Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə27/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   23   24   25   26   27   28   29   30   ...   44

N.Ölçər:  – Atam Azərbaycan folkloruna

bağlı adam idi.  Radioda davamlı olaraq Azər ‐

baycan musiqisini dinləyərdi. Məsələn, «Aman

ovçu» mahnısını çox sevərdi.  Dostları ilə qur ‐

duğu «Azeri kardeşler yardımlaşma derneği»

var idi.  Həftəaxırı söhbətləri olardı. Mühacir

ailələr bir yerə yığışar, milli rəqslər oynanılardı.

Balaca idim o vaxtlar mən, atam anamla məni

oraya apardı. Məcidiyəköy deyilən səmtdə bir

evdə yığışardılar. Evimizə tez‐tez Bakıdan olan

Mir Yaqub bəy gələrdi.  O, Fransada hüquq üzrə

doktorluq  müdafiə etmişdi. Başqa evimizə

Kazan tatarlarından Ayaz İsaki bəy gəlirdi. Bizə

daha çox mühacirlər gələrdi. Rus dilində

danışırdılar. Elmi‐siyasi mövzularda söhbətlər

edirdilər.  Köhnə dostları, şərqşünaslar gələrdi,

adətən. 

R.İlyasov: – Әhməd müəllim Rəsulzadə,

Әhməd Ağaoğlu, Әli bəy Hüseynzadə və digər

məşhur mühacir azərbaycanlılarla görüşürdü?

N.Ölçər:  – Müstəqillik günü bir yerdə olur‐

dular. Müstəqillik günü yığışar, yemək yeyər,

söhbətlər edərdilər. Hər ilin 28 may ayında

dərnəkdə müstəqillik günü yüksək səviyyədə

qeyd olunurdu.



R.İlyasov:  – Atanızın təsisçisi və redaktoru

olduğu məşhur «Azerbaycan Yurt Bilgisi»

jurnalı ideyası necə ortaya çıxdı?

N.Ölçər: – Bunu tam deyə bilmərəm. Mən

yatılı məktəbə gedirdim. Həftə axırı atamı

görərdim. Yay ayları da atam dialektologiya

tədqiqatları üçün Anadoluya gedər, yay axırı

gələrdi. Sonra da xaricdə təhsil aldım. Atamla

yaşlılığında daha çox bir yerdə olduq. Bütün

fəaliyyətlərini bilirəm və vətəni ilə bağlı

tədqiqatları vasitəsilə həsrətini qoruyurdu.

Türk Dil Qurumu yenidən bu jurnalı nəşr etdi.



R.İlyasov: – Sizcə, bu jurnal bu ad altında

yenidən nəşr oluna bilərmi?

N.Ölçər: – Bunu  deyə bilmərəm. Bu mənim

ağlıma heç gəlmədi indiyə kimi. Atamın

kitabları yenidən nəşr olunur. Әlbə ə ki, atam

bu jurnalın redaktoru və naşiri idi.

R.İlyasov:  – Gəncəyə getdinizmi?

N.Ölçər:  – Bakıya getdim, ordan da Şəkiyə

getdim. Prezident Abdullah Gül 2–3 il əvvəl

rəsmi səfər zamanı məni də dəvət etdi. Gəncəyə

gedəcəm. Әslində, tərəddüd edirəm. Zehnimdə

atamın xəyalları var, mənə dedikləri var,

küçələr var, daima çörək aldığı bir yer var. İn‐

diki Gəncənin həmin Gəncə də olmadığını

bilirəm. Ona görə də  hələ də tərəddüd edirəm. 

R.İlyasov:  – Ata ocağından Gəncədə qalan‐

lar varmı?

N.Ölçər: – Qardaşlarının uşaqları və nəvələri

var, qohumları var, ancaq mən tanımıram.

Baxın, qohumluq‐əqrəbalıq ele bir şeydir ki, bir

yerdə olduğunuz zaman, xatirələrinizi bölüş ‐

dü yünüz zaman məna kəsb edir. Onun xari ‐

cində illər sonra biri gəldiyində ki, mən sizin

qohumunuzam, artıq o, bir baxıma insana yad

kimi gəlir. Bu, psixoloji bir vəziyyətdir. Birlikdə

böyüməyib, keçmişdə bir yerdə olmadıqca,

xatirələri bölüşmədikcə qohumluq‐əqrəbalıq

deyilən tellər də, qan bağı da bir məna ifadə

etmir. Onun üçün Gəncəyə gedib‐getməməkdə

tərəddüdlərim var. Atamın dediyi Gəncəyə dair

zehnimdə canlandırdığım bir Gəncə var. Bilirəm

o Gəncə artıq indi yoxdur.  Bir əsr keçmişdir

üstündən. Məsələn, Bakıya getdiyimdə xəyal ‐

larım və xatirələrim can lanmadı. Sanki xarici

bir şəhərə getmişdim. Hər hansı bir Avropa

şəhərinə. Ancaq bu da nor 

maldır. Ancaq

insanın xəyalları, xatirələri başqa cürədir. Onun

üçün bir daha xəyallarımın canlana bilməyəcə ‐

yini düşünərək Gəncəyə get mirəm. İnşallah bir

gün gedərəm...

R.İlyasov: – Neçə uşaq olmusunuz evdə?

N. Ölçər:  – Tək uşaq olmuşam. Çayınızı için...



R.İlyasov:  – Təşəkkür edirəm. Azərbay ‐

candakı çayın tamı var bu çayda. Türkiyədə

çay daha tünd içilir (gülüşmələr).

N.Ölçər: – Atam da açıq çay içərdi. Tünd

çayı sevməzdi..

R.İlyasov:  Atanız, Әhməd müəllim  bir gün

Azərbaycanın  müstəqil olacağına inanırdı?

N.Ölçər: – İnanırdı, inanmaq istəyirdi.

Әlbə ə ki, ümidi olduğu üçün bu qədər

Azərbaycanla bağlı elmi tədqiqatlar aparır,

yazılar yazırdı.  Başqa cürə ola bilməzdi. Niyə

bu qədər yazı yazsın, məqalələr çap etdirsin?



55

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




İnsanlar unutmasın deyə yazırdı. Deyirdi ki,

kommunist sistemində milliyyətçiliyə yer yox‐

dur. Unutdurulur milli qəhrəmanlar, onun

üçün yazıram deyirdi. Türkiyədə 60‐cı illərin

sonu 70‐ci illərin başında sol, sosialist görüşlər

ətrafında qızğın mübahisələr gedirdi. Hə a bir

gün bu barədə müzakirə edərkən dedi ki, sizin

başa düşmədiyiniz problem budur ki, Rusiya ‐

dakı kommunizm rus milliyyətçiliyidir. Kom‐

munizm Fransadan gəlsə, qəbul edərəm. Sizin

Türkiyədə anlamadığınız budur... 

R.İlyasov:  – Әlavə nə deyə bilərsiniz?

N.Ölçər: – Vallah, atamın mənim üzərimdə

əməyi çoxdur. Böyüməyimdə, elm adamı

olmağımda çox köməyi olmuşdur. Yol göstəri ‐

ciliyi olmuşdur. Mən  onu alimliyindən  əvvəl bir

ata kimi tanıdım. Yəni hər zaman mənə dəstək

olacaq bir ata kimi. Uşaqlar necə atalarına

baxdısa, mən də ona elə baxdım. Atam gülər ‐

üzlü idi, tutqun bir adam deyildi. Atam, sözün

əsl mənasında, insandı... Tələbələri ilə maraq ‐

lanırdı. Birinin pulu olmadığında ona kömək

edər, bir‐birini sevən tələbələri arasında prob‐

lem olduğunda onların mehriban olması üçün

çalışardı. Bir çox tələbələrinin nişanlanmasında

və evlənməsində kömək etmişdir. Onun ən

yaxın tələbələrindən olan, hə a ona oğlum dediyi

professor Osman Fikri Sərtqaya ilə görüşmənizi

tövsiyə edirəm. O da sizə çox xatirələr deyər. 



R.İlyasov: – Maraqlı müsahibə və səmi ‐

miyyətiniz üçün minnətdaram.

N.Ölçər: – Çox sağ olun, mən də təşəkkür

edirəm. 

Professor Әhməd Cəfəroğlunun ən yaxın

tələbəsi olan Professor Osman Fikri Sərtqaya

ilə İstanbul Universiteti ədəbiyyat fakültəsin ‐

dəki otağında 18 oktyabr 2013‐cü il tarixində

görüşüb müsahibə aldıq. Aşağıda bu müsa ‐

hibəni təqdim edirik: 

R.İlyasov: – Hörmətli professor, mərhum

professor Әhməd Cəfəroğlunun qızı Nazan

xanımla görüşümüz zamanı o sizin Әhməd

müəllim ilə çox yaxın olduğunuzu söylədi. Bu

yaxınlıq haqqında qısaca danışa bilərsinizmi?

O.F.Sərtqaya: – Mən 17 yaşımda bu univer‐

sitetin Türk dili və ədəbiyyatı fakültəsinə daxil

olmuşam. O ildən indiyə qədər də burada

işləyirəm. Nazan xanımın söylədiyi kimi,

mənim professor Cəfəroğlu ilə çox yaxın

münasibətlərim olub. Hə a mərhum Әhməd

müəllim dəyərdi ki, oğlum olsaydı, Osman

kimi olmasını istərdim... Cəfəroğlunun alim

kimi yetişməmdə çox böyük əməyi olmuşdur.

O, eyni zamanda digər tələbələrini də çox sevər,

onlara əlindən gələn köməyi göstərərdi.



R.İlyasov: – Azərbaycanda yaşadığı illərlə

bağlı nə danışardı?

O.F.Sərtqaya: – Çox danışmazdı və ailəsi

orada qaldığı üçün belə kədərli mövzulara

toxunmazdı çox vaxt. Çox şən və səmimi

müəllim idi. Bəzən boş vaxtlarında «mənə

Gəncəli deyərlər...» mahnısını zümzümə

edərdi. Mənə də ilk tövsiyələrindən biri bu

olmuşdu ki, elmlə məşğul olduğun zaman heç

bir ölkəyə dair siyasi fikirlərini açıqlama. Bir

gün gələr, o fikirlər sənin əleyhinə işlənə bilər.

Mən bu haqlı tövsiyənin daha sonralar türkoloq

kimi Sovet İ ifaqına elmi səyahətlərim zamanı

faydasını gördüm. Sovet Elmlər Akademiya ‐

sında mənim üçün millətçi – «nasionalist» rəyi

verilməsinə baxmayaraq, elm adamı olaraq

sovet dövründə oralara gedib türkologiya

sahəsində elmi tədqiqatlar aparmağıma icazə

verildi. Çünki mən mərhum professorumuz

Әhməd müəllimin tövsiyəsinə müvafiq olaraq

Sovet İ ifaqı haqqında heç bir siyasi fikir

bildirməmişdim.

R.İlyasov: – Türk dili və ədəbiyyatı

sahəsindəki tədqiqatları ilə bağlı nə deyə

bilərsiniz?

O.F.Sərtqaya: –  Әhməd bəy, həqiqətən,

ciddi şəkildə türk mədəniyyətini, dilini və ədə ‐

biyyatını tədqiq edən bir alim idi. O bu elm

sahəsində parçalayıcı fikirlər irəli sürmürdü.

Ümumtürk mədəniyyətini bir bütov şəkildə

qiymətləndirirdi. Məsələn, bizim buradakı bəzi

türkoloqlar, xüsusilə sovet rejimindən qaçaraq

buraya gəlmiş bəzi türkoloq alimlər belə

istiqaməti qəbul etmir, tatar, başqırd  və s.

ədəbiyyat və dastanlarının ayrı qrupda təsnif

edilməsini istəyirdilər. Halbuki Әhməd müəl ‐

lim bütün bunları daha yüksək prizmadan,

yəni Ümumtürk mədəniyyəti rakursundan



56

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə