Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə34/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   30   31   32   33   34   35   36   37   ...   44

Musiqili teatr – opera tarixən peşəkar

bəstə kar yaradıcılığının ilk janrı kimi  möv cud

olduğu dövrlərdən bəri ən qabaqcıl ideyaların

carçısı olmuşdur. Dünya musiqi tarixinə aid

tədqiqatlardan məlumdur ki, 1594‐cü ildə Flo‐

rensiyada yaranan opera çox tezliklə başqa

ölkələrin də teatr səhnələrini fəth etmişdir.

Belə ki, Florensiyada Bardi‐Korsi Kamerata ‐

sının üzvləri olan incəsənət adamları – şairlər,

musiqi ifaçıları, müğən nilər, həmçinin sadə

musiqisevərlər qədim yunan faciəsini yenidən

canlandırmaq üçün yığışırdılar. Onların ilk

təcrübəsi olan «Dafna» operası qorunub

saxlanılmamışdır, lakin 1600‐cü ildə yaradılan

ikinci opera – «Evridika» məşhurlaşmışdır. 

Florensiyadan sonra opera İtaliyanın Roma,

Venesiya, Neapol, Mantuya və digər şəhərlə ‐

rində də meydana gəldi. Sonralar opera

müxtəlif ölkələrdə – Fransa, İngiltərə, Alma ‐

niya və s. əvvəl italyan nümunələri əsasında,

daha sonra isə özlərinə xas olan milli

xüsusiyyətlərlə inkişaf etməyə başladı. 

İtaliyanın opera incəsənəti çox tezliklə

özünün vokal xüsusiyyətləri ilə, məşhur

müğən nilərinin ustalıqları ilə bütün dünyanı

fəth etdi.

XVII əsrin ikinci yarısında, sonra isə XIX

əsrdə Avropa mədəniyyətinin bütün mühüm

mərkəzləri operanı – bədii sənətlərin bir çox

növlərini özündə sintezləşdirən bir incəsənət

janrını mənimsəməyə başladı. Bir çox ölkə ‐

lərdə, hər bir xalqa məxsus opera incə sənəti

inkişaf etməyə başlayaraq xarakterik cizgilər

əldə etdi. 

XIX yüzilliyin əvvəllərinə qədər İtaliya

opera sənəti dünya opera mədəniyyətində

hegemon mövqe tuturdu. XIX əsrin əvvəllə ‐

rindən isə fransız opera yaradıcılığı, eləcə də

həmin dövrdə Rusiyada da meydana çıxan

69

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




opera janrı artıq italyan operası ilə rəqabət

aparırdı.  

Quno, Meyerber, Bize kimi fransız bəstə ‐

kar larının, daha sonralar isə Qlinka, Çaykovski,

Musorqski, Rimski‐Korsakov, Borodin kimi

rus bəstəkarlarının adları bütün dünyada Ros ‐

sini, Verdi kimi məşhur italyan opera bəstə ‐

karlarının adları ilə yanaşı çəkilirdi.

Operanın əsrlər boyu inkişafı ərzində müx ‐

təlif üslublar, cərəyanlar, opera formaları mey‐

dana gəlib, mövcud olduğu yüz illər boyu

opera öz ətrafına nə qədər tamaşaçı toplayıb.

Bu yüzilliklər ərzində operanın palitrası müx ‐

təlif rəngarəng, çalarlarla zənginləşib: hər biri

öz keyfiyyətləri, üslub janrları, üslub xüsusiy ‐

yətləri ilə fərqlənən italyan teatrları; öz opera

janrını yaradan fransız yarmarka teatrı; Alma ‐

niyada, Veberin bütöv bir mərhələyə və Vaq ‐

nerin reformator operalarına təkan verən ciddi

«Freyşüts» zinqşpili... 

Həyatın siyasi və sosial quruluşundan asılı

olaraq hər bir tarixi mərhələ incəsənət sahə ‐

sinə öz dövrünün opera sənətində əks olunan

müəyyən dəyişikliklər gətirirdi. Təsadüfi deyil

ki, operanı demokratik janr hesab edir və bu

janrı geniş kütləyə yönəldiyi və eyni zamanda

ictimai həyatın barometri olduğu üçün «qa ‐

baq cıl ideyalar carçısı» adlandırırdılar.

Bir çox ölkələrdə öz dövrünün qabaqcıl

ideyalarını opera janrında təsdiq etmək, ope ‐

ranın məzmunu, demokratikliyi və onun xalq

yaradıcılığı ilə əlaqələrini dərinləşdirmək

uğrunda onilliklərlə mübarizə aparılırdı. 

Opera janrının görkəmli ustadları müxtəlif

dövrlərdə bu janra onun məzmununu dərin ‐

ləşdirən, musiqi dilini zənginləşdirən dəyişik ‐

liklər gətirirdilər. 

Opera sənətinin inkişaf tarixi operanı geniş

kütlələrə yönəldərək bu janrı ideya və məz ‐

munla zənginləşdirmək, musiqi ifadə sində

bütövlüyə nail olmaq və ədəbi‐bədii sahədə ən

yaxşı əsərlərdən geridə qalmamaq məqsədilə

həyata keçirilən bir sıra mühüm reformaların

şahididir. Bu baxımdan K.V.Qlyuk, V.A.Mot‐

sart, R.Vaqner, A.Dar qomıjski, M.Musorqski

və başqalarının reformalarını yada salmaq

kifayətdir.

Mövcud olduğu yüzilliklər boyu Avro 

panın «seria» və «buff» kimi italyan operaları,



R.Leonkavallo, C.Puççini P.Maskanyinin verist

operaları, fransız «komik» operaları, alman

zinqşpili, sonralar isə lirik‐psixoloji rus ope ‐

raları, musiqili dramları, reçitativli opera larla

tanış oldu. 

XX əsrdə opera bir çox dəyişikliklərə məruz

qaldı; bu bütün dünyada və xüsusilə də

70

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




keçmiş Rusiya imperiyasının dövlət qurulu ‐

şunda baş verən dəyişikliklərlə bağlı idi.

Siyasi‐sosial dəyişikliklər – 1917‐ci il inqilabı,

sovetləşmə – bütün bunlar, təbii ki, bədii

yaradıcılığın bütün sahələrinə, o cümlədən

ədəbiyyat və incəsənətə təsir etməklə yanaşı,

opera janrının da ideya‐obraz məzmununa,

tematikasına, süjetinə və musiqi dilinə yeni ‐

liklər gətirdi. 

Yeni tematika ilə əlaqədar operaya fərqli

obrazlar, fərqli vəziyyətlər, müxtəlif həyat

səhnələri və kütləvi inqilabi mahnılar geniş

şəkildə daxil olmağa başladı. Bu da təbii ki,

keçmiş SSRİ‐nin tərkibinə daxil olan respub‐

likalarda yaranmış musiqi əsərlərinin müəllif ‐

lərinin yaradıcılığında öz əksini tapdı.

Beləliklə, Azərbaycanda meydana gəlməz ‐

dən əvvəl opera Rusiya və Avropanın bir çox

ölkələrində uzun və maraqlı inkişaf yolu keç ‐

mişdir. Amma Azərbaycan bəstəkarları qısa

bir zamanda (1908‐ci ildən keçən yüzillik müd ‐

dətində) janrın özünü mənimsəyərək diqqətə ‐

layiq əsərlər yaratmağı və özünəməx sus üsluba

malik olan opera nümunələri ilə geniş ümum ‐

avropa arenasına çıxmağı bacar 

dılar. Bu

əsərlər onları fərdi‐milli keyfiyyətləri ilə

fərqlənən bir qrup kimi müəyyən ləşdir məyə

imkan vermişdir.

Opera sahəsində fəaliyyətə başlayan Azər ‐

baycan bəstəkarları öz əsərlərində operalar

üçün vacib olan komponentləri – ariya, ariozo,

reçitativlər, ansambl, xor və digərlərini tətbiq

edərək klassik operanın geniş yayılmış janrına

yiyələnməyə çalışmışlar. 

Hələ ilk operaların təcrübəsiz bəstəkarları

bu qədər mürəkkəb bir məsələni yerinə yetir ‐

məyə başlayarkən öz fikirlərini məşhur və

sevilən xalq muğamlarının köməyi ilə onlar

üçün yeni olan bir janra cəlb etmək qərarına

gəldilər. Әsrlər boyu Azərbaycanda səslənən

muğamlar çox populyar idi və onları daha çox

məşhur xanəndələr ifa edirdilər. Muğam,

sözün əsl mənasında, milli musiqi təfəkkü rü ‐

nün ifadəsinə, milli‐mənəvi dəyərlərin daşı ‐

yıcısına çevrilmişdi. 

Dahi bəstəkar Üzeyir Hacıbəyli öz xalqının

poetik ruhunu və bu ruhun estetik köklərini,

kütlənin Füzuli faciəsinə qarşı duyduğu mə ‐

həbbəti çox həssaslıqla başa düşmüşdür. Füzuli

poeziyasına, qəzəllərə olan meyli, həvəsi təbii

şəkildə anlayan bəstəkar öz operalarında

muğamlardan uyğun şəkildə istifadə etmişdir.

Həyat göstərdi ki, Ü.Hacıbəyli haqlı idi. Mu ‐

ğam ların operada səslənməsi tarixi zərurətdən

və estetik tələblərdən irəli gəlirdi. 

Avropa mədəniyyətində məşhur olan janrın

mənimsənilməsi kimi vacib bir məsələni

qarşısına qoyan bəstəkar tarixi qanunauyğun ‐

luqlara, bir çox ölkələrin təcrübəsinə uyğun

olaraq artıq məşhur və populyar olan janrın

köməkliyi ilə öz dinləyicilərini onlara tanış ol‐

mayan incəsənətlə tanış etmişdir. Məhz muğam ‐

lar bu tələblərə cavab verirdi. Bundan başqa,

Azərbaycan muğamları Füzulinin yüksək

poeziyasından qaynaqlanır, qəzəl kimi poetik

janr muğamlar əsasında oxunur.    

Füzuli poemasını operanın əsas süjet xə i

kimi götürən bəstəkar, təbii ki, həyatın mənası,

məhəbbət və sədaqət ideyalarını təmsil edən

muğamlara müraciət etmişdir. Lakin qeyd

etmək lazımdır ki, ilk Azərbaycan operala rın da

ənənəvi opera ariyalarını əvəz edən muğamla ‐

rın səhnə janrı üçün özünəməx sus neqativ əla ‐

mət ləri də olmuşdur.

Məlumdur ki, muğamlar nə qədər psixoloji

zənginliyə malik olsalar da, onların məzmu ‐

nun da şəxsiyyətin tipik musiqi təcəssümü öz

əksini tapmırdı, daha doğrusu, fərdi əlamət ‐

ləri olan müəyyən bir sima deyil, ümumiy ‐

yətlə, şənlənən və ya kədərlənən insan tərən nüm

edilirdi. Və muğam operalarının səsləndiril ‐

məsində iştirak edən şəxslər bu və ya digər

dramaturji hadisələrdə çıxış edərək hər hansı

bir duyğunun – sevinc və ya kədərin, ümid və

ya ümidsizliyin təmsilçisinə çevrilirlər.

Ü.Hacıbəyli və M.Maqomayevin operala ‐

rında səslənən bütün muğamlar, məhz bu cür

ümumiləşmiş vəziyyəti – hisləri, başqa sözlə

desək, qəmi, kədəri, sevinci, məhəbbəti və s.

ifadə edirlər. 

Bir çox bəstəkarlar ayrı‐ayrı vaxtlarda

opera səhnəsindəki hadisələri daha hərəkətli,

sərbəst, dinamik etməyə çalışmışlar ki, insan‐

lar musiqili teatrlarda real gerçəklikdə olduğu

71

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə