Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə26/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   22   23   24   25   26   27   28   29   ...   44

şöbəyə ayrılmış və Cəfəroğlu Yeni Türk Dili

Kafedrasının müdiri vəzifəsinə təyin olun 

muşdur. 1973‐cü ildə universitetdən ayrılana



qədər bu vəzifədə işləmişdir. Həya tının son

illərində xəstəliyə mübtəla olan Cəfər oğlu uzun

müddət həkim müalicəsi gör müş dür. 5 yanvar

1975‐ci ildə xəstəliyi şiddətlənmiş və 6 yan‐

varda vəfat etmişdir.

Cəfəroğlu Türkiyədə mühacirət həyatı yaşa ‐

yan bəzi azərbaycanlı siyasi xadimlərlə də

əməkdaşlıq etmişdir. Bu səbəblə bir neçə il

«Azerbaycan Kültür ve Dayanışma Derneği”nə

rəhbərlik etmişdir. Türkiyədəki azərbaycanlı

aydınlarla əməkdaşlıq edən Cəfəroğlu, onlarla

birlikdə 1932–1934‐cü illər arasında «Azerbay‐

can Yurt Bilgisi” (Revue des Etudes d’Azer‐

baidjan) jurnalını (36 sayı) nəşr etdirmişdir.

Bundan başqa, jurnalın redaktorluğu vəzifəsini

də öz öhdəsinə götürmüşdür. Bu jurnal vasi ‐

təsilə Cəfəroğlu və əməkdaşları Azərbay can

həqiqətlərini Türkiyə və dünya ictimaiyyətinə

çatdırmaq istəmişlərdir. Cəfəroğlu «Türk Amacı»

(But Turc) və «Türk Dili ve Edebiyatı» jurnal ‐

larının da sahibi və redaktoru olmuşdur. Eyni

jurnallarda Cəfəroğlu və tələbələrinin türk

tarixşünaslığı və dilçiliyinə aid elmi məqalələri

dərc olunmuşdur. Mühacir elm xadimimiz, İs‐

tanbul Universiteti ədəbiyyat fakültəsi  «Türk

Dili ve Edebiyatı» elmi jurnalının «qurucusu»

olaraq da tarixə keçmişdir. 

Cəfəroğlu Türkologiya sahəsində cığır açmış

alimlərdən biridir. Yaşadığı dövrdə türk

dilşünaslığının yeni bir elm sahəsi olması və bu

sahədə mövcud olan boşluqlar onu bu sahənin

öndərliyi mövqeyinə sövq etmişdir. Rus, alman,

fransız və türk dillərini bildiyi üçün bu dillərdə

yazılmış elmi ədəbiyyatdan istifadə edib, türk

dilşünaslığına qiymətli əsərlər qazandırmışdır.

Təqribən 25 kitab və 380‐dən çox elmi məqalə

yazmışdır. Dərc etdirdiyi məqalələrdə A.Cafer ‐

oğlu, Ahmet Caferoğlu, A.Uran, Ahmet Uran,

Dr. Cafer Ahmetoğlu, Dr. Ahmet Muhtar, Dr.

Ahmet Salmaslı imzalarını işlətmişdir. Apar ‐

dığı elmi araşdırmalar bir neçə sahəni əhatə

edir. Yalnız dilçilik sahəsi ilə məşğul olmamış,

əksinə, xalq ədəbiyyatı, folklor, tarix, xüsusilə

Azərbaycan tarixi, türk dili tarixi, dialek‐

tologiya məsələləri, lüğətşünaslıq sahələri ilə də

məşğul olmuşdur. Alimin Göy türk və Uyğur

dövrü dil məsələləri, monqol dili və

qrammatikası, onomastika, eponomiya, to‐

ponomiya, antroponomiya və etnonimlər haq ‐

qında da elmi araşdırmaları vardır. 

Professor Әhməd Cəfəroğlunun qızı profes‐

sor Nazan xanım Ölçər ilə 12.10.2013 tarixində

İstanbulda Sabançı muzeyində görüşüb atası

haqqında müsahibə aldıq. Qısaca olaraq qeyd

edim ki, Nazan xanım 1942‐ci ildə İstanbulda

ana dan olmuşdur. Orta məktəb və liseyi təhsi ‐

lini İstanbuldakı Avstriya Qız Liseyində almış ‐

dır. Daha sonra təhsilini və elmi dərəcə sini

Almaniyada Münxen Lyudviq Maksmillan Uni ‐

versitetində tamamlamışdır. Təhsili ərəfə sində

Münxen Universiteti Etnologiya muze yində baş ‐

ladığı fəaliyyətlərini Vyana Etno lo giya  muzey ‐

ləri ilə Berlin İslam İncəsənəti muze yində davam

etdirmişdir. İstanbulda 1972‐ci ildə işləməyə

başladığı Türk və İslam Әsərləri Muzeyində

1978‐ci ildən 2003‐cü ilə qədər direktorluq

etmişdir. 1991‐ci ildə Fransa mədəniyyət nazir‐

liyi tərəfindən incəsənət və ədəbiyyat sahəsində

verilən «Kovalyer nişanı» (Chevalier des Arts et

des Le res), 1994‐cü ildə Almaniya prezidenti

tərəfindən 1‐ci dərəcəli «Ləyaqət Nişanı» (Bun‐

desverdienstkreuz), Polşa və İtaliya prezident ‐

ləri tərəfindən də qiymətli nişan mükafatları ilə

təltif olunmuşdur. Həm Türkiyədə, həm də

xaricdə muzeyçilik sənəti ilə əlaqədar kitabları

çapdan çıxmış, müxtəlif beynəlxalq sərgilər

təşkil etmişdir. 2003‐cü ildə Bern universiteti

tərəfindən fəxri doktorluq  dərəcəsinə layiq

görülmüşdür. Hazırda Sakıb Sabançı muze yin ‐

də direktor vəzifəsində işlə məkdədir. Aşağıda

Nazan xanım Ölçərin ma raqlı müsahibəsini

oxu culara təqdim edirik: 



R.İlyasov: – Nazan xanım, atanız Әhməd

Cəfəroğlu Türkiyəyə gəlməzdən əvvəl Gəncə

və Azərbaycanda baş verən hadisələri necə

xatırlayırdı?

N.Ölçər: – Atam çox danışmazdı. Danış dı ‐

ğına görə ailəsi onu universitetə, Kiyevə gön ‐

dərir. O, orada Ticarət Universitetinde oxuyur.

Qızıl ordu oraya gəlincə ailəsi onu İstanbula

göndərir, burada universitetə daxil olur.  Sovet

işğalı olduğu zaman qaçaq yollarla vətəninə

gedir, üsyanda iştirak edir. Gürcüstanda da o



53

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




vaxtlar paralel şəkildə üsyan hazırlığı gedir.

Ancaq Gürcüstandakı üsyan ciddi şəkildə

yatırıldığı üçün Azərbaycandakı üsyan da

dağılır. Atam da Batumdan yenidən İstanbula

qayıdır. 

R.İlyasov: – Professor Әhməd Cəfəroğlu ‐

nun müstəqil Azərbaycan xatirələri haqqında

nə deyə bilərsiniz?

N.Ölçər: – Mən 1942‐ci ildə anadan olmu ‐

şam. Bu vaxt atam orta yaşı keçmiş adam idi.

Keçmişlə bağlı çox danışmazdı. Həsrət çəkdi ‐

yini bilirdik. Yatdığı yatağın baş ucunda Azər ‐

baycan bayrağı var idi.  Məhz Azərbaycanın

tarixi, ədəbiyyatı unudulmasın deyə elmi

fəaliyyət ilə məşğul olurdu. Məsələn, mənim

bildiyim Azadlıq radiosuna, yəni Münxendə

yerləşən «Radio‐Liberti»yə Azərbaycanla bağlı

məqalələr yazıb göndərərdi. Azərbaycanın böyük

şairləri və xalq qəhrəmanlarının unudul ma ‐

ması üçün monoqrafiyalar yazardı. «Radio Free

Europa» da dostları vardı, onlar İkinci Dünya

müharibəsində amerikan və ingilis ordusuna

əsir düşüb sonradan Avropaya köçmüş azər ‐

bay 

canlılar idi. Bəzilərini mən də tanıdım.



Dediyinə görə, 1918–1920‐ci  müstəqillik illə ‐

rində qısa dövrdə burada paytaxt İstanbulda

konsulun müavini vəzifəsində işləmişdir. Hə a

səfir Bakıya getdiyində vəkil olaraq saraya, Sul‐

tana bayram təbrikinə belə bir dəfə getdiyini

söyləyirdi. Ümumiyyətlə, çox danışmırdı. Məc ‐

burən qaçdığı üçün və ailəsini də orada daha

çətin vəziyyətə salmamaq üçün çox danışmırdı.

Xəbərləşmə də olmadı. Eyni zamanda bir bacısı

İran vətəndaşı idi. Kürəkəni ilə Azərbaycandan

çıxmalarına icazə verildi. 30‐cu illərin axırında

onlar İstanbula gəldilər. Sara xala, Kamil dayı,

Salih dayı. Bibimi görə bilmədim. Mən anadan

olanda o artıq vəfat etmişdi. Kamil hərbçi idi.

Polkovnik‐leytenant rütbəsinə qədər yüksəl ‐

mişdi. Kamil Gəncə, soyadı qanunu çıxdıqdan

sonra ona bu soyad verildi.  Sara xala evdar

qadın idi. Salih Gəncə kimya müəllimi idi.

Məşhur müəllim idi. Məşhur Kabataş Erkek

Liseyində işləyirdi. Müstəqillik illərindən sonra

bəzi qohumlar gəldi, bəziləri ilə burada görüş ‐

dük. 


R.İlyasov:  – Әhməd müəllim elm adamı

olaraq Azərbaycana gələ bildimi?

N.Ölçər: – Xeyr, çəkindi.  Heç bir əlaqə yox

idi. 70‐ci illərin başında Moskva Universitetinin

rektoru İstanbula gəlmişdi.  Atam da universite ‐

tin professoru olaraq onu İstanbulda gəz dirdi,

sadəcə. 


R.İlyasov: – Әhməd müəllim evdə sizlərə,

məsələn, uşaq ikən Azərbaycan folklorundan

danışar, mahnılarından bəhs edərdi?

54

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə