Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир


İqlimin tarixi (paleoiqlim)



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə29/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   25   26   27   28   29   30   31   32   ...   44

İqlimin tarixi (paleoiqlim) 

Ümumiyyətlə, planetar iqlim prosesləri

çox mürəkkəb, uzundövrlü və müxtəlif va ‐

riant lıdır. Onlar zəif öyrənildiyindən prosesin

hansı variantda inkişaf edəcəyi haqqında fikir

söyləmək çətindir. Bununla yanaşı, xüsusi

qeyd etmək lazımdır ki, 1960–1998‐ci illər ər ‐

zində SSRİ və ABŞ‐ın birgə fəaliyyəti nəticə ‐

sində Qrenlandiya və Antarktida buz laq larının

dibinə qədər gedən onlarla quyu qazıldı və

nəticədə iqlimin son 450 min ildə dəyişməsi

haqqında etibarlı material əldə olundu. Buz

kernlərində bir çox parametrlər öyrənildi, ok‐

sigen və deyteriumun izotopları əsasında pa‐

leotemperatur bərpa olundu. Axırıncı XX əsrin

məlumatları  meteos tan siyaların  müşahidələri

ilə müqayisə olundu və buz kernlərindən

alınan nəticələr ilə müşahidə materialları ara ‐

sında yaxşı oxşarlıq olduğu göstərildi. Әldə olu‐

nan məlumatlara görə, son 450 min ildə

isti ləşmə və soyuqlaşma epo xa ları  qanuna uy ‐

ğun şəkildə bir‐birini əvəz etmiş lər.  Bizim

yaşadığımız dövrdə təzəcə başlamış sikl də

(geoloqlar onu holosen adlandırır) daxil ol‐

maqla, bu dövrdə 6 iqlim sikli baş vermişdir.

Mütəxəssislər hər siklə bir ad vermişlər, ancaq

burada müəyyən qarışıqlıq var. Mən onun

üzərində dayanmıram, ona görə ki, o mənim

məqaləmin əsas məqsədi deyil.  

Alınmış nəticələrə görə, istiləşmə epoxa ‐

sında havanın temperaturu onun müasir qiy ‐

mətindən 2–30

0

C yuxarı, soyuqlaşma epoxa  sında



isə 6–100

0

C aşağı olmuşdur. Eyni zamanda



bizim dövrə doğru ümumi bir soyuqlaşma

izlənir.  Bu məlumatlara görə 1–20

0

C civarında



temperaturun dəyişməsi normal haldır,

fenomen deyil. Әsas istixana qazı CO

2

‐nin


miqdarı istiləşmədən sonra qanunauyğun

artır, ona görə ki, buzlar və daimi donuşluqlar

əridikdə karbon qazı yaranır. Paleoloqların

fikrincə, biz qurtarmaqda olan buz laqlararası

dövrdə yaşayırıq və növbəti buzlaşma

dövrünün baş verməsi qaçılmazdır. 



İqlimi formalaşdıran əsas proses və amillər

İqlim dəyişmələrinin səbəbləri tam aydın

deyildir. Ancaq aşağıdakı əsas xarici təsirlər

məlumdur: Yer orbitinin dəyişməsi (Mi‐

lankoviç sikli), günəş aktivliyi (o cümlədən

günəş sabitinin dəyişməsi), vulkanik püskür ‐

mələr və istixana effekti (bax cədvələ).  

59

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014



Antropogen

Təbii

Üzvi yanacaq (istilik enerjisi, nəqliyyat, kommu-

nal-məişət təsərrüfatı)

Günəş aktivliyi

Sənaye

Heliosentrik orbitin parametrləri (Milankoviç



siklləri)

Kənd təsərrüfatı

Ayın hərəkəti

Meşə təsərrüfatı

Ağır planetlərin hərəkəti

Hidrotikinti, meliorasiya

Vulkanik aktivlik (tektonik tavaların hərəkəti)

Okean və atmosferin avtorəqsləri

Geomaqnit aktivlik

Yerin fırlanma sürəti

Okeanda su dövranları

Tektonik aktivlik



Yer iqliminə təsir göstərən əsas amillər


Günəş şüalanması iqlim sistemində is‐

tiliyin əsas mənbəyidir. Yer səthində istiliyə

çevrilən günəş enerjisi yer iqliminin formalaş ‐

masının ayrılmaz hissəsidir. Günəş aktiv li ‐

yinin ən çox tədqiq olunan xassəsi günəş

ləkə lərinin cəmidir. İqlim, hava və günəş ak‐

tivliyi arasındakı əlaqələrin statistik tədqiqatı

1801‐ci ildən başlayır (şəkil 2). Nisbətən kiçik

zaman kəsiklərində də günəş aktivliyinin

dəyişkənliyi müşahidə olunur, məsələn, 11

illik sikllər. Ancaq bu sikllər iqlim məlu mat ‐

larında özünü aydın göstərmir. Günəş ak‐

tivliyinin dəyişməsi kiçik buzlaşma dövrü

başlayanda və bəzi istiləşmələrdə vacib amilə

çevrilir. 

Orbitin dəyişməsinin Yer  iqliminə təsiri

günəş aktivliyinin rəqsləri ilə oxşardır, ona

görə ki, orbitdən kiçik meyiletmələr Yer

səthində günəş şüalarının yenidən paylanma ‐

sına gətirir. Orbitin vəziyyətinin belə dəyiş ‐

mələri Milankoviç sikli adlanır. Bu meyil etmələrin

səbəbi Yer, onun peyki Ay və digər planetlərin

fiziki qarşılıqlı təsiri olduğundan onları böyük

dəqiqliklə proqnozlaşdırmaq mümkün olur.

Orbitin dəyişməsi axırıncı buzlaşma dövrü ‐

nün qlyasioloji və interqlyasioloji sikllərinin

əsas səbəbidir. Saxara səhrasının sahəsinin

artıb‐azalmasını da bu amillə izah edirlər.

Litosfer tavalarının hərəkətləri uzun zaman

kəsiyində kontinentləri hərəkətə gətirir, oke‐

anda su dövranlarını formalaşdırır, dağ suayrı ‐

cılarını dağıdır və yenisini yaradır, yəni iqli min

mövcud oluğu səthi yaradır. Son zamanlar

aparılmış tədqiqatlar tektonik hərəkət 

lərin

axırıncı buz dövrünün şəraitinin dərinləş diyini



göstərdi: 3 milyon il əvvəl şimali və cənubi

Amerika tavaları toqquşmuş, Pana ma boğazı

yaranmış və Atlantik və Sakit okean 

ların


sularının birbaşa qarışması başlamışdır.   

Vulkanik püskürmə iqlimə təsir edib onu

bir neçə il soyutmağa qabildir. Məsələn, 1991‐ci

ildə Pinatubo vulkanının püskürməsi iqlimə

əsaslı təsir göstərdi. Nəhəng maqma vadiləri

yaradan giqant püskürmələr yüz milyon ildə

cəmi bir neçə dəfə baş verir, amma onlar iqlimə

milyon illər təsir göstərir və bioloji növlərin

məhv olmasına səbəb olur. Әvvəlcə alimlər elə

fikirləşirdilər ki, vulkan püskürmə sindən atmos ‐

ferə atılan tozlar Günəş şüala rının yerə çat ‐

masına mane olur və ona görə də soyuqlaşma

yaradırlar.  Ancaq sonrakı ölçmə lər bu tozun

böyük hissəsinin altı ay ərzində Yer səthinə

çökdüyünü göstərdi. Vulkanlar həm də kar‐

bon geokimyəvi sikllərinin bir hissəsidir. Bir

çox geoloji dövrlər ərzində Yerin təkindən

atmosferə karbon dioksidi atılmış və bununla

da atmosferdən götürülən CO

2

əvəzi kompen‐



sasiya olunmuşdur.

Buzlaqlar iqlimin dəyişməsinin ən həssas

göstəricilərindəndir. İqlim soyuyan zaman

onların ölçüləri əsaslı şəkildə artır («kiçik

buzlaşma dövrü») və istiləşən zamanı isə aza ‐

lır. Buzlaqlar təbii dəyişmələr və xarici təsir ‐

lərdən asılı olaraq inkişaf edir və yaxud əriyir.

Son bir neçə milyon ildə ən mühüm iqlim

prosesləri Yerin orbitinin dəyişməsi ilə əlaqə ‐

dar cari buzlaşma dövrünün qlyasioloji və in‐

terqlyasioloji siklləridir.  



Dünya okeanının dəyişkənliyi. Onillik miq ‐

yasda iqlim dəyişmələrinin səbəbi okeanla at‐

mosferin qarşılıqlı təsirinin nəticəsi ola bilər.

İqlimin bir çox fluktuasiyaları (El‐Nino, Şimali

Atlantika və Arktika fluktuasiyaları da daxil

omaqla) dünya okeanının istilik enerjisini

özündə akkumlyasiya etmək və bu enerjini

okeanın müxtəlif hissələrinə daşımaq qabiliy ‐

yətinə malik olduğundan yaranır. Daha uzun

məkan miqyaslarında okeanda termoxalin

dövranlar yaranır və onlar istiliyin paylan ‐

masında əsas rol oynayırlar və bununla da

iqlimə xeyli dərəcədə təsir göstərə bilirlər.     

İqlim yaddaşı. Daha ümumi şəkildə iqlim

sisteminin dəyişkənliyi histerezis (ilgək)

formasındadır. Bu o deməkdir ki, iqlimin in‐

diki vəziyyəti təkcə müəyyən amillərin təsiri



60

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014



(şəkil 2)


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə