adı arasında bir paradoksallıq vardır. Belə ki,
“qeyri-şüuri” əslində insanın iç dünyasının ən ali
təzahürü, ən yüksək pilləsidir.
“Qeyri-şüuri” idrak fəaliyyəti olduqca böyük
miqyaslı, mürəkkəb bir psixi-fizioloji prosesin
nəticəsidir ki, onun ideal konstruksiyasını, mode -
lini qurmaq, onun gedişini izləyə bilmək müasir
imkanlar daxilində deyil. Biz yalnız bu fəaliyyət
sayəsində alınan informasiya ilə yeni məlumatla
tanış oluruq, bütün naməlum idraki əməliyyat isə
“qeyri-şüuri”, “sövq-təbii” anlayışlar ilə ifadə
olunur. Beyinin sövq-təbii “intellektual” fəaliyyə -
tinin nəticəsi artıq intellekt yox, yeni keyfiyyətli
hadisə kimi təzahür edir ki, bunu da xarakte rin -
dən asılı olaraq emosiya, hiss, fəhm adlandırırlar.
Duyğunun, hissin ikinci, yüksək mənası adi
danışıq dilində və ədəbiyyatda da geniş yayıl -
mışdır. Məsələn, S.Vurğun “dünən bir duyğusuz
soruşdu məndən”, – deyərkən “duyğu” anlayışı
bilavasitə inikas anı kimi deyil, yüksək
“intellektual” (əgər belə demək mümkündürsə)
duyğu mənasında işlədilir. Yaxud hissin ikiməna -
lılığına uyğun olaraq həssaslıq sözü də iki mənada
işlədilir. Həssaslıq – duyğu üzvlərinin yaxşı inki -
şafı; iti görmə, yaxşı eşitmə, iybilmə qabiliyyəti
və s. kimi və həssaslıq – situasiyanı qeyri-şüuri
olaraq düzgün qiymətləndirmək, sövq-təbii
olaraq ən optimal çıxış yolu tapmaq və s. kimi.
“Qeyri-şüuri” anlayışı həm estetik, emosional
hadisələri, həm də elmi idrakın bir məqamı olan
intuisiyanı əhatə edir. Azərbaycanca adi danışıq
dilində emosiya və intuisiya terminlərinə hiss
(“intellektual hiss” mənasında) və fəhm sözləri
uyğun gəlir. Bunlar idrakın keyfiyyətcə fərqli
sahələri olsa da, təbiətləri etibarilə bizə bəlli
olmadıqlarından hər ikisi “qeyri-şüuri” adı altında
ümumiləşdirilir.
Belə bir fakt da maraqlıdır ki, ayıq vəziyyətdə
(ağlın, intellektin istiqamətlənmiş fəaliyyəti) həll
oluna bilməyən bir sıra problemlər yarıyuxulu
vəziyyətdə asanlıqla həll olunur; bu vəziyyətdə
gözlənilməz kəşflərin sayı daha çoxdur.
Tədqiqat göstərir ki, insan yatarkən beyinin
fəaliyyəti nəinki dayanmır, əksinə, onun ən
intensiv fəaliyyət dövrü bu vaxta düşür. İnsan
kənardan heç bir informasiya almadığı və
məntiqi təfəkkürün fəaliyyəti dayandığı bir
vaxtda beyində müstəqil, sərbəst fəaliyyət üçün
imkan yaranır; gündüz alınmış informasiya bir
növ yerbəyer edilir. Bu zaman bütün passiv
hafizə tutumu işə düşür (yuxu hadisəsi də
bununla izah olunur), yeni məlumatlar nə vaxtsa
görülmüş, eşidilmiş və öyrənilmiş olan, lakin
sonralar unudulmuş olan (tam unutma mümkün
deyil – məlumat passiv hala keçməklə beyində
həmişə qalır) məlumatlar, biliklər küllüsü içəri -
sində yerləşdirilir. “Birdən-birə yada düşmək”,
“ağlına gəlmək” və s. məhz belə passiv yerləş -
dirmə prosesində olur; nə vaxtsa axtarılarkən
hələ çatışmayan bir detalın əlavə olunması
sayəsində tam konstruksiya yaranır, o vaxt
yarımçıq qalmış model tamamlanır və s. Yaxud
da gördüyün yeni bir mənzərə, duyduğun yeni
ahəng, struktur və s. axtarılan məsələ ilə qeyri-
şüuri surətdə analogiya yaradılmasına (assosi -
asiya) gətirir ki, bu da yeni “mənzərə”nin daha
mükəmməl olan strukturunun başqa bir modeldə
istifadə edilməsinə imkan yaradır...
Hiss, emosiya qabiliyyətinə malik olmamaq
maşının idrak qabiliyyətinin insan idrakı ilə
63
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
müqayisədə başlıca məhdudiyyətidir. Onun
bütün idrak qabiliyyəti yalnız intellekt pillə
-
sindən ibarətdir. Düzdür, müasir dövrdə robot -
ların ən yeni nəsli – inteqral robotlar “duyğu
üzvləri” ilə də təchiz olunur, süni görmə, eşitmə
və s. imkanlara malik olur və bu baxımdan onla -
rın idrakı intellektlə yanaşı primitiv duyğu mər -
hə
ləsini də əhatə edir. Lakin yüksək duyğu
qabi liy yəti inteqral robotlar üçün də əlçatmazdır.
Cinslərarası intellektual əlaqələr
(gender intellectual relationships)
Son illərdə aparılan tədqiqatların nəticəsinə
görə, qadın və kişilərdə vizual-fəza intellekti
xarakterinə görə fərqlənir. Ümumiyyətlə, intel -
lek
tin bu növündə kişilər daha üstündürlər.
Verbal-linqvistik intellektdə üstünlük qadınlar da -
dır. Son bir neçə on illikdə aparılan müşahidələr
göstərir ki, ayrı-ayrı intellekt sahələrində qadın
və kişilər arasında fərqlər bu 2 qrup üçün tarixən
müəyyənləşmiş məşğuliyyətlərlə bağlıdır. Ənə -
nəvi olaraq kişi sahələri hesab edilən məşğuliy -
yətlərə qadınların getdikcə daha çox cəlb
olunması bu 2 qrup arasındakı intellekt fərqlərini
azaldır.
İntellekt səviyyəsinin yüksəldilməsinin əsas
şərti geniş fəaliyyət sahəsini əhatə edən və
innovativ informasiyanın əldə olunmasıdır.
Bundan başqa insan fövqəladə yaradıcı məhsul -
darlığa və qədim mədəni miraslara yiyələnmə
qabiliyyətinə malik olmağı, öz fəaliyyəti ilə
cəmiyyətin proqressiv olaraq inkişafına təsir
göstərməyi bacarmalıdır. İntellektlərinin inkişaf
səviyyəsinə görə seçilən insanlar cəmiyyətdə
özünəməxsusluq yaradır. Bu özünəməxsusluq və
qabiliyyət istedad formasında inikas edir. Lakin
qabiliyyətlərin yüksək inkişaf pilləsi təkcə
istedadla məhdudlaşmır. Bəzi insanlar öz istedad -
larının yüksək səviyyəsi ilə də fərqlənir və
onların yaradıcı nailiyyətləri cəmiyyətin həya -
tında, mədəniyyətin inkişafında tam bir dövrü,
epoxanı əhatə edir. Bu cür insanlar dahi insan -
lardır. Dahilik şəxsiyyətin elə bir ali yaradıcılıq
səviyyəsidir ki, həmin səviyyəyə yüksələn insan
cəmiyyətin həyatında ağlagəlməz rol oynayır.
Dahi insan, daha obrazlı şəkildə desək, öz
fəaliyyət sahəsində yeni dövr yaradan ümummilli
liderimiz Heydər Əliyev də bu cür şəxsiyyətlər -
dəndir. Dahi insanlar olduqca azdır. Tarixən bu
cür universallığa malik olan dahilərdən Nizami
Gəncəvinin, Nəsirəddin Tusinin, Aristotelin və s.
adını çəkmək olar. Məsələn, Tusi müxtəlif bilik
sahələrində öz əvəzolunmaz nailiyyətləri və
intellekti ilə fərqlənmişdir.
İnsanın bir şəxsiyyət kimi formalaşması,
hadisələrin nəticəsini proqnozlaşdıraraq öz
fəaliy yə tini buna uyğun qurması və müəyyən
sahəni sərbəst interpretasiya edə bilməsi üçün o,
hər zaman axtarışda olmalı, mövcud qabiliyyət
və istedadlarını daha da təkmilləşdirməli və əldə
etdiyi elmi nailiyyətləri cəmiyyətin inkişafı
naminə istifadə etməlidir. Məlumdur ki, həyat
tərzinin müsbət istiqamətdə dəyişdirilməsinin ən
mühüm göstəricilərindən biri informasiyanın
sosial həyatın və fəaliyyətin bütün sahələrində
istifadəsidir. Ona da qeyd edək ki, XXI əsr
informasiyalaşdırma və kompüterləşdirmə əsridir.
İnformasiyalaşmış və yüksək intellektə malik
olan cəmiyyət hərtərəfli inkişaf etmiş bir mədəni
irsə imza atacaqdır...
Zeynəb Hüseynli,
NKPİ-nin əməkdaşı
64
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013