Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə33/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   29   30   31   32   33   34   35   36   ...   44

yandırılan zaman yaranan antropogen karbon

qazının payı burada üç faizdən çox deyil. 

Beləliklə, biz qlobal istiləşmənin səbəbinin

birmənalı olmadığını sübut etməyə çalışdıq.

Amma geniş ictimaiyyət daha bir səhv

nəticəyə gəlmişdir: nəyə görəsə belə hesab

edirlər ki, Yerin iqlimi Allah tərəfindən bizə

bir dəfə, bu şəkildə və həmişəlik verilmişdir.

Yəni hesab edirlər ki, iqlimin tamamilə müəy ‐

yən bir «normal» halı vardır, hansını ki, insan

öz eqoistik məqsədlərinə çatmaq üçün tam

dağıda bilər, amma əgər istəsə eqoist olmaz və

vəziyyəti düzəldə bilər. Beləliklə, problem elm

sahəsindən sosial və hə a mənəvi müstəviyə

keçir.  

Ancaq paleoiqlim məlumatları yerin iqlimi ‐

nin bir yox, bir neçə davamlı halını və hazırkı

vəziyyətin onlardan biri olduğunu göstərir.

Әgər  temperaturun daha böyük dövrdə gedi ‐

şinə baxsaq, məsələn, son altmış beş milyon il,

görərik ki, bu dövrdə biz ən soyuq vaxtda

yaşayırıq. Eotsen optimumu adlanan maksi‐

mum temperatur əlli beş milyon il əvvəl qeyd

olunmuşdur. Və nəhayət, Yerin temperaturuna,

onda həyatın mövcud olduğu üç milyard il

üçün baxsaq, onda temperaturun kəskin oy ‐

nadığı və onun müasir qiymətinin bütün pe‐

riod üçün hesablanmış orta qiymətə kifayət

qədər yaxın olduğunu görərik.  

Nəticə

Deyilənlərdən aşağıdakı nəticələri çıxar ‐

maq olar. Yerin iqliminin indiki vəziyyəti uni ‐

kal deyildir, Yer üzərində həyat mövcud olan dan

bəri dövrün orta temperaturuna yaxındır. Buz

kernlərinin məlumatları bizim dördüncü dövrdə

iqlimi stabilləşdirən mexa nizm lərin olduğunu

göstərir. Müasir istiləşmə dövrü qeyri‐adi şəkildə

uzanmış, yəni bizim buzlaqlararası dövr (holot ‐

sen) artıq on bir min ildir davam edir, bütün

əvvəlki holosenlər isə dörd‐beş min il davam

etmişdir. Biz istiləş mənin zirvəsində çox qalmı ‐

şıq, gələcəkdə insan istiləşmədən yox, soyuq ‐

laş 


madan qorunma 

lıdır: gec‐tez yeni buz

dövrü gəlməlidir. Elə Robert Emmeriksin fil ‐

mində də  son nəticə yeni buzlaşma dövrünün

baş lanmasıdır. 

Bəzi tədqiqatçıların istiləşmə faktını inkar

etdiyini yuxarıda qeyd etmişdik. Onların

arqu mentlərindən bəziləri də aşağıdakından

ibarətdir: yerüstü meteostansiyaların məlu ‐

mat ları temperaturun davamlı surətdə artdı ‐

ğını göstərsə də, son iyirmi ildəki peyk ölç mə ləri

belə artımı göstərmir. Onlar bu paradoksu

onunla izah edirlər ki, yerüstü stansiyalar əvvəl ‐

lər şəhərlərdən kənarda idi, indi isə onlar asfalt

və betonun içərisindədir, yəni tempera turun

«artması» onun ölçmə şəraitinin dəyiş məsi ilə

əlaqədardır.  

Karbon qazının konsentrasiyasının artdı ‐

ğını heç kim inkar etmir, ancaq bu artmanın

səbəb yox, nəticə oduğunu sübut edən san ‐

ballı əsas vardır: daha yüksək temperaturda

okeandan karbon qazı ayrılır (yuxarıda qeyd

olunub). Bu nəticə Antarktida buz kernlə rinin

məlumatları ilə də təsdiq olunur: əvvəlki

epoxalarda əvvəlcə istiləşmə baş vermiş, ancaq

ondan sonra karbon qazının konsen trasiyası

çoxalmışdır.

Buzlaqların əriməsi də şübhə altına alın ‐

mır, amma bunun nəticəsində okeanın səviy ‐

yəsinin xeyli qalxacağı sual doğurur. Məsələ

ondadır ki, üzən buzların əriməsi, ümumiy ‐

yətlə, okeanın səviyyəsini dəyişməz (Arximed

qanunu), Qrenlandiya buzlaqlarının əriməsi

isə yuxarıda qeyd olunduğu kimi, Antarktida

buzlaqlarının artması ilə kompensasiya olu‐

nar.  


Model hesablamalarının adekvatlığı da

böyük şübhə yaradır. Mövcud modelləri keçmiş

və müasirlərə tətbiq etmək doğru nəticə vermir.

Modellər vasitəsilə əvəllər proqnoz laşdırılmış

istilik baş vermədi, karbon qazının havadakı

konsentrasiyası proqnozlaş dırı landan iki dəfə

az oldu. Tənliyə daxil olan istilik və kütlə  mü ‐

ba diləsi kimi  vacib para metrlər yaxşı məlum

deyil, adətən, «havadan» götürülür. Orta müd ‐

dətli (illər və onillər) iqlim proqnozunu vermək

mümkün deyil, ona görə ki, ona təsir edən

amillərin özünü necə aparacağı məlum dey‐

ildir. Vulkanların püskürməsi və günəş aktiv ‐

liyi, ümumiyyətlə, proqnozlaşdırılmır. Və ən

əsası, atmosfer və okeanda gedən pro ses lər qey ‐

67

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




ri‐xə idir, ona görə də çətin modelləş dirilir

(daha doğrusu, heç modelləşdirilmir).  

Antropogen amil, həqiqətən, iqlimdə həll ‐

edicidirsə, onda istənilən halda, onu Kioto

protokolunda göstərilmiş  iyirmi faiz miqda ‐

rında azaltmaq fayda verməz. Nəzəriyyə gös ‐

tə rir ki, onu ancaq bir neçə dəfə azaltmaq nəticə

verər. Aydındır ki, belə kəskin azaltma insanın

təsərrüfat fəaliyyətini iflic edər. Әn maraqlısı

odur ki, insanın bütün təsərrüfat fəaliyyəti

dayan dırılsa da, başlanmış istiləşmə (əgər,

həqiqətən, o başlayıbsa) okeanın istilik iner ‐

siyası sayəsində hələ yüz və hə a iki yüz il

davam edə bilər.   

Bəzən deyirlər ki, antropogen istiləşmə

ide 


yasını irəli sürənlərin özləri də karbon

qazının atmosferə atılmasının azaldılmasının

absurd olduğunu bilirlər. Ancaq bunu dillə ‐

rinə gətirmirlər, ona görə ki, iqlimin isti ləşməsi

ilə mübarizənin faydasız və pers pek tivsiz ol ‐

masını etiraf etmək, ümumiyyətlə, iqlim şü ‐

naslıq tədqiqatlarının maliyyələşdirilməsini

xeyli azaltmış olardı. Abstrakt akademiya elmi

bir, insanın yaşaması isə başqa  problemdir.

Heç bir elmi mərkəzin rəhbəri tutduğu vəzi ‐

fəyə görə bu etirafı etməz və heç öz əmək ‐

daşlarına da rəva bilməz.  

Bəs nə etməli? Sadəcə olaraq vəziyyətə uyğun

işlər görür, Yerin iqliminə təsir göstərmək üçün

istifadə olunan hədsiz və faydasız xərclər əvə ‐

zinə onun təbii dəyişmələrinə hazır olmaq la ‐

zım dır. Subasmaya məruz qala bilən ərazi lərdən

çəkilmək (məsələn, Xəzər dənizi nin sahil zona ‐

sının mənimsənilməsində xüsusi strategiya

işləmək), intensiv şəklidə Azər 

baycanın arid

zona larında meşə salmaq və gözlənilən qlobal

ekoloji problemlərə qarşı beynəlxalq əməkdaş ‐

lığı inkişaf etdirmək gərəkdir. Bu işdə tələs ‐

məyə ehtiyac yoxdur, onları tədricən, ehtiyac

və imkan olduqca həyata keçirmək lazımdır. 

Və nəhayət, axırıncı. Belə bir qorxu var ki,

gözlənilən istiləşmə Yerin iqlim balansını

pozacaq, dəhşətli vəziyyət yaranacaqdır. Bu

zaman elə hesab edirlər ki, Yerin hazırkı iqlimi

onun mümkün olanlarından ən yaxşısıdır.

Ancaq paleoiqlim tədqiqatları göstərir ki,

Yerdə ən fəal həyat, yəni biokütlənin ən

yüksək olduğu vaxt, əlli‐yüz milyon il əvvəl

(yuxarıda qeyd olunan eotsen optimumu) baş

vermiş maksimum temperatur perioduna düşür.

Onda temperatur indikindən xeyli yüksək idi.

Onda təbiət dinozavrlara böyük şans ver 

mişdi, onlar bundan tam istifadə edə bilmə ‐



dilər. Bəlkə, təbiət yeni temperatur optimumu

hazırlamaqla insana, Homo Sapiensə ikinci

belə şans verir, Yerdə daha komfort şərait

yaradır. Deməli, qlobal istiləşmə baş versə, biz

ondan qorxmalı deyilik, onu məmnunluqla

qəbul etməliyik. Belə yanaşmada baxılan prob ‐

lem başqa müstəviyə keçir.   

Və ən nəhayət, beynəlxalq ekoloji təşkilat ‐

ların mövqeyi diqqəti çəkir. Bu təşkilatların

mövqeyinə görə, «İstixana qazlarının azaldıl ‐

ması üçün aparılan mübarizə istənilən halda

az xeyir gətirməyəcəkdir. O, enerji‐effektiv

texnologiyaları tətbiq, bərpa olunan energeti ‐

kanı inkişaf etdirməklə, iqtisadiyyatın inno‐

vasiya yoluna keçməsinə zəmin yaradır. Hə a

iqlimin dəyişməsi problemi olmasa da, bu

tələblər aktualdır». Dünya iqtisadiyyatının

əsaslandığı üzvi yanacaq əbədi deyil. Gec‐tez

o tükənəcəkdir. Kimi buna hazır olacaqdır,

kimi də ekoloqların ümumdünya qəsdində

olduğunu müzakirə etməklə, heç nəsiz qala ‐

caqdır. Sual budur.



Ramiz MӘMMӘDOV,

AMEA‐nın akademik H.Ә.Әliyev adına 

Coğrafiya İnstitutunun direktoru,

AMEA‐nın müxbir üzvü, professor

ramiz.mamedov@geo.ab.az

68

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə