Həm də kimyəvi
kinetika ilə məşğul olan
böyük İsveç alimi reaksiya sürətinin temperatur
asılılığının izahı, aktiv, izafi enerjiyə malik və
kimyəvi qarşılıqlı təsirə daxil ola bilən
molekullar haqqında təsəvvürlər kimi mühüm
kəşflərini etmişdir.
Nobel laureatı alim aktivləşmə enerjisi AE
anla
yışını irəli sürdü və reaksiyanın sürət
sabitinin A molekulların toqquşmalarını sayı
faktorundan, temperaturdan və AE-dən asılılıq
tənliyini təklif etdi.
Arrenius fizikanın bir çox sahələrində də
tədqiqatlar aparmışdır: 1883-cü ildə kürəvari
ildırım haqqında məqalə çap etdirdi, atmosferə
günəş radiasiyasının təsirini öyrəndi, buzluqlar
dövrünün iqlim dəyişmələrinə izah axtardı,
vulkanik aktivliyin öyrənilməsinə fiziki-kim -
yəvi nəzəriyyələri tətbiq etməyə cəhd gös tərdi.
Arrenius, ilk dəfə olaraq, belə bir nə zə riyyə
irəli sürdü: atmosferdə karbon qazı nın toplan -
ması orta temperaturun yüksəl mə sinə şərait
yaradır, başqa sözlə, istilikxana effekti
haqqında hipotezi söylədi.
1901-ci ildə o özünün bir neçə əməkdaşı ilə
Ceyms Klerk Maksvellin kosmik radiasiyanın
hissəciklərə təzyiq etməsi haqqında hipotezini
təsdiq etdi. Arrenius bu hadisəni öyrənməkdə
davam etdi və bundan istifadə edərək Şimal
qütb şəfəqlərinin və günəş tacının təbiətini izah
etməyə cəhd göstərdi. O, həmçinin ehtimal
edirdi ki, kosmik fəzada işığın təzyiqi hesabına
sporlar və digər canlı toxumlar yarana bilər.
Arreniusun bir sıra işləri təkamül astrofizi -
kasına həsr olunmuşdu. O, hesab edirdi ki,
Günəş sistemi ulduzlararası toqquşmalar
nəticə sində yaranmışdır.
1902-ci ildə Arrenius immunokimya sahə -
sində tədqiqatlara başladı, canlı orqanizmlərdə
kimyəvi reaksiyaları öyrəndi. Həmçinin o, süni
dillər üzərində düşünmüş, özünün ingilis dili
modifikasiyasını təklif etmişdir.
Qeyd edək ki, Arreniusun nəzəriyyələri
onun dövrünün alimləri tərəfindən tez-tez
tənqid olunurdu. Onu tənqid edənlər arasında
məşhur kimyaçı alim Dmitri İvanoviç
Mendeleyev də var idi (məhlulların fiziki-
kimyəvi nəzəriyyəsini yaratmışdı). Mende
-
leyev Arreniusun təkcə dissosiasiya haqqındakı
ideyasına qarşı çıxmamışdı, həmçinin məhlul -
ların təbiətinin başa düşülməsinə: həll olan və
həlledici maddələr arasında kimyəvi qarşılıqlı
təsirləri (su olduqda hidratasiya və ya ümumi
halda solvatasiya) nəzərə almayan təmiz
“fiziki” yanaşmanı da tənqid edirdi.
Arreniusun nəzəriyyəsi qatı elektrolit
məhlullarında özünü tam doğrultmurdu, çünki
o, ionlararası (elektrostasik) qarşılıqlı təsiri
nəzərə almamışdı.
Sonralar İ.A.Kabulkov, V.A.Kistyakovski,
Q.Lyuis, P.Debay və E.Hükel ionlararası qarşı -
lıqlı təsir faktorunu nəzərə alan düzəlişləri dis -
sosiasiya nəzəriyyəsinə daxil etdilər.
Arrenius və Mendeleyevin baxışları sonra -
lar turşuların və əsasların proton nəzəriy
-
yəsində birləşdirildi. Arrenius çoxlu sayda
təl tif lərə və mükafatlara layiq görülmüşdü:
•
Nobel mükafatı;
•
London Kral Cəmiyyətinin Devi adına
medalı (1902);
•
Amerika Kimya Cəmiyyətinin Villard
Gibs adına ilk medalı (1911);
•
Britaniya Kimya Cəmiyyətinin
Faradey medalı (1914);
•
İsveç Kral Elmlər Akademiyasının üzvü;
•
London Kral Cəmiyyətinin xarici üzvü;
•
Almaniya Kimya Cəmiyyətinin xarici
üzvü;
•
Peterburq Elmlər Akademiyasının
xarici müxbir üzvü (1903-cü ildən);
•
SSRİ Elmlər Akademiyasının fəxri
üzvü (1926-cı ildən).
Arrenius 1927-ci il oktyabrın 2-də
Stokholmda vəfat etmişdir.
36
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
37
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
Danimarka fizioterapevti Nils Finsen 1860-cı
ildə Britaniya adalarından 300 km şimalda yer -
ləşən Farer adasında qulluqçu ailəsində anadan
olmuşdur. Həmin adada yerləşən Tors xavn əyalə -
tində ibtidai təhsilini bitirdikdən sonra o, Herluf s -
holmda hazırlıq məktəbinə daxil olmuşdur.
Burada aşağı sinif şagirdlərinə olan münasibət
onu qane etmədiyindən dərs lərin çoxuna get -
məmişdir.
Finsen Reykyavikdə orta məktəbə keçdikdən
sonra təhsilində dönüş yaranmışdır. Onun sağ -
lam lığının zəifliyi ucbatından hərəkət aktivli -
yində ciddi məhdudiyyətlər yaranmışdı. Qütb
zonasından azacıq aşağıda İslandiyada yaşayan
Nils hələ uşaq yaşlarından günəş enerjisinin can -
lı
ların həyatında əhəmiyyətli rol oynadığını
anlamağa başlamışdı. Gələcəyin Nobel mükafat -
çısı hiss etmişdi ki, günəş şüalarının altında nə
qədər çox dayanırsa, bir o qədər özünü yaxşı hiss
edir. Buradan gəldiyi qənaət bu olur ki, canlı
varlıqlar günəş şüala rının dəyişməsinə çox həssas
olurlar.
O yazırdı: “Buludlu havada günəşə imkan
verin ki, qəflətən buludların arasından özünü
göstərsin və bundan sonra ətrafda hər şeyin necə
dəyişdiyini görəcəksiniz. Yuxulu həşərat
lar
dərhal qanadlarını düzəldəcək,
kərtənkələ və
ilanlar sürünməyə, quşlar isə oxumağa başlayacaq”.
1852-ci ildə Kopenhagen Universitetinə daxil
olan Nils tibbi tədqiqatlarını davam etdir məyə
başlayır. Bu illərdə artıq Lui Paster və Robert
Kox xəstəliklərin bakterial nəzəriyyə sini kəşf
etmişdilər. O, Kopenhagenə gəldiyi birinci ildə
onda xəstəlik simptomları aşkar edilir. Ona
əvvəlcədən qoyulan ürək xəstəliyi diaqnozu səhv
idi. Sonradan məlum olur ki, o, qaraciyərin
psevdosirrozundan (yunanca Sirros “kürən”)
əziyyət çəkir və bu xəstəlik qara ciyərin şiddətli
şəkildə sıradan çıxmasına səbəb olur. Səhhətinin
get-gedə pisləşməsinə baxma yaraq, Finsen 1891-ci
ildə Kopenhagen Univer si tetini tibb dərəcəsi üzrə
bitirir. Ali təhsildən sonra o, cərrahiyyə
kafedrasında prozektor (anato miya və cərrahlıq
kafedralarının assis
tenti) vəzifəsini tutur. Bu
illərdə onda inkişaf edən astit (qarın yatalağı)
xəstəliyi böyük tədqi
qatçını əlil kreslosuna
bağlayır.
Buna baxmayaraq, Finsen 1892-ci ildə Lyuteran
rahibinin qızı İnqeborq Balslevlə ailə qurur və bu
nikahdan onların 4 övladı dünyaya gəlir.
Elə bu illərdə o, işığın terapevtik təsirini
öyrənməyə başlayır. Əvvəlki tədqiqatlardan ona
məlum idi ki, işıq bir sıra bakteriya dəstə sinin
inkişafını ləngidir, yaxud onları məhv edir. 1889-cu