Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə32/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   28   29   30   31   32   33   34   35   ...   44

Rusiya Mərkəzi Aeroloji Stansiyasının

əməkdaşı Y.A.Jadinin fikrinə görə, ozonun

miqdarının dəyişməsinin səbəbi okean‐atmos‐

fer sistemindəki təbii amillərdir. Ozonun

özünün dəyişməsi dövri xarakter daşıyır və

hazırda əsrlik norma çərçivəsindədir. İnsan

fəaliyyəti təbii proseslərdən xeyli kiçik

olduğundan CO

2

‐nin atmosferə atılması onun



ümumi blansını 3–5 %‐dən çox artıra bilməz.

Belə ki, sənayedən hər il atmosferə atılan CO

2

6–7 mlrd. ton olduğu halda, ancaq okean



tərəfindən udulan və buraxılan CO

2

‐nin



miqdarı 182 mlrd. ton təşkil edir.

Burada qeyd edək ki, istiləşmə ideyasının

tərəfdarları təbii istiləşməni mif sayırlar.

Onların məlumatlarına görə, Günəş aktivliyi

üzərində son 28 ildə aparılmış müşahidələr 11

illik sikldə günəş radiasiyası axınının rəqsinin

maksimumla minimumu arasındakı fərq 0,08 %

təşkil edir və onun istiləşməyə yönəlmiş heç

bir trendi müşahidə edilmir. Günəş axınının

qlobal atmosferə birbaşa radiasiya təsiri 1750‐ci

ildən hazırkı dövrə qədər cəmi 0,12Vt/m2‐dir. 

Məşhur Amerika fiziki Frimen Dayson

deyir ki, qlobal istiləşməyə qarşı aparılan

tədbirlər çoxdan elm sferasına daxil deyil,

onlar siyasətçilik və spekulyativ biznes xarak‐

teri daşıyırlar. Weather Channel telekanalının

yaradıcısı Jon Kolmana görə, «qlobal istiləşmə

adlandırılan bu yalan tarixin ən böyük fırıl ‐

daqlarındandır». Onun sözlərinə görə, «bəzi

qorxaq və ikiüzlü alimlər ətraf mühiti müxtəlif

siyasi məqsədlər xatirinə camaat arasında

qlobal istiləşmə illüziyasını yaratmaq üçün

hava haqqında uzunmüddətli müşahidələrlə

manipulyasiya edirlər. Danimarka iqtisadçısı

Byorn Lomborq hesab edir ki, qlobal istiləşmə

bəzi mütəxəssis və jurnalistlərin yazdığı kimi

təhlükəli deyildir. O deyir: «İstiləşmə möv ‐

zusu qızışdırılmışdır». Professor A.P.Kapit‐

saya görə, kosmik və geofiziki amillər

fonunda iqlim dəyişmələrində insanın töhfəsi

heç nədir. 

2009‐cu ildə kompyuter hakerləri Şərqi

İngiltərə Universitetinin poçt serverinə gir di ‐

lər, alimlərin məktublaşmaları cəmiyyətə məlum

oldu. Tənqidçilər elan etdilər ki, bu yazışma ‐

lara görə, son illərdə Yer üzərində temperatu‐

run artmadığı nəticəsinə gəlmək olar. Bu

məlumat Şərqi İngiltərə Universitetinin İqlim

Mərkəzinin xətrinə dəydi, Hedli Mərkəzinin

İqlim şöbəsi ilə birgə alimlərə qarşı qoyulan

i ihamların əsassız olması haqqında bir neçə

məlumat yaydılar. Ancaq 2011‐ci ildə hakerlər

tərəfindən yeni oğurlanmış məktublar internet

şəbəkəsinə qoyuldu.   



İqlimin uzunmüddətli proqnozu müm kün ‐

 dürmü və AOÜDQM nədir 

İqlim çox mürəkkəb fiziki sistemdir. O,

atmosferlə okean səthinin, dəniz buzlarının,

kontinentlərin səthləri və buzlaqlarının və

həm də biosferin qarşılıqlı təsiri ilə formalaşır.

Bu qarşılıqlı təsirlər nəticəsində iqlim sistemi ‐

nin özündə zaman miqyası, bir neçə həftədən

on və yüz illərə qədər dəyişən, mürəkkəb təbii

rəqslər yaranır. Sistem günəş radiasiyası axı ‐

nının dəyişməsi, vulkan püskürməsi zamanı

atmosferə qaz və aerozolların atılması kimi

təbii təsirlərə məruz qala bilər. Nəhayət, son

məlumatlara görə, insanın fəaliyyəti iqlimə

xeyli təsir göstərir.

Belə mürəkkəb sistemi anlamaq və onun

dəyişməsini proqnozlaşdırmaq üçün atmosfer

və okeanın ümumi dövranının qlobal mode ‐

lindən (AOÜDQM) istifadə edirlər. Belə model ‐

lərlə hesablamalar nəhəng hesablama resurs ları

tələb etsə də, hələlik onlara alternativ yoxdur.

Müasir AOÜDQM  iqlimin dəyiş məsinin əsas

xüsusiyyətlərini özündə əks etdirsə də, onlar

ayrı‐ayrı rayonların iqlimini və onların dəyiş ‐

mələrini kifayət qədər keyfiyyətli hesablaya

bilmədiyindən onların sonrakı təkmilləşməyə

ehtiyacı vardır. Bundan əlavə, model orta

qiymətləri dəqiq ver məklə yanaşı, ekstremal

hallar bizim həyata və təsərrüfat fəaliyyətinə

güclü təsir göstərdi yindən, havanın ekstremal

rejimlərinin təkrar 

lanma dəyişkənliyini də

dəqiq verməlidir. 

İqlimin gələcək dəyişmələri üçün AOÜDQM

ilə alınmış proqnostik qiymətləri nə dərəcədə

etibarlı saymaq olar? Belə hesablamalarda

əsas iqlimyaradıcı prosesləri təsvir edən tən ‐

liklər bir neçə on ilə və yaxud yüz ilə inteq ‐

rasiya olunur. Bu səbəbdən sistematik səhv lər



65

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




yaranır və onlar da proqnozun dəqiqliyinə təsir

göstərir. Onların içərisində ən əhəmiy yətliləri

aşağıdakı səbəblərdən ola bilər. 

Birincisi, dünya cəmiyyətinin texnoloji inki ‐

şaf tendensiyasını və ətraf mühitin dəyiş mə si ni

böyük dəqiqliklə uzun müddətə qiy mətlən ‐

dirmək mümkün olmur. Bunun nəticəsi kimi

də atmosferdəki istixana qazları nın və aero‐

zolun konsentrasiyasının dəyişmə sini qiymət ‐

lən dirmək  çətinləşir. 

İkincisi, müasir AOÜDQM‐lər nisbətən kiçik

zaman ayırdedicinə malik olduğundan və

qlobal və regional iqlimin antropogen təsirə

həssaslığını müəyyən edən vacib iqlim proses ‐

lərini yaxşı təsvir etmədiyindən, kifayət qədər

kamil deyillər.   



Şərh‐xülasə

Beləliklə, yuxarıda təqdim olunmuş məlu ‐

mat lara görə, qlobal istiləşmə probleminə elmi

nöqteyi‐nəzərdən  yanaş dıq da  sual  çıxır:

doğrudanmı, istiləşmə baş verir? Nə qədər

təəccüblü olsa da, bu adi suala bir 

mənalı

şəkildə cavab vermək olmur. Şübhəsiz, qlobal



istiləşmənin xeyrinə olan çoxlu sayda sanballı

faktlar mövcuddur, ancaq onların heç biri yüz

faiz inandırıcı deyildir, hər birinin bir

«əmması» vardır. Әn vacib fakt son 150 ildə

temperaturun 0,7

0

C artma sıdır, hansı ki, iqlim



normalarına görə az kəmiy yət deyildir. Bu‐

radaca həmin artımın daimi (davamlı) olmadı ‐

ğını qeyd etmək lazım 

dır: yəni göstərilən

müddətdə iki isti ləş mə və sonra soyuma sikli

müşahidə olunmuş, üçüncü istiləşmə 1970‐ci

ildə baş lamış və hələ davam edir. Belə tempera ‐

tur dalğalarının mövcudluğu bizi bir qədər

ehti yatlı olmağa çağırır, ona görə ki, sənaye

tullantılarının həcmi fasiləsiz (daimi) artmış ‐

dır və bunu məşhur «xokkey klyuşkası» (yuxa ‐

rıdakı qra fikə bax), İngiltərədə «sənaye inqi labı»

döv ründə atmosferdə karbon qazının konsen ‐

trasiyasının sıçrayışla artması təsdiq edir.   

İqlimin istiləşmənin xeyrinə olan əlamət ‐

lərindən biri buzların əriməsidir. Hazırda ən

çox əriyən dağlardakı buzlaqlardır, ancaq

planetar miqyasda dağ buzlaqlarında buzlar

elə də çox deyildir. Әn sanballı fakt Yer örtüyü

buzlarının səkkiz faizini təşkil edən Qren‐

landiya buzlağının əriməsidir, son yarım əsrdə

onun qalınlığı on dörd metr azalmışdır! Ark‐

tika dəniz buzları da son əsrin axırıncı iyirmi

ilində öz sahəsinin iyirmi faizini itirmişdir.

Antarktidanın şelf buzlaqları da hiss olunacaq

dərəcədə əriyir. Amma vacib odur ki, Antark‐

tida şelf buzları təkcə ərimirlər, belə görünür

ki, hə a artırlar (akademik Dobret 

sov).

Hələlik biz bilmirik, o nə qədər intensiv artır,



ancaq mümkündür ki, bu artım bütün yer

kürəsindəki istiləşməni kompensasiya edə

bilər. Beləliklə, yuxarıda sadalanan faktlardan

heç biri birmənalı şəkildə Yerin bu və ya digər

regionunda müşahidə olunan istinin, həqiqə ‐

tən, qlobal və həqiqətən, davamlı olmasını,

lokal və müvəqqəti olmadığını təsdiq etmir.   

Yuxarıda qeyd olunduğu kimi, müasir

iqlimşünaslıqda qlobal istiləşmə probleminə

bir neçə yanaşma vardır və onlardan əksəriy ‐

yəti həlledici rolu karbon qazına, onun texno‐

gen mənşəyinə verirlər. Karbon qazının rolu nun

olmadığını deyib, üstünlüyü günəş və aerozol

nəzəriyyələrinə çevirənlər də vardır. Bəzi nü‐

fuzlu alimlər iqlimin dəyişmə 

sinin əsas

səbəbini okean‐atmosfer siste min dəki avto ‐

rəqs lərdə görürlər. Nəhayət, qlobal istiləş mə ‐

nin olmadığına inandırmaq istəyən orijinallar

da vardır və o maraqlıdır ki, onların da ciddi

arqumentləri mövcuddur.   

Әn çox diskussiya obyekti olduğundan,

sonda atmosfer qazlarının yaratdığı istilik

effektinə bir də baxaq. Özlüyündə istilik qaz ‐

ları Yer üçün çox böyük müsbət əhəmiyyət

kəsb edir: onsuz Yerin orta temperaturu müs ‐

bət on beş dərəcə yox, mənfi on səkkiz dərəcə

olardı. İstixana effektindən danışanda əsas is‐

tixana qazının karbon qazı deyil, su buxarı

olduğu az yada salınır və ya heç qeyd olun‐

mur. Su buxarının istixana effekti o biri qaz ‐

ların hamısının payından xeyli çoxdur, o

bütün istixana effektinin altmış faizini verir.

Bəzi tədqiqatçılar bu faizi səksənə qaldırır.

Karbon qazı bu prosesdə xeyli geridə qalır və

ikinci yerdə durur. Bu qaz həmişə dövran ‐

dadır: fotosintez prosesində su və yerüstü

bitki örtüyü tərəfindən udulur, bitki qalıqları

çürüdükdə isə atmosferə qayıdır.  Və yanacaq

66

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə