şöbəyə ayrılmış
və Cəfəroğlu Yeni Türk Dili
Kafedrasının müdiri vəzifəsinə təyin olun
‐
muşdur. 1973‐cü ildə universitetdən ayrılana
qədər bu vəzifədə işləmişdir. Həya tının son
illərində xəstəliyə mübtəla olan Cəfər oğlu uzun
müddət həkim müalicəsi gör müş dür. 5 yanvar
1975‐ci ildə xəstəliyi şiddətlənmiş və 6 yan‐
varda vəfat etmişdir.
Cəfəroğlu Türkiyədə mühacirət həyatı yaşa ‐
yan bəzi azərbaycanlı siyasi xadimlərlə də
əməkdaşlıq etmişdir. Bu səbəblə bir neçə il
«Azerbaycan Kültür ve Dayanışma Derneği”nə
rəhbərlik etmişdir. Türkiyədəki azərbaycanlı
aydınlarla əməkdaşlıq edən Cəfəroğlu, onlarla
birlikdə 1932–1934‐cü illər arasında «Azerbay‐
can Yurt Bilgisi” (Revue des Etudes d’Azer‐
baidjan) jurnalını (36 sayı) nəşr etdirmişdir.
Bundan başqa, jurnalın redaktorluğu vəzifəsini
də öz öhdəsinə götürmüşdür. Bu jurnal vasi ‐
təsilə Cəfəroğlu və əməkdaşları Azərbay can
həqiqətlərini Türkiyə və dünya ictimaiyyətinə
çatdırmaq istəmişlərdir. Cəfəroğlu «Türk Amacı»
(But Turc) və «Türk Dili ve Edebiyatı» jurnal ‐
larının da sahibi və redaktoru olmuşdur. Eyni
jurnallarda Cəfəroğlu və tələbələrinin türk
tarixşünaslığı və dilçiliyinə aid elmi məqalələri
dərc olunmuşdur. Mühacir elm xadimimiz, İs‐
tanbul Universiteti ədəbiyyat fakültəsi «Türk
Dili ve Edebiyatı» elmi jurnalının «qurucusu»
olaraq da tarixə keçmişdir.
Cəfəroğlu Türkologiya sahəsində cığır açmış
alimlərdən biridir. Yaşadığı dövrdə türk
dilşünaslığının yeni bir elm sahəsi olması və bu
sahədə mövcud olan boşluqlar onu bu sahənin
öndərliyi mövqeyinə sövq etmişdir. Rus, alman,
fransız və türk dillərini bildiyi üçün bu dillərdə
yazılmış elmi ədəbiyyatdan istifadə edib, türk
dilşünaslığına qiymətli əsərlər qazandırmışdır.
Təqribən 25 kitab və 380‐dən çox elmi məqalə
yazmışdır. Dərc etdirdiyi məqalələrdə A.Cafer ‐
oğlu, Ahmet Caferoğlu, A.Uran, Ahmet Uran,
Dr. Cafer Ahmetoğlu, Dr. Ahmet Muhtar, Dr.
Ahmet Salmaslı imzalarını işlətmişdir. Apar ‐
dığı elmi araşdırmalar bir neçə sahəni əhatə
edir. Yalnız dilçilik sahəsi ilə məşğul olmamış,
əksinə, xalq ədəbiyyatı, folklor, tarix, xüsusilə
Azərbaycan tarixi, türk dili tarixi, dialek‐
tologiya məsələləri, lüğətşünaslıq sahələri ilə də
məşğul olmuşdur. Alimin Göy türk və Uyğur
dövrü dil məsələləri, monqol dili və
qrammatikası, onomastika, eponomiya, to‐
ponomiya, antroponomiya və etnonimlər haq ‐
qında da elmi araşdırmaları vardır.
Professor Әhməd Cəfəroğlunun qızı profes‐
sor Nazan xanım Ölçər ilə 12.10.2013 tarixində
İstanbulda Sabançı muzeyində görüşüb atası
haqqında müsahibə aldıq. Qısaca olaraq qeyd
edim ki, Nazan xanım 1942‐ci ildə İstanbulda
ana dan olmuşdur. Orta məktəb və liseyi təhsi ‐
lini İstanbuldakı Avstriya Qız Liseyində almış ‐
dır. Daha sonra təhsilini və elmi dərəcə sini
Almaniyada Münxen Lyudviq Maksmillan Uni ‐
versitetində tamamlamışdır. Təhsili ərəfə sində
Münxen Universiteti Etnologiya muze yində baş ‐
ladığı fəaliyyətlərini Vyana Etno lo giya muzey ‐
ləri ilə Berlin İslam İncəsənəti muze yində davam
etdirmişdir. İstanbulda 1972‐ci ildə işləməyə
başladığı Türk və İslam Әsərləri Muzeyində
1978‐ci ildən 2003‐cü ilə qədər direktorluq
etmişdir. 1991‐ci ildə Fransa mədəniyyət nazir‐
liyi tərəfindən incəsənət və ədəbiyyat sahəsində
verilən «Kovalyer nişanı» (Chevalier des Arts et
des Le res), 1994‐cü ildə Almaniya prezidenti
tərəfindən 1‐ci dərəcəli «Ləyaqət Nişanı» (Bun‐
desverdienstkreuz), Polşa və İtaliya prezident ‐
ləri tərəfindən də qiymətli nişan mükafatları ilə
təltif olunmuşdur. Həm Türkiyədə, həm də
xaricdə muzeyçilik sənəti ilə əlaqədar kitabları
çapdan çıxmış, müxtəlif beynəlxalq sərgilər
təşkil etmişdir. 2003‐cü ildə Bern universiteti
tərəfindən fəxri doktorluq dərəcəsinə layiq
görülmüşdür. Hazırda Sakıb Sabançı muze yin ‐
də direktor vəzifəsində işlə məkdədir. Aşağıda
Nazan xanım Ölçərin ma raqlı müsahibəsini
oxu culara təqdim edirik:
R.İlyasov: – Nazan xanım, atanız Әhməd
Cəfəroğlu Türkiyəyə gəlməzdən əvvəl Gəncə
və Azərbaycanda baş verən hadisələri necə
xatırlayırdı?
N.Ölçər: – Atam çox danışmazdı. Danış dı ‐
ğına görə ailəsi onu universitetə, Kiyevə gön ‐
dərir. O, orada Ticarət Universitetinde oxuyur.
Qızıl ordu oraya gəlincə ailəsi onu İstanbula
göndərir, burada universitetə daxil olur. Sovet
işğalı olduğu zaman qaçaq yollarla vətəninə
gedir, üsyanda iştirak edir. Gürcüstanda da o
53
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014
vaxtlar paralel şəkildə üsyan hazırlığı gedir.
Ancaq Gürcüstandakı üsyan ciddi şəkildə
yatırıldığı üçün Azərbaycandakı üsyan da
dağılır. Atam da Batumdan yenidən İstanbula
qayıdır.
R.İlyasov: – Professor Әhməd Cəfəroğlu ‐
nun müstəqil Azərbaycan xatirələri haqqında
nə deyə bilərsiniz?
N.Ölçər: – Mən 1942‐ci ildə anadan olmu ‐
şam. Bu vaxt atam orta yaşı keçmiş adam idi.
Keçmişlə bağlı çox danışmazdı. Həsrət çəkdi ‐
yini bilirdik. Yatdığı yatağın baş ucunda Azər ‐
baycan bayrağı var idi. Məhz Azərbaycanın
tarixi, ədəbiyyatı unudulmasın deyə elmi
fəaliyyət ilə məşğul olurdu. Məsələn, mənim
bildiyim Azadlıq radiosuna, yəni Münxendə
yerləşən «Radio‐Liberti»yə Azərbaycanla bağlı
məqalələr yazıb göndərərdi. Azərbaycanın böyük
şairləri və xalq qəhrəmanlarının unudul ma ‐
ması üçün monoqrafiyalar yazardı. «Radio Free
Europa» da dostları vardı, onlar İkinci Dünya
müharibəsində amerikan və ingilis ordusuna
əsir düşüb sonradan Avropaya köçmüş azər ‐
bay
canlılar idi. Bəzilərini mən də tanıdım.
Dediyinə görə, 1918–1920‐ci müstəqillik illə ‐
rində qısa dövrdə burada paytaxt İstanbulda
konsulun müavini vəzifəsində işləmişdir. Hə a
səfir Bakıya getdiyində vəkil olaraq saraya, Sul‐
tana bayram təbrikinə belə bir dəfə getdiyini
söyləyirdi. Ümumiyyətlə, çox danışmırdı. Məc ‐
burən qaçdığı üçün və ailəsini də orada daha
çətin vəziyyətə salmamaq üçün çox danışmırdı.
Xəbərləşmə də olmadı. Eyni zamanda bir bacısı
İran vətəndaşı idi. Kürəkəni ilə Azərbaycandan
çıxmalarına icazə verildi. 30‐cu illərin axırında
onlar İstanbula gəldilər. Sara xala, Kamil dayı,
Salih dayı. Bibimi görə bilmədim. Mən anadan
olanda o artıq vəfat etmişdi. Kamil hərbçi idi.
Polkovnik‐leytenant rütbəsinə qədər yüksəl ‐
mişdi. Kamil Gəncə, soyadı qanunu çıxdıqdan
sonra ona bu soyad verildi. Sara xala evdar
qadın idi. Salih Gəncə kimya müəllimi idi.
Məşhur müəllim idi. Məşhur Kabataş Erkek
Liseyində işləyirdi. Müstəqillik illərindən sonra
bəzi qohumlar gəldi, bəziləri ilə burada görüş ‐
dük.
R.İlyasov: – Әhməd müəllim elm adamı
olaraq Azərbaycana gələ bildimi?
N.Ölçər: – Xeyr, çəkindi. Heç bir əlaqə yox
idi. 70‐ci illərin başında Moskva Universitetinin
rektoru İstanbula gəlmişdi. Atam da universite ‐
tin professoru olaraq onu İstanbulda gəz dirdi,
sadəcə.
R.İlyasov: – Әhməd müəllim evdə sizlərə,
məsələn, uşaq ikən Azərbaycan folklorundan
danışar, mahnılarından bəhs edərdi?
54
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014