Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə28/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   24   25   26   27   28   29   30   31   ...   44

qiymətləndirən alimlərdən idi. Xüsusilə dialek‐

tologiya dərslərində maraqlı məqamlara toxu ‐

nardı. Məsələn, gülərək deyərdi: bizdə Әli

de yərlər, sizdə də Әli, bizdə əsgər deyərlər, sizdə

də əsgər (gülüşmələr).

R.İlyasov: – Әhməd müəllimin «Türk dili

və tarixi» əsəri çox qiymətli əsərlərdən hesab

olunur, elə deyilmi?

O.F.Sərtqaya:  – Tamamilə haqlısınız. Yaxşı

yadıma saldınız. Bir gün Әhməd Cəfəroğlu

təqaüdə çıxmaq ərəfəsində idi. Mən gənc bir

müəllim idim bu fakültədə. Maraqlandım ki,

Әhməd müəllim təqaüdə çıxdıqdan sonra  Türk

dili tarixi dərsini kim deyəcək. Fakültədən yaşlı

bir müəllim, kafedra müdiri, bu sualı verdi ‐

yimdə mənə acıqlı şəkildə dedi ki, bu dərs artıq

olmayacaqdır. Mən çox kədərləndim və birbaşa

rektorun qəbuluna getdim. Rektora məsələni

izah etdim və rektor da gözləmədiyim şəkildə

həmin dərsə girməyim üçün dərhal təlimat

verdi. Beləliklə, Әhməd müəllimin yazdığı

məşhur «Türk dili və tarixi» əsərini mən qırx il

bu fakültədə yenidən oxutdum. Bu kitab hələ

də ciddi elmi mənbələrdən biri olaraq istifadə

olunur. 


R.İlyasov: – Azərbaycana gəldinizmi?

O. F.Sərtqaya: – Bir neçə dəfə gəldim Azər ‐

baycana.  Bəxtiyar Vahabzadə ilə möhkəm dost

idim. Daha sonralar mərhum prezident Heydər

Әliyevin dəvəti ilə böyük bir türkoloqlar heyəti

ilə Azərbaycanda olduq. Deyəsən, 1998‐1999‐cu

illər idi. Mərhum Prezident Heydər Әliyev bizi

qəbul edib, bir istəyimizin olub‐olmadığını

soruşduqda, mən heç kimdən səs çıxmadığını

görüb cəsarətimi toplayıb sözə başladım. Dedim,

cənab Prezident, bizim türkologiya sahəsində,

xüsusilə Türkiyədə elmi fəaliyyətlə məşğul

olmuş dünya miqyaslı əslən Gəncədən olan

Әhməd Cəfəroğlu adlı bir alimimiz var. Xahiş

edirəm onun adının o zamanlar yaşadığı küçəyə

verilməsində  köməkliyinizi  göstərə si niz.  Cənab

Prezident dərhal yanındakı köməkçilərə bu

təlimatı verdi və bu fikrimi çox yüksək qiymət ‐

ləndirdi. Mən İstanbula qayıtdıqdan 1 ay sonra

mənə Cənab Prezidentin belə bir fərman imza ‐

ladığını və həmin küçəyə Әhməd Cəfəroğ lunun

adının verildiyini bildirən rəsmi məktub gəldi.

Və mən buna çox şad oldum.

R.İlyasov:  – Әlavə olaraq nə demək istər ‐

diniz?

O.F.Sərtqaya: – Onu bildirim ki, həqiqətən

də, Әhməd müəllim çox dərin biliklərə malik

idi. O, bir çox dili mükəmməl bilirdi. Məsələn,

hər hansı bir konfransda başqa bir mütəxəssis

bir mövzu ilə bağlı çıxış edib qurtarandan sonra

Әhməd müəllim ayağa qalxar, söz istəyər və bu

mövzu ilə bağlı digər müxtəlif alimlərdən sitat‐

lar gətirərək daha üfüq açıcı fikirlər söylərdi.

Onun bu metodu hər kəs tərəfindən sevilirdi.

Mən çox şadam ki, siz Әhməd müəllimi yad edir,

Nazan xanım və mənim fikirlərimə müraciət

edirsiniz. Әhməd müəllimin elmi fəaliyyəti hər

zaman türkologiya və Azərbaycan üçün əbədi

olaraq faydalı olmağa davam edəcəkdir.

R.İlyasov: – Hörmətli professor, çox sağ

olun səmimi cavablarınız və gözəl fikirləriniz

üçün.

O.F.Sərtqaya: – Mən də öz növbəmdə sizə

təşəkkür edir, uğurlar arzulayıram. 

Hazırladı: 

Dr. Rəşad İLYASOV

57

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Bəzi anlayışların izahı və nisbətən rəsmi

məlumatlar

Xeyli müddətdir Qlobal İqlimin (xahiş

edirəm diqqətli olun, Qlobal İqlim yazdıqda

səhv etmirəm) dəyişməsi haqqında elmi

ədəbiyyatda və kütləvi informasiya vasitə ‐

lərində müxtəlif müəlliflərin çoxlu sayda yazı ‐

ları dərc olunur. Tədqiqatçılar və köşə yazar ları,

əsasən, iki qrupa bölünmüşdür: birincilər iqli ‐

min qlobal surətdə istiləşməsini sübut etməyə

çalışır, ikincilər isə əksinə, heç bir istiləşmə

olmadığını, bunun mif olduğunu israr edirlər.

Mən bu yazıda hər iki tərəfin baxışlarını və

real şəraiti obyektiv surətdə təsvir etməyə

cəhd göstərirəm. 

2005‐ci ilin əvvəlində Robert Emmeriksin

«Birisi gün» adlı qəza filmi iqlim dəyişməsini

kütləvi düşüncənin probleminə çevirdi. Məlu ‐

matsız adama ilk dəfə olaraq aydın və başa

düşü 

lən şəkildə Şimali Atlantika axınının



(Qolfstrim) Şimal yarımkürəsinin iqliminin

formalaşmasında həlledici rolunu izah etdilər.

Hollivud sənətkarlığı ilə iqlim trendinin təs ‐

virini verdilər. Göstərdilər ki, qütb buzlarının

əriməsi Qolfstrimin istiqamətinin dəyişməsinə

və Yerin şimal yarımkürəsində soyuqlaşmanın

baş verməsinə gətirir. Bu filmdə son nəticə

yeni buzlaşma dövrünün başlanmasıdır.   

Әvvəla, iqlim və onun Qlobal İstiləşməsi

nədir və rəsmi təşkilatların bu haqda fikir ‐

lərini təqdim edək. İqlim atmosfer‐quru‐okean

sisteminin statistik ansamblının bir neçə on ili

üçün ortalaşmış vəziyyətidir. Mütəxəs sislərin

axırıncı razılaşmasına görə, iqlim dedikdə at‐

mosfer parametrlərinin (temperatur, yağıntı

və s.) son 30 il üçün ortalaşmış qiymətləri

nəzərdə tutulur. Qlobal İstiləşmə isə XX və

XXI əsrlərdə Yer atmosferinin və Dünya

okeanının illik  orta temperaturunun tədricən

artması prosesidir. İqlimin Dəyişməsi üzrə

Dövlətlərarası Ekspert Qrupunun (İDDEQ‐

IPCC‐Intergovernmental Panel on Climate

Change), «Böyük səkkizlik» ölkələ rinin Milli

Elmlər Akademiyaları ilə razılaşdırdığı möv ‐

qeyə görə sənaye inqilabı dövründən (XVIII

əsrin ikinci yarısı) bəri müddətdə Yer kürəsi

havasının orta temperaturu 0,7

0

C artmışdır və



son 50 ildə müşahidə olunan istiləşmə, əsasən,

insan fəaliyyəti, birinci növbədə, istixana ef‐

fekti yaradan  qazların  (CO

2

, CH



4

) atmosferə

atılması ilə əlaqədardır (şəkil 1‐ə bax).  Bu

təşkilatın İqlim Modelləri üzrə aparılan

qiymətləndirmələrinə görə, Yer səthinin orta

temperaturu 1,1‐dən 6,4

0

C‐yə qədər arta bilər.



Bəzi regionlarda temperatur bir qədər azala

bilər. 


Ancaq qeyd etmək lazımdır ki, iqlimin,

ümumiyyətlə, istiləşmədiyini təkid edənlər də

vardır. Bəzilərinin fikrincə isə istiləşmə var,

ancaq bu, atmosferdə karbon qazının miqda ‐

rının artması ilə əlaqədar deyildir, bu, təbii

pro sesdir, biz sadəcə olaraq buzlaqlararası

dövrdə yaşayırıq. Məqalədə biz bu sualların

izahını verməyə çalışacağıq. Ancaq əvvəla

iqlimin paleotarixi və onun dəyişmə səbəbləri

haqqında.



58

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014



(şəkil 1)


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə