Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə30/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   26   27   28   29   30   31   32   33   ...   44

ilə müəyyən olunmur, o həm də onun vəziy ‐

yətinin ümumi tarixi ilə müəyyən olunur.

Məsələn, on il quraqlıq olduqda göl nisbətən

quruyur, bitkilər məhv olur və səhralaşmanın

sahəsi artır. Öz növbəsində bu şərtlər quraq ‐

lıqdan sonrakı illərdə daha az yağışın yağ ma ‐

sına səbəb olur. Beləliklə, ətraf mühit xarici

təsirə reaksiya verdiyindən və əksinə, iqlim

özünü nizamlayan prosesdir.

İstixana qazlarının axırıncı qlobal istiləş ‐

mənin əsas səbəbi olduğu qəbul edilir. Ancaq

başqa fikirlər də var, biz bunları aşa 

ğıda


araşdıracayıq. Hələlik qeyd edək ki, istixana

qazları həm də Yerin iqlim tarixini dərk etmək

üçün əhəmiyyətlidir. Tədqiqatların nəti cəsinə

görə, atmosfer istilik enerjisi ilə qızdıqda

yaranan və istixana qazları ilə saxlanan istixana

effekti Yer temperaturunu nizamlayan əsas

prosesdir. Son 600 milyon ildə karbon dioksi‐

dinin miqdarı atmosferdə təbii geoloji və bi‐

oloji proseslərin təsirindən milyonun 200‐dən

5000‐ə qədər dəyişmişdir.  

İqlimin dəyişməsinə təsir edən antropogen

amillər, əsasən, insan fəaliyyəti ilə əlaqə 

dardır, hansılar ki, ətraf mühiti dəyişdirir və



iqlimə təsir göstərir. Bəzi hallarda səbəb‐nəticə

əlaqələri birbaşadır və iki mənalı deyil, məsə ‐

lən, suvarmanın temperatur və rütubətə təsiri,

digər hallarda bu əlaqə elə də aydın görün‐

mür. Hazırda insan fəaliyyəti ilə əlaqədar əsas

problemlər bunlardır: yanacağın yandırıl ma ‐

sından atmosferdə CO

2

‐nin və aerozolun



(soyumağa təsir göstərir) artması, sement

sənayesi. Torpaqdan istifadə, ozon qatının

azalması, heyvandarlıq və meşələrin qırılması

kimi digər amillər də iqlimə təsir göstərir. 

Yanacağın yandırılması 1850‐ci ildən sürətlə

artmış, nəticədə, bu müddətdə, atmos ferdə

CO

2

‐nin miqdarı 1,36 dəfə artmış dır. Bu sürətlə



artım davam etsə, XXI əsrin sonunda CO

2

‐nin



konsentrasiyası 1850‐ci ilə nisbətən 2 dəfə ar‐

tacaq. Bəzi hesablamalara görə, bu artım,

atmosferdə metanın artan konsentra siyası ilə

birgə, 2040‐cı ildə Yer temperaturunun 1,4–

5,6

0

C artması ilə nəticələnə bilər.



Aerozollar, xüsusən sulfatlar, yanacaq yanan

zaman havaya atılır və hesab olunur ki, onun

zərrəciklərində günəş şüası əks olunur, yəni

müəyyən istilik Yer səthinə çatmır və beləliklə,

onlar atmosferin soyumasına təsir göstərir.  

Sement sənayesi atmosferə CO

2

‐nin atılma ‐



sının intensiv mənbələrindən biridir. Semen ‐

tin kalsi oksid inqrediyentini almaq üçün kalsi

karbonat (CaCO

3

) qızdırıldıqda karbon diok‐



sidi yaranır. Sement istehsalı  bütün sənayeyə

aid olan proseslərin atmosferə atdığı CO

2

‐nin


2,5 %‐ni təşkil edir.  

Torpaqdan istifadə iqlimə əsaslı surətdə

təsir göstərir. Suvarma, meşələrin qırılması və

kənd təsərrüfatı ətraf mühiti əsaslı surətdə

dəyişdirir. Məsələn, suvarılan yerdə su balansı

dəyişir. Torpaqdan istifadə sərilmə səthini

dəyişdiyindən albedonun qiyməti və bununla

da yer tərəfindən udulan günəş şüalarının

miqdarı dəyişir. 

Heyvandarlıq BMT‐nin məlumatına görə,

2006‐cı ildən dünyada atmosferə atılan istixa ‐

na qazlarının 18 %‐ni yaradır. Bu amilə həm

də torpaqdan istifadə, yəni otlaqların yaradıl ‐

ması üçün meşələrin qırılması da daxildir.

CO

2

‐dən əlavə antropogen mənşəli azot oksi‐



dinin 65  və metanın 37%‐i  heyvandar lığın payına

düşür. 


Müasir qlobal istiləşmənin səbəbləri

İqlim Dəyişmələri üzrə Dövlətlərarası Eks ‐

pert 

lər Qrupunun (İDDEQ) 2007‐ci ildəki



məru zəsinə görə, iqlim sisteminin istiləşməsi

inkarolunmaz faktdır. Bunu hava  və okean la rın

artan temperaturları üzərində müşahidə lər ‐

dən,  qar  və  buzlaqların  ərimə sinin  art    ma    sın ‐

dan, dənizin orta səviyyəsinin qalx masından

görmək olar. Temperatur dəyiş məsinin yüzil‐

lik trendi (1906–2005‐ci illər) 0,76‐ya bəra ‐

bərdir. 1856–2005‐ci illər döv rün dəki istiləşmə

trendi 1906–2005 yüz illik dəkindən iki dəfə çox‐

dur. Temperaturun art 

ması bütün en dairə ‐

lərində müşahidə olunur, ancaq o yüksək en

dairələrində daha böyükdür. Quru regionlar

okeana nisbətən daha  sürətlə qızır. Dənizin səviy ‐

yəsinin qalx ması istiləşmə ilə uyğunlaşır. İsti‐

lik genişlənməsi və buzlaqların əriməsindən

1961‐ci ildən dənizin qlobal səviyyəsi ildə 1,8;

1993‐cü ildən isə 3,1 mm qalxmışdır. 



61

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Beləliklə, qlobal istiləşmə ideyasının tərəf ‐

darları, yəni, əsasən, İqlim Dəyişmələri üzrə

Dövlətlərarası Ekpertlər Qrupu (İDDEQ)

atmosferdə karbon və metan qazlarının get ‐

dikcə artması nəticəsində istixana effektinin

yaranmasını inkar edirlər. Qeyd edək ki,

istixa na effektinin ideyası ilk dəfə 1827‐ci ildə

Fransa fiziki Josef Furye tərəfindən veril miş ‐

dir. Belə ki, bu ideyaya görə, müəyyən qazlarla

zəngin atmosferin üst qatı yer səthindən istilik

şüalanmasına şəffaf olmur, onları troposferdə

saxlayır və nəticədə bu qatın temperaturu

qalxır. Yerin istilik balansına təsir dərəcəsinə

görə əsas istilik qazları aşağıdakılardır: su bu ‐

xarları, karbon qazı, metan və ozon (cədvələ bax).

Beləliklə, qlobal İDDEQ və istiləşmə tərəf ‐

darları yuxarıda sadalanan kataklizmaların

hamısının səbəbini atmosferdə istixana yara ‐

dan qazların, xüsusən karbon qazının miqda ‐

rının antropogen fəaliyyət nəticəsində

art ma  sında  görürlər  (şəkil  3).  İDDEQ‐nin

hesabatında qeyd olunur ki, atmosferdə istixa ‐

na qazlarının və aerozolun konsentrasi ya sının

dəyişməsi, yer kürəsinin bəzi region larında yeni

torpaqların intensiv şəkildə mənim sənilməsi

iqlim sistemində istilik radiasi yasına, onun

udulması və səpələnməsinə təsir göstərir. Və

bu da, öz növbəsində, qlobal radiasiya

balansını dəyişdirir (müsbət və ya mənfi).

Həmin qrupun rəsmi məlumatına görə,

2005‐ci ildə atmosferdə CO

2

‐nin miqdarı səna ‐



yedən əvvəlki dövrə (1750‐ci ilə qədər) 35 %

artmışdır, 280 mln‐1‐dən 379 mln‐1‐ə qədər.

Metan (CH

4

) əhəmiyyətinə görə ikinci istilik



qazıdır. Onun konsentrasiyası 1,5 dəfə art ‐

mışdır, 715 mlrd‐1‐dən 1774 mlrd‐1‐ə qədər.

Həmin müddətdə azot oksidi (N

2

O) 18 % art ‐



mışdır, 270 mlrd‐1‐dən 319 mlrd‐1‐ə qədər.

Bütün istixana qazlarının iqlim sisteminə ra‐

diasiya təsiri +2,63 Vt/m

2

‐na bərabərdir. Qeyd



edək ki, istixana qazının konsentrasiyası mil ‐

yon (mln‐1) və yaxud milyard (mlrd‐1)

molekul atmosfer havasında həmin qazın

molekullarının sayı ilə ölçülür.

İDDEQ‐nin fikrincə, təcili surətdə Kioto

protokolu bütün ölkələr tərəfindən ratifikasiya

olunmasa və CO

2

‐nin atmosferə atılması azal ‐



dılmasa, Qrenlandiya və Antarktida buzlaq ‐

ları da daxil olmaqla,  Yerin bütün buzları

əri yəcək, okeanın səviyyəsi 15–20 metr qalxa‐

caq və bu da London, Sankt‐Peterburq və s.

şəhərlərin su altında qalması deməkdir.

Kioto protokolu bu gün qlobal istiləşməyə

qarşı əsas beynəlxalq razılaşdırmadır (1997‐ci

ildə razılaşdırılmış, 2005‐ci ildə qüvvəyə min ‐

mişdir), BMT‐nin İqlim Dəyişmələri Çərçivə

Konvensiyasına əlavədir. Protokola 160 ölkə

daxildir və ümumdünya istilik qazlarının



62

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014



Qaz

Düsturu

Payı (%)

Su buxarı

H

2

O



36-72 %

Karbon qazı

CO

2

9-26 %



Metan

CH

4



4-9 %

Ozon


O

3

3-7 %



Yer atmosferindəki əsas istixana qazları

(şəkil 3)


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə