ilində yazırıq.
Əsas akademik tələb odur ki, bir tədris
ilinə 60 kredit topla
malısan. Bir fənnə 3 kredit
verməlisən. İki il müddətinə 20 dərs götürürük və
bunların əsasında imtahan veririk. Bunları uğurla
yerinə yetirənlər məzun olurlar. Nəzarət baxımından
maraqlı məqam ondan ibarətdir ki, dərs ilinin baş lan -
ğıcında müəyyən bir sənəd imzalatdırırlar, yəni sən heç
kimdən köçür mə yə cək sən, başqalarına dürüst yanaşa -
caqsan, şərəf və ləyaqətlə Kolumbiya Universitetini
təmsil edəcəksən. Bu tələbə andı bir cümlədən çox
deyil. Bu mənada mənə maraqlı gələn o oldu ki, artıq
birinci imtahandan heç bir nəzarət sezmədik. Təsəv -
vür edin, bir neçə tələbə imtahan sinfinə daxil olub
həmin andı divara vurub getdilər. Yəni belə sərbəstlik
var. Beləliklə, bundan sonra heç bir imtahanda
nəzarət adlı bir şeyə rast gəlmədik.
– Yəni sərbəstlik və inamlılıq tələbələrdə elmə,
təhsilə daha çox motivasiyalar yaradır?
– Bəli, heç bir qadağa yoxdur. Hətta mən bir tələbə
olaraq universitetin dekanının yanına gedib söhbət
edə bilərəm. Hər həftənin iki günü dekan universitetin
girişində oturur və istənilən tələbə yaxınlaşıb ona
təkliflərini edə bilir. Onlar da bu təkliflər əsasında
yeniliklər və dəyişikliklər edirlər. Məsələn, dərslərin
saatında, müəllimlərdə və sairə.
– Aydın məsələdir ki, Amerika və Böyük Britaniya
universitetləri Boloniya prose sinə qoşul mayıb. Bu
məsələdə həmin universitet lərin tarixi, məktəb -
lərin rolu xüsusi önəm kəsb edir. Ancaq iqti-
sadiyyat üzrə nobelçi lərin 90 faizi ABŞ alimləridir.
Sizin nəzərdə tutduğunuz həmin 60 krediti Har-
vard, Çikaqo uni versi tetlərindən gətirməyə hüqu -
qunuz varmı?
– Bu, təhsil aldığımız universitet ilə həmin təhsil
ocaqları arasında bağlanılan ikili müqavilənin
şərtlərindən asılıdır. Kolumbiya Universitetinin Berkli
Universiteti ilə ikitərəfli müqaviləsi varsa, bir semestr
Berkli Univer si tetində təhsil ala bilərik və bu kreditlər
sayılır. Konkret olaraq, Kolumbiya Universitetinin
Honq-Konq, London Biznes Məktəbi ilə ikitərəfli
müqavilələri var.
– Azərbaycanda bir sıra təhsil ocaqları, məsələn,
Neft Akademiyası, Bakı Dövlət Universiteti, Odlar
Yurdu kimi universitetlərin ixtisaslarında müəy -
yən oxşarlıq var. ABŞ-da necə, belə bir müqayisə
aparmısınızmı?
– Müqayisə aparmamışam, amma təxmin edə bilərəm
ki, Azərbaycanın da ali məktəb
lərində maliyyə,
mühasi batlıq, dil və s. dərsləri keçirilir. Orada da biz
həmin dərsləri keçirik. Məncə, fərq ondadır ki,
Azərbay canda həmin MB proqramı yenidir. 5-10 il
sonra xaricdən müəllim dəvət olunsa, həmin proq -
ram ların keyfiyyəti daha da artacaq. Amma Kolum -
biya Universitetində bu proqram ötən əsrin
əvvəllə rindən keçilir. Yəni 100 yaşı olan ixtisaslar hər
dəfə təkmilləşdirilirsə, bu, inkişafa xidmət edir. Bu
mənada böyük keyfiyyət fərqləri üzə çıxır.
– Siz oxuduğunuz ixtisasın Azərbay canda perspektivini
görürsünüzmü?
– Nəinki Azərbaycan, keçmiş SSRİ respublikalarında,
o cümlədən planlı iqtisadiyyat olan ölkələrdə özəl
sektor hələ yeni-yeni inkişaf edir. Bizim iqtisadiy ya -
tın əsasını dövlət sektoru təşkil etsə də, özəl sektorun
inkişafı artır. Mən bunu görürəm. Əlbəttə ki, biznesin
tətbiq sahəsinin genişlənməsi üçün ölkədə özəl sek-
torun payı daha da artmalı, özəl şirkətlər yeni metod-
larla idarə olunmalıdır ki, onlar rəqabət qabiliyyətli
olsunlar. Həm də şirkətin rəqabət qabiliyyəti onun
işçilərinin keyfiyyəti ilə mütənasibdir.
– Necə hesab edirsiniz, Amerika mühiti iqtisa diy -
yatın əsas paradiqmalarının for
ma
laşma
sında
mühüm rol oynayıb. Yaxın tariximizdə baş verən
iqtisadi böhran hansı fəsadları verdi? Tədris
prosesində böhranlar öyrənilirmi?
– Bu təsir hiss olunubdur. Məsələn, mənim təhsil
aldığım universitetdə maliyyə böhran larını araşdıran
xüsusi dərslər keçirilir. Yəni bu mövzu ABŞ-da çox
aktualdır. Mətbuatda bu barədə geniş müzakirələr
aparılır. Sual olunur, ölkə bu vəziyyətdən çıxa
bilibmi? Biz makroiqtisadiyyat dərsinin hər semestrində
keçmiş böhranların strukturunu araşdır
mışıq.
Ümumiyyətlə, bu, ABŞ-da birinci böhran deyil və bu
ölkə iqtisadiyyatının hər 10 illiyində müəyyən böh -
81
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
Gənc alimlərlə müsahibə rubrikası
ran lar olub. Ən böyük böhran isə Böyük Depressiya
illəri idi. Ondan sonra isə xırda böhranlar, 1970-ci
illərdə neftin qiymətinin kəskin artımı ilə bağlı
böhranlar olmuşdu. Təbii ki, maliyyə böhranının struk -
turunu araşdırmaq üçün xüsusi dərslər keçirilir. Son
böhranın əvvəlkilərdən fərqi odur ki, bu dəfə zaman
bir qədər uzandı. Normalda böhranın müəyyən
zamanı olur, məsələn, 2 yaxud 3 il. Amma 2008-ci
ildən başlanan böhran hələ davam edir, yəni indiki
böhran daha dərindir.
– ABŞ-da ümumi zənginliyin 70 faizindən çoxunu
insan kapitalı təşkil edir. Bizdə bu göstərici çox
aşağıdır, əsas üstünlüyü təbii kapital təşkil edir,
ancaq bu zaman-zaman insan kapitalına çevril -
məlidir. Dünyanın aparıcı universitetlərinin birində
təhsil alan bir gənc kimi Azərbaycanda insan
kapitalının formalaşmasını necə görürsünüz? Bu
barədə hansı fikirləriniz var?
– Mən Sizinlə tam razıyam, belə bir deyim var: bütün
yumurtaları bir səbətə qoymayın, səbət getsə hər şey
gedəcək. Azərbaycan iqtisadiyyatı neftin üzərində qu-
rulub, neft gəlirləri ölkəyə daxil olur. Bunun hesabına
olan xeyli inkişafın şahidiyik. Bu gəlirlər hesabına
təhsil sisteminə fundamental yeniliklər gətirmək
lazımdı. Bəli, Xaricdə Təhsil Üzrə Dövlət Proqra -
mının olması təqdirəlayiqdir. Bu, insan kapitalının
inkişafına yönəldilən investisiyanın bir növüdür,
arzuolunan odur ki, belə investisiyaların həcmi artsın.
Yaxşı olardı ki, Azərbaycan universitetləri ilə ABŞ,
Böyük Britaniya universitetləri arasında təcrübənin
bölüşdürülməsi baxımından müqavilələr imzalansın.
– Azərbaycanda təhsil alan tələbələrlə əlaqələriniz
necədir?
– Təbii ki, həm qrup yoldaşlarımla, həm də məndən
əvvəl universiteti bitirmiş dostlarımla keçdiyimiz
dərsləri bölüşürük. Mən ABŞ-da olanda mənim
oxuduğum İqtisad Universitetində məndən bir neçə il
əvvəl Xüsusi İstedadlar Qrupunu bitirmiş bir
həmvətənimlə görüşdüm. Hal-hazırda Nyu-Yorkda
çalışır. Onun mənə verdiyi məsləhətlər mənim üçün
çox dəyərli oldu. O cümlədən istedadlı dostlarımdan
biri İsveçdə magistratura pilləsində təhsil alır. Təbii
ki, fikir mübadilələrimiz olur. Azərbaycanda da bəzi
qrup yoldaşlarımız var ki, böyük beynəlxalq
şirkətlərdə çalışırlar, onlarla da elmi mübadilələrimiz
olur.
– Bilirsiniz ki, Dövlət Proqramı ilə təhsil alanların
ölkəyə qayıdıb gəlməsinə məcbu riyyət qoyul ma -
yıb. Yəni Azərbay canı kənardan da təmsil etmək
olar. Amma indiki zamanda yüksək bilik almış
vətəndaşlarımızın ölkəyə qayıtması olduqca vacib
faktordur. Bu məsələyə münasibə tiniz necədir?
– Fikrimcə, dünyanın Nyu-York kimi maliyyə
mərkəzində insanlarımız iş təcrübəsi keçib ölkəyə
qayıtmalı və biliklərini yerli şirkətlərdə tətbiq
etməlidirlər. Bunlar yeni biliklərdir. Təbii ki,
akademik təhsil önəmlidir, ancaq iş təcrübəsi də
vacibdir. Bunların ikisi birgə olanda dəyərli
mütəxəssis yetişir ki, bu, artıq insan resursudur.
Mənim də şəxsi fikrim odur ki, əsas maliyyə
sahəsində ölkədəki qurumları inkişaf etdirmək, effek-
tivlik yaratmaq və xarici maliyyə bazarları ilə yerli
şirkətlərin əlaqələrini gücləndirmək üçün insan
resurslarının inkişafına diqqət yetirmək lazımdır.
İnkişafın əsas tərkib hissəsi kimi iş təcrübəsini önəmli
amil hesab edirəm.
– Sizinlə və digər xaricdə təhsil alan azər
-
baycanlılarla söhbətdən yaranan təəs süratım o oldu
ki, yaxşı universitet yeni insan yetişdirir. Sizin də
timsalınızda yaxşı mənada yeni insanın yetişmə sin -
dən məmnun qaldım.
– Təbii ki, dünyanın tanınmış universitetlərindən biri
olan Kolumbiya Universitetində təhsil almağım şəxsi
həyatımda, bilik və bacarığımın inkişafında çox
mühüm rol oynayıb. Bilikdən əlavə başqa keyfiy yət -
lər də əldə etdim. Əgər sən 60 ölkənin vətəndaşı ilə
eyni auditoriyada dərs keçirsənsə, təbii ki, tolerantlığı
da öyrənəcəksən.
Müsahibə 2013-cü ilin iyul ayında götürülmüşdür.
Müsahibəni apardı:
Emin Bayramzadə
82
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
Gənc alimlərlə müsahibə rubrikası