin hissi qavrayışından asılı olmadan –
fövqəlhissi surətdə dərk olunmasıdır.
Kant və Hegel isə intellekt anlayışını adi
mühakimə qabiliyyəti, abstrakt-analitik düşüncə
tərzi mənasında işlətmiş, onu zəka ilə müqa -
yisədə təfəkkürün nisbətən aşağı pilləsi kimi başa
düşmüşlər. Buraya əsasən formal məntiq prinsip -
ləri, 2+2=4 qətiyyəti aid edilir.
“Oxford Dictionary of Psychology Intelli -
gence” lüğətində intellekt anlayışı koqnitiv qabiliy -
yət kimi açıqlanır. Amerika psixoloqu R.Sternberq
intellekti real mühitə uyğunlaşmaq, bu mühitdə
seçim etmək, onu formalaşdırmaqdan ibarət mental
fəaliyyət hesab edir. Ümumilikdə isə intellekt fəal
və mürəkkəb idrak əməliyyatı sistemi olub, yalnız
həll edilən məsələlərin mürəkkəbliyi ilə deyil,
insan fəaliyyətinin istiqaməti, motiva
siya
ların
xarakteri ilə müəyyən olunur.
İntellekt səviyyəsinin öyrənilməsi və ölçül -
mə sinin metodlarına dair müxtəlif nəzəriyyələr
mövcuddur. Bu sahədə ilk təşəbbüs və tədqiqat
görkəmli fransız psixoloqu Alfred Bineyə məx -
sus dur. Binenin təklif etdiyi şkalada intellektin
göstəricisi kimi test tapşırıqlarının uğurlu şəkildə
yerinə yetirilməsi ilə təyin olunan əqli yaş həddi
İntellekt, yoxsa
cəmiyyətlə insan beyni
arasındakı dəhliz?
çıxış edir. Əqli cəhətdən geri qalan uşaqların
intellektini öyrənən A.Bine bu problemi həll
etmək üçün olduqca maraqlı yol seçdi. Bunun
üçün uşaqlar tərəfindən uğurla həll edilməsi
mümkün olan xüsusi tapşırıqlar hazırlayıb ondan
istifadə etməyi təklif etdi. Onların vasitəsilə uşaq -
ların əqli inkişaf səviyyəsini ölçmək mümkün
oldu. A.Bine digər fransız psixoloqu T.Simonla
birlikdə müxtəlif yaşlı uşaqların diqqə
tini,
hafizəsini, təfəkkürünü və s. öyrən məyə başladı.
Nəticədə yeni – Bine-Simon testləri yarandı. Bu
testologiyada yeni istiqamət oldu. Bu testlə yoxla -
nılan uşaq öz həmyaşıdları tərəfindən yerinə
yetirilən tapşırıqları həll edə bilirdisə, o, normal
bilikli uşaq hesab edilirdi. Sınaq uşağın xronoloji
yaşına uyğun gələn tapşırıqların yerinə yetirilmə -
sindən başlanmışdır. Bu zaman böyük yaş həddi
üçün də test tapşırıqları təklif olunmuşdur. Lakin
bir sıra hallarda həmin testlər öz asanlığı və ya
çətinliyi ilə seçilirdi. Bu sahədə aparılan tədqi -
qatlar nəticəsində testologiyada xronoloji yaş –
CA (chronological age) anlayışı ilə yanaşı əqli
yaş – MA (mental age) anlayışından da istifadə
olunmağa başlandı. Onların bir-birinə uyğun
gəlməməsi ya əqli geriliyin (MA CA-dan aşağı
olanda), ya da istedadın (MA CA-dan yüksək
olanda) göstəricisi hesab olunurdu.
1912-ci ildə V.Ştern onların nisbətini intel lekt
əmsalı – IQ (intelligence quotient – intellekt
əmsalı) adlandırdı. IQ – göstəriciləri insanın yaş
fərqləri və fərdi qabiliyyətlərini ölçən testlər
toplusudur. Ən çox istifadə olunan metodlardan
biri olan IQ -standart məntiqli tapşırıqların müəy -
yən zaman ərzində həll edilərək 100 ballı şkala
ilə qiymətləndirilməsidir. Bu testlərə verbal-
linqvistik, məntiqi-riyazi, vizual-fəza qabiliy
-
yətlərinə aid tapşırıqlar daxil edilir. Müxtəlif
ölkələrin universitetlərində
intellektin fərqli
sahələrinə və emosional intellektə aid testlər
yaradılmışdır. Emosional intellektə aid testlərə
müxtəlif affektləri təsvir edən və situasional
suallar daxil edilir. Bu suallara cavablar “heç razı
deyiləm”..., “tamamilə razıyam” şkalası üzrə
verilir (məsələn, Albert Eynşteynin IQ göstəricisi
200 idi).
İnsan intellektinin öyrənilməsinə ingilis
polimat (müxtəlif sahələrdə geniş biliklərə malik
adam), antropoloq, psixometriya üzrə mütəxəssis
F.Qaltonun tədqiqatları ilə başlanmışdır. Qalton
dövrünün qabaqcıl adamlarının bioqrafiyalarını
araşdıraraq qabiliyyətlərin irsən keçməsini
öyrənmək üçün tədqiqatlar apardı. O, bu tədqi -
qatı 1869-cu ildə yazdığı “Hereditary Genius”
kitabında təsvir etdi. Bir neçə il sonra Qalton
öyrəndiyi sahəyə aid sorğu tərtib etdi və onu
“Kral Cəmiyyəti”nə daxil olan elm adamlarına
göndərdi. Keçirdiyi bu sorğu ilə o respondentlə -
rinin ailələrinə xas cəhətlərlə (dünyaya gəlmə
sırası, məşğuliyyət, irq) onların elmə maraqları
arasındakı əlaqənin olub olmadığını müəyyənləş -
dirməyə çalışdı. Araşdırmaların nəticəsi kimi o,
1874-cü ildə “English men of science: their
nature and nurture” (İngilis elm adamları: onların
təbiəti və tərbiyəsi) kitabını nəşr etdirdi. Bu
tədqiqatla o, şəxsiyyətin formalaşmasında irsiy -
yətin, yoxsa ətraf mühitin (nature versus nurture
– təbiət tərbiyəyə qarşı) daha mühüm və real rol
oynaması sualını qoydu. Həmçinin Qalton ilk
olaraq müxtəlif fiziki və mental göstəricilər
əsasında korrelyasiyanı da ölçmüş oldu.
Beləliklə, Qaltonun bu tədqiqatları ilə intellektin
öyrənilməsinin əsası qoyuldu. O, ilk dəfə nüma -
60
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013