dəki yüksəkixtisaslı
mütəxəssislərə ötürülə
bilir və tibb müəssisəsinin arxivinə yüklənir.
Klinikanın hər cür lazımi avadanlıq, o
cümlədən yumşaq və bərk inventarla təchiz
edilmiş palataları müasir səviyyədədir.
Binanın müxtəlif mərtəbələrində palatalar
fəaliyyət göstərəcəkdir.
Bu tibbi mərkəzdə tələbələrin, rezident -
lərin və doktorantların təhsili və biliklərini
artırmaları üçün mühazirə zalı, müxtəlif
sahələrə aid təcrübə laboratoriyası vardır.
Gənc mütəxəssis hazırlığını dünya standart -
ları səviyyəsində aparmaq üçün MDB
məkanında analoqu olmayan təcrübə labora -
to riyalarında anatomik, funksional və mulyaj
simulyantlar quraşdırılmışdır. Buradakı bir
çox avadanlığın üstünlüyü ondadır ki, bu
cihazlara kompyuterə yüklənmiş məlumat -
larla yanaşı, xəstənin də maqnit rezonans,
rentgen, kompyuter tomoqrafiyasından alınan
görüntülərini yükləmək olur. Dünyanın yalnız
bəzi aparıcı ölkələrinin tibb müəssisələrində
olan bu avadanlıq tələbələrin nəzəri və
praktiki biliklərini təkmilləşdirməkdə müstəsna
əhəmiyyətə malikdir. Klinikanın bütün
avadanlığı tibb elminin ən son nailiyyətlərinə
cavab verir və yerli “ARASH Medical”
şirkəti tərəfindən quraşdırılmışdır.
Klinikanın açılışında Azərbaycan Respub -
likasının Prezidenti İlham Əliyev cənabları
çıxış etmişdir:
Prezident İlham Əliyevin çıxışı:
– Bu gün çox əlamətdar bir gündür. Biz
Bakı şəhərində Azərbaycan Tibb Univer
-
sitetinin Tədris-Cərrahiyyə Klinikasının açılı -
şına toplaşmışıq. Bu gözəl hadisə münasi bətilə
sizi ürəkdən təbrik edirəm. Azərbaycan Tibb
Universitetinin bütün professor-müəllim
heyətini, bütün tələbələri təbrik edirəm.
Gözəl mərkəzdir, gözəl tibb ocağıdır. İndi
mərkəzin müxtəlif bölmələri ilə tanış oldum.
Bir daha görürəm ki, Azərbaycanda artıq
səhiyyə sahəsində işlər ən yüksək səviyyədə
görülür.
Xatırlayıram ki, üç il bundan əvvəl bu
klinikanın təməl daşını qoyduq. O vaxt – üç
il bundan əvvəl Tədris-Terapevtik Klinikanın
açılışını da qeyd etdik. O vaxt rektor və
professor-müəllim heyətinin nümayəndələri
müraciət etmişdilər ki, Cərrahiyyə Klini
-
kasının tikintisinə də ehtiyac vardır. İlkin
olaraq Prezidentin ehtiyat fondundan vəsait
ayrıl
mışdı. Ondan sonra dövlət büdcəsi
hesabına bir neçə il ərzində bu gözəl tibb
mərkəzi yaradılmışdır.
Deyə bilərəm ki, Azərbaycanda son illər
ərzində yaradılmış tibbi mərkəzlər arasında
bu gün bu mərkəzin xüsusi yeri vardır. Öz
gözəlliyi, memarlığı və funksional cəhətləri
ilə seçilən bir klinikadır.
O vaxt belə bir klinikanın yaradılması iki
məqsədi güdürdü. İlk növbədə, qarşıda
Azərbaycan Tibb Universitetində tədris pro -
sesini daha da yüksək səviyyəyə qaldırmaq
məsələsi dayanmışdı. Eyni zamanda bütün
cərrahiyyə yönümlü kafedraları bir yerə
yığmaq məsələsi qarşıya qoyulmuşdu. Biz
buna nail olduq. Eyni zamanda Azərbay
-
canda yeni, müasir tibb mərkəzinin yaradıl -
ması da təmin edilmişdir. Yəni burada həm
təhsil, həm səhiyyə – ölkəmiz üçün vacib
olan iki sahə birləşir. Burada bütün işlər ən
yüksək səviyyədə təşkil edilmişdir. Ən müasir
avadanlıq quraşdırılıb, çox gözəl şərait vardır,
çox gözəl binadır. Həkimlər, tələbələr üçün
burada ən gözəl şərait yaradılmışdır. Belə də
olmalıdır. Çünki Azərbaycan uğurla və
sürətlə inkişaf edir. Ölkə qarşısında duran
bütün vəzifələr icra edilir. O cümlədən səhiyyə,
təhsil sahələrində qarşıda duran vəzifələr icra
edilir. Son illər ərzində Azərbaycanda 500-ə
yaxın tibb mərkəzi tikilmişdir. Bu mərkəzlər
ölkəmizin bütün bölgələrini əhatə edir. On
beş şəhərdə diaqnostika mərkəzi yaradıl
-
4
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
5
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
mışdır. Bu gün demək olar ki, ölkəmizin hər bir
yerində keyfiyyətli tibbi xidmət almaq üçün
gözəl imkanlar vardır. Səhiyyənin maddi-
texniki bazası möhkəmlənir, güclənir. Əmi -
nəm ki, yaxın bir-iki il ərzində artıq bütün
şəhərlərimizdə ən gözəl klinikalar yaradıla -
caqdır.
Təkcə son iki həftə ərzində ölkəmizin bir
neçə şəhərində müasir xəstəxanalar açıl
-
mışdır. Deyə bilərəm ki, bölgələrdə, rayon -
larda istifadəyə verilmiş xəstəxanalar da ən
müasir avadanlıqla təchiz edilir və ən yüksək
standartlara malikdir.
Azərbaycan Tibb Universiteti ölkəmizdə
həkim kadrların hazırlanmasında xüsusi rol
oynayan ali məktəbdir. Bu ali məktəbin böyük
tarixi, gözəl ənənələri və əminəm ki, gözəl
gələcəyi vardır. Çünki bu gün müstəqil Azərbay -
canda səhiyyə sahəsinə ayrılan xərclər artır,
səhiyyənin maddi-texniki bazası möhkəm -
lənir. Belə olan halda, əlbəttə ki, tibbi xidmə -
tin səviyyəsi də artmalıdır.
Universitetdə çox böyük təcrübəyə,
biliklərə malik olan professor-müəllim heyəti
vardır. Əlbəttə ki, sizin bilikləriniz gənc nəslə
ötürülür. Elə etməliyik ki, gənc nəsil, gənc
həkimlər dünyada səhiyyə sahəsində gedən
bütün prosesləri yaxından izləyə bilsinlər.
Bunu etmək üçün burada imkanlar, kompyu -
ter otaqları vardır. Əminəm ki, müxtəlif ali
məktəblərlə canlı bağlantı da yaradıla bilər.
Əməliyyatların izlənməsi üçün gözəl şərait
vardır.
Beləliklə, bizim gənc həkimlərimiz dün -
yada səhiyyə sahəsində gedən bütün mütə -
rəqqi yenilikləri bilməlidirlər. Çünki bu gün
dünyada səhiyyə elmi çox sürətlə inkişaf edir.
Siz həkimlər bunu hamıdan yaxşı bilirsiniz.
Bu gün vaxtilə müalicəsi mümkün olmayan
bir çox xəstəliklər əgər vaxtında aşkarlanarsa
müalicə edilir. Diaqnostika cihazları, o cüm -
lədən burada quraşdırılan kompyuter tomoq -
rafları, MRİ, müasir rentgenlər imkan verir
ki, istənilən xəstəlik ilkin mərhələdə aşkar -
lan sın və düzgün diaqnoz qoyulsun. Artıq bu
cihazların mövcudluğu düzgün diaqnozun
qoyulmasında da mühüm bir addımdır və
əlbəttə ki, müalicə də düzgün aparılmalıdır.
Yəni dünya səhiyyə elminin uğurlu
inkişafı insanların sağlamlığına bilavasitə bir
töhfədir. Biz çalışmalıyıq ki, dünyada bu
sahədə gedən ən son yeniliklər, ixtiralar
Azərbaycanda da tətbiq olunsun. Biz buna
hazır olmalıyıq. Yaradılan maddi-texniki
baza, müasir avadanlıq belə imkanları verir.
Həkimlərin peşəkarlığı, bilikləri artmalıdır.
Həkimlər daim öz fəaliyyətləri, işləri ilə elə
etməlidirlər ki, daha da bilikli olsunlar. Elə
edək ki, Azərbaycanda istənilən ən ağır
əməliyyat aparıla bilsin. Son illərdə deyə
bilərəm ki, biz buna nail ola bilmişik. Çünki
bu gün Azərbaycanda ən ağır ürək-damar
əməliyyatları, orqan transplantasiyaları apa -
rılır. Ancaq sirr deyil ki, bəzi insanlar, xüsu -
silə imkanlı insanlar müalicə üçün hələ də
daha çox xaricə üz tuturlar. Biz elə bir vəziy -
yət yaratmalıyıq ki, buna ehtiyac olmasın.
Azərbaycanda ən yüksək tibbi xidmət, ən
yüksək peşəkarlıq olmalıdır. Mən əminəm ki,
birgə səylər, həm dövlət tərəfindən aparılan
siyasət, yeni tibb ocaqlarının yaradılması,
müasir avadanlığın mövcudluğu və həm də
həkimlərin peşəkarlığı, təkmilləşməsi bizi bu
məqsədə nail olmağa gətirib çıxaracaqdır.
Bu yaxınlarda mən təhsillə bağlı fikir -
lərimi bildirdim. Bir daha demək istəyirəm,
elə etməliyik ki, bizim gənclər xaricə oxu -
mağa getməyə ehtiyac duymasınlar. Azərbay -
canda təhsilin səviyyəsi elə olmalıdır ki,
bura da ən yüksək təhsil almaq üçün imkan
olsun. Səhiyyə sahəsində də, həmçinin biz o
səviyyəni əlbəttə ki, təmin etməliyik. Əmi -
nəm ki, biz buna nail olacağıq. Çünki son
illərdə səhiyyə sahəsində aparılan islahatlar