Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə31/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   27   28   29   30   31   32   33   34   ...   44

tullantılarının 55%‐ni əhatə edir. Protokolun

icrasının birinci mərhələsi 2012‐ci ildə qur ‐

tardı. Yeni razılıq haqqında danışıqlar 2007‐ci

ildə Bali (İndoneziya) adasında başlamış və

2009‐cu ildə Kopenhagen və 2010‐cu ildə Dur‐

banda (Cənubi Afrika) davam etdirilmişdir.    

Protokolun ideyası 1997‐ci ildə iqlimin qlo ‐

bal istiləşməsinə həsr olunmuş forumda yaran ‐

mışdır. Dövlətlərin bir yerə toplanmış

nüma  yəndələri 1990‐cı ilə nisbətən 2012‐ci ildə

atmosferə atılacaq qazlar haqqında kvotanı

bölüşdürməyə cəhd göstərdilər. Kvota haq ‐

qında mübahisələr Forumu uğursuzluğa düçar

edirdi. Vəziyyəti xilas etmək üçün ABŞ‐ın o

zamankı vitse‐prezidenti Albert Qor təcili fo‐

ruma gəldi və katalizator rolunu oynayaraq,

dövlətlərin ekspertlərini dilə tutdu və pro‐

tokol imzalandı. Ancaq sonradan Klinton apa ‐

ratı bu protokolu ratifikasiya üçün heç Konq resə

də göndərmədi. Buş administrasiyası isə bir

qədər irəli getdi və elan elədi ki, Kioto pro‐

tokolu ABŞ‐n milli maraqlarına ziddir və

Ame rika Kioto protokolundan çıxır. Yada salaq,

dünya sənaye istehsalının və onun nəticəsi kimi

də CO

2

‐nin 37%‐i ABŞ‐ın payına düşür. Kioto



protokolunun növbəti fiaskosu Kopenhagen

sammitində baş verdi. Kvotanın verilməsi üçün

müxtəlif variantlar və qruplar təklif olundu,

ölkələr karbon qazının azaldılması haqqında

razılığa gələ bilmədilər. Çin və Hind kimi

sənaye monstırları öhdəçilik götürmədilər. Bu

təşəbbüsdə ancaq Avropa İ ifaqı öhdəçilik

götürdü və icra edir. 

Qeyd edək ki, Kioto razılığı çox mürəkkəb

sənəddir, bura sənaye istehsalından başqa,

«insan hüquqları», «demokratiyanın inkişafı

və dərinləşdirilməsi», «beynəlxalq terrorizm»

və s. kimi məsələyə o qədər dəxli olmayan

şərtlər dəsti daxil edilmişdir və bu da bir çox

dövlətlərin ona ehtiyatla yanaşmasına gətirir.  

Azərbaycan ərazisində müasir 

iqlim dəyişmələri

AMEA‐nın Coğrafiya İnstitutunda aparıl ‐

mış tədqiqatlara görə, 1880–2010‐cu illər döv ‐

ründə ölkə ərazisində temperaturun dəyiş məsi

müxtəlif regionlarda 0,2‐dən 1,50

0

C‐yə qədər



təşkil edir və son 40 il ən isti dövr kimi qiy ‐

mətləndirilir. Temperaturun ən çox yüksəl məsi

Kür‐Araz ovalığında (0,4–0,9

0

C), Qazax‐Gəncə



zonasında (0,6–1,10

0

C), Böyük Qafqazın cənub



yamacında (0,5–0,80

0

C), Kiçik Qafqazın şimali‐



şərq (0,6–1,50

0

С) və şimal (0,4–0,60



0

С) yamac ‐

larında müşahidə olunur. Ümumi Azərbaycan

üçün cəmləşdirsək temperaturun artması son

yüz ildən çox dövrdə 0,7

0

C‐yə bərabərdir və



bu, bütövlükdə Yerin temperatur artımına

yaxındır.

Qlobal temperaturun artması dünya okeanı ‐

nın səviyyəsini qaldırmaqla yanaşı, atmosfer

yağıntılarının miqdarının və paylanmasının

dəyişməsinə gətirir. Nəticədə daşqın, quraq ‐

lıq, qasırğa və s. kimi təbii kataklizmlərin tez ‐

liyi arta, təsirə məruz qalmış ərazilərdə kənd

təsərrüfatı məhsulları azala bilər. Burada bir

faktı qeyd etmək yerinə düşərdi: belə ki, 1999‐cu

ildə Helsinki şəhərində «İqlim dəyişmələri və

Yer kürəsinin su balansı» mövzusunda ikinci

beynəlxalq simpozium keçirildi və həmin sim‐

poziumda mən «Temperatur anomaliyala rının

Xəzər dənizinin səviyyəsinə təsiri» məruzəsi

ilə iştirak etdim. Simpoziumun gəldiyi əsas

nəticələrdən biri gələcəkdə iqlimin istiləşməsi

prosesində arid (quraq) ərazilərdə yağıntının

miqdarının bir qədər də azalacağı proqnozu

oldu. Rütubətli ərazilər üçün isə əksinə,

yağıntının miqdarının artacağı vur ğulandı.

Təəssüflə qeyd etmək lazımdır ki, 23 il bundan

əvvəl bu simpoziumda verilən proqnoz Azər ‐

baycan ərazisi üçün tədricən özünü doğrult ‐

mağa başladı, yağıntıların miqdarı bəzi

yerlərdə 15–20% azaldı. Yada salım ki, Azər bay ‐

can ərazisinin 60 %‐i arid əraziyə daxildir. 

63

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014



(şəkil 4)


Ümumiyyətlə, AMEA‐nın Coğrafiya İnsti‐

tutunda aparılan tədqiqatlara görə, bir çox re‐

gionlarda atmosfer yağıntıları 3%‐dən 15 %‐ə

qədər azalmışdır. Daha dəqiq desək, Gədəbəy,

Naxçıvan, Lənkəran, Şuşa və Ağstafada son

105 il ərzində yağıntının miqdarı müvafiq

olaraq 70, 24, 160, 30 və 20 mm/il azalmışdır.    

Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin

tərkibində fəaliyyət göstərən Milli İqlim

Mərkəzinin atmosferin ümumi dövranlarının

8 modeli əsasında müxtəlif ssenarilər (GFDL‐T,

HadCM2, CGMI, ECHAM4) əsasında (məsələn,

atmosferdə karbon qazının miqdarı iki dəfə

artsa) apardığı hesablamalara görə, bu əsrin

sonuna qədər atmosfer havasının temperaturu

1,2–5,90


0

С  tərtibində arta, atmosfer yağıntıla ‐

rının miqdarı isə 20 %‐ə qədər azala bilər (şəkil 5).   

Әks tərəfin sübutları

İqlimdə istiləşmənin getmədiyini israr

edənlərin birinci arqumentlərindən biri 100 il

ərzində 0,70C istiləşmənin ölçmə xətası

çərçivəsinə daxil etmələridir.  

ABŞ Milli Akademiyasının keçmiş prezi‐

denti Frederik Zeytsin başçılığı ilə 17000 alim

1988‐1998‐ci illərdə ABŞ‐da, ümumiyyətlə,

temperaturun 0,08 və bütün dünyada isə

0,047


0

C azaldığını sübut edir. Üstəlik, yenə də

onların fikrincə, fotosintez hesabına atmos ‐

ferdə CO


2

‐nin çoxalması ABŞ‐da meşənin 30%

artmasına gətirmiş və bir çox hallarda buğda,

düyü, kartof, paxlakimilərin və meyvə

ağaclarının məhsuldarlığı 20–40% artmışdır.   

Әn əsası, Moskva Okeanologiya İnstitutu‐

nun əməkdaşı, mənim həmkarım O.Q.Sorox‐

tinin hesablamalarına görə, «istixana effekti»

terminini Yer atmosferinə tətbiq etmək absurd‐

dur, ona görə ki, Yer atmosferlə istilik

mübadiləsi olmayan və ona görə də bu effekt

yaranan şüşə ilə bağlı istixana deyil. Özünü

nizamlayan sistem kimi, Yer atmosferində

konvektiv mübadilə mövcuddur və ona görə

də atmosferdə CO

2

çoxaldıqca troposfer ilə



konvektiv mübadilə intensivləşir və bununla

da artıq yaranmış anomal istilik atmosferdən

xaric olunur.  

64

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014



(şəkil 5)


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə