Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə35/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   31   32   33   34   35   36   37   38   ...   44

kimi fikir yürütsünlər və hərəkət etsinlər.

Dram və komediyalarda, roman və povest ‐

lərdə bu uyğunluq dərəcəsi yüksəkdir, aydın ‐

dır, deməli, operalarda da bunlara əsaslanmaq

lazımdır. Bu uyğunluğu əldə etməyə can atan

bir çox opera müəlliflərinin fikirləri məhz

belə dir. 

Bu baxımdan təəccüblü deyildir ki, Azər ‐

baycanda da özündə əsas ədəbi mənbələrin

janr əlamətlərini daşıyan  əsərlər yaranmışdır.

Bu qəbildən olan «Koroğlu» operası – dastan,

epopeya, «Vətən» – döyüş operası, oçerkə xas

yığcamlıq və fəal təsvir keyfiyyətlərinə malik

əsərdir. «Bahadur və Sona» – opera‐povest,

kiçik roman, «Sevil» – müasir həyatdan bəhs

edən lirik dram (pyes əsasında yazılmışdır),

«Aygün» – müasir həyatdan bəhs edən (povest

əsasında yazılmışdır) lirik povest, «Tülkü və

Alabaş» – alleqorik təmsil‐opera, «Aldanmış

ulduzlar» – improvizasiyalı maska teatrı

(M.F.Axundzadənin povesti əsasında), «Nizami»,

«Vaqif», «Natəvan» – böyük şairlərin obrazları

ilə, həyatdakı dəyişiklik lərlə, müstəqillik uğ ‐

runda mübarizə mövzusu ilə bağlı olan tarixi‐

bioqrafik operalardır.

Bu cür təmayüllər musiqi vasitələrinin

seçi 

mində bəstəkarların imkanlarını geniş 



ləndirir; müəlliflər tərəfindən ən gözlənilməz

ziddiyyət və qarşıdurmalarda dramaturji məsə ‐

lələrə cavab verən ifadə vasitələri cəlb olunur.

İctimai həyatda opera janrının əhəmiyyətli

olması o faktla da izah olunur ki, keçmiş sovet

dövləti özünün yarandığı ilk günlərdən opera ‐

ya böyük əhəmiyyət vermişdir. Sovet partiya

orqanları, informasiya vasitələri musiqili‐

səhnə janrlarının köməkliyi ilə sosializm,

kommunizm ideyalarını həyata keçirməyə can

atmışlar.

Təəccüblü deyildir ki, bəstəkarlardan yeni

inqilabi mövzuda operalar yaratmaq təkidlə

tələb olunmuşdur. Məhz 1920–30‐cu illərdə

yeni sosializm cəmiyyətinin nümayən dələ ‐

rinin, yeni dövrün qəhrəmanlarının iştirak et‐

diyi müasir mövzulu operaların yaradıl masına

xüsusilə təkan verilmişdir. 

Beləliklə də, ümumavropa tipli ilk Azər ‐

baycan operasının («Nərgiz») mövzusunu sovet

hakimiyyəti uğrunda mübarizə təşkil etmiş ‐

dir. 

Məlumdur ki, 1930‐cu illərdə sovet bəstə ‐



karları çox tez‐tez tarixi‐qəhrəmanlıq mövzu ‐

larına müraciət etmiş, tarixi hadisələrə, keçmiş

qəhrəmanlıqlara meyil edərək müasirliklə

keçmişin vəhdətini yaratmışlar. Bütün bunlar

bəstəkarların yaradıcılıq maraqlarının diapa‐

zonunu müxtəlif mövzularla, süjetlərlə mahiy ‐

yətcə genişləndirir, dinləyicilərdə vətənpər vərlik

hislərini, öz ölkəsinin tarixinə, qəhrəmanlarına

olan məhəbbəti artırır, yeni rəşadətlərə çağı ‐

rırdı. Və bu məcburi partiyalılıqdan qaçmaqla,

eyni zamanda da Vətənə, onun mədəniyyətinə

olan məhəbbəti gücləndirərək sovet hakimiy ‐

yəti uğrunda mübarizəyə səsləyirdi.

Bəstəkarlar tədricən tarixi‐qəhrəmanlıq möv ‐

zularına daha böyük diqqət verməyə başla ‐

dılar. Öz xalqının, öz ölkəsinin tarixi keçmi şinə

bugünkü mövqedən baxan müəlliflər keçmiş

qəhrəmanları mədh edirdilər. 

Beləliklə, M.Maqomayevin «Nərgiz» operası

tarixən hazırlanmış və zamanın tələblərinə

cavab verərək qanunauyğun şəkildə meydana

gəlmişdir. Eyni zamanda da öz dövrünün

opera incəsənəti yolunda milli operanın prob ‐

lemləri planında operanın mahnıvariliyi, janr

komponentlərinin mənimsənilməsi, muğamlar‐

dan ümumavropa istiqamətinə keçid də qanu ‐

nauyğun olmuşdur. 

Öz «yerli» məsələlərini həll edən milli

bəstəkarlarımız opera janrını klassik qanunlar

səviyyəsində bütün formaları ilə mənimsə ‐

məyə can ataraq Rusiyanın müasir operasına

yaxınlaşmağı bacardılar. Әlbə ə ki, əsas çətin ‐

lik intonasiya quruluşu məsələsi ilə bağlı idi.

Çünki opera üslubunun, hər şeydən əvvəl,

melodik üslubun yaradılması olduqca vacib

idi. 


Şübhəsiz, bu proses sürətli ola bilməzdi.

«Nərgiz» operasının yarandığı dövrdə musi ‐

qinin ayrı‐ayrı təbəqələrində müəyyən parça ‐

lan malar var idi. Bu isə müəyyən dərəcədə

M.Maqomayevin operasında hiss olunurdu.

Mahnıvarilik – xalq mahnıları və kütləvi‐inqi‐

labi mahnılarla əlaqədar idi. Melodiyanın

müəyyən hissəsini muğamlarla bağlı olan in‐

tonasiyalar təşkil edirdi. Bu da opera üslubuna

72

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




yaxınlaşma idi. Həm də operadakı epizodlar

daha çox xalqın ruhuna uyğun,  kütləvi və

opera  üslubunda idi.

Beləliklə də, «Nərgiz» operasında hələ də

vahid bir üslub əldə edilməmişdi. Çoxcəhətli

xalq yaradıcılığını ümumiləşdirilmiş, yüksək

bədii keyfiyyətlərlə və bütün mənbələrin sin‐

tezi ilə ayrılmaz şəkildə həyata keçirmək hələ

də mümkün olmamışdı. Bütün bunlar «Koroğlu»

operasında əldə olundu. Bu isə həmin ope ‐

ranın klassik opera hesab olunma sının əsas

səbəblərindən biridir.

Bununla yanaşı, Avropa və Rusiyanın klas‐

sik operalarına istinad edən, sovet ideolo ‐

giyası ilə əhəmiyyətli dərəcədə və mütləq

bağlı olan sovet operaları sırasına daxil olan

Azərbaycan operası, hə a dövrünün təma yül ‐

ləri çərçivəsində, mahnıvari operalar çərçivə ‐

sində belə fərdi milli simasını qoruyub saxlaya

bilmişdi. 

Bir daha qeyd edək ki, öz dövrünün incə ‐

sə nət təmayüllərinə əsaslanan M.Maqomayev

zamanın canlı nəbzini tərənnüm edərək mövzu

və  janr seçimində haqlı idi. Belə ki, həmin

dövrdə məhz mövzunun özü operanın janrını

müəyyənləşdirir və bədii formanı diktə edirdi. 

Azərbaycan bəstəkarları – M.Maqomayev,

Ü.Hacıbəyli klassik ənənələri milli zəminlə

qovuşduraraq səhnədə klassik normalar

çərçivəsində öz xalq musiqisi (mahnılar, rəqs ‐

lər, muğamlar və s.) ənənələrini təcəssüm

etdirməyi bacardılar. Beləliklə, bu proses sin‐

tetik yolla həyata keçdi. Xalq musiqisi və milli

ənənələr hamıya məlum olan ümumavropa

qanunları və musiqi formaları ilə birləşdi.

Bəstəkarlar milli musiqidən intonasiya‐lad xüsu ‐

siyyətlərini götürüb onları dəyişərək məlum

opera formaları ilə uyğunlaşdırmağa nail

oldular.

Xatırlatmaq istərdik ki, Rusiya imperiyası

ilə siyasi, sosial baxımdan bağlı olan Azər ‐

baycan musiqi mədəniyyətinin həmin dövrün

opera incəsənətinin inkişaf axınında olması da

təbii idi. Sovet dövlətinin (Moskva nın) musiqi

incəsənəti bir növ oriyentir idi. Lakin bir sıra

azərbaycanlı  mədəniyyət xadim lərinin Moskva

və Leninqradın məşhur sənət karlarından dərs

almalarına baxmayaraq, Azər baycan musiqi

mədəniyyəti özünəməx 

susluğunu qoruyub

saxlaya bilmişdir.

73

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə